zənn
zər-zər
OBASTAN VİKİ
Zər
Zər — işarəli tərəfləri olan, atmaq üçün nəzərdə tutulan, oyunlarda təsadüfün mənbəsi kimi işlənilən alət. Ənənəvi zər kub formasında olur və beləliklə, altı tərəflidir. Zərlər yazılı tarixdən əvvəl dövründən bəri mövcuddur və onların mənşəyi naməlumdur. Ehtimal olunur ki, falçılıq üçün işlənilən falus sümükləri zərlərin əcdadlarıdır. Qədim Misirə aid olan senet oyunu (e.ə. 3000 - b.e. II əsri) üçün ikitərəfli taxta zər kimi işlənilirdi. Ən qədim (e.ə. 2800 - 2500) zər tapıntısı İranın Şəhr-i Suxtedə aşkar olunan nərdə oxşar oyunun hissəsi idi. Riqveda, Atarvaveda, Mahatbarata və Buddanın oynamadığı oyunların siyahısı kimi qədim hind mənbələrində zərli oyunlar qeyd olunur.
Azşüalı zərəvşan
Azşüalı zərəvşan (lat. Zeravschania pauciradiata) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin zərəvşan cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir. Azərbaycanın nadir endemik bitki növüdür. Çoxillik, çılpaq, göyümtül bitkidir, hündürlüyü 60–120 sm-dir. Kökətrafı yarpaqları üçər bölümlüdür, son ayaları ayrılmış lələklidir, yumurtavari və ya uzunsovdur, uzunluğu 1 sm-ə yaxındır. Gövdə yarpaqlarının ayaları çox kiçikdir, qalanları lansetvari qın formasındadır, ayasızdır. Çətirlərdə 3–6 ədəd, uzunluğu 1–2,5 sm olan müxtəlif şüaları vardır. Ləçəkləri açıq-sarıdır. Meyvələri 4 mm uzunluğundadır, ellipsvaridir.
Azərbaycanda zərdüştilik
Yampolski belə hesab edirdi ki, Azərbaycan zərdüştçülük üçün bir növ, papa vilayəti rolunu oynayıb. Ən nüfuzlu atəşpərəst məbədləri Azərbaycanda yerləşirdi. Zərdüştçülük ideologiyasının yayıcıları kahin-maqlar da Azərbaycanın yerli xalqı idilər. Maq sözü öz əsl mənasından başqa həm də sehrbaz, cadugər anlamında bütün dünya dillərinə keçib. Azərbaycanın çox yerlərində indiyədək yanan şamı üfürüb söndürmək, yanan ocağa su tökmək günah sayılır. Şamın, çırağın və s. bu kimi şeylərin evdə qəflətən sönməsi yaxın vaxtlarda ailə üçün bədbəxtlik gözlənildiyindən xəbər verir. Odu söymək, yaxud oda boş yerə and içmək böyük günahdır. Odu su ilə söndürmək olmaz. Azərbaycanda yaranıb yayılmış xürrəmilik, məzdəkilik, hürufilik kimi dini cərəyanlar da zərdüştçülükdən qidalanıblar.
Azərbaycansayağı künc zərbəsi
Azərbaycansayağı künc zərbəsi — 1994-cü ildə Azərbaycan futbol məşqçisi Vaqif Sadıqov tərəfindən yaradılan və futbolda istifadə olunan taktiki gediş. Azərbaycansayağı künc zərbəsi Azərbaycan futbol məşqçisi Vaqif Sadıqov tərəfindən yaradılıb. Taktiki gedişin əsas məqsədi futbolda künc zərbəsi zamanı topa yaxınlaşan futbolçu onu cərimə meydançasına doğru ötürür. Bu zaman topa doğru şığıyan 2 və ya 3 futbolçu topa toxunmayıb onu arxaya buraxır. Öncədən planlaşdırıldığı kimi sonuncu şəxs qapıya doğru zərbə vurur. Vaqif Sadıqov ilk dəfə Azərbaycansayağı künc zərbəsini 1994-cü ildə Neftçi klubunun baş məşqçisi olduğu vaxtda Bərdənin Pambıqçı klubu ilə görüşdə tətbiq etmişdi. Həmin oyunda Neftçinin futbolçuları Bəxtiyar Musayev və Mirbağır İsayev künc zərbəsinin yerinə yetirilməsində iştirak etsələr də, topa toxunmamış, son nöqtəni rəqibin cərimə meydanına gələn müdafiəçi Yaşar Vahabzadə vurmuşdur. Vaqif Sadıqov baş məşqçisi təyin olunandan sonra da bu üsuldan istifadə etdi. Bu oyun elementinin uğurlu tətbiqi sayəsində 1997-ci ildə Tofiq Bəhramov adına Respublika Stadionunda Azərbaycan millisi Türkmənistanla yoldaşlıq matçından qalib ayrılmağı bacarmışdı. Belə ki, yerinə yetirilən künc zərbəsindən sonra müdafiəçi Rasim Abışov matçdakı yeganə qola imza atmışdı.
Ağəsməyəbənzər zəravənd
Ağəsməyəbənzər zəravənd (lat. Aristolochia clematitis) — zəravəndkimilər fəsiləsinin zəravənd cinsinə aid bitki növü.
Aşağı Zərnav
Aşağı Zərnava — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə İsmayıllı rayonunun faktiki mövcud olan Aşağı Zərnava kəndi dəqiqləşdirmə qaydasında rayonun yaşayış məntəqələri siyahısına daxil edilmiş və Zərnava kənd Sovetinin tərkibinə verilmişdir. Kənd ərazisindəki Zərnova bulağının adı ilə adlanmışdır. Kənd Girdimançayın sahilində, İlandağ silsiləsinin ətəyində yerləşir. Əhalisi 251 nəfərdir ki, onun da 130 nəfəri kişi, 121 nəfəri qadındır.
Aşağı Zərnava
Aşağı Zərnava — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə İsmayıllı rayonunun faktiki mövcud olan Aşağı Zərnava kəndi dəqiqləşdirmə qaydasında rayonun yaşayış məntəqələri siyahısına daxil edilmiş və Zərnava kənd Sovetinin tərkibinə verilmişdir. Kənd ərazisindəki Zərnova bulağının adı ilə adlanmışdır. Kənd Girdimançayın sahilində, İlandağ silsiləsinin ətəyində yerləşir. Əhalisi 251 nəfərdir ki, onun da 130 nəfəri kişi, 121 nəfəri qadındır.
Aşurəli Zərbəliyev
Aşurəli Səfərəli oğlu Zərbəliyev (9 sentyabr 1999, Quxuroba, Qusar rayonu — 11 oktyabr 2020, Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Aşurəli Səfərəli oğlu Zərbəliyev 1999-cu il sentyabrın 9-da Qusar rayonunun Quxuroba kəndində anadan olmuşdur. 2005-2014-cü illərdə Qusar rayon Quxuroba kənd tam orta məktəbində təhsil almışdır. Aşurəli Zərbəliyev 2017-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Goranboy rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdir. Azərbaycan Ordusunun əsgəri olan Aşurəli Zərbəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Aşurəli Zərbəliyev 11 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Qusar rayonunda dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Aşurəli Zərbəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Aşıq Zərnişan
Aşıq Zərnişan- Aşıq Zərnişan Cabbarqızı (1852–1906) – Xızıda doğulmuş və gənc yaşlarından Bakıda – İçərişəhərdə yaşamış aşıq-şairədir. Cəfər Cabbarlı, Aşıq Zərnişan, Xızı aşıqları, aşıq sənəti, şahmat. Dahi dramaturq Cəfər Cabbarlı bir sıra yaddaqalan musiqilər bəstələyib: Azad bir quşdum, Gərək günəş dağları aşıb sönməyəydi…, Mən bir solmaz yarpağam ki, Hicrindən oldu, ey gözəl, Sənə nə olub, zalım yar, Sənin dərdindən, Saranın mahnısı, Marş irəli, əsgərim!, Yaşasın Azərbaycan, On dördü (yaxud Nuru Paşa) rəqsi və s. Aşıq Zərnişan Cabbarqızı (1852–1906) – Xızıda doğulmuş və gənc yaşlarından Bakıda – İçərişəhərdə yaşamış aşıq-şairədir. Aşıq Zərnişan Xızıda tanınmış Cəlilli nəslinin bir nümayəndəsi olub. Bu nəslin nümayəndələrinin demək olar ki, hər birinin bədahətən şeir demək, söz qoşmaq, yaxud gözəl rəqs etmək bacarığı var. Uşaq yaşlarında Zərnişan Xızı mədrəsəsində təhsil alıb, şeirə, musiqiyə böyük həvəs göstərib, bədahətən şeirlər söyləməklə ətrafdakıları heyrətləndirərdi. Zərnişan 16 yaşında ikən öz doğmaca əmisi oğlu Hacı Əliəkbərlə ailə həyatı qurmuşdur. Gənc ailə Bakıda, İçərişəhərdə yaşayıb. Hacı Əliəkbər şəhərin çox zəngin, varlı tacirlərindən biri idi.
Bakı Şəhər Rəisi yanında zəruri ərzaqların ucuzlaşdırılması komitəsi
Bakı şəhər rəisliyi — Bakı şəhərində və onun ətrafındakı mədən və fabrik-zavod rayonlarında qayda-qanunu və təhlükəsizliyi qoruyan hakimiyyət orqanı. Bakı şəhər rəisliyi 1906-cı il oktyabrın 28-də Rusiya senatının qərarı ilə yaradılmışdı. Ərazisi Bakı qubernatorunun tabeçiliyindən çıxarılmış və qubernatorun idarəçilik hüquqları şəhər rəisinə verilmişdi. Bakı şəhər rəisliyinə aid işlərin müxtəlif quberniya idarələrində müzakirəsində şəhər rəisi sədrlik edirdi. Şəhər rəisliyi yanında iki idarə -inzibati işlər və neft işləri idarələri vardı. Bakı Xalq Komissarları Sovetinin dekreti ilə 1918-ci ilin mayında Bakı şəhər rəisliyi ləğv olunmuşdu. Bakı şəhər və onun ətrafındakı mədən rayonunda (bütün Abşeron yarımadasında və Bakı yaxınlığındakı adalarda) Bakı qubernatorunun funksiyalarını eyni səlahiyyətlə, əvvəllər olduğu kimi, yenə Bakı şəhər rəisi icra edirdi. Şəhər rəisi vəzifəsi Bakıda və mədən rayonunda mövcud olaan xüsusi şərait nəzərə alınaraq təsis olunmuşdu. Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı olaraq Bakı şəhərindəki real şərait burada ictimai asayişi və təhlükəsizliyi qorumaq üçün qubernator hüququna malik ayrıca hakimiyyət orqanının olmasını tələb edirdi. Şəhər rəisinin müavini vardı.
Bal arısının zərərvericiləri
Bal arısının zərərvericiləri - Varroa destructor (Parasitiformes), Acarapis woodi (Trombidiformes) kimi növlər bal arısının əsas zərərverici gənələridir. Varroa destructor Anderson & Trueman, 2000 zərərverici gənəsi həm Apis mellifera, həm də Apis cerena arılarında parazitlik edir. Dişi gənənin uzunluğu 1,1-1,2 mm, eni isə 1,6-1,7 mm olub, bədəni qırmızımtıl qəhvəyi rəngdə və yastı olur. Əsasən arıların qarıncıq hissəsinin halqaları arasına yapışır və buradan arının hemolimfası ilə qidalanaraq yaşayır. Dişi gənələr içərisində erkək və işçi arıların sürfələri olan yuvalara girərək sürfə qidası ilə qidalanırlar. Yuvanın ağzı bağlandıqdan 60-70 saat sonra yumurta qoymağa başlayırlar. Bir dişi gənə 4-6 yumurta qoyur ki, bunlardan da 4 ədədi həyatda qala bilir. Yumurtaların birindən erkək, digər üçündən isə dişi varroalar çıxır. Varrotoz olan arı ailələrinin məhsuldarlıq qabiliyyəti aşağı düşür, bir sıra viruslu və nozematoz kimi xəstəliklərin yaranmasına şərait yaradır. Arıçılar varroa gənəsi ilə mübarizədə planlı şəkildə həyata keçirilən kimyəvi və bioloji mübarizə üsullarından istifadə edirlər.
Basma (zərgərlik)
Basma — zərgərlikdə üsul. XVIII əsrdə Azərbaycanda metaldan hazırlanmış məişət əşyaları, silah, zinət şeyləri əsas etibarı ilə basma üsulu ilə hazırlanırdı. Basma üsulunda istənilən ölçüdə qızıl, gümüş və qiymətli metal parçasını hündür naxışlı və yaxud rəsmli qəlib üstə qoyurlar. Sonra bu qiymətli metal parçasının üstündən də elə bu ölçüdə qurğuşun parçası qoyaraq, taxta çəkiclə döyməyə başlayırlar və beləliklə, qiymətli metal istənilən rəsmin formasını alır. Basma üsul daha çox kəmər, düymə, qolbaq və s. şeylərin düzəltməsində işlədilirdi.
Belə Buyurdu Zərdüşt
Zərdüşt belə deyirdi: Hamı və heç kim üçün kitab (alm. Also sprach Zarathustra: Ein Buch für Alle und Keinen‎) — alman filosof Fridrix Nitsşe tərəfindən qələmə alınmış kitab (1882-1885). Kitabı müəyyən bir kateqoriyaya aid etmek çətindir. Nitsşenin düşüncələrinin ən yüksək səviyyəyə çatdığı yetkinlik dövrü bu kitab ilə başlayır. O, bu kitabı "yazılmış ən dərin əsər" olaraq təqdim etmişdir. Əsərdə bir çox fərqli mövzuya toxunulmuşdur. Bu kitab bir çox tənqidlərə məruz qalmışdır. Əsər 4 əsas bölməyə ayrılır. 83 bölümdən ibarətdir və hər bölümün başlıq mövzusu insan davranışları və faktlardır. İlk iki hissəsini 1883-cü ildə, üçüncü hissəni 1884-cü ildə, dördüncü və son hissəni 1885-ci ildə yazmışdır.
Bilaval Bhutto Zərdari
Bilaval Bhutto Zərdari(urdu بلاول بھٹو زرداری; 21 sentyabr 1988, Kəraçi)—Pakistanlı siyasətçi və Pakistan Xalq Partiyasının sədri. Bənazir Bhutto və Asif Əli Zərdarinin oğlu,Zülfüqar Əli Bhutto isə nəvəsidir.
Birinci gün zərfi
Birinci gün zərfi - buraxılış günündə poçt təqvim ştampı vurulmaqla markası ləğv edilmiş zərf. Xüsusi kolleksiya obyektidir.
Burunlu (Zərdab)
Burunlu — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd.
Bıçaqçı (Zərdab)
Bıçaqçı — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. Kənd rayon mərkəzindən 31 kilometr qərbdə, Kür çayının sahilində yerləşir. Zərdabın zəngin tarixi olan kəndlərindən biri də Bıçaqçıdır. Bu kəndin adına Həsən bəy Zərdabinin 1880–1890-cı illərdə "Zərdabdan məktublar" başlığı altında "Kaspi" qəzetində dərc etdirdiyi məqalələrdə tez-tez rast gəlinir. Tarixdən Qacar tayfasının Bıçaqçı (Pıçaqçı) qolu olduğu məlumdur və ehtimal olunur ki, bu kənd də həmin tayfanın törəməsidir. Lakin belə bir fikir də var ki, Kür sahilində yerləşdiyinə və bir zamanlar balıqla zəngin olduğuna balığı bıçaqla yarıb kürüsünü çıxaran, duzlayan ilk sakinlərin məşğuliyyəti ilə bağlı kənd Bıçaqçı adlandırılmışdır. Deyilənə görə, bu kənd 1800-cü illərin əvvəllərində balıq vətəgəsi yerində yaradılmış və buraya ilk sakinlər Zərdabın Aşağı və Yuxarı Seyidlər, eləcə də Əlvənd kəndlərindən gəlmişlər. Azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı Məlik Məhərrəmov Bıçaqçı kəndində doğulmuşdur. Kənddə bələdiyyə, orta məktəb, kitabxana, tibb məntəqəsi, klub, poçt, ATS, modul tipli içməli sutəmizləyici qurğu, uşaq bağçası, iaşə və məişət xidməti obyektləri və s. fəaliyyət göstərir.
Bərdə Zərd (Bükan)
Bərdə Zərd (fars. برده زرد‎‎) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 984 nəfər yaşayır (202 ailə).
Bəyimli (Zərdab)
Bəyimli — Azərbaycan Respublikasının Zərdab rayonunun eyniadlı qəsəbə inzibati ərazi vahidində qəsəbə. Qəsəbə Şirvan düzündədir. Yaşayış məntəqəsi XX əsrin 20-ci illərində Bəyimli adlı ərazidə salınmışdır. Kəndin ərazisi əvvəllər Ağsu rayonunun Bəyimli kəndinə məxsus qışlaq yeri olmuşdur.
Cahi (zərdüştilik)
Cahi — zərdüştçülükdə "şəhvət" iblisi. Adı Avesta dilindədir. İpostatik bir varlıq olan Cahi müxtəlif cür şərh olunur. Onun standart epiteti "fahişə"dir. Zərdüştçülük ənənəsində Cahi Pəhləvi dilində "Ceh" kimi qeyd edilir. Burada o, Əhrimənın yoldaşı və menstrual dövrünün səbəbi kimi xarakterizə olunur. "Haoma" ilahisində dindar "oturub Haomanın qurbanını yeyərək çirkli fahişənin" vəsvəsələrini rədd edir. "Aşa" ilahisində "mantra senta" Cahi və digər zərərli varlıqlara qarşı təsirli bir vasitədir. "Aşi" ilahisində "Bəxt" Cahinin nalayiq hərəkətlərindən necə utandığına görə fəryad edir.
Cahid Zərifoğlu
Əbdürrəhman Cahid Zərifoğlu (1 iyul 1940, Ankara – 7 iyun 1987, İstanbul İstanbul) — Türk şairi və yazıçısı. Uşaqlığı Siverek, Maraş və Ankarada keçib. İstanbul Universitetinin ədəbiyyat fakültəsinin alman dili və ədəbiyyatı ixtisasını bitirib. "Diriliş" dərgisində şeirləri çap olunub. Ərvasilərdən Seyyid Qasım Ərvasinin qızı Bərat Xanımla evlənib və bu evlilikdən üç qızı, bir oğlu dünyaya gəlib. Nikahında şahidliyi Nəcib Fazil Qısakürək edib. 1973-cü ildə Sarıqamışda hərbi xidmətə başlamış, 1974-cü ildə Kipr Sülh Hərəkatına qatılmış və 1975-ci ildə hərbi xidməti bitirmişdir. 1976-cı ildə "Mavera" dərgisində redaktorluq edib. 7 iyun 1987-ci ildə ağciyər xərçəngindən İstanbulda vəfat edib. Məzarı Üsküdar Bəylərbəyindəki Küplücə məzarlığında , qayınatası Qasım Ərvasinin məzarının yanındadır.
Cilovxanlı (Zərdab)
Cilovxanlı — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. Şirvan düzündə yerləşir. Clovxan variantında da qeydə alınmışdır. Yaşayış məntəqəsi muğanlı tayfasının cilovxanlı tirəsinin məskunlaşması nəticəsində yaranmışdır. Yerli əhalinin verdiyi məlumata görə, bu nəsil Salyan rayonu ərazisindən gəlmişdir.
Cüt zərbə (film, 1992)
Cüt zərbə — 1992-ci ildə Çak Norrisin iştirakı ilə çəkilən ABŞ filmidir. İstehsalçı qurum Triumph Films şirkətidir. Barri atası ilə Texasda yaşayır. Onun məktəbdə dostları yoxdur və hamı onu ələ salır. Barri isə əslində öz aləmində fanatı olan Çak Norris ilə birgə döyüşür. Fantaziyalarında Barri Çak Norrisin düşmənləri ilə vuruşur. Bu düşmənlər isə bəzən onu ələ salan adamların sifətinə dönür. Cənab Li ona kunq fu öyrətmək üçün yanına tələbə olaraq götürür. Bir müddətdən sonra Barri turnirə qatılacaq, turnirdə isə fanatı Çak Norris olacaqdır… Sidekicks — Internet Movie Database saytında.
Fikrət Zərgərli
Fikrət İsmayıl oğlu Zərgərli (8 dekabr 1929, Bakı – 27 iyul 1984, Bakı) — tibb elmləri doktoru, professor. Respublikamızın tibb sahəsi milli kardiocərrahiyyənin banisi, Azərbaycanda ilk ürək cərrahiyyəsi məktəbinin yaradıcısı. F. Zərgərli 1929-cu ildə Bakı şəhərində anadan olub. Qısamüddətli xəstəlikdın sonra 1984-cü ildə vəfat edib. 1947-ci ildə 6 №-li məktəbi gümüş medalla bitirib N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olub, 1949-cu ildə isə İ. M. Seçenov adına Moskva Tibb İnstitutuna keçib və həmin tibb müəssisəsini fərqlənmə ilə bitirib. Bilik və savadına görə F. Zərgərlini Moskva Tibb İnstitutunun hospital cərrahiyyə kafedrasına dəvət etmişlər. Müvəffəqiyyətlə aspiranturanı bitirdikdən sonra o, 53 №-li Moskva şəhər xəstəxanasında təcili cərrahiyyə üzrə növbətçi cərrah kimi çalışırdı. Daha sonra isə 1967-ci ildə F. Zərgərli öz fəaliyyətini A. L. Myasnikov adına Elmi Tədqiqatlar İnstitutunda ürək cərrahiyyəsi bölməsi rəhbəri vəzifəsində davam etdirdi. 1966-cı ildə bir qrup cərrahlarla könüllü olaraq zəlzələnin nəticələrini aradan qaldırmaq məqsədilə Daşkəndə yola düşmüşdü. 1968-ci ildə "Fallo kompleksinin cərrahiyyə müalicəsi" mövzusunda doktor dissertasiyasını müdafiə etdi.
Girdə zəravənd
Girdə zəravənd (lat. Aristolochia rotunda) — zəravəndkimilər fəsiləsinin zəravənd cinsinə aid bitki növü.
Gurab Zərmix
Gurab Zərmix — İranın Gilan ostanında yerləşən şəhər.

Digər lüğətlərdə