Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Pozğunluq
Pozğunluq — cəmiyyətin qəbul edən adətləri, moral prinsipləri və yüzilliklərlə formalaşmış normaları inkar etməkdir.
Solçuluq
Solçuluq — mövcud olan sosial iyerarxiyanı (təbəqələşməni) məhv etmək istəyən və zənginliyin bərabər bölgüsünü dəstəkləyən siyasi mövqe. Solçuluq termini ilk dəfə olaraq Fransız inqilabı sonrasında yaradılan məclisdəki yerləşmə uyğunluqundan ilham alınaraq yaranmışdır. Zimbabve, Kuba və ya Şimali Koreya kimi ölkələrdəki sol, kommunizm və ya sosializmin fərqli növləriylə uyğunlaşdırıla bilər; bunlar Stalinizm, Maoizm və Afrika sosiyalizmini öz içində yerləşdirə bilər. Fransa, Hindistan və ya Braziliya kimi ölkələrdə sol, demokratik sosiyalist və ya sosial demokrat siyasətləri üçün mübarizə aparırlar. Müasir sosial demokratiya həm sosiyalist həm də kapitalist proqramlara sahibdir və vətəndaşların maddi rifahını müdafiə edir. Sosial demokratlar kapitalizmdə gördüyü əskikləri silmək və ya onları yaxşılaşdıracaq proqramların yaradılmasını, sağlam kapitalizm sisteminin yaradılmasını istəyir. Sağ və sol adlı siyasi anlayışlar Fransız İnqilabı (1789–1799) zamanında, ayrı fikirdəki siyasətçilərin fransız parlamentinin sağında və ya solunda oturmalarından sonra ortaya çıxmışdır.
Yorğunluq sindromu
Xroniki yorğunluq sindromu — XX əsrin tibb praktikasında kəşf olunan xəstəliklərdən biri. Etiologiyası tam məlum deyil. Geniş yayılmış bu xəstəlik hələ 1930–1950-ci illərdə ABŞ və Avropada qeydə alınıb. 80-ci illərin əvvəllərində Amerika alimlərinin araşdırmaları sindromun təbiətini müəyyən qədər öyrənməyə və onu mövcud xəstəliklərin siyahısına daxil etməyə imkan verdi, lakin bu günə qədər xəstəlik haqqında bir çox müəmmalar mövcuddur. Xroniki yorğunluq sindromu ilk dəfə 1984-cü ildə həkim Pol Çeyni tərəfindən təsvir edilmişdir. Bu xəstəlik cavan ali təhsilli adamlar arasında geniş yayıldığı üçün onu bəzən məcazi mənada "cavan karyeristlərin qripi" də adlandırırlar. ABŞ-də aparılan araşdırmalara əsəsən ölkədə 10 milyonadək insan bu sindromdan əziyyət çəkir. Psixoterapevtlərin fikrincə əgər insan gün ərzində işi 10 saatdan çox fikirləşirsə, bu artıq xroniki yorğunluq sindromudur. Alimlər bu xəstəliyin yaranma səbəblərini axtarmağa çalışdığı bir vaxtda bu xəstəlik epidemiya kimi geniş yayılır. Mütəxəssilərin fikrincə xroniki yorğunluq sindromu immunəsəb sisteminin pozulması ilə yaranır.
Psixoloji pozğunluq
Psixi pozuntu (mental pozuntu, ruhi xəstəlik) — geniş mənada normal, sağlamdan fərqli bir psixi vəziyyət. Hüquq, psixiatriya və psixologiya kimi sahələrdə bu terminin daha özəl mənası var. Psixi pozğunluğun əksi psixi sağlamlıqdır. Həyat şəraitinə uyğunlaşa bilən, həyat problemlərini həll edə bilən insanlar adətən psixi cəhətdən sağlam qiymətləndirilir. Əgər bu qabiliyyətlər məhduddursa və insan şəxsi, ailə həyatında və ya işdə gündəlik işlərinin öhdəsindən gələ bilmirsə, şəxsi məqsədlərinə nail ola bilmirsə, onda bu və ya digər dərəcədə psixi pozğunluqdan danışmaq olar. Psixi pozğunluq hisslər, düşüncələr, davranışlar sahəsində dəyişikliklərə və pozğunluqlara səbəb olur və bununla yanaşı, bəzi ifadələrə görə, demək olar ki, həmişə bədənin somatik funksiyalarında dəyişikliklər olur. Uğurlu psixoloji və dərman müalicəsinin yaradılması tibb və psixologiyanın əməkdaşlığı və psixi pozğunluqları müxtəlif perspektivlərdən nəzərdən keçirməklə mümkündür. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada hər dördüncü-beşinci insan psixi və ya davranış pozğunluğuna malikdir. Bir çox psixi pozğunluqların səbəbləri tam başa düşülmür. Bir sıra əlamətlər var ki, onlar görünəndə mütəxəssislər peşəkarlardan kömək istəməyi tövsiyə edirlər.
İfrat solçuluq
İfrat solçuluq (Radikal sol ya da ingilis dilindəki adı ilə far-left) — kommunist və sosialist siyasi partiyaların solunda yerləşən və parlament demokratiyasını rədd edən bütün inqilabçı hərəkatlar. Bunlar köklü struktur islahatların tərəfdarıdırlar. İctimai azadlıqlara görə sosializm; İstehsal və dəyişdirmə vasitələrinin kollektivləşməsinin tərəfdarı olan marksist-leninist-maoist kommunizm, ifrat solçuluğa bir nümunədir. Ümumiyyətlə Parlament sistemini rədd edir və birbaşa fəaliyyəti müdafiə edirlər. Bununla belə, Karl Marks kommunist sisteminə keçidin yalnız proletar inqilabı ilə mümkün olacağını, sonrakı dövrlərdə istehsal vasitələrinə və kütləvi informasiya vasitələrinə dövlət sahibliyi ilə bir egalitar (bərabərlik) cəmiyyətin qurulacağını və dövlətin bir müddət sonra yox olacağını bildirirdi. Digər tərəfdən, anarxistlər dövlətin ən qısa müddətdə məhv edilməsinin və insanların öz həmrəylik sistemlərində yaşamasının tərəfdarıdırlar. İfrat sol qanad siyasətində din və milliyyət arxa plandadır. Hər cür millətçiliyi rədd edir. Çünki bütün insanların bir dam altında həmrəylik içində yaşadığını müdafiə edir. Tam egalitardır.
Solunlu Dimitri
Solunlu Dimitri və ya Fessalonikili Dimitri (yun. Δημήτριος της Θεσσαλονίκης), həmçinin Dimitri Mirotçets (yun. Δημήτριος ο Μυροβλύτης; ən tezi 270 və ən geci 281, Saloniki – təq. 306, Saloniki) — xristian müqəddəs, böyük əzabkeş kimi qarşılanır. İmperator Maksimian dövründə təqibə məruz qalmışdır.
Xroniki yorğunluq sindromu
Xroniki yorğunluq sindromu — XX əsrin tibb praktikasında kəşf olunan xəstəliklərdən biri. Etiologiyası tam məlum deyil. Geniş yayılmış bu xəstəlik hələ 1930–1950-ci illərdə ABŞ və Avropada qeydə alınıb. 80-ci illərin əvvəllərində Amerika alimlərinin araşdırmaları sindromun təbiətini müəyyən qədər öyrənməyə və onu mövcud xəstəliklərin siyahısına daxil etməyə imkan verdi, lakin bu günə qədər xəstəlik haqqında bir çox müəmmalar mövcuddur. Xroniki yorğunluq sindromu ilk dəfə 1984-cü ildə həkim Pol Çeyni tərəfindən təsvir edilmişdir. Bu xəstəlik cavan ali təhsilli adamlar arasında geniş yayıldığı üçün onu bəzən məcazi mənada "cavan karyeristlərin qripi" də adlandırırlar. ABŞ-də aparılan araşdırmalara əsəsən ölkədə 10 milyonadək insan bu sindromdan əziyyət çəkir. Psixoterapevtlərin fikrincə əgər insan gün ərzində işi 10 saatdan çox fikirləşirsə, bu artıq xroniki yorğunluq sindromudur. Alimlər bu xəstəliyin yaranma səbəblərini axtarmağa çalışdığı bir vaxtda bu xəstəlik epidemiya kimi geniş yayılır. Mütəxəssilərin fikrincə xroniki yorğunluq sindromu immunəsəb sisteminin pozulması ilə yaranır.
Aşikaqa şoqunluğu
Aşikaqa şoqunatı – Yaponiyada mövcud olmuş şoqunat. == Ümumi məlumat == Minamoto dövrü (1192—1333)ndən sonra gələn yapon şoqunatının ikinci böyük mərhələsi Aşikaqa şoqunatı kimi tanınır. O iki yüz ildən çox davam edib. Sülalənin əsasını qoyan Aşikaqa Takauci şoqunun qərargahını Kamakuradan, yenidən Yaponiyanın paytaxtı olan Kyotoya keçirdi. Şoqun sarayı Kyotonun rayonlarından biri Muromatidə yerləşirdi. Bu mərhələnin adı da burdan yaranıb- "Muromati mərhələsi". == Xüsusiyətləri == Aşikaqa mərhələsi yapon şoqunat tarixində san ki ara dövrü vəziyətini tutur. Yapon şoqunatının başlanğıc dövrü ilə onun son dövrü arasında bir növ körpü olaraq, onu fərqləndirən cəhət odur ki, bu mərhələdə(XIV-ci əsrin ortasından XVI-ci əsrin ikinci yarısına qədər) ölkənin sosial-siyasi və iqtisadi həyatı durğunluq dövrü yaşayır. Ancaq XVI-cı əsrin ikinci yarısı mərhələsi istisna təşkil edir. Bu zaman hadisələr çox sürətlə cərəyan edirdi.
Tokuqava şoqunluğu
Tokuqava şoqunatı – Yaponiyada mövcud olmuş şoqunat. Yaponiyada XVIII əsrin başlanğıcından Tokuqava dövləti var idi. XIX əsrin 50-60-cı illərində ölkə özünütəcrid siyasətindən əl çəkməyə məcbur oldu. Ölkədə 1868-ci ildə inqilab baş verdi. Nəticədə mütləq monarxiya burjua-mülkədar monarxiyasına çevrildi. 1868-ci il inqilabından sonra sənaye sürətlə inkişaf etdi. Yaponiyanın səciyyəvi xüsusiyyəti ölkədə Qərbi Avropa və ABŞ-nin elmi-texniki nailiyyətlərindən istifadə etməklə sürətli sənaye çevrilişinin baş verməsi idi.