SOLĞUNLUQ

is. Solğun olma, saralma, rəngi qaçma, solğun şeyin halı.
Lakin onun sifətində bir solğunluq nişanı var; Məncə onun bu dərdini dərd çəkənlər duyub anlar. S.Vurğun.
Çimnaz arvad da gecə yatmadığından çox solğundu və bu solğunluğu ağbirçək, kiçik arvada çox yaraşır, onun qara qaş-gözünü daha gözəgəlimli göstərirdi. Ə.Əbülhəsən.

Sinonimlər (yaxın mənalı sözlər)

  • SOLĞUNLUQ sönüklük — tutqunluq — zəiflik — sarılıq
SOLĞUNLAŞMAQ
SOLİ́ST

Digər lüğətlərdə