Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sirus Mirzəzadə
Sirus Yədulla oğlu Mirzəzadə (22 yanvar 1944 və ya 1944, Bakı) — Azərbaycanın xalq rəssamı (2018). == Həyatı == S.Mirzəzadə 1944-cü ildə Bakıda anadan olub. 1966-cı ildə Ə.Əzimzadə adına rəssamlıq məktəbini, 1972-ci ildə Moskva Ali rəssamlıq məktəbini bitirib. 1972-ci ildə Azərbaycan Rəssamlar İttifaqının üzvlüyünə qəbul olunub. Yaradıcılığa 1970-ci illərdən başlayan rəssam istər monumental-dekorativ, istərsə də dəzgah rəngkarlığı sahələrində fəal işləyir və bu iki fəaliyyət sferaları onun yaradıcılığında vəhdət təşkil edir.Əməkdar rəssam S.Mirzəzadə Azərbaycan rəngkarlıq məktəbinin tanınmış nümayəndəsi kimi müasir təsviri sənətin zənginləşməsində xüsusi payı və xidmətləri olan rəssamlardandır. S.Mirzəzadə öz yaradıcılığında ənənə ilə müasirliyin, milli bədii təfəkkürlə beynəlmiləl bədii düşüncə tərzinin maraqlı sintezini yaradıb. Uzunmüddətli bədii fəaliyyəti dövründə təkrarsız üsluba malik rəssam çoxsaylı əsərlər yaradıb, 1972-ci ildən etibarən respublika, ümumittifaq və beynəlxalq sərgilərdə mütəmadi olaraq iştirak edərək bir çox mükafatlara layiq görülüb. 1987-ci ildə Bakıda və Moskvada, 1995-ci ildə Fransada və Türkiyədə fərdi sərgiləri keçirilib. 1996-cı ildə "Humay" mükafatına, 2002-ci ildə isə Azərbaycanın əməkdar rəssamı fəxri adına layiq görülüb.Əsərləri Azərbaycan, Rusiya, İran, Türkiyə, Almaniya, Niderland, Norveç, Fransa, Kuba, Rumıniya, Bolqarıstan, Macarıstan, Suriya, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, ABŞ və İtaliyada nümayiş etdirilib. Onun əsərləri muzeylərdə və şəxsi kolleksiyalarda saxlanılır.
Sirus Rövşəni
Sirus Rövşəni (fars. سیروس روشنی‎‎; 1928 – 1981) — iranlı həkim, anestezioloq. 1979-cu ildə İranda baş vermiş İran İslam İnqilabından əvvəl dəfələrlə mənsubu olduğu dini inanca görə təqiblərə məruz qalmışdır. Şiraz xəstəxanasında anestezioloq kimi çalışan Rövşəni dövlətin bütün təziqlərinə baxmayaraq vəzifəsini icra etməyə davam etmişdir. 1982-ci ildə İran İslam Respublikasının rəsmiləri tərəfindən iki dəfə təhdid edilmiş və nəticədə həmin ilin qışında güllələnərək edam edilmişdir. Sirus Rövşəninin ölümündən sonra İranda yaşayan bəhai icmasına qarşı sistematik təqiblərə start verilmişdir və həmin təqiblər ən müxtəlif səviyyələrdə bu gün də davam etdirilməkdədir. == Həyatı == Sirus Rövşəni 1928-ci ildə İranın Şərqi Azərbaycan ostanının paytaxtı olan Təbriz şəhərində, bəhai ailəsində anadan olmuşdur. Yeniyetməlik dövründə ailəsində yaşanan maddi çətinliklər səbəbindən məktəbə getməyi dayandırmış və bazar ticarəti ilə məşğul olmuşdur. 17 yaşı olarkən, tibb təhsili üçün nəzərdə tutulmuş üç illik dərs proqramını bir il ərzində tamamlayaraq tibb məktəbinə daxil olmuşdur. Tibb təhsilini bitirdikdən sonra Sirus ümumi anesteziya üzrə ixtisaslaşmış və Səhiyyə və Tibbi Təhsil Nazirliyində işə qəbul edilmişdir.
Sirus Təbrizli
Sirus Xudadat oğlu Təbrizli (9 may 1942, Təbriz – 7 sentyabr 2013, Xaçmaz) — Azərbaycan siyasətçisi və jurnalisti, Azərbaycan Milli Məclisinin I çağırış (1995–1998) və II çağırış (2000–2005) üzvü, Azərbaycanın mətbuat və informasiya naziri (1997–2000), Yeni Azərbaycan Partiyasının qurucu 91 üzvündən biri. == Həyatı == Sirus Təbrizli 1942-ci il mayın 9-da İranın Təbriz şəhərində anadan olub. Sirus Təbrizli ali təhsilini Azərbaycan Dövlət Universitetində jurnalistika ixtisası üzrə alıb. O, azərbaycan dili ilə yanaşı fars və rus dillərini də bilirdi. === Ailəsi === Sirus Təbrizli Rəfiqə Təbrizli ilə ailəli idi; Arzu və Sevinc adından övladları var. Arzu Təbrizli dövlət qulluqçusu, Sevinc Təbrizli isə cərrahdır. == Fəaliyyəti == Sirus Təbrizlinin siyasi fəaliyyəti 80-ci illərin sonu 90-cı illərin əvvəlində başlayan Azərbaycan Milli Azadlıq Hərəkatının fəal üzvü olması ilə başladı. 1992-ci ildə Sirus Təbrizlinində daxil olduğu və tarixə "91-lər" olaraq keçən 91 nəfərdən ibarət ziyalılar qrupu, Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi Azərbaycanda iqtidar uğrunda fəal mübarizəyə səsləyən, onun iqtidara qayıdışını tələb edən müraciətə imza atdı. Həmin 91 nəfərdən ibarət qrup daha sonra 1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis iclasında partiyanın qurucu üzvlərindən oldu. Sonradan onlar Yeni Azərbaycan Partiyasının "qızıl fondu" elan olundular.
Sirus Şirbəyli
Sirus Hamil oğlu Şirbəyli (20 fevral 1996; Zevin, Yardımlı rayonu, Azərbaycan — 7 noyabr 2020; Şuşa, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Sirus Şirbəyli 20 fevral 1996-cı ildə Yardımlı rayonunun Zevin kəndində dünyaya göz açmışdır. 2002–2013-cü illərdə Zevin kənd orta məktəbində təhsil almışdır. == Hərbi xidməti == Sirus Şirbəyli 2013–2014-cü illər ərzində "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Xidmətini Sərhəd Qoşunlarında keçmişdir. 2018-ci ilin iyul ayından müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi hərbi xidmət müddətini davam etdirmişdir. Naxçıvan Muxtar Respublikasında kəşfiyyatçı xüsusi təyinatlı kimi xidmət etmişdir. Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin əsgəri olan Sirus Şirbəyli 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 7 noyabr 2020-ci ildə Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur.
Sirus Din Məhəmmədi
Sirus Din Məhəmmədi (fars. سیروس دین‌محمدی‎, 2 iyul 1970, Təbriz)—Təbrizli sabiq futbolçu == Həyatı == Sirus Din Məhəmmədi 22 iyul 1978-ci ildə İranlının Təbriz şəhərində anadan olub. == Karyerası == === Klub karyerası === Sirus Din Məhəmmədi professional karyerasına 1992-ci ildə Traktor Sazi klubunda başlamışdır. Sonralar Təbriz, İstiqlal, Maynz 05, Pegah klublarında forma geymişdir. === Milli komandada === Sirus Din Məhəmmədi İran millî futbol komandasının "1998-ci il Dünya Kuboku" heyətində iştirak etmişdir. O, ümumilikdə bu formanı 39 dəfə geymiş, 6 qol vurmuşdur .
Sirius
Sirius ulduzu — Gecə səmasında görünən ən parlaq ulduzdur. Və Yer üzünə yaxın ən böyük ulduzdur. Sirius ulduzu parlaqlığına görə yalnız Günəş və Aydan geri qalır Sirius ulduzu iki ulduzdan ibarətdir: böyük və parlaq ulduza Sirius-A və digərinə Sirius-B adı verilmişdir. Sirius-A nın diametri 2335000 km olan bir ulduz növüdür, Sirius-B nin diametri isə 12000 km olan bir ağ cırtdan ulduzdur. Sirius-A Günəşdən 2.4 dəfə böyükdür, Sirius-B isə yer kürəsindən balaca və təxminən Venera planeti ölçüsündədir. Sirius-A və Sirius-B bir-birinin ətrafında dönərlər və onların dönmə periodu 50 ildir. Sirius-A ulduzu və Sirius-B ağ cırtdanı, yer kürəsindən 8.6 ışıq ili uzaqlıqdadır və yer kürəsinə ən yaxın ulduzlardan birisidir. Sirius-A bu parlaq görünüşünü əslində işıqlandırma gücünün yanında Günəş Sisteminə yaxınlığına borcludur. Günəşə 2.6 parsek (8.47 işıq ili) uzaqlıqda oluşundan ötəri, Sirius Sistemi kosmosdakı yaxın qonşularımızdan biridir. . İşıqlandırma gücü Günəşin 25 qatı olmaqla birlikdə, Kanopus və ya Rigel kimi digər parlaq ulduzlara nisbətlə aşağıda qalır.
Sitrus
Sitrus (lat. Citrus) – sədokimilər (Rutaceae) fəsiləsindən bitki cinsi. Dünyanın subtropik və tropik zonalarında yayılmış. 40-dək növü (portağal, naringi, limon, qreypfrut, berqamot, sitron və s.) məlumdur. Sitrus bitkilərinin meyvələri dadına, tərkibindəki limon turşusuna, şəkər, C, P, B qrupu vitamnnləri, karotin (A provitamini) olmasına görə fərqlənir. Sitrus bitkilərinin meyvəsi yeyilir, ondan şirə, mürəbbə, kompot, cem, povidlo və s. hazırlanır. Yarpağı, çiçəyi və meyvəsinin qabıqından ətriyyatda, yeyinti sənayesində işlədilən efir yağı (2—3,5%) alınır. Sitrus bitkiləri şaxtaya az davamlıdır. Əsas sahələri ABŞ, Çin, Yaponiya, Hindistan, Pakistan, Avstraliya, Cənubi Amerika, Əlcəzair, Mərakeş, Aralıq dənizi ölkələridir.
Virus
Virus (lat. virus — "zəhər") — ən bəsit canlı orqanizmdir. Çox vaxt canlı yox, yarı-canlı orqanizm olaraq qəbul edilir. 1892-ci ildə D. İ. İvanovski sübut edib ki, bu kiçik hissəciklər asanlıqla kiçik məsamələrdən keçə bilirlər. Ona görə bunlara viruslar və ya süzülən viruslar adı verildi. Əksər viruslar irsi materialdan və qoruyucu örtük olan kapsiddən təşkil olunmuşdur. Ensefalit, qızılca, quduzluq, tütün mozaikası və s. RNT tərkibli viruslardır. Virusların xaricdən örtən zülal örtüyü kapsid adlanır. Virusun RNT-si zülal örtüyünün (yəni kapsidin) içərisində yerləşir.
Acid (virus)
Acid və ya Acid674 — command.com daxil olmaqla . COM və . EXE sənədlərinə yoluxan bir kompüter virusudur. Yoluxmuş bir fayl hər dəfə icra edildikdə, Acid cari qovluqdakı bütün . EXE sənədlərinə yoluxur. Daha sonra, yoluxmuş bir fayl icra edilərsə, mövcud qovluqdakı . COM sənədlərinə yoluxur. Acid-ə yoluxmuş proqramlar, ana proqramın ilk 792 baytını Acid-in öz kodu ilə yazmış olacaqdır. Orijinal host proqramı 792 baytdan kiçik olmadığı müddətdə heç bir fayl uzunluğu artmayacaq, bu halda uzunluğu 792 bayt olacaq. Proqramın DOS disk qovluğu siyahısında olan tarixi və saatı dəyişdirilməyəcəkdir.
Canis dirus
Aeonocyon dirus (lat. Aeonocyon dirus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin i̇tlər fəsiləsinin aeonocyon cinsinə aid heyvan növü.
Hanta Virus
Hantavirus (lat. Orthohantavirus) - Bunyavirales dəstəsinin Hantaviridae ailəsindən olan tək bir qapalı RNT virusu növüdür. Ümumiyyətlə gəmiricilərə təsir edən viruslar bu canlılarda xəstəlik yaratmır. Gəmiricilərin nəcisi demək olar ki, hantavirusun insanlara yoluxmasının səbəbidir və 2005 və 2019-cu illərdə insandan-insana hantavirusun yoluxması halı Cənubi Amerikada iki dəfə bildirilmişdir.
Korona virus
Koronavirus — məməlilərdə və quşlarda xəstəliklərə səbəb olan RNT virus qrupudur. İnsanlarda və quşlarda yüngüldən ölümcülə qədər nəticəsi ola bilən tənəffüs yolu infeksiyasına səbəb olur. İnsanlarda yüngül formasına zökəmin bəzi halları daxildir (buna digər viruslar, əsasən rhinoviruslar səbəb olur). Daha ölümcül növləri SARS, MERS və COVID-19 xəstəliyinə səbəb ola bilir. Bu virus inək və donuzlarda diareyaya, siçanlarda isə hepatit və ensefalomiyelitə səbəb olur. Hazırda insanları koronavirus infeksiyasına qarşı qoruyan və ya müalicə edən dərman və ya vaksin yoxdur. Koronavirus koronaviruslar ailəsinə aiddir. Tam olaraq orthocoronavirinae fəsiləsinin nidovirales dəstəsinin koronaviruslar sinifinə aiddirlər. Koronaviruslar superkapsid viruslardır. (+)ssRNA virus və RNT genomuyla kapsid spiral simmetriyaya malikdirlər.
Sinus (triqonometriya)
Koordinat başlanğıcından verilmiş bucaq istiqamətində buraxılmış şüanın, mərkəzi koordinat başlanğıcında yerləşmiş vahid çevrəni kəsdiyi nöqtənin kordinatına həmin bucağın Sinusu deyilir.
Sirius Blek
Sirius Blek (3 noyabr 1959 – 18 iyun 1996) — Coan Roulinqin yazdığı Harri Potter kitab seriyasındakı uydurma bir personaj. Sirius ilk olaraq Harri Potter və Fəlsəfə Daşında Lord Voldemortun Ceyms və Lili Potteri öldürməsindən qısa bir vaxt sonra Rubeus Haqridə uçan bir motosiklet borca verən bir sehrbaz olaraq qısaca bəhs edilmişdir. Özünün məhkum olduğu Harri Potter və Azkaban Dustağında önə çıxarkən, əsas personaj Harri Potterin xaç atası olduğu da ortaya çıxar. Seriyanın Harri Potter (film seriyası) Sirius personajı Qari Oldmen tərəfindən canlandırıldı. == Fon == Sirius Blek, bir zamanlar önəmli bir Safqan Sehrbaz ailəsi olan Blek Hanəsinin son varisidir. Valideynləri Orion və Valburqa Blek, həm anadangəlmə Blek həm də ikincil əmiuşağıdırlar. Siriusin kiçik bir qardaşı Requlus Blek (R.A.B) və üç böyük əmisiuşağı vardır: Bellatriks Lestreync, Andromeda Tonks (ən sevdiyi əmisiuşağı və Nimfadora Tonksun anası) və Narsissa Malfoy (Drako Malfoyun anası). "Sirius", ən az üç nəsildə təkrarlanan və uşaqlara ulduz və bürclər adını verən bir ailənin ənənəsini təqib edən ənənəvi bir Blek soy adıdır. Siriusun ilk illəri kefsiz keçdi. qohumlarının çoxundan, özəlliklə də anasından nifrət etməyə başlamışdı.
Sirius təpəsi
Sirius təpəsi — Antarktidanın Qreyam torpağının Triniti yarımadası sahillərindən şimal-şərqdə yerləşən, 1010 m hündürlüklü təpədir. Buzlaqlardan azaddır.Təpə Folklend Adalarından Asılı ərazilər Sorğusu (FİDS) tərəfindən hazırlanan 1946-ci ildə nizamnaməsinə görə İt ulduzu olan Siriusun adını daşıyır. == Yerləşməsi == Sirius təpəsi 63°43′ c. e. 58°36′ q. u. koordinatlarında yerləşmişdir. Şuyler dağından 2.28 km şimal-şərqdə, Detroyt yaylasından şimal-şərqdə, Russell Vest buzlağından şimalda yerləşmişdir. Alman-Biritaniya xəritəsinə 1996-cı ildə daxil edilmişdir. == Xəritə == Trinity Peninsula.
Sirius ulduzu
Sirius ulduzu — Gecə səmasında görünən ən parlaq ulduzdur. Və Yer üzünə yaxın ən böyük ulduzdur. Sirius ulduzu parlaqlığına görə yalnız Günəş və Aydan geri qalır Sirius ulduzu iki ulduzdan ibarətdir: böyük və parlaq ulduza Sirius-A və digərinə Sirius-B adı verilmişdir. Sirius-A nın diametri 2335000 km olan bir ulduz növüdür, Sirius-B nin diametri isə 12000 km olan bir ağ cırtdan ulduzdur. Sirius-A Günəşdən 2.4 dəfə böyükdür, Sirius-B isə yer kürəsindən balaca və təxminən Venera planeti ölçüsündədir. Sirius-A və Sirius-B bir-birinin ətrafında dönərlər və onların dönmə periodu 50 ildir. Sirius-A ulduzu və Sirius-B ağ cırtdanı, yer kürəsindən 8.6 ışıq ili uzaqlıqdadır və yer kürəsinə ən yaxın ulduzlardan birisidir. Sirius-A bu parlaq görünüşünü əslində işıqlandırma gücünün yanında Günəş Sisteminə yaxınlığına borcludur. Günəşə 2.6 parsek (8.47 işıq ili) uzaqlıqda oluşundan ötəri, Sirius Sistemi kosmosdakı yaxın qonşularımızdan biridir. . İşıqlandırma gücü Günəşin 25 qatı olmaqla birlikdə, Kanopus və ya Rigel kimi digər parlaq ulduzlara nisbətlə aşağıda qalır.
Siruz Abasbəyli
Siruz Hüseyn oğlu Abasbəyli — Azərbaycan Respublikasının rabitə naziri (1992–1997), Beynəlxalq Rabitə Akademiyasının Azərbaycan filialının prezidenti, Rabitə və İnformasiya Texnologoyaları İctimai Birliyinin sədri, akademik. == Həyatı == Siruz Abasbəyli 1962-ci ildə Bakı Rabitə Texnikumunun Avtomatik telefon rabitəsi fakültəsinə qəbul olub.1965-ci ildə ATS-də ilk əmək fəaliyyətinə başlamışdır. İlk dəfə onu "Azqosproyekt" institutunun ATS-nə montyor göndəriblər. Bir ildən sonra "Qiproazneft" institutunun ATS-nə texnik təyin olunub. 1968-ci ildən müxtəlif ATS-lərdə mühəndis işləməyə başlamışdır. 50-dən çox səmərəşdirici təklifləri və ixtiraları qeydiyatdan keçib. 1970-ci ildə V.İ.Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar Yubiley medalı və SSRİ Sosialist Yarışının 9-cu Beşilliyinin əlaçısı döş nişanı ilə təltif edilib. Həmin ildə SSRİ-i Xalq Təssərufatı Nailiyyətləri Sərgisinin qızıl medalını alıb. Siruz Abasbəyli Mərkəzi Komitədə 1990-ci ilə qədər işləmişdir. 16 iyul 1997-ci ildə Azərbaycan Respublikasının rabitə naziri vəzifəsindən azad edilmişdir.
Siruz Təbrizli
Sirus Xudadat oğlu Təbrizli (9 may 1942, Təbriz – 7 sentyabr 2013, Xaçmaz) — Azərbaycan siyasətçisi və jurnalisti, Azərbaycan Milli Məclisinin I çağırış (1995–1998) və II çağırış (2000–2005) üzvü, Azərbaycanın mətbuat və informasiya naziri (1997–2000), Yeni Azərbaycan Partiyasının qurucu 91 üzvündən biri. == Həyatı == Sirus Təbrizli 1942-ci il mayın 9-da İranın Təbriz şəhərində anadan olub. Sirus Təbrizli ali təhsilini Azərbaycan Dövlət Universitetində jurnalistika ixtisası üzrə alıb. O, azərbaycan dili ilə yanaşı fars və rus dillərini də bilirdi. === Ailəsi === Sirus Təbrizli Rəfiqə Təbrizli ilə ailəli idi; Arzu və Sevinc adından övladları var. Arzu Təbrizli dövlət qulluqçusu, Sevinc Təbrizli isə cərrahdır. == Fəaliyyəti == Sirus Təbrizlinin siyasi fəaliyyəti 80-ci illərin sonu 90-cı illərin əvvəlində başlayan Azərbaycan Milli Azadlıq Hərəkatının fəal üzvü olması ilə başladı. 1992-ci ildə Sirus Təbrizlinində daxil olduğu və tarixə "91-lər" olaraq keçən 91 nəfərdən ibarət ziyalılar qrupu, Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi Azərbaycanda iqtidar uğrunda fəal mübarizəyə səsləyən, onun iqtidara qayıdışını tələb edən müraciətə imza atdı. Həmin 91 nəfərdən ibarət qrup daha sonra 1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis iclasında partiyanın qurucu üzvlərindən oldu. Sonradan onlar Yeni Azərbaycan Partiyasının "qızıl fondu" elan olundular.
Sitrus bitkiləri
Sitrus (lat. Citrus) – sədokimilər (Rutaceae) fəsiləsindən bitki cinsi. Dünyanın subtropik və tropik zonalarında yayılmış. 40-dək növü (portağal, naringi, limon, qreypfrut, berqamot, sitron və s.) məlumdur. Sitrus bitkilərinin meyvələri dadına, tərkibindəki limon turşusuna, şəkər, C, P, B qrupu vitamnnləri, karotin (A provitamini) olmasına görə fərqlənir. Sitrus bitkilərinin meyvəsi yeyilir, ondan şirə, mürəbbə, kompot, cem, povidlo və s. hazırlanır. Yarpağı, çiçəyi və meyvəsinin qabıqından ətriyyatda, yeyinti sənayesində işlədilən efir yağı (2—3,5%) alınır. Sitrus bitkiləri şaxtaya az davamlıdır. Əsas sahələri ABŞ, Çin, Yaponiya, Hindistan, Pakistan, Avstraliya, Cənubi Amerika, Əlcəzair, Mərakeş, Aralıq dənizi ölkələridir.
Sprus-Qrouv
Spryus-Qruv — Kanadanın Alberta vilayətində şəhər.
Sprus adası
Sprus adası (ing. Spruce) — Sakit okeanın şimalında, Alyaskanın cənub sahillərində, Kadyak adasının şimal-şərq hissəsində yerləşən ada. Kadyak arxipelaqına daxildir. == Coğrafiya == Arxipelaqın ən böyük adası olan Kadyak adasının şimal-şərq hissəsi yaxınlığında yerləşir və ondan dar boğazla ayrılır. Adalar arasında ən kiçik məsafə 0,5 km-dir. Sprus adasının uzunluğu təxminən 10 km, eni 7 km, sahəsi 46.066 km²-dir. Relyefi dağlıqdır, ən hündür nöqtəsi adanın şərq hissəsindəki Herman dağıdır (1933-cü ildə alyaskalı Hermanın şərəfinə adlandırılmışdır). Zirvənin hündürlüyü 379 metrdir. == Tarix == Adanın rusca adı olan Elovı adını adaya 1805-ci ildə Yuri Lisyanski verib. XIX əsrdə adada pravoslav kilsəsinin müqəddəslərindən olan Alyaskalı rahib Herman burada yaşamışdır.
Typhlodromalus simus
Typhlodromalus simus (lat. Typhlodromalus simus) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin typhlodromalus cinsinə aid heyvan növü.
Virus proqramları
Virus proqramları və ya kompüter virusları - texniki vasitələrlə bir kompüterdən digər kompüterə keçməyə cəhd edir, verilənlərin silinməsinə, zədələnməsinə, dəyişdirilməsinə gətirən və ya istifadəçinin işinə mane olan, digər proqramlarda gizlənmiş kiçik həcmli proqramlardır. Virus proqram özünü təxminən bioloji virus kimi aparır: özü-özünə çoxalır, sistem faylları daxilində gizlənir və kompüterə və ya sistemə ziyanlı təsirlər göstərir (əməliyyatlar yerinə yetirir). Virus xarici yaddaş qurğularından (disketlərdən), elektron poçt və ya digər İnternet resurslarından istifadə edilən zaman təhlükə yarada bilər, bu zaman lazım olmayan və tanımadığınız məktubları və resursları maksimum dərəcədə az istifadə etməniz məsləhətdir. Virus faylları kompüterə yalnız icra edilən fayllarla birlikdə daxil ola bilər. Mətn sənədləri, rəsmlər, arxivlər, cədvəllər və s. risk obyekti hesab oluna bilməz. Yeganə istista bir sıra ofis proqramlarındakı ssenarilərdir ki, bunlara makrovirus deyilir (makroviruslar hazırda böyük təhlükə təşkil etmir, bu, daha çox proqramların xətalarından irəli gələn problemlərdən qaynaqlanır). == Tarixi == Kompüter virusları təxminən 1980-ci illərin əvvəllərində meydana çıxmışdır. "Kompüter virusu" termini 1984-cü ildə ABŞ-də keçirilən informasiya təhlükəsizliyi üzrə 7-ci konfransda Fred Koen tərəfindən işlədilmişdi. == Virus proqramlarının təsnifatı == Virusları aşağıdakı əlamətlərə görə təsnif etmək olar: yaşayış mühitinə görə: fayl virusları (com, exe, bat, doc virusları), yükləmə virusları, makro viruslar; yaşayış mühitini yoluxdurma üsuluna görə: rezident və qeyri-rezident; əməliyyat sisteminə görə: MS-DOS, linux, Mac OS, Windows 7/8/10/11 destruktiv imkanlarına görə: ziyansız, təhlükəsiz, təhlükəli, çox təhlükəli; virus alqoritminin xüsusiyyətlərinə görə: "tələbə" virusları, kompanyon-viruslar, ""soxulcanlar" (worm), "stels"-viruslar ("görünməz" viruslar), "polimorf"-viruslar (özüşifrlənən viruslar), şəbəkə virusları və s.
Virus xəstəlikləri
Virus xəstəlikləri — viruslar çox kiçik hüceyrəsiz həyat formaları olub, nuklein turşuları və zülal molekullarından təşkil olunmuş örtükdən (kapsiddən) ibarətdir. Bundan başqa, bilirsiniz ki, bütün viruslar hüceyrədaxili parazitlərdir, yalnız sahibinin müəyyən hüceyrələrinə daxil olduqdan sonra canlı orqanizmin xüsusiyyətlərini göstərir.Epidemioloji xarakteristikasına görə virus xəstəlikləri 2 yerə bölünür: antroponoz - yalnız insanın tutula biləcəyi xəstəlik (poliomielit) zooantroponoz - heyvanlardan insana keçə biləcək xəstəlik (quduzluq)Yerli simptomlarla (tənəffüs yollarının selikli qişasının zədələnməsi) və ümumi xarakterli - bədənin temperaturunun yüksəlməsi, zəiflik, damarlarda və əzələlərdə ağrı, qanın tərkibinin dəyişməsi və s. kimi simptomlarla müşahidə olunan kəskin virus xəstəliklərinə daha tez-tez rast gəlinir. Belə xəstəliklər KRX və ya KRVX - kəskin respirator virus xəstəlikləri (qrip, zökəm və s.) adlanır. Bu xəstəliklər insanların yoluxma kütləviliyinə görə dünyada birinci yeri tutur. Onlar çox tez yoluxur və asqırma, burun-udlaq iltihabı, öskürək və zökəmlə müşayiət olunur. Epidemiyaların qarşısını almaq üçün virus xəstəliklərinin profilaktik tədbirlərindən biri olan peyvəndlər tətbiq edilir. Virus xəstəliklərinin müalicəsi immunitetin möhkəmləndirilməsi ilə bağlıdır. Çünki bu xəstəliklər immuniteti zəiflədir. Antibiotiklər viruslara birbaşa təsir etməsə də, onların tətbiqi virus infeksiyalarının ağırlaşmalarının qarşısının alınması məqsədilə aparılır.
Aeonocyon dirus
Aeonocyon dirus (lat. Aeonocyon dirus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin i̇tlər fəsiləsinin aeonocyon cinsinə aid heyvan növü.
Şirud
Şirud — İranın Mazandaran ostanının Tonekabun şəhristanının Mərkəzi bəxşində şəhər.
Şinus
Şinus (lat. Schinus) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sumaqkimilər fəsiləsinə aid bitki cinsi.
Püstəyarpaq şinus
Püstəyarpaq şinus (lat. Schinus terebinthifolia) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sumaqkimilər fəsiləsinin şinus cinsinə aid bitki növü. == Arealı == Vətəni Cənubi-Şərqi Braziliya, Şimali Argentina və Paraqvaydır. ABŞ-in cənub ştatlarında, Avstraliyada, Yeni Zelandiyada, Cənubi Çində, Cənubi Afrikada, Sakit okean və Karib dənizinin adalarında yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 7-10 m olan, şaquli budaqlı kiçik ağacdır. Qısa, güclü budaqlı gövdəsi vardır. Yarpaqları uzunsov lansetvari, lələkvari, uzunluğu 10-22 sm-dir, 3-15 xırda yarpaqcıqdan ibarətdir. Yarpaqcıqları oval formalı, uzunluğu 3-6 sm, eni 2-3,5 sm, kənarları dişlidir. Xırda, ağ, çiçəkləri süpürgələrə yığılmışdır. Yumru giləmeyvəlidir, diametri 4-5 mm-dir, 1 toxumludur, qırmızı rənglidir.
Sallaq şinus
Sallaq şinus (lat. Schinus polygama) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sumaqkimilər fəsiləsinin şinus cinsinə aid bitki növü. == Arealı == Peru, Cənubi Braziliya, Uruqvay, Argentina və Çilidə təbii halda yayılmışdır. == Botaniki təsviri == 1-3 m hündürlükdə ağac və ya koldur. Yarpaqları növbəli, sadə, təxminən dərili, lansetvari və ya uzunsovdur. Çiçək qrupları qoltuqda, çiçəkləri sarımtıl, diametri təxminən 0,5 sm, 4-5 ədəd kasayarpaqlı və ləçəklidir. Meyvələrinin diametri 0,3 sm, bənövşəyi və ya qara, yumru giləmeyvəlidir. Toxumla çoxaldılır. == Ekologiyası == Şaxtaya və quraqlığa davamlıdır. == Azərbaycanda yayılması == Abşeronda, Mərdəkan dendrarisində və Mərkəzi Nəbatat Bağında becərilir.