Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Zər
Zər — işarəli tərəfləri olan, atmaq üçün nəzərdə tutulan, oyunlarda təsadüfün mənbəsi kimi işlənilən alət. Ənənəvi zər kub formasında olur və beləliklə, altı tərəflidir. == Tarix == Zərlər yazılı tarixdən əvvəl dövründən bəri mövcuddur və onların mənşəyi naməlumdur. Ehtimal olunur ki, falçılıq üçün işlənilən falus sümükləri zərlərin əcdadlarıdır. Qədim Misirə aid olan senet oyunu (e.ə. 3000 - b.e. II əsri) üçün ikitərəfli taxta zər kimi işlənilirdi. Ən qədim (e.ə. 2800 - 2500) zər tapıntısı İranın Şəhr-i Suxtedə aşkar olunan nərdə oxşar oyunun hissəsi idi.Riqveda, Atarvaveda, Mahatbarata və Buddanın oynamadığı oyunların siyahısı kimi qədim hind mənbələrində zərli oyunlar qeyd olunur.
Sima
Sima - yer qabığında sial təbəqəsindən altda yerləşən və tərkibi başlıca olaraq silisium və maqneziumdan ibarət olan təbəqədir. Hazırda sial və sima təbəqələri əvəzinə silikat təbəqəsi termini daha çox işlənməkdədir.
Sium
Sukərəvizi (lat. Sium) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi.
Siu
Siu — Şimali Amerikada yaşayan hindu tayfası. Siular ilk vaxtlar, Superior gölünün ətraflarında yaşayırdılar. Avropadan gələn mühacirlərə qarşı bir əsrə yaxın aparılan mübarizələr nəticəsində məğlub olmuş və Minnesota ərazilərinə sürgün edilmişdilər. Siular digər tayfalardan döyüşkənliyi ilə fərqlənmişdir. 1876-cı ildə Siular Amerika Birləşmiş Ştatlarına qarşı qiyama qalxmışdılar. Qəbilənin ən məşhur nümayəndələrindən olan şef Oturan Buğanın öldürülməsindən sonra Siuların müqaviməti qırılmışdır. ABŞ hərbi birlikləri tərəfindən Siu qəbiləsinə qarşı 1890-cı ildə təşkil olunmuş Yaralı diz qətliamı Şimali Amerikada yaşanmış ən dəhşətli qətliamlardan hesab olunur.
Brayan Sims
Brayan Kendall Sims (ing. Brian K. Sims; 16.9.1978 — Pensilvaniya Nümayəndələr Palatasının 182-ci bölgəsindən olan ABŞ Demokrat Partiyasının üzvü. 2012-ci ildə nümayəndə qismində seçilmiş Brayan Sims, eyni zamanda vəkil və LGBT vətəndaş hüquqlarının müdafiəçisi kimi də aktiv fəaliyyət göstərir. Bundan başqa, Sims Pensilvaniya tarixində qanunverici məclisə seçilmiş ilk açıq homoseksual üzvdür. == Həyatı və karyerası == Sims Vaşinqton şəhərində, iki ordu üzvü olan podpolkovnik ailəsində anadan olmuşdur. Pensilvaniya ştatına 1990-cı ildə köçməzdən öncə, Brayan Sims düz yeddi ayrı ştatda yaşamışdır. Magistratura təhsilini 2000-ci ildə Blommsburq Universitetində tamamlayan Sims, 2001-ci ildən həmin Universitetin nəzdində yaradılmış futbol komandasının ikinci kapitanı olmuş və alim-idmançı kimi məşhurlaşmışdır. Universitetin ikinci kursunda təhsil alarkən, Sims II divizionun ən uzun mövsümü zamanı komanda yoldaşlarına homoseksual olduğunu açıq şəkildə etiraf edir. Bunun nəticəsində o, NCAA (Milli Tələbə İdmanı Assosiasiyası) və regional All-American turnirinin kapitanı kimi, turnir tarixinin yeganə açıq homoseksual kimliyə sahib kollec futbol kapitanı olur. 2004-cü ildə Miçiqan Universitetinin hüquq fakültəsində oxuyarkən, Sims beynəlxalq və müqayisəli hüquq sahəsində Hüquqşünaslıq Doktoru (ing.
Con Sims
Con Sims (ing. John Sims, 13 oktyabr 1749, Kenterberi, Kent qraflığı – 26 fevral 1831) — Britaniya həkimi və botaniki, müxtəlif bitkilərin təsnifatçısı kimi tanınmışdır. 1773-cü ildən 1774-cü ilə qədər Leydendə təhsil alır. 1974-cü ildə Edinburqda həkimlik dərəcəsi alır. Con Sims 1788-ci ildən London Linney Cəmiyyətinin, 1814-cü ildən isə London Kral Cəmiyyətinin üzvüdür.
Limu (rayon)
Limu (fr. Limoux — Fransada rayon (fr. Arrondissement).Langedok-Russilon bölgəsindəki rayonlarından biri . Rayonun departamenti — Od. Suprefektura - Limu. Rayon əhalisi 2006-cı ildə 43387 nəfər olmuşdur. Əhalinin sıxlığı 24 nəfər / km² təşkil edir. Rayon ərazisi 1781 km²-dir. == Tarix == Od departamenti 17 fevral 1800-ci ildə yaradılan zaman Limu rayonu orijinal departamentin bir hissəsidir. == Coğrafiya == Limu rayonu şimalda Karkason, Narbon rayonu ilə şərqdə, Cənub-şərqdə Pireneyi departamenti və qərbdə Aryej departamenti ilə sərhəddir.
Maskasız sima
Maskasız sima (ing. The Naked Face) — Sidni Şeldonun 1970-ci ildə yazdığı romandır.
Qırğızıstan somu
Qırğızıstan somu ((qırğ. Кыргыз сом; code: KGS)) - Qırğızıstan respublikasının pul vahidi. ISO 4217 valyuta kodu KGS-dir. 1 som 100 tıyına (qırğ. тыйын) bölünür. == Tarixi == Sovet İttifaqı dağıldıqdan sonra ümumi valyutanı saxlamaq üçün əksər respublikalar tərəfindən cəhdlər edilmişdir. Bəzi siyasətçilər keçmiş sovet respublikaları və ya "yaxın xaric" arasında ən azı "xüsusi münasibətlər" saxlamağı ümid edirdilər. Rubl zonasının saxlanılması üçün digər iqtisadi səbəblər də var idi. Keçmiş sovet respublikaları arasında güclü ticarət əlaqələrini qorumaq arzusu ən mühüm məqsəd hesab edildi.Sovet İttifaqının parçalanması pul tənzimləmələrində heç bir rəsmi dəyişiklik ilə müşayiət olunmamışdı. 1 yanvar 1992-ci ildə Rusiya Mərkəzi Bankına SSRİ Dövlət Bankını (Qosbank) təhvil almaq səlahiyyəti verildi.
Samu Kastilyexo
Samuel Kastilyexo Azuaga (isp. Samuel "Bravo Samu" Castillejo Azuaga ; 18 yanvar 1995[…], Barselona) — ispaniyalı peşəkar futbolçu, İspaniyanın "Valensiya" klubunun cinah hücumçusu. == Karyerası == Samu Kastilyexo Malaqa klubunun yetirməsidir. Futbolçunun Malaqanın heyətində debütu, 30 avqust 2014-cu ildə Valensiya ilə oyunda baş verir.2015-ci ilin iyulunda futbolçu "Vilyarreal" klubuna keçir. 23 avqust 2015-ci ildə "Betis"ə qarşı oyunda "Vilyreal"ın heyətində debüt edir.Futbolçu 2018-ci ilin avqustunda İtaliya nəhəngi "Milan" klubuna transfer olunur. Yeni klubunda debütu 31 avqust 2018-ci ildə "Roma" klubuna qarşı oyunda olur. Futbolçunun "Milan" forması ilə ilk qolu isə, 30 sentyabr 2018-ci ildə "Sassuolo" klubuna qarşı oyunda baş verir.
Siau Şuşen
Şuşen Siau (13 noyabr 1976, Taybey) — Çinli aktrisa, müğənni və teleaparıcı. == Filmləri == == İstinadlar == == Mənbə == КиноПоиск.ru: Сяо Шушэнь 蕭淑慎檔案庫 AsianWiki: Shu-shen Hsiao Hsiao Shu Shen Height Profile Arxivləşdirilib 2014-04-28 at the Wayback Machine == Xarici keçidlər == Youtube-da Şuşen Siaunun Üfiq (ing.
Sima Ağayeva
Sima Abbas qızı Ağayeva (15 mart 1932, Axalsıx – 17 avqust 2020) — Azərbaycan rəssamı, dosent, Azərbaycan Respublikasının əməkdar rəssamı (2006) == Həyat və yaradıcılığı == Sima Ağayeva 15 mart 1932-ci ildə Gürcüstan SSR-in Ahalsıx şəhərində anadan olmuşdur. O, 1957-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1964-cü ildə isə Tbilisi Rəssamlıq Akademiyasının "Keramika" fakültəsini bitirmişdir. 1964-cü ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Rəsam, heykəltaraşlıq və boyakarlıq" kafedrasında dosent işləmişdir. 1967-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.Rəssam respublika və beynəlxalq sərgilərin dövrü mətbuatda işıqlandırılması sahəsində iştirak etmişdir. Sima Ağayeva rəssam Müslüm Abbasovun həyat yoldaşıdır.
Sima Eyvazova
Sima Eyvazova (tam adı: Sima Rəhman qızı Eyvazova; 2 oktyabr 1933, Bakı – 6 may 2009, Cenevrə) — SSRİ və Azərbaycan diplomatı.Sima Eyvazova 2 oktyabr 1933-cü ildə tarixində Bakı şəhərində həkim ailəsində anadan olmuşdur.Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirmişdir.Əmək fəaliyyətinə 16 yaşında başlamışdır. 23 yaşında Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin təbliğat və təşviqat şöbəsinin təlimatçısı işləmişdir.26 yaşında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi onu SSRİ Xarici İşlər Nazirliyi yanında Ali diplomatiya məktəbində oxumağa göndərmişdir. Sima Eyvazova bu məktəbi fərqlənmə diplomu ilə bitirmişdir.Daha sonra onu SSRİ XİN-in Mərkəzi Aparatında 2-ci Avropa şöbəsində işə götürmüşlər. Bu vəzifədə o, əsasən SSRİ-nin Böyük Britaniya ilə münasibətlərinə dair məsələlərlə məşğul olmuşdur.Sima Eyvazova diplomatik xidmətin bütün pillələrini bir-bir keçməklə üçüncü katib postundan birinci dərəcəli müşavir vəzifəsindək irəliləmişdir.1982-ci ildə Azərbaycan SSR KP MK-nın 1-ci katibi Heydər Əliyev onu Azərbaycan SSR-in xarici işlər naziri vəzifəsinə dəvət edir və Sima Eyvazova bir müddət bu vəzifədə çalışmışdır.Daha sonra SSRİ XİN onu xaricdə vəzifəyə təyin etmişdir. Belə ki, 1985-ci ildə Sima Eyvazova BMT-nin Cenevrədəki (İsveçrə) bölməsində məsul vəzifəyə təyinat almışdır. O, burada SSRİ dağılanadək çalışmışdır.SSRİ dağılan ərəfədə - 1991-ci ilin oktyabr ayında Sima Eyvazova BMT-nin Cenevrədəki bölməsində sovet diplomatiya xidmətindəki vəzifəsindən istefa verərək, müstəqil Azərbaycan Respublikasının bu qurumdaki nümayəndəsi kimi qeydiyyata alınmışdır.Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin 1997-ci il 4 mart tarixli Fərmanı ilə Sima Eyvazovaya Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri rütbəsi verilmiş və bununla yanaşı o, BMT-nin Cenevrədəki bölməsində və İsveçrədəki digər beynəlxalq təşkilatlarda Azərbaycan Respublikasının daimi nümayəndəsi təyin edilmişdir. 28 iyun 1999-cu ildə ezamiyyət müddətinin bitməsi ilə əlaqədar Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi vəzifəsindən o, geri çağırılmışdır.O, 6 xarici dil bilirdi ki, bunlardan da 3-ü BMT-də rəsmi dillərindən olan rus, ingilis və fransız dilləri idi.Sima Eyvazova müstəqil Azərbaycanın tarixində ilk peşəkar diplomat qadın olub. Eyni zamanda keçmiş SSRİ-də ilk qeyri-rus qadın diplomat kimi tarixə düşüb. O, SSRİ Xarici İşlər Nazirliyi yanındakı Ali diplomatiya məktəbində təhsil almış qeyri-rus milliyətinən olan ilk qadın diplomatdır.Sima Eyvazova 6 may 2009-cu ildə İsveçrənin Cenevrə şəhərində vəfat etmişdir.
Sima Sarikaya
Simo Hayha
Simo Hayha (fin Simo Häyhä; 17 dekabr 1905 – 1 aprel 2002) — 1939-1940-cı illər SSRİ-Finlandiya müharibəsi dövründə fəaliyyət göstərmiş, Qırmızı Ordu tərəfindən Ağ Ölüm adlandırılan fin snayper. Qış müharibəsində Mosin-Naqant snayper tüfəngi vasitəsilə bir müharibədə təsdiqlənmiş rekord sayda (505) düşmən əsgərini məhv etmişdir. Bundan başqa, yüngül tüfəng olan 9 mm-lik Suomi vasitəsilə 200 düşmən əsgəri öldürərək təsdiq olunmuş ümumi öldürülən əsgər sayını 705-ə çıxartmış və bunu 100 gündən daha az müddətdə etmişdir. Rütbəsi kiçik leytenant olmuşdur. == Uşaqlıq illəri == Hazırkı Finlandiya-Rusiya sərhədinə yaxın yerləşən Vıborq quberniyasının Rautjarvi qəsəbəsində səkkiz uşaqlı lüteran ailəsində anadan olmuşdur. Mietiliyada xalq məktəbində oxumuş və qardaşı ilə torpaqda işləmişdir. Ailəsi balıq tutmağı və ovçuluğu çox sevirdi. 17 yaşı bitdikdən sonra yerli təhlükəsizlik dəstəsinə daxil olmuş və snayperçilik təlimini almış. Vıborq üzrə snayperçilərin yarışmasında yüksək nəticə göstərmişdir. == Hərbi xidmət == 1925-ci ildə Rayvolada hərbi xidmətə başlamış və ikinci velosiped batalyonunda xidmətini davam etdirmişdir.
Sims 2
The Sims 2 — Maxis tərəfindən yaradılan, Electronic Arts (EA Games) tərəfindən istehsal olunan kompüter oyunu. The Sims 2 kompüter oyunları tarixində ən çox satılan oyun olan The Sims 1-in davamıdır. == Məzmunu == Oyunu oynayanlar seçdikləri obrazın xarakterini və xarici görünüşünü istədikləri formada yarada bilərlər. Oyunçu seçdiyi obrazın xarakterini və xarici görünüşünü qurduqdan sonra ona ad və soyad verir, onun üçün ev tikir, iş müəyyənləşdirir. Obraz dostlarıyla birgə bayramlar təşkil edə, parkda gəzməyə çıxa, kiminləsə dalaşa da bilər. Oyunun sonu yoxdur. Oyunçunun obraza hansısa işi görməyi tapşırması və ya bu işləri görməyi onun öz ixtiyarına buraxması mümkündür. Oyunda uçan naməlum obyektlər, ruhlar, vampirlər, qar adamı, rostman (bitki adam), robotlar, canavar-adam, cadugər, sehrbaz və s. bu kimi maraqlı obrazlar var. == Tarixi == The Sims 2 27 aprel 2004-cü ildə satışa çıxarılmışdır.
Sims 4
The Sims 4 — həyat simulyatoru janrında videooyun. Maxis tərəfindən Windows və MacOS əməliyyat sistemləri üçün hazırlanan, Electronic Arts tərəfindən buraxılan Sims oyun seriyasının dördüncü buraxılışı. Windows əməliyyat sistemi üçün Sims 4 oyununun çıxış tarixi rəsmi olaraq E3 kompüter oyunları sərgisində elan edilmişdir. 2 sentyabr 2014-cü ildə ABŞ-də, 4 sentyabr isə Rusiya və Avropada satışa sərbəst buraxıldı. MacOS platforması üçün oyun versiyasının buraxılması 17 fevral 2015-ci ildə, PlayStation 4 və Xbox One oyun konsolları üçün isə 17 noyabr 2017 tarixində baş tutmuşdur. The Sims 4-də aydın şəkildə ifadə edilmiş hekayə yoxdur, oyun prosesi qeyri-sabit davam edir və müəyyən bir məqsəd yoxdur. Oyunda yaratdığınız hər bir personaj sim adlanır. Oyunda maksimum 8 sim yarada bilər və onları idarə edə bilərsiniz. İnşaat redaktoru istədiyiniz üslubda bina yaratmağa və mebel ilə təchiz etməyə imkan verir. Bundan sonra yaratdığınız simləri, yaratdığınız evdə idarə edə bilərsiniz.
Sims körfəzi
Sims körfəzi — Laptevlər dənizini ərazisində, Taymır yarımadasının şimal-şərqində yerləşir. Körfəz düzbucaqlı formaya malikdir. Onun uzun 20 kilometr, orta eni isə 14 km-dir. Qərbdə Lasinus yarımadası ilə daha böyük olan Tereza Klavenes körfəzindən ayrılır. Körfəzdə Kamennıy burnu yerləşir. Qərnbində ona tökülən çaylar estuari əmələ gətirir. Körfəzdən bir qədər şimalda Komsomol Həqiqəti adası yerləşir. İnzibati baxımından Rusiyanın Krasnoyarsk diyarı ərazisində yerləşir. Körfəzin sahil xəttinin uzunluğu 20 kilometrdir. Körfəzin yerləşdiyi bölgənin sərt iqlimə sahib olması səbəbindən burada yaşayış yoxdur.
Sium apium
İyli kərəviz (lat. Apium graveolens) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin kərəviz cinsinə aid bitki növü. == Sinonimləri == Apium celleri Gaertn. Apium decumbens Eckl. & Zeyh. Apium dulce Mill. Apium graveolens var. bashmensis Hosni Apium graveolens var. butronensis D.Gómez & G.Monts. Apium graveolens subsp.
Sium graveolens
İyli kərəviz (lat. Apium graveolens) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin kərəviz cinsinə aid bitki növü. == Sinonimləri == Apium celleri Gaertn. Apium decumbens Eckl. & Zeyh. Apium dulce Mill. Apium graveolens var. bashmensis Hosni Apium graveolens var. butronensis D.Gómez & G.Monts. Apium graveolens subsp.
Sium latifolium
Enliyarpaq sukərəvizi (lat. Sium latifolium) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin sukərəvizi cinsinə aid bitki növü.
Sium sisarum
Adi sukərəvizi (lat. Sium sisarum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin sukərəvizi cinsinə aid bitki növü.
The Sims
The Sims, Will Wright tərəfindən yaradılan, yayımlanması Electronic Arts, nəşr ediləmsi Maxis'in başçılığı altında oyun bazarına çıxmış bir strategiya-həyat simulyasiya kompüter oyunudur. "Sim" deyilən virtual insanların SimCity ətrafında bir qəsəbədə keçən gündəlik aktivliklərinin birə-bir simulyatorudur.
Typhlodromalus simus
Typhlodromalus simus (lat. Typhlodromalus simus) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin typhlodromalus cinsinə aid heyvan növü.
Xristofor Sims
Xristofor Sims (ing. Christopher Albert Sims; 21 oktyabr 1942[…], Vaşinqton[…]) — amerikalı iqtisadçı. 2011-ci ildə Tomas Sercentlə birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. == Həyatı == Xristofor Sims 1942-ci ildə Vaşinqtonda anadan olmuşdur. 1959-cu ildə Harvard Universitetinə qəbul olmuş və həmin universitetin riyaziyyat fakültəsindən məzun olmuşdur. 1964-cü ildə yenidən Harvard Universitetində Məhsuldarlıq dəyişməsi dinamikası: Nəzəri və empirik bir çalışma (ing. The Dynamics of Productivity Change. A Theoretical and Empirical Study) adlı doktorluq dissertasiyası müdafiə etmiş və 1968-ci ildə Harvard Universitetində doktorluq dərəcəsinə yüksəlmişdir. Aspirantura təhsili alarkən Harvard Universitetində iqtisadiyyat fənnindən mühazirə demişdir. Daha sonra 1968–1970-ci illərdə yenə Harvard Universitetində köməkçi professor olaraq fəaliyyət göstərmişdir.
Sınmu
Sınmu - Koreyalıların milli rəqsləridir. Koreyanın ən çətin və qəşəng rəqsi hesab olunur. Necə yarandığı haqqında məlumat yoxdur. == Geyim == Sınmunu rəqs edən rəqqaslar canqsam geyinirlər. Həmçinin rəqqasların böyük şlyapası olmalıdır. Canqsamın çox uzun ətəyi var. Ən vacib olan isə rəqsdə barabanın səsidir. Rəqs 8 mərhələdən ibarətdir. == Estetika == Rəqsin sakitliyi və axan hərəkətlərin bir-birini əvəz etməsi onun ən gözəl Koreya rəqsi olmasına səbəb olmuşdur. Rəqqasın uzun və ağ qolları hərəkətləri, ağ papağının sükunəti, nəfəs kisici bir fasiləsi və sonradan isə bir ruhun hərəkətə keçirici hərəkatı Sınmunun unikal edir.
Şemu
Şemu (sözün kökü şam isti, şemet qızmar deməkdir) — Qədim Misir təqvimində bir mövsüm, istilərin düşmə vaxtı analmını verir. Yuxarı Misir üçün bu müddət fevral ayının əvvəllərinə, Nilin mənsəbində isə ortalarına dəlalət edir. Şemu mövsümünə Renutet, Xonsu, Xenti-xet və İpet-hemet ayları daxildir. Sülalə öncəsi dövrdən Orta padşahlıq dövrünədək bu mövsüm indiki təqvimlə fevralın əvvəlindən iyunun əvvəlinə qədər, Yeni padşahlıq dövründən başlayaraq, aprelin 28-dən avqusutun 25-nə qədər sürürdü.
Sım
Sım — Azərbaycan Respublikasının Astara rayonunun inzibati ərazi vahidində kənd. == Etimologiyası == Coğrafi adın tərkibindəki sım sözü talış dilində «sıldırım», «hündür» mənasındadır. Sım kəndi Qayalıqda yerləşən kənd mənasındadır. Təngərüdçayın sahilində yerləşən kənd şəfalı bulaqları və bolsulu şəlalələri ilə məşhurdur.
Fumihiko Şimo
Fumihiko Şimo (志茂 文彦, Shimo Fumihiko) — Yaponiya anime ssenaristi. Ən çox Key şirkəti tərəfindən istehsal olunmuş vizual romanlar əsasında Kyoto Animation studiyası tərəfindən çəkilən animelər üçün yazdığı ssenarilərinə görə tanınır.