SİMA

SİMA I is. [ ər. ] Çöhrə, bəniz, üz. Bu zaman otağa girir bir nəfər; O gözlər, o sima tanışdır sənə (B.Azəroğlu).

SİMA II is. coğr. Tərkibi əsasən silisium və maqneziumdan ibarət olan yer təbəqəsi.

SİM
SİMLİ
OBASTAN VİKİ
Sima
Sima — yer qabığında sial təbəqəsindən altda yerləşən və tərkibi başlıca olaraq silisium və maqneziumdan ibarət olan təbəqədir. Hazırda sial və sima təbəqələri əvəzinə silikat təbəqəsi termini daha çox işlənməkdədir.
Maskasız sima
Maskasız sima (ing. The Naked Face) — Sidni Şeldonun 1970-ci ildə yazdığı romandır.
Sima Ağayeva
Sima Abbas qızı Ağayeva (15 mart 1932, Axalsıx – 17 avqust 2020) — Azərbaycan rəssamı, dosent, Azərbaycan Respublikasının əməkdar rəssamı (2006) Sima Ağayeva 15 mart 1932-ci ildə Gürcüstan SSR-in Ahalsıx şəhərində anadan olmuşdur. O, 1957-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1964-cü ildə isə Tbilisi Rəssamlıq Akademiyasının "Keramika" fakültəsini bitirmişdir. 1964-cü ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Rəsam, heykəltaraşlıq və boyakarlıq" kafedrasında dosent işləmişdir. 1967-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Rəssam respublika və beynəlxalq sərgilərin dövrü mətbuatda işıqlandırılması sahəsində iştirak etmişdir. Sima Ağayeva rəssam Müslüm Abbasovun həyat yoldaşıdır.
Sima Eyvazova
Sima Eyvazova (tam adı: Sima Rəhman qızı Eyvazova; 2 oktyabr 1933, Bakı – 6 may 2009, Cenevrə) — SSRİ və Azərbaycan diplomatı. Sima Eyvazova 2 oktyabr 1933-cü ildə tarixində Bakı şəhərində həkim ailəsində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirmişdir. Əmək fəaliyyətinə 16 yaşında başlamışdır. 23 yaşında Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin təbliğat və təşviqat şöbəsinin təlimatçısı işləmişdir. 26 yaşında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi onu SSRİ Xarici İşlər Nazirliyi yanında Ali diplomatiya məktəbində oxumağa göndərmişdir. Sima Eyvazova bu məktəbi fərqlənmə diplomu ilə bitirmişdir. Daha sonra onu SSRİ XİN-in Mərkəzi Aparatında 2-ci Avropa şöbəsində işə götürmüşlər. Bu vəzifədə o, əsasən SSRİ-nin Böyük Britaniya ilə münasibətlərinə dair məsələlərlə məşğul olmuşdur. Üçüncü katib postundan birinci dərəcəli müşavir vəzifəsindək yüksəlmişdir.
Sima Sarikaya
Məzəli sima (film, 1957)
"Məzəli sima" (ing. Funny Face) — rejissor Stenli Donenin filmi. "Quality" qadın jurnalının redaktoru Meqqi Preskott və onun bir nömrəli fotoqrafı Dik Eyvern jurnalın üz qabığı üçün yeni sima axtarırlar. Elə bir sima ki, bütün moda dünyasını alt-üst eləsin. Onlar qadını təkcə gözəl kimi yox, həm də intellektual kimi göstərmək istəyirlər. Bunun üçün jurnalın heyəti kiçik kitab mağazasına gedir və fotoları orada çəkməyə başlayırlar. Orada satıcı Coya rast gələn Dik başa düşür ki, onun çox şən və məzəli siması var. Gələcəyin gözəllik etalonu. Co isə kitab mağazasına icazəsiz soxulanları əvvəl dəli hesab edir, lakin sonra onların Parisə çəkilişə getmək təkliflərinə razılaşdı. Getməyinə əsas səbəb isə onun kumiri professor Flosterin orada mühazirələr təşkil etməsidir.
"RSFSR-in qeyri-qaratorpaq zonası simasının dəyişdirilməsinə görə" medalı
"RSFSR-in qeyri-qaratorpaq zonası simasının dəyişdirilməsinə görə" medalı — SSRİ Ali Sovetinin 30 sentyabr 1977-ci il tarixli qanunu ilə təsis olunmuş SSRİ medalı.
Anastasiya Simanoviç
Anastasiya Simanoviç (d. 23 yanvar 1995) — Rusiyanı təmsil edən su poloçusu. == Karyerası == Anastasiya Simanoviç, Rusiya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Macarıstan yığmasını 20:18 hesabı ilə məğlub edən Rusiya yığması, Rio-de-Janeyro Olimpiadasının bürünc medalına sahib oldu.
Ba-Muaka Simakala
Ba-Muaka Simakala (28 yanvar 1997-ci ildə anadan olub) — Bundesliqa təmsilçilərindən olan Borussiya Münhenqladbax klubunda hücumçu kimi çıxış edən peşəkar Almaniya futbolçusudur. == Klub karyerası == === Borussiya M. === Simakala Borussiya akademiyası vasitəsilə inkişaf etmişdir. Simakala öz peşəkar karyerasında debütünü 21 yanvar 2017-ci ildə Darmştadt klubuna qarşı oyunda etmişdir. O, 80-ci dəqiqədə Raffaeli əvəz etmişdir. Həmin görüşdə Borussiya liqa görüşündə rəqibi ilə 0-0 hesabı ilə bərabərə qalmışdır. == Karyera statistikası == === Klub === 25 fevral 2018 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Almaniya Superkuboku görüşləri daxildir.
Müharibə qadın simalı deyil
Müharibə qadın simalı deyil (rus. У войны не женское лицо) — 2015-ci ilin ədəbiyyat üzrə Nobel mükafatını alan Ukrayna əsilli Belarus yazıçısı Svetlana Aleksiyeviçin ilk kitabı. 1985-ci ildə nəşr edildikdən sonra kitab qısa müddət ərzində populyarlaşaraq, 2 milyondan çox oxucu qazanır. Əsər bir qadının monoloqu üzərində qurulmaqla, müharibədən sonrakı həyatı əks etdirir. Biz hələ həyatın nə demək olduğunu bilmədən həyat uğrunda ölürdük… Hər şey haqqında ancaq kitablarda oxumuşduq. 2015-ci ilin Nobel mükafatı laureatı, Belorus yazıçısı Svetlana Aleksiyeviçin “Müharibə qadın simalı deyil” əsəri Böyük Vətən Müharibəsinə sənədli baxış kimi dəyərləndirilə bilər. Əsəri maraqlı edən cəhət yazıçı-jurnalistin onu müharibədə iştirak edən qadınların danışıqları əsasında qələmə almasıdır. Bir də müharibəyə “qadın baxışı” və “qadın gözü” ilə baxmağa çalışması… Siz əsərdə məhz bununla bağlı olaraq meydana çıxan çox təsirli səhnələrin, təsvirlərin və duyğuların şahidi olacaqsınız. Kitabı Nərgiz Cabbarlı rus dilindən Azərbaycan dilinə tərcümə və redaktə edib, “XAN” nəşriyyatı tərəfindən “XAN” tərcümə ədəbiyyatı çərçivəsində 2015-ci ildə nəşr edilib. Əsərin motivləri əsasında 1981-1984-cü illərdə sovet belorus rejissoru Viktor Daşuk tərəfindən hər biri 10-25 dəqiqədən ibarət olan 7 seriyalıq sənədli televiziya filmi çəkilib.
Müharibənin siması
"Müharibənin siması" (isp. La Cara de la Guerra) — ispan rəssamı Salvador Dalinin 1940-cı ildə çəkilmiş rəsm əsəri. Rotterdam şəhərində yerləşən Boymans Van Böningen muzeyində saxlanılır. Rəsm əsəri rəssamın səkkiz il yaşadığı və ümumdünya şöhrətinin zirvəsinə çatdığı ABŞ-də çəkilmişdir. Əsərin süjeti qeyri-adi dərəcədə vahid istiqamətə malikdir. Dali burada "böhranlı paranoid üslubu"ndan daha çox simvolizmin vasitələrini qabardır. Kətan üzərində fısıldayan ilanlarla əhatə olunmuş, kəllə sümüyünə bənzər baş təsvir edilmişdir. Göz və ağız boşluğu da daxil olmaqla, başın hər üç dəliyində kəllə yerləşdirilmiş və onların da içi kəllələrlə işlənmişdir. Buna görə də baş "saysız-hesabsız ölümlə doldurulmuşdur". Əsərin aşağı sağ tərəfində Salvador Dalinin əl izini görmək mümkündür.
Simabaceae
Ochnaceae (lat. Ochnaceae) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinə aid bitki fəsiləsi. Euthemidaceae Tiegh., nom. inval. Lophiraceae Loudon Luxemburgiaceae Tiegh. Sauvagesiaceae Dumort. Simabaceae Horan. Wallaceaceae Tiegh. ex Soler., nom. inval.
Simabara yarımadası
Simabara yarımadası yap. 島原半島 — yarımada Yaponiyanın Naqasaki prefekturası ərazisində, Naqasaki şəhərindən şərqdə yerləşir. Kyuşu adasının ərazisinə daxildir. Yarımadanın şimal-şərq qutaracağında Simbara şəhəri yerləşir. Yarımada Simbara üsyanı ilə tanınır. Bu üsyanın nəticəsində Yaponiya qapalı (1639) ölkəyə çevrilir. Ancaq Holland və Çin gəmiləri adalara yan ala bilərdilər. Onlarda az sayda buraxılırdı.
Simalia
Əsl pitonlar (lat. Python) – pitonlar fəsiləsinə aid ilan cinsi.
Simandr-syur-Syuran
Simandr-syur-Syuran (fr. Simandre-sur-Suran) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Seyzerya kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01408. Kommuna Paris şəhərinin 410 km cənub-şərqində, Lion şəhərindən 65 km şərqdə və Burk-an-Bres şəhərindən 45 km cənub-şərqdə yerləşir. 2010-ci ildə əhalinin sayı 650 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 192 nəfər arasında (15-64 yaş arasında) 146 nəfər iqtisadi cəhətdən fəal, 46 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici - 76.0%, 1999-cu ildə 70.4%). Aktiv 146 sakindən 139 nəfər (79 kişi və 60 qadın), 7 nəfər işsiz (3 kişi və 4 qadın) idi.
Simane tayfası
Simane tayfası Bu tayfa dünyada ən sağlam ürək-damar sisteminə malik xalq Boliviyanın cəngəlliklərində yaşayır. Müayinəsi aparılmış yaşı 40-94 olan 705 simane hindusunun 90%-nin damarlarında xolesterin qalıqları aşkar olunmamış, ürək-damar sistemi xəstəliklərinin riski yalnız yaşı 75-dən yuxarı olan əhalinin 8%-də qeydə alınmışdır. Tayfa nümayəndələrində hipertoniya, sürətləndirilmiş nəbz, qanda şəkərin və xolesterinin yüksək miqdarı çox az halda müşahidə olunur. 13 min nümayəndədən ibarət tayfanın əhalisi 85 xırda kəndlərdə yerləşmişdir. Simane tayfası əhalisinin ürək-damar sisteminin yaxşı vəziyyətdə olması, tədqiqatçıların fikrincə, onların yaşam tərzi və qidalanmaları ilə bağlıdır. Burada kişilər gündə 6-7 saat, qadınlar isə 4-6 saat fiziki işlərlə - ovçuluq, balıq tutma, qida məhsullarının toplanması - məşğul olurlar. Onların qidası mürəkkəb karbohidratlardan - düyü, plantan (bananların şirnisiz tərəvəz növü), qarğıdalı, qoz və meyvələrdən ibarətdir. Ət zülalları və yağlar rasionun 14-15%-ni təşkil edir. Tütünün nə olması barədə onlarda məlumat yoxdur, arabir maniokadan pivə düzəldilib içilir.
Simanqa Dlamini
Simaroubaceae
Simaroubakimilər (lat. Simaroubaceae) — i̇kiləpəlilər sinfinin sabunağacıçiçəklilər sırasına aid bitki fəsiləsi.
Simaroubakimilər
Simaroubakimilər (lat. Simaroubaceae) — i̇kiləpəlilər sinfinin sabunağacıçiçəklilər sırasına aid bitki fəsiləsi.
Simarə İmanova
Simarə Cəmaləddin qızı İmanova (1975, Əliqullar, İmişli rayonu) — Qran-Pri mükafatçısı, xanəndə, Azərbaycan Respublikasının Xalq artisti (14 sentyabr 2012). 1975-ci ildə İmişli rayonunun Əliqullar kəndində anadan olmuşdur. 1994-cü ildə A.Zeynallı adına musiqi texnikumuna, xalq artisti Ağaxan Abdullayevin sinfinə daxil olmuşdur. 1997-ci ildə Özbəkistanın Səmərqənd şəhərində keçirilən "Şərq təranələri" festivalında, 46 ölkə müsiqiçiləri arasında ən ali mükafat olan "Qran-Pri" yə layiq görülmüşdür. Festivaldan qayıtdıqdan sonra dahi öndərimiz Heydər Əliyev tərəfindən (1997-ci il) Əməkdar artist fəxri adına layiq görülmüşdür. Milli opera səhnəsində ən gənc Leyli obrazını canlandırmışdır. 1998-ci ilin martın 8-də "İlin qadını" mükafatına layiq görülmüşdür. Mədəniyyət və İncəsənət Universitetinin bakalavr və magistr pillələrini bitirib, hal-hazırda həmin universitetdə müəllim işləyir. Bir çox xarici ölkələrdə, Fransa, ABŞ, Hollandiya, Cənubi Koreya, Özbəkistan, Gürcüstan, Rusiya, İran, Türkiyə, Almaniya və s. Ölkələrdə milli musiqimizi uğurla təmsil etmişdir.
Simax Şeyda
Simax Şeyda (20 iyun 1936, Vartaşen – 13 fevral 2024, Münxen) — Azərbaycan uşaq ədəbiyyatının tanınmış simalarından biri, Azərbaycan və İsrail Yazarlar Birliyinin üzvü, şair-dramaturq. SSRİ "Əmək veteranı" medalı laureatı Simax Şeyda 1936-cı il iyunun 20-də Oğuz rayonunda anadan olub. 1940-cı ildə ailəliklə Gəncə şəhərinə köçüb. Burada Sabir adına 5 saylı orta məktəbin səkkizinci sinfini bitirdikdən sonra fəhlə-gənclər məktəbində təhsil alıb. Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsində təhsilini davam etdirib. Simax Şeyda əmək fəaliyyətinə Gəncə şəhəri Rayonlararası Xalq Yaradıcılığı Evində teatr və təsviri incəsənət üzrə metodist kimi başlayıb. Orada baş metodist və direktor olub. Bakıda Azərbaycan Teatr Cəmiyyətinin xalq teatrları kabinetinin müdiri (1965–1990) və "Azərteatr" Yaradıcılıq İstehsalat Birliyində redaktor vəzifəsində çalışıb. Dağ yəhudisi olmasına baxmayaraq, Simax Şeyda həmişə Azərbaycan dilində yazıb, yaradıb. "Ədəbiyyat və incəsənət", "Azərbaycan pioneri", "Azərbaycan" qəzetlərində və "Göyərçin" jurnalı səhifələrində uşaq şeirləri, mənzum nağılları dərc olunub.

Digər lüğətlərdə