Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sleeping Dogs
Sleeping dogs oyunu 14 avqust 2012-ci ildə United Front Games firması tərəfindən hazırlanmış və Square Enix şirkəti tərəfindən satışa çıxarılmışdır. Oyun açıq-dünya aksion-macəra janrındadır. Oyunda əsas döyüşə üstünlük verilir. Sleeping dogs oyunu True Crime seriyalarının davamıdır. Bu oyunun əvvəlki adı True Crime:Hong Kong olmuşdur. Activision şirkətində oyunun tam başa gəlməsi üçün lazım olan büdcə olmadığından 2011-ci ildə oyunun hazırlanması işi dayandırılmışdır. 6 ay sonra bu oyunu Square Enix firması aldı və adını Sleeping dogs olaraq dəyişdi. Bir müddət oyun üzərində işləyərək 14 avqust 2012-ci ildə satışa çıxardı. Microsoft Windows platforması üçün olan versiya Windows XP əməliyyat sistemini dəstəkləmir. Sleeping Dogs açıq dünya mühitində qurulmuş və üçüncü şəxs nöqteyi-nəzərindən oynanılan fəaliyyət-macəra oyunudur.
Skills in Pills
== Skills in Pills == Rammstein qrupunun vokalisti Till Lindeman və Pain qrupunun başçısı Peter Tagtgren ilə birgə 2015-ci ildə yayımladığı solo albom. Albom İndustrial metal tərzindədir.Əslində Till və Peter bu Albomu 1999-cu ildə çıxaracaqlardı amma Tillin vaxtının olmaması ucbatından albom işi təxirə salınır.Yalnız 2015-ci ilin başlarında Till İsveçdə olarkən albomun ilk təməlləri atılır. Albom "Lindemann" adı ilə yayımlanacaqdı. Albomda bütün mahnı sözləri və vokallar Till Lindemanna aiddir. Digər alətlər isə (Elektro gitar, Bass gitar,Org,Zərb alətləri, geri vokal) Peter Tagtgren tərəfindən çalınmışdır. Albomun mahnılarının əsasının bəstəkarı Till Lindemanndır .Albomda sadəcə 2 mahnıya klip çəkilmişdir, bunlar: "Praise abort" və "Fish on" təkliləridir.
Aerotermik pillə
Barik pillə
== Atmosferdə barik pillə == Yüksəkliyə doğru atmosfer təzyiqinin 1mm.c.st azalması üçün lazim olan hündürlük barik pillə adlanır. Troposferin aşağı təbəqəsində barik pillə 10m qəbul edilmişdir. Troposferin yuxarı qatlarında barik pillə artır və barik pillə 12m,15m və daha böyük olur. Barik pillənin köməkliyi ilə müxtəlif ərazilərin mütləq hündürlükləri təyin edilir. Yüksəkliyə doğru barik pillənin artması havanın sıxlığının az olması ilə əlaqədardır. Belə ki, 3000m hündürlükdə təzyiqin 1mm.c.st dəyişməsi üçün 15m,5000 metrdə isə 25m lazımdır və 1mm.c.st dəyişməsinə uyğun gələn hündürlük barik pillə adlanır. Bununla müxtəlif ərazilərin mütləq hündürlükləri təyin edilir. == Okean səthi üzərində barik pillə == Okean səthi (0m) üzərində olan atmosfer təzyiqi normal atmosfer təzyiqi əsas götürülür. Normal atmosfer təzyiqi 45 derecelik paraleldə,0 C temperaturda havanın 1sm2 səthə göstərdiyi təzyiq 760mm.c.st olaraq qəbul olunmuşdur. Atmosfer təzyiqi barometr cihazı ilə ölçülür.
Beverli Hills
Beverli-Hillz (ing. Beverly Hills) — ABŞ-nin Kaliforniya ștatında șəhər.
Ceyms Pibls
Filip Ceyms Edvin Pibls (25 aprel 1935, Vinnipeq, Manitoba, Kanada) — Kanadalı-Amerikalı astrofizik, astronom və nəzəri kosmoloq, hazırda Prinston Universitetində Albert Eynşteyn elmi üzrə fəxri professordur. O, 1970-ci ildən bəri ibtidai nukleosintez, qaranlıq maddə, kosmik mikrodalğalı fon və struktur formalaşmasına böyük nəzəri töhfələrlə dünyanın aparıcı nəzəri kosmoloqlarından biri kimi qəbul edilir. Pibls fiziki kosmologiyada nəzəri kəşflərinə görə 2019-cu ildə Fizika üzrə "Nobel" mükafatına layiq görülüb. O, günəşə bənzər ulduzun ətrafında fırlanan ekzoplanetin kəşfinə görə mükafatı Mişel Mayor və Didye Quelozla bölüşüb. Əsərlərinin çoxu kainatın ilk bir neçə saniyədən inkişafı ilə bağlı olsa da, o, başlanğıc haqqında bildiklərimizə daha çox şübhə ilə yanaşır və deyir:“Çox təəssüf ki, başlanğıc haqqında düşünürük, halbuki əslində başlanğıc kimi yaxşı bir nəzəriyyəmiz yoxdur." Pibls özünü aqnostik kimi təsvir edir. == Erkən həyatı == Pibls 25 aprel 1935-ci ildə Kanadanın Manitoba əyalətinin Vinnipeq,Sent Bonifes şəhərində, evdar qadın Ada Marion (Qrin) və Vinnipeq Taxıl Birjasında işləyən Endryu Çarlz Piblsin oğlu olaraq dünyaya gəlib. Pibls Manitoba Universitetində ali təhsilini alır. Daha sonra o, Prinston Universitetində aspirantura təhsilini davam etdirən Pibls 1962-ci ildə fizika üzrə fəlsəfə doktoru, Robert Dikkin rəhbərliyi altında "Elektromaqnit Qarşılıqlı Təsir Gücünün dəyişən ola biləcəyi Durateston Fərziyyəsi ilə əlaqədar Müşahidə Testləri və Nəzəri problemlər"adlı doktorluq dissertasiyasını tamamlayır. Bütün karyerası boyu Prinstonda qalır. Pibls 1977-78-ci tədris illəri ərzində Təkmilləşdirmə İnstitutunun Təbiət Elmləri Məktəbinin üzvü idi; o, 1990-91 və 1998-99-cu illərdə buraya səfərlər edib.
Geometrik pillə
Geotermik pillə
Geotermik pillə- (ing. Geothermal step) Temperaturun 1 dərəcə artması üçün yer qabığı dərinliyinə şaquli xətt üzrə nə qədər enmək lazım olduğunu göstərən metr miqdarıdır.Geotermik pillənin orta kəmiyyəti 33 metrdir.Lakin süxurların istilik keçirməsindən,onların yatımının xarakterindən,relyefdən və s.səbəblərdən asılı olaraq geotermik pillə 27.7 metrlə (Hollandiya) 45.8 metr arasında (ABŞ) dəyişir.
Love Kills
Love Kills — (Azərbaycanca: Sevgi Öldürür) Belçikanın 2013 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.
Melissa Mills
Melissa Mills (d. 26 dekabr 1973) — Avstraliyanı təmsil edən su poloçusu. Melissa Mills, Avstraliya yığmasının heyətində 2000-ci ildə baş tutan XXVII Yay Olimpiya Oyunlarına qatılıb və qızıl medal qazanıb. == Karyerası == Melissa Mills, 2000-ci ildə Avstraliya yığması ilə birgə XXVII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların həlledici, final görüşündə Birləşmiş Ştatlar yığmasını 4:3 hesabı ilə məğlub edən Avstraliya yığması, XXVII Yay Olimpiya Oyunlarının çempionu oldu.
Alison Pill
Elison Pill (27 noyabr 1985, Toronto) — Kanada aktrisası. == Filmoqrafiyası == === Film === 2002: Perfect Pie 2003: Fast Food High 2005: Dear Wendy 2007: Dan in Real Life 2008: Milk 2010: Skott Pilqrem dünyaya qarşı 2011: Goon 2011: Portraits in Dramatic Time 2014: Cooties 2015: Zoom 2016: Yaşasın Sezar! 2017: Goon: Last of the Enforcers === Televiziya === 1998: Anatole 2006: The Book of Daniel 2012: The Newsroom 2016: The Family 2019: Devs === Telefilmlər === 1998: Degas and the Dancer 1999: Different 1999: What Katy Did 2000: Baby 2000: The Other Me 2000: Redwall: The Movie 2001: Midwives 2001: What Girls Learn 2002: The Pilot's Wife 2003: An Unexpected Love 2004: Plain Truth === Video filmlər === 2010: Scott Pilgrim vs. The World vs.
Elison Pill
Elison Pill (27 noyabr 1985, Toronto) — Kanada aktrisası. == Filmoqrafiyası == === Film === 2002: Perfect Pie 2003: Fast Food High 2003: Eprilin qonaqlığı 2005: Dear Wendy 2007: Dan in Real Life 2008: Milk 2010: Skott Pilqrem dünyaya qarşı 2011: Goon 2011: Portraits in Dramatic Time 2014: Cooties 2015: Zoom 2016: Yaşasın Sezar! 2017: Goon: Last of the Enforcers === Televiziya === 1998: Anatole 2006: The Book of Daniel 2012: The Newsroom 2016: The Family 2019: Devs === Telefilmlər === 1998: Degas and the Dancer 1999: Different 1999: What Katy Did 2000: Baby 2000: The Other Me 2000: Redwall: The Movie 2001: Midwives 2001: What Girls Learn 2002: The Pilot's Wife 2003: An Unexpected Love 2004: Plain Truth === Video filmlər === 2010: Scott Pilgrim vs. The World vs.
Hidden Hills (Kaliforniya)
Hidden Hills – ABŞ-nin Kaliforniya ştatının Los Angeles County regionunda yerləşən bir şəhər. Şəhər San Fernando vadisindən qərbdə yerləşir və Böyük Los Ancelesin bir hissəsidir. Sahəsi 4.37 km² olan şəhərin əhalisi 2010-cu ilə görə 1856 nəfərdir.
Yarıq boyu pillə
Yarıq boyu pillə (rus. уступ приразломный, ing. fault line scarp) — bir-birindən qırılmalarla ayrılan müxtəlif süxur laylarında selektiv eroziya nəticəsində yaranmış pillə. Ekzogen qüvvələr nəticəsində relyefdə əksini tapmış, tektonik qırılma. Denudasiya prosesləri nəticəsində kəskin dəyişilmiş olur.
Hidden-Hills (Kaliforniya)
Hidden Hills – ABŞ-nin Kaliforniya ştatının Los Angeles County regionunda yerləşən bir şəhər. Şəhər San Fernando vadisindən qərbdə yerləşir və Böyük Los Ancelesin bir hissəsidir. Sahəsi 4.37 km² olan şəhərin əhalisi 2010-cu ilə görə 1856 nəfərdir.
Edvard Mills Parsell
Edvard Mills Parsel (ing. Edward Mills Purcell; 30 avqust 1912[…], Teylorvill[d], İllinoys – 7 mart 1997[…], Kembric, Massaçusets) — amerikalı fizik, 1952-ci ildə "dəqiq nüvə maqnit ölçmələri və əlaqəli kəşflər üçün yeni üsulların işlənib hazırlanmasına görə" fizika üzrə Nobel mükafatı laureatı (Feliks Blox ilə birgə). ABŞ Milli Elmlər Akademiyasının üzvü (1951), London Kral Cəmiyyətinin xarici üzvü (1989).
Antiqa Fabrikası de Pells
Antiqa Fabrikası de Pells — bu bina Avinquda Miquel Mateu, 13–15, Eskaldes, Eskaldes-Enqordani kilsəsi, Andorrada yerləşir. Andorranın Mədəni İrs Siyahısına daxil edilmiş mədəni irs saytıdır. 1946-cı ildə tikilmişdir.
Stock-keeping unit
SKU (Stock Keeping Unit) — Hissələr şəklində anbarda olan inventar vahidinin qeydə alınan miqdarı formasında tərif verilir. Məhsulun özəlliyi, formasi və ölçüsü barədə xüsisiyyətlərdir. Bu xüsusiyyətlər məhsulun anbarlaşma metodunu və yerini təyin edər. Məhsulun xüsusiyyətləri və görüləcək işlərin üsullarına görə istifadə ediləcək avadanlıqlar da dəyişə bilər.
Diels
Lüdviq Diels (alm. Friedrich Ludwig Emil Diels‎, 24 sentyabr 1874[…], Hamburq – 30 noyabr 1945[…], Berlin, Almaniya Federativ Respublikası) — Almaniya botaniki və səyyahı. == Şərəfinə adlandırılmış taksonlar == Dielsantha E.Wimm. Dielsia Gilg Dielsiocharis O.E.Schulz Dielsiochloa Pilg. Dielsiothamnus R.E.Fries == Əsərləri == alm. Engler H.G.A., Diels L., Stubbe H., Noack K. Das Pflanzenreich: Regni vegetabilis conspectus. Stuttgart: Engelmann, Wiesbaden: Harrassowitz.‎ alm. Diels L. Pflanzengeographie. – Leipzig: G.J. Göschen. 1908‎ alm.
Dilos
Dilos və ya Delos (q.yun. Δῆλος) — Yunanıstanda, Egey dənizinin Kiklad adalarında ada. Ada Cənubi Egey adaları periferiyasının Mikonos periferiya vahidinin Mikonos icmasında (dim) yerləşir. 2011-ci ilin əhali siyahıyaalmasında əldə olunan məlumatlara görə, adanın əhalisi 24 nəfərdir. Adanın sahəsi 3.536 km2, sahili isə 14 kilometr (8.7 mil) uzunluğundadır. Adanın ən hündür nöqtəsi Kint zirvəsidir. Diloslu Apollon homerik himninə görə, qədim əkiz tanrılar olan Apollon və Artemidanın doğumu Kinf dağında gerçəkləşmişdir. Qədim dövrlərdə Dilos adası yunanlar üçün müqəddəs bir yer olmuşdur. Apollon və Letoya burada sitayiş edilmişdir. Adada Apollon məbədi, Leto məbədi və Dionis evi kimi çoxlu tarixi memarlıq abidələri var.
Gilas
Gilas (lat. Cerasus avium) – gavalı cinsinə aid bitki növü. Gilas Azərbaycanda çox geniş yayılmışdır. Meyvələrinin tərkibində aşı maddəsi, şəkər, boyayıcı və pektin maddələri, üzvi turşular, B2, C vitaminləri, eləcə də karotin vardır. == Yabanı gilas == Gülçiçəklilər fəsiləsinin albalı cinsinə aiddir. Yabanı halda Ukraynada, Moldovada, Krım və Qafqazda bitir. Hazırda mədəni gilas sortları çox olduğundan yabanı gilas öz əhəmiyyətini itirmişdir. Lakin meşələrdə yabanı formalara təsadüf edilir. Yabanı gilas aprel-mayda çiçəkləyir. Çiçəkləri ağ, ətirli, beşləçəkli və uzun saplaqlıdır.
Hilas
Hilas (q.yun. Ὕλας; mənası – "meşə") — yunan mifologiyasında personaj. O, çox yaraşıqlı olması ilə tanınır. Hilas Feodamant və Menodikanın, Exaliya və ya Arqosun oğlu idi. Feokritə görə, o, Arqosun oğlu idi. Başqa bir versiyaya görə, Hilas drioplar ölkəsindən idi, ya Driop və ya Keykin oğlu idi. Hilas arqonavtdır. O, Heraklın sevimlisi olaraq xatırlanır. Hilas dolionlarla döyüşdə Saqesi öldürür. Propersi dostu Korneli Qallı Hilasla müqayisə edir.
Hillə
Hillə (ərəb. الحلة‎) — İraqın mərkəzində, Fərat çayı üzərində şəhər. Hillə şəhəri Bağdadın 100 kilometr (62 mil) cənubunda yerləşir. 1998-ci ildə siyahı alınmaya görə əhalisi 564.700 nəfərdir. == Tarixi == Hillə şəhəri bir ara şiəliyin mərkəzinə çevrilmişdi. Nəcəf hövzəsində elmi durumun zəifləməsi ilə ibn İdris Hilli Hillə şəhərində fiqhi hərəkata başladı. Beləcə, şiə fiqhinin elmi mərkəzi İraqın Hillə şəhəri oldu. Mühəqqiq Hilli, Əllamə Hilli kimi şöhrətli fəqihlər Şeyx Tusidən sonra şiə fəqihliyinin yeni mərhələsinin bünövrəsini qoyanlardan sayılırdı. Onlar şiə fiqhini mükəmməl vəziyyətə gətirib Şeyx Müfidin xəttini davam etdirdilər. Hillə şəhərindən sonra fəqihlik mərkəzi Cəbəle-Amil və Şam məntəqəsinə köçürüldü.
Lillo
Migel İqnasio Lillo (isp. Miguel Ignacio Lillo; 27 iyul 1862 – 4 may 1931) — Argentina kimyaçısı, botaniki və zooloqu. == Elmi fəaliyyəti == Migel İqnasio Lillo bitkilər üzrə ixtisaslaşmışdır. == Əsərləri == Lillo, M. Contribución al conocimiento de los árboles de Argentina. — Buenos Aires, 1910. — 127 p. == Şərəfinə adlandırılmış taksonlar == Lilloa Speg., 1897 [= Synandrospadix Engl., 1883] †Michelilloa S.Archang. & D.W.Brett, 1963 == İstinadlar == == Ədəbiyyat == Stafleu F. A., Cowan R. S. Taxonomic Literature : [англ.]. — Ed. 2.
Milli
Milli (tayfa) — kürddilli tayfa. Birinci Milli — Kəlbəcər rayonunda kənd. İkinci Milli — Kəlbəcər rayonunda kənd. Üçüncü Milli — Kəlbəcər rayonunda kənd.
Dillo
Dillo aşağı səviyyəli Linux əməliyyat sistemləri olan kompüterlər üçün nəzərdə tutulmuşdur. Dillo yalnız sadə HTML/XHTML və HTTP üzərində təsvirləri dəstəkləyir; skript tamamilə nəzərə alınmır. Tətbiq C və C++ kodlaşdırma dillərindən ibarətdir və FLTK əsaslıdır.
Billi
Billi — ad. Billi Vaylder — ABŞ rejissoru, ssenaristi və prodüseri Billi Co Armstronq – amerikalı musiqiçi, müğənni, gitaraçı Billi Kid — cinatərkar. Billi Uaytlou — britaniyalı aktrisa.
Nilas