Kauçuk
Kauçuk (təbii) - bitkilərdən alınan təbii polimerdir. Ondan vulkanizasiya yolu ilə rezin əldə edilir. Kauçuk yüksək molekulalı, otaq temperaturunda yüksək qayıdış deformasiya xassələrinə malik elastomerlər qrupuna aiddir. Kauçuk təbii yolla Braziliyada heveya adlanan ağaclardan alınan lateksdən hazırlanır. Bu maddənin adı Braziliyia əhalisinin lateksdən hazırladıqları "kauçu" (kau-ağac, uçu-axmaq deməkdir) sözü ilə bağlıdır.
Kauçuk, plastik kütlə, sintetik liflər və s.dedikdə polimer maddələr nəzərdə
tutulur. Müasir sənayenin yüksək texniki səviyyəsini kauçuksuz təsəvvür etmək
çətindir. Rezin müxtəlif sahələr üzrə istifadə edilməsini səviyyələndirmək üçün yada
salmaq kifayətdir ki, TU-104 markalı sərnişin təyyarəsində 126 min müxtəlif rezin
hissə var. Bir tankın istehsalına 800 kq, bir yük avtomobilinə 240 kq, təyyarəyə
600kq, böyük gəmiyə isə 68 ton kauçuk sərf olunur. Bir sıra müsbət xassələrinə -
elastikliyinə, elektriki keçirməməsinə, havanı müxtəlif qazları, habelə suyu özündən
buraxmamasına, sürtünməməyə qarşı davamlılığına, kimyəvi cəhətdən aqressiv
sayılan maddələrdə xarab olmamasına və s.görə kauçuk,sənayenin müxtəlif sahələri
üçün olduqca qiymətli və əvəz edilməz materialdır.