SİTRUS

[lat.] сущ. бот. цитрус (цитрусдин кул ва я ттар); // цитрусдин (мес. набататар, емишар; партахал, лимон, мандарин ва мс).
SİTRAMON
SİTRUSÇU
OBASTAN VİKİ
Sitrus
Sitrus (lat. Citrus) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sədokimilər fəsiləsinə aid bitki cinsi. Əsasən ABŞ, Çin, Yaponiya, Hindistan, Pakistan, Avstraliya, Cənubi Amerika, Əlcəzair, Mərakeş, Aralıq dənizi ölkələrində bitir. Dünyanın subtropik və tropik zonalarında yayılmış. 40-dək növü (portağal, naringi, limon, qreypfrut, berqamot, sitron və s.) məlumdur. Sitrus bitkilərinin meyvələri dadına, tərkibindəki limon turşusuna, şəkər, C, P, B qrupu vitamnnləri, karotin (A provitamini) olmasına görə fərqlənir. Sitrus bitkilərinin meyvəsi yeyilir, ondan şirə, mürəbbə, kompot, cem, povidlo və s. hazırlanır. Yarpağı, çiçəyi və meyvəsinin qabıqından ətriyyatda, yeyinti sənayesində işlədilən efir yağı (2—3,5%) alınır. Sitrus bitkiləri şaxtaya az davamlıdır.
Sitrus bitkiləri

Sitrus sousu
Sitrus sousu (fr. Sauce bigarade) Fransız mətbəxindən olan və sitrus meyvələrindən hazırlanan sous növüdür. Bu sous xüsusilə ördəklə bərabər verilir. Ördəyin bişirilmə üsulundan asılı olaraq sitrus sousunu hazırlamaq üçün müxtəlif yollar mövcuddur. Ördək öz şirəsində zəif odda bişirildikdə, sirkə və şəkəri kiçik bir qazanda karamelize olana qədər qızdırılır. Daha sonra ördəyin bişirildiyi su əlavə edilib qaynadılır. Sous azaldığı zaman, təzə sıxılmış sitrus meyvələri və limon suyu sousa əlavə edilir. Sous yenidən qaynadılır və süzgəcdən keçirilir. Qızardılmış sitrus və limon qabıqları da sousa əlavə edilir. Ördək yağda qızardıldığı zaman, bişirildiyi tavada ağ şərab, bulyon (ət suyu), karamelize edilmiş sirkə və şəkər qaynadılır.

Digər lüğətlərdə