Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sobu
Sobu — Azərbaycan Respublikasının Zəngilan rayonunun Çöpədərə kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Əsasını Şamlı tayfaları qoymuşdur. Sobu kəndi dağlıq ərazidədir. Yaşayış məntəqəsinin 1827-ci ildə Cənubi Azərbaycanın Sobu kəndindən köçüb gəlmiş ailələr salmişlar. Miqrant toponimdir. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 9 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Sobuçay == Zəngilan rayonu ərazisində çay. Xaçın çayının sağ qoludur. Ədəbiyyatlarda Sobudərə kimi da qeydə alınmışdir.
Soda
Soda: Kalsium soda, Paltar ağartma sodası — Natrium-karbonat - Na2CO3. Kristallik soda — Kiristallohidrat kalsiumlu sodanın ümumi adı: Natrit — Na2CO3*10H2O. Termonatrit — Na2CO3*H2O. İçməli soda, ərzaq sodası — Natrium-hidrokarbonat - NaHCO3.
Sopdu
Sopdu — (həmçinin Septu və ya Sopedu kimi tərcümə olunur) Qədim Misir dinində göyün və şərq sərhəd bölgələrinin tanrısı idi. Hensitin əri idi. Göy tanrısı olaraq Sopdu, Orion bürcünün təcəssümü olan Sak tanrısı və Sirius ulduzunu təmsil edən ilahə Sopdet ilə əlaqələndirilirdi. Piramida Mətnlərinə görə, Sopdu və böyük göy tanrısı Horusun birləşməsindən ibarət olan Hor-Sopdu, Osiris-Saha və İsis-Sopdet nəslindəndir. Hesab olunurdu ki, şərq tanrısı Sopdu Misirin sərhədlər boyu postlarını qoruyur və firona bu bölgələrin əcnəbi sakinlərini idarə etməkdə kömək edir. O, Şərqin Rəbbi adlanırdı. Onun Sinay yarımadasındakı Misir yaşayış məntəqələrində, məsələn, Serabit əl-Xadimdəki firuzəyi mədənlərində ziyarətgahları var idi. == Adı == Sopdunun adı kəskinlik heroqlifindən, uclu üçbucaqdan və üçüncü şəxs cəm şəkilçisindən (bildirçin) düzəlib; beləliklə, onun adının hərfi tərcüməsi sərtdir. Piramida mətnlərində onun ölən fironun dişlərini qoruduğu deyilir. Sopdu dini bayraqda oturan, tez-tez başında iki lələkli tac və çiynində yellək olan şahin kimi təsvir edilmişdir.
Soru
Soru — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Lerik rayonunun Nüvədi kənd inzibati ərazi vahidinin Soru kəndi Əliabad kənd inzibati ərazi vahidinin tərkibinə verilmişdir. == Toponimikası == Bəzi tədqiqatçıların fikrincə, oykonim talış dilindəki so (həyət, təsərrüfat) və ru (çay) sözlərindən ibarət olub, "çay kənarındakı təsərrüfat" mənasındadır. Digər tədqiqatçılar isə hesab edirlər ki, oykonim talış dilində sə və ros sözlərindən yaranmışdır, mənası "başıuca" deməkdir, "düz dik yer" mənası da verir. Əslində oykonim türkdilli xalqların toponimiyasında geniş yayılmış soru (bataqlıq, dərə, çeyillik) sözündəndir. Altayda Soru (çay), Soruqlu (şəhər, qəsəbə), Soruqlu-Ayn (şəhər), Sorulu göl və s. qeydə alınmışdır. == Əhalisi == Əhalisi 1388 nəfərdir. 1859-1864-cü ilə olan məlumata əsasən Alaşa çayı sahilində yerləşən Soru kəndində 23 evdə 97 nəfəri kişilər, 58 nəfəri qadınlar olmaqla 155 nəfər şiə talışlar yaşayırdı. Soru kəndi Vətən müharibəsinin qəhrəman şəhidlərindən olan Hərbi Dəniz Qüvvələrinin "Sualtı hücüm" (SAH) Xüsusi Təyinatlı Qüvvərinin miçmanı "Qarabağ orden"li Elvin Səfərovun kəndidir.
SDU
Sumqayıt Dövlət Universiteti və ya qısaca SDU — Azərbaycanın Sumqayıt şəhərində yerləşən və Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. == Tarixi == Universitetin tarixi 1962-ci ildən başlayır. Həmin il bu ali məktəb SSRİ Nazirlər Sovetinin qərarına əsasən Azərbaycan Neft və Kimya İnstitutunun filialı olaraq yaradılmışdır.1975-ci ilə qədər filial kimi fəaliyyət göstərmiş, 1975–1992-ci illərdə isə Ali Texniki Təhsil Məktəbi adı altında tədrisini davam etdirmişdir. 1992-ci ildən Azərbaycan Sənaye İnstitutu adlandırılıb. Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2000-ci il tarixli fərmanı ilə Azərbaycan Sənaye İnstitutunun bazasında Sumqayıt Dovlət Universiteti yaradılmışdır. === AMİ Sumqayıt filialı === Azərbaycan Müəllimlər İnstitutunun Sumqayıt filialı Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli 349 nömrəli Fərmanı ilə Sumqayıt Politexnik Texnikumunun bazasında yaradılmışdır. Filial fəaliyyətinə keçmiş Sumqayıt Politexnik Texnikumunun üç tədris korpusundan ibarət ikimərtəbəli, tədris üçün yararsız olan və o zamanlar köçkünlər məskunlaşmış binasında başlamışdır. Filial Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2015-ci il tarixli Sərəncamına əsasən ləğv edilmişdir. Bundan sonra təhsil nazirinin sərəncamına əsasən filialın bütövlükdə öz maddi-texniki bazası, pedaqoji və tələbə heyəti ilə birlikdə Sumqayıt Dövlət Universitetinin nəzdinə keçirilməsi qərara alınmışdır. == Fakültələri == Universitetdə 7 fakültə mövcuddur: İqtisadiyyat və idarəetmə; Fizika və elektroenergetika; Tarix və coğrafiya; Filologiya; Mühəndislik; Riyaziyyat; Kimya və biologiya.
Dönüş kodu
Dönüş kodu (en. Return code)– proqramlaşdırmada: altproqram və ya proses bitdikdə (qaytardıqda), yaxud sistemin idarəetməsini başqa altproqrama verdikdə prosedurun nəticələrini bildirmək, yaxud sonrakı hadisələrə təsir etmək üçün istifadə olunan kod. Məsələn, dönüş kodu əməliyyatın uğurlu, yaxud uğursuz olmasını göstərə bilər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Eyvazlı soyu
Eyvazlı soyu — Azərbaycan xalqının Seyidli oymağına aid nəsillərindən biri. == Tarixi == Eyvazlı soyu öz adını Seyidli oymağının sakini Eyvazın adından almışdır. O, XVIII əsrdə Seyidli oymağında yaşamışdır. Eyvazın Həsən adlı yeganə övladı olmuşdur. Həsən (1788-1848) Seyidli oymağında yaşamışdır. Molla məktəbində oxumuşdur.O, Yetərlə evlənmiş, Alı, Hüseyn, İsmayıl, Eyvaz adlı dörd övladı dünyaya gəlmişdir. Hazırda Eyvazlı nəsli Eyvazov soyadı ilə tanınır. Bu nəsil daha çox həkimləri, müəllimləri ilə şöhrət qazanmışdır. Məşədi İsmayıl Eyvazov, Nağı Eyvazov, Zeyni Eyvazov, Əli Zeyni oğlu Eyvazov, Nürəddin Eyvazov, Zirəddin Eyvazov, tanınmış həkim Rizvan Eyvazov, tibb elmləri namizədi, dosent Taryel Eyvazov, Molla Nəsir Eyvazov, Heydər Eyvazov, Rəşid Eyvazov, Kamil Eyvazov, Famil Eyvazov, Asif Eyvazov və başqaları bu nəslin layiqli övladlarıdırlar. == Şəkillər == Eyvazlılar == İstinadlar == == Mənbə == Orxan Məmmədov (Baharlı).
Faylın sonu
Faylın sonu – bəzən proqram tərəfindən faylın axırıncı baytında yerləşdirən kod. EOF simvolu əməliyyat sisteminə verilənlərin sonunu bildirən nişandır. Bu gərəksiz görsənə bilər, ancaq EOF simvolu faylın gerçək sonluğunu göstərdiyindən, çox zaman faydalı olur: çünki fayl üçün tam sayda klaster ayrıldığından, faylın həqiqi sonluğu klasterin ortasına düşdükdə, həmin sonluq faylın fiziki sonluğu (faylın axırıncı klasterinin axırıncı baytı) ilə üst-üstə düşməyəcək. ASCII kodunda EOF simvolu onluq 26 (onaltılıq 1Ah) qiyməti ilə və ya Control+Z idarəedici simvolu ilə göstərilib.
Gülməmmədli soyu
Gəloxçu Soyu
Gəloxçular — Laçın rayonunda, Qarıqışlaq, Mişni, Hacılar, Sadınlar, Qılıçlı, Quşçu,Soyuqbulaq, Mayıs, Zeyvə və başqa yaşayış məntəqələrini əhatə edir. == Tarix == Gəloxçu camaatı XVIII yüzildə Qaraçorlu mahalına, XIX yüzilin ikinci yarısından Zəngəzur qəzasına, XX yüzilin önlərindən Laçın rayonuna bağlıdır. 1823-cü ildə Gəloxçu obası vergi ödəyənlər: 78 tüstü, ödəməyənlər: kəndxudalar Mirzə bəy, Vəli bəy, Həsən bəy ibarət idi. 1827-ci ildə Gəloxçu obası vergi ödəyən 91, ödəməyən 5, rəncbər 2 tüstüdən təşkil olunmuşdu. Hazırkı Laçın rayonunun bir hissəsi bu bölgəni əhatə edir. Xanlıq dönəmində bu nahiyə Qaraçorlu mahalının tərkibinə daxil oldu. Adının açımı keşti asp-at seyrangahı anlamındadır. Saxtakar erməni müəllifləri həmişə Qarabağın iki tarixi bölgəsi Keştasf və Keştəyi dəyişik salıb, ikisini də Keşatağ şəklində göstərirlər. Bu bölgənin yer-yurdunu, yiyələrini aydınlatmaq qərarına gəldik. Keştasf bölgəsi yerli Qarabağ ləhcəsində Keştaz adlanırdı.
Hemminq kodu
Hemminq kodu – ötürülən verilənlərin ayrı-ayrı bitlərində xətaların aşkarlanması və düzəldilməsi üçün istifadə olunan kod. Hemminq kodu hər bir dörd verilən bitdən sonra üç nəzarət bitinin artırılmasını nəzərdə tutur. Hər bir nəzarət biti, dörd verilən bitindən üçünün müəyyən kombinasiyasına uyğun hesablanan kəmiyyətdir. Qəbuledici qurğu nəzarət bitlərinin qiymətlərini yenidən hesablamaqla qəbul etdiyi dörd verilən bitindən hər birinin düzgünlüyünü müəyyənləşdirə, bəzi hallarda isə yanlış bitləri düzəldə bilər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s. == Xarici keçidlər == Hemminq kodun hesablanması Hemminq kod nədir?
Klaviş kodu
Klaviş kodu(key code, код клавиши,tuş kodu)-klaviaturada konkret klavişə mənimsədilən və onun basıldığını tanımaq üçün istifadə olunan unikal ədədi kod. Klaviş kodu klavişin üzərində olan nə hərf, nə rəqəm, nə simvoldur, nə də klavişi basdıqda generasiya olunan kod cədvəlinin elementidir; bu klavişin özünün xüsusi idenfikatorudur. Klaviş kodu termini ən çox Apple Macintosh kompüterlərində istifadə olunur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı,467s.
Maşın kodu
Maşın kodu - Assembler dilindən, yaxud C və ya Pascal kimi istənilən yüksək səviyyəli dildən translyasiyanın son nəticəsi; maşın kodu modu9clları mikroprosessor tərəfindən yüöklənən9 və yerinə yetirilən 1 və 06-ların ardıcıllığından ibarət olur. Maşın koduna 0həm də maşın dili (MACHINE LANGUAGE) deyilir, çünki o, kompüterlərin “başa düşdüyü” yeganə dildir (başqa proqramlaşdırma dillərinin hamısı insanların kompüteri spesifik məsələləri həll etməyə məcbur edə bilmələri üçün insan dilini strukturlaşdırmaq cəhdidir). Yüksək səviyyəli dildə yazılmış proqramları maşın koduna kompilyator-proqramlar çevirir (translyasiya edir) 8B542408 83FA0077 06B80000 0000C383 FA027706 B8010000 00C353BB 01000000 B9010000 008D0419 83FA0376 078BD98B C84AEBF1 5BC3 n-ci Fibonaççi ədədini hesablayan maşın kodu == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
QR kodu
QR kodu (ing. Quick Response code — "Tez cavab") — ştrix kodların növlərindən biri. "Quick Response" ("tez cavab") sözlərinin abreviaturasıdır. 1994-cü ildə Yaponiyanın "Denso-Wave" şirkəti tərəfindən işlənib hazırlanmış və təqdim olunmuş matrisli kod (ikiölçülü barkod). Yaponiyada böyük populyarlıq qazanmış barkodun (BAR CODE) getdikcə tələbatı ödəməməsi, yəni onun vasitəsilə kodlaşdırılan informasiyanın həcminin məhdud olması səbəbindən yaranıb. Bir QR koduna 7089 rəqəm, 4296 işarə (rəqəm və hərf), 1817 heroqlif yerləşdirmək mümkündür. == Tarixi == 1994-cü ildə təkmilləşdirilmiş QR kodunun patenti Yaponiyanın Denso şirkətinə aiddir. == Statistik göstəriciləri == Bir QR koduna 7089 rəqəm, 4296 işarə (rəqəm və hərf), 1817 heroqlif yerləşdirmək mümkündür. == Xüsusi qeydlər == Ən böyük QR kodu Kanadanın Albert əyalətində yaşayan fermer ailəsi tərəfindən hazırlanmışdır. Onlar bunu özlərinə məxsus 2,9 hektar qarğıdalı sahəsində hazırlayıblar.
Q kodu
Q kodları; hamısı Q ilə başlayan, 3 hərfli mesajlarıdır. İlk dəfə ticari məqsədlərlə simsiz teleqraf (radio-teleqraf) əlaqəsində, xüsusilə həvəskar radioçuluqda istifadə edilmək üçün qurulmuşdur. Əvvəllər Morze kodu ilə istifadə edilməsinə baxmayaraq, şifahi ünsiyyətin icadından sonra da istifadə edilməyə başlanılmışdır. QAA-QNZ arasındakı kodlar aviasiyaya, QOA-QQZ dənizçiliyə, QRA-QUZ bütün xidmətlərə ayrılmışdır. Q kodları hansısa sözün qısaltması deyillər. Həvəskar radioçuluqda istifadəsindən nümunələr: QRL: Məşğulsan? QRV: Hazırsan? QTR: Saat neçədir? Aviasiyadakı istifadəsinə nümunələr: QNH: Dəniz səviyyəsindəki atmosfer təzyiqi. QFE: Hər hansı bir səviyyədə atmosfer təzyiqi QNE: Standart təzyiq xətti.
Qırğızıstan somu
Qırğızıstan somu ((qırğ. Кыргыз сом; code: KGS)) - Qırğızıstan respublikasının pul vahidi. ISO 4217 valyuta kodu KGS-dir. 1 som 100 tıyına (qırğ. тыйын) bölünür. == Tarixi == Sovet İttifaqı dağıldıqdan sonra ümumi valyutanı saxlamaq üçün əksər respublikalar tərəfindən cəhdlər edilmişdir. Bəzi siyasətçilər keçmiş sovet respublikaları və ya "yaxın xaric" arasında ən azı "xüsusi münasibətlər" saxlamağı ümid edirdilər. Rubl zonasının saxlanılması üçün digər iqtisadi səbəblər də var idi. Keçmiş sovet respublikaları arasında güclü ticarət əlaqələrini qorumaq arzusu ən mühüm məqsəd hesab edildi. Sovet İttifaqının parçalanması pul tənzimləmələrində heç bir rəsmi dəyişiklik ilə müşayiət olunmamışdı.
Sonu Niqam
Sonu Nigam (Hind: सोनु निगम; 30 iyul 1973) — Hind müğənnisidir. Xüsusi ilə də Bollivud filmləri üçün oxuduğu mahnıları ilə tanınır (İngiliscə: “playback singer”). Musiqiçi ailədən çıxmışdır. Əsasən Hind dilindəki mahnıları ilə tanınsa da, Benqalca, Pəncabca, Teluquca da mahnıları mövcuddur. Sonu Nigam, Madhurima Mishra ilə evlidir və bu evlilikdən Neevan adlı bir oğlan uşağı dünyaya gəlmişdir.
Məhərrəmlilər soyu
Məhərrəmlilər və yaxud Məhərrəm uşağı — Şimal-qərbi Azərbaycan ərazisində əsasən Qax və Şəki rayonları ərazisində məskunlaşmış ən böyük nəsillərdən biri. == Tarixi == Bu nəslin soykökü ilə bağlı əldə edilən məlumatlar tək xarakter daşıyır. Məhərrəmlilər oğuzların Yıva qolundan olan Baranlı Sülaləsi ilə bağlayır. Anadoluda QaraYusif tərəfindən əsası qoyulmuş Qaraqoyunlular Ağqoyunlu Şahı Uzun Həsən tərəfindən ləğv edildikdən sonra bu nəslin sağ qalan Bir hissəsi Azərbaycana köç edərək Azərbaycanın Qazax, Zaqatala, Qax ərazilərinə və cənubi Dağıstanın Ulukosor mahalında məskunlaşmışlar. Yıvaların fəaliyyəti nəticəsində Qazaxda Şəmşədil sultanlığı, Azərbaycanın şimal-qərbində isə Car-Balakən azad icması və İlisu sultanlığı yarandığı iddia edilməkdədir. Nəslin nümayəndələrinin qoruyub saxladiqları tam olmayan arxeoqrafik və geneoloji materiallara görə onların sələflərinin XVI əsrin sonlarında Osmanlı ordusunun tərkibində gəlmış Yıva tayfasindandır. Kipr fatehi Lələ Mustafa Paşanın Qafqaza yürüşü zamanı Tiflisin alınmasında önəmli rol oynamış bu tayfanın nümayəndələri sonralar Özdəmiroğlu Osman Paşanın hakimliyi dövründə Şirvanın şimal-qərb sərhədini qorumaq məqsədilə Şimali Azərbaycan və cənubi Dağıstan ərazilərində bir sıra müdafiə məqsədli yaşayış məskənləri salmışlar. Bunlardan biri də məhərrəmlilərin ilk dövrlərdə məskunlaşdıqları Sögüt kəndi (cənubi Dağıstanda indiki Rutul rayonuda eyniadlı kənd) hesab olunur. Adını tayfanın ana vətəni olan Domaniç yaylağının Sogüt kəndindən götürdüyü bilinməkdədir. Şəki rayonundakı Göynük və Biləcik, Qax rayonu ərazisindəki İlisu, Lələpaşa (Lələ Mustafa Paşanın adı ilə bağlıdır), Lələli, Qındırğa, Armudlu Dəmirqazıx (Qanıxçayın sol sahilində qədim yaşayış məskəni), Pir Osman kurqanı və bunun kimi onlarla yer adları da həmin dövrdə Osmanlı Türkiyəsi ərazisindən gətirilmə toponimlər hesab olunur.
Məmmədbəyli soyu
Məmmədbəylilər — Azərbaycan xalqının Seyidli oymağına aid soylarından biri. == Tarixi == Məmmədbəylilər bəy nəslinə mənsubdur. Nəsil öz adını Məmməd bəyin adından almışdır. Bu nəslin kökü Seyidli oymağının sakinləri ilə qan qohumluğu olan Çəmənli oymağına gedib çıxır. Çəmənli oymağında bu nəsil Hatəmxan ağanın nəsli kimi tanınır. Hatəmxan ağa XVIII əsrdə yaşamış, 1698-ci ildə anadan olmuş, uzun illər Çəmənli oymağının başında durmuşdur. Sələflərindən xələflərinə ötürülən məlumata görə, o, yüz il ömür sürmüş, qeyri-adi bacarığa malik, hazırcavab, qonaqpərvər insan kimi tanınmış, Qarabağda mahir at çapması ilə yaddaşlarda qalmışdır. Hatəmxan ağanın Nadirqulu bəy adlı oğlu olmuşdur. Məmməd bəy Nadirqulu bəyin nəvəsi, Hatəmxan ağanın nəticəsidir. Məmməd bəy Yusif bəy oğlu 1833-cü ildə Çəmənli oymağında anadan olmuş, təxminən 60 ilə yaxın ömür sürmüşdür.
Mənbə kodu
Mənbə kodu - hər-hansısa proqramlaşdırma dilində yazılan və insan tərəfindən oxuna bilən kompüter proqramının mətnidir. Mənbə kodu tam olaraq icraçı koda kompilyator və ya interpretator vasitəsilə translyasiya edilir. == Təyinatı == Mənbə kodu ya obyekt kodunu əldə etmək üçün ya da interpretator tərəfindən icra olunur. Dəyişiklik heç vaxt obyekt kodundan icra edilmir. Obyektin növbəti dəyişiklməsi ilə yalnız mənbə kodu üzərindən icra edilir. Mənbə kodunun digər önəmli təyinatı proqramın təsviridir. Proqramən mətni vasitəsilə onun özünüaparma məntiqini bərpa etmək olar. Mənbə kodunun anlaşılan olması üçün şərhdən istifadə edilir. Həmçinin elə alətlər var ki, mənbə kodu haqqında avtomatik kömək fayllarının qəbuluna imkan verir. Bundan əlavə mənbə kodunun bir çox digər tətbiqləri var.
Mətnin sonu
Mətnin sonu – verilənlərin ötürülməsində mətn faylının sonunu göstərmək üçün istifadə olunan simvol. Mətnin sonunun göndərmə sonluğu simvolu (END-OF-TRANSMISSION, EOT) ilə üst-üstə düşməsi vacib deyil, çünki göndərilən mətnə (mətnin önünə və ya sonuna) çoxlu sayda xətalara nəzarət kodları və verilişin idarəedilməsi simvolları artırıla bilər. ASCII kodunda ETX simvolu onluq 3 (onaltılıq 03h) qiyməti ilə göstərilib.
Nəqliyyat kodu
Nəqliyyat vasitəsi kodu — nəqliyyat vasitəsinin individual qeydiyyat nişanı (nömrəsi). Bu kod bir qayda olaraq naqliyyat vasitəsinin ön və arxa hissələrinə bərkidilmiş işıqqaytaran metal və ya plastmas lövhəcik üzərində, ya da salondan nəqliyyat vasitəsinin ön və arxa şüşəsinə yapışdırılmış kağız və ya karton parçası üzərində əks olunur.
Poçt kodu
Poçt indeksi - yazışmaların çeşidlənməsini asanlaşdırmaq məqsədilə poçt ünvanına əlavə edilən hərf və ya rəqəm ardıcıllığı. Hazırda dünyadakı poçt xidmətlərinin əksəriyyəti, o cümlədən Azərbaycan Respublikasında poçt xidmətlərini həyata keçirən "Azərpoçt" MMC poçt indekslərindən istifadə edir.
Qazılı soyu
Qazılılar — Azərbaycan xalqının tanınmış soylarından biri. == Tarixi == Qazılılar Seyidli oymağının qədim nəsillərindən biridir. Bu nəsildən dini məhkəmə işlərinə baxan ruhanilər, şəriət hakimləri, nüfuzlu insanlar çıxmışdır. Qazılı nəsli Qarabağda bəy nəsli kimi də tanınmışdır. XVIII əsrin sonları XIX əsrin əvvəllərində Qazılı nəslinin başında Seyidli oymağının adlı-sanlı bəyi Hüseyn bəy dururdu. Hüseyn bəyin Məhəmmədqulu bəy, Əli bəy, Abbas bəy, Məhəmmədalı bəy adlı dörd oğlu olmuşdur. Məhəmmədalı bəy Qarabağın sayılıb-seçilən savadlı bəylərindən sayılmışdır. O, Kərbəlanı ziyarət etdiyi üçün Seyidli oymağında Kərbəlayi Məhəmmədalı bəy bəy kimi tanınmışdır. Məhəmmədalı bəy Xan qızı Xurşidbanu Natəvanın hörmətini, etibarını qazanmış şəxslərdən idi. Məhəmmədalı bəy iki dəfə ailə həyatı qurmuşdur.
Telefon kodu
Telefon kodu — şəhərlərarası və beynəlxalq telefon zənglərini qəbul etməyə imkan verən sistem.
Şodo
Şodo (fr. chaudeau, chaudau, от fr. chaud eau — тёплая вода) Fransız desertidir. == Haqqında == Su vannasında yumurta sarılarından və yumurtanın ağının ağının şəkər tozu ilə şərabda çalınmasından hazırlanır.Fransız və İtaliyan toylarında daima təqdim olunur. Fransız gəlinləri öz bəyləri üçün bu şirniyyatı hazırlayırdılar. Onu bəzən qırmızı və çəhrayı şərabdan hazırlayırdılar.
Şovu
Şovu — Azərbaycan Respublikasının Lənkəran rayonunda inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 1158 nəfərdir. == Toponimiyası == Oykonim 1917—ci ildə Şout, 1933-cü ildə Şüvid variantında qeydə alınmışdır. XDC əsrə aid məlumata görə, kəndin digər adı Culut olmuşdur. Culut monqol işğallarında (XIII əsr) iştirak etmiş sunnit tayfasının adının təhrifə uğramış formasıdır. Şovut toponimi talış dilində müxtəlif variantlarda “şadlıq bəxş edən yer”, “pöhrələnən yer”, “geniş ön” kimi izah edilir. == Tarixi == 25 oktyabr 2011-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Şovu, Təngivan və Siyablı kəndləri Rvo kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Şovu kəndi olmaqla Şovu kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. == İqtisadiyyatı == Kənd təsərrüfatı, maldarlıq, sitrusçuluq. == Din == Kənddə Şovu kənd məscidi dini icması fəaliyyət göstərir.
Arı südü
Arı südü – arıçılıq məhsuludur. Arı südü cavan arılarda xüsusi vəzlərdə yaranır. Əvvəlcə o, qatı, ağtəhər-şəffaf, jeləyəbənzər kütlə, sonra parıltısız sarımtıl çalarlar əldə edir. O, spesifik iyə və dada malikdir. Arı südünün tərkibi mürəkkəbdir. Onda zülallar, yağlar, karbohidratlar, vitaminlər, aminturşuları, fermetnlər, yağ turşuları, hormonabənzər maddələr var, amma zülallar və vitaminlər üstünlük təşkil edir. Arı südündə 65% su, 14–18% zülal maddələri, 9–10% şəkər, 1,-5,7% yağ var. Onun tərkibində 22 aminturşusu aşkar edilmişdir. Arı südündə dəmir, qızıl, gümüş, kükürd, xrom və sink kimi mikroelementlər aşkar edilmişdir. Arı südü 5–15 günluk körpə işçi arıların udlaq və üst çənə vəzilərində hazırlanır.
Atalar sözü
Atalar sözü — atalarımızın yaratdığı və əsrlərdən bəri özünə həyat düsturu etdiyi hikmətli və möcuz sözlərdir. Mövzu müxtəlifliyi ilə yanaşı bitmiş fikir, ümumiləşdirmə və nəticə atalar sözlərinə xas olan cəhətlərdir. Atalar sözləri xalqın həyatda sınanmış, müdrik və nəsihətli fikirlərindən ibarət olur və böyük əxlaqi-tərbiyəvi əhəmiyyət daşıyır. Əsas xüsusiyyəti həcmcə kiçikliyi, lakin mənaca hikmətli və nəsihətli olmasıdır. Atalar sözləri bitkin fikir ifadə edir, həm həqiqi, həm də məcazi mənada işlənir. == Təsnifatı == Həqiqi mənada işlənənlər: "Doğru söz acı olar", "İş insanın cövhəridir", "Yaxşı dost qardaşdan irəlidir", "Çıxan can geri qayıtmaz". Məcazi mənada işlənənlər: "Buynuzsuz qoçun qisası buynuzlu qoçda qalmaz", "İlanın ağına da lənət, qarasına da", "İslanmışın yağışdan nə qorxusu", "Ağacı qurd içindən yeyər", "Qudurmuş köpəyin ömrü qırx gündür" və s. Atalar sözlərindən yazılı ədəbiyyatda da geniş şəkildə istifadə olunur. Abbas Səhhətin "Yoxsulluq eyib deyil", Nəcəf bəy Vəzirovun "Daldan atılan daş topuğa dəyər", "Yağışdan çıxdıq, yağmura düşdük", "Sonrakı peşmançılıq fayda verməz", Əbdürrəhim bəy Haqverdiyevin "Yeyərsən qaz ətini, görərsən ləzzətini" əsərlərinin adları şifahi xalq ədəbiyyatından götürülmüşdür. Tapmaca kimi bu janr da həm nəzmlə, həm də nəsrlə olur.
Balıq südü
Balıq südü — ərzaqdır. İlk dəfə Çilidə peyda olubdu. Onu suya töküb həll edib içmək olar. == İstehsalı == Balıq südünü Santiyaqoda balıq sənayesində istehsal olunur. Onlar zavodda balıq südününü toz variantda istehsal edirlər. Məhsul balıq iyi vermir. Çilidə deyillər ki, balıq südünü iri buynuzlu mal-qaranın qidalanmasında istifadə etmək olar. Buna görə 1970-ci ildən başlayaraq Çilidə bu sahədə yeni dövr başlayır. Həmçinin dondurma və pendir istehsalında istifadə edilir.
Gələcəyin şoku
"Gələcəyin şoku" (ing. Future Shock) — Amerikalı sosioloq, postindusterial cəmiyyət konsepsiyasının müəlliflərindən biri Alvin Tofflerin həyat yoldaşı Xaydi Tofflerlə birlikdə yazdığı və ilk dəfə 1970-ci ildə çap olunmuş kitab; beynəlxalq bestseller. == Tarixi == Kitab 1965-ci ilin yayında "Horizon" jurnalında dərc edilmiş "Həyat yolu kimi gələcək" (ing. "The Future as a Way of Life") adlı məqalənin genişləndirilmiş və təkmilləşdirilmiş variantıdır. "Gələcəyin şoku" kitabı müəllifin əsərləri içərisində xüsusi yer tutur və ona böyük şöhrət gətirmişdir. == Mövzusu == Alvin Tofflerin qeyd etdiyi "gələcəyin şoku" hər şeydən əvvəl insanları əhatə edən sosial həyatdakı və mədəniyyətdəki dəyişikliklərdir. İnsan "cəmiyyət" adlı sistemin çox kiçik bir elementidir və onun təhlükəsizliyinin özünəməxsus çalarları var. Alvin Toffler qeyd edir ki, "İnsan orqanizminin ətraf mühitdəki dəyişikliklərə uyğunlaşa biləcəyi müəyyən hədlər mövcuddur. Əgər əvvəldən bu hədlər müəyyən olunmazsa və bu dəyişikliklər artmaqda davam edərsə, biz çoxlu sayda insanları onların sadəcə dözə bilməyəcəkləri təsirlərə məruz qoya bilərik. Onları "gələcəyin şoku" adlandırdığım qeyri-adi vəziyyətə düçar etməklə biz çox risk edirik".
Kişi sözü
Kişi sözü (film, 1987)
Riçard Şodd
Riçard Şodd (ing. Richard Schodde; 23 sentyabr 1936, Adelaida) — Avstraliya botaniki. == Elmi fəaliyyəti == Riçard Şodd toxumlu bitkilər üzrə ixtisaslaşmışdır. == Əsərləri == 1975 – Interim list of Australian songbirds: Passerines. RAOU: Melbourne. 1980 – Nocturnal Birds of Australia. (With Ian J. Mason. Illustrations by Jeremy Boot). Lansdowne Editions: Melbourne. (Whitley Medal 1981).