Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
SOM (raket)
SOM qanadlı raketi (türk. Satha Atılan Orta Menzilli Mühimmat) — Türkiyənin Müdafiə sahəsində Tədqiqat və İnkişaf Mərkəzi olan TÜBİTAK-SAGE tərəfindən dizayn olunmuş, quru, dəniz və hava platformalarından atıla bilən yüksək dəqiqlikli, yeni nəsil qanadlı raket. İlk dəfə 4 iyun 2011-ci il tarixində İzmir şəhərində yerləşən Çiğli aviabazasında Türkiyə Hərbi Hava Qüvvələrinin 100-cü quruluş ildönümü münasibətilə təşkil olunan tədbirdə nümayiş etdirilib. 2006-cı ildən etibarən konstruksiya işləri davam etdirilən SOM qanadlı raketi 180 km-dən artıq məsafədə həm hərəkətdə olan, həm də stasionar hədəfləri məhv etmək üçün nəzərdə tutulub. Raketin dizaynı hələ də TÜBİTAK-SAGE-yə məxsus olsa da, onun istehsalı və xarici dövlətlərə satışı məsələləri Roketsan şirkətinə həvalə olunmuşdur. Səsaltı sürətə sahib, uzun mənzilli SOM raket ailəsinin SOM-A, SOM-B1, SOM-B2, SOM-J kimi konfiqurasiyaları mövcuddur. == İnkişafı == === Sınaqları === İlk sınaq uçuşu 9 avqust 2011-ci il tarixində Qara dəniz üzərində həyata keçirilmişdir. Sınaq zamanı 180 km-dən artıq məsafəni GPS/İNS idarəetməsi ilə qət edən raket öz hədəfini yüksək dəqiqliklə məhv etməyi bacarmışdır. Raketin dizayn aspektlərini müəyyənləşdirmək məqsədilə təqribən 30 test uçuşunun həyata keçirilməsi planlaşdırılmışdı. Sınaqlar tamamlandıqdan sonra raketlərin ilk partiyası 2011-ci ilin sonlarına qədər Türkiyə Hərbi Hava Qüvvələrinə çatdırıldı.
Soma
Soma (türk. Soma) — Türkiyənin qərbində, Egey regionunun Manisa ilində yerləşən şəhər və rayon. == Yerləşmə və əhali == 2009-cu il əhali siyahıya alınmasına əsasən, ərazidə 101 011 nəfər yaşayır. Bunlardan 74 158 nəfəri Soma şəhərinin kənarında yaşayır.. Bütün rayonun ərazisi 839 kv. kilometrdir (324 kvadrat mil). Şəhər mərkəzi dəniz səviyyəsindən 161 metr hündürlükdədir. Şəhər Egey dənizinin sahilindən (Dikili limanı) 62 km uzaqlıqda, Bakırçayın sol qolunda yerləşmişdir. Şəhərin mikrorayonları: Turqutalp və ya Zəfər (qərb), Onüç Eylül (şimal), Hüriyyet (şərq), Samsaci (cənub). 13 mayda 2014-cü ildə bölgədə yerləşən kömür mədənlərində böyük insan tələfatına səbəb olan partlayış baş vermişdir.
Ian Somerhalder
Yan Cozef Somerhalder (ing. Ian Joseph Somerhalder; d. 8 dekabr, 1978) — ABŞ–lı aktyor, model və prodüser. Lost serialındakı Boone Carlyle və The Vampir Diaries serialındakı Damon Salvatore obrazları ilə tanınmışdır. == Həyatı == Somerhalder ailənin ikinci evladıdır. İki qardaşı var Robert və Robin. O 10 yaşından 13 yaşına qədər model kimi fəaliyyət göstərib. == Karyeradan əvvəl == Yan Somerhalder, 8 dekabr 1978-ci ildə masaj terapisti Edna Somerhalder və podratçı Robert Somerhalderın oğlu olaraq Kovinqton, Luizianada doğulub, böyüyüb. Bob adında keçmiş peşəkar velosipedçi, qardaşı və Robin adında bir radio və televiziya jurnalisti bacısı var. Atası Fransız və İngilis mənşəlidir.
Inula somalensis
Inula somalensis (lat. Inula somalensis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin andız cinsinə aid bitki növü.
Meri Somervill
Meri Ferfaks Somervill (26 dekabr 1780-ci il – 28 noyabr 1872-ci il) – şotland yazıçısı və alimi. Onun dövründə alim qadının mövcudluğu qeyri-adi bir məsələ idi. O riyaziyyat və astronomiyanı öyrənirdi. Karolina Gerşeldən sonra Birləşmiş Krallıqda şöhrət qazanmış ikinci qadın idi. == Həyatı == Birinci həyat yoldaşının vəfatından qalan vəsaiti Meri Somervill elm öyrənməyə sərf etməyə başlayır. Onun bu həvəsini ikinci həyat yoldaşı da dəstəkləyir. O, dövrünün tanınmış elm insanları ilə tanış olur və onlar Meri Somervillin istedadına diqqət edirlər. Elmi bilikləri yayma cəmiyyətindən bir sıra kitabların tərcüməsinə razılıq alır və 1831-ci ildə Şeytanın mexanizmi kitabını dərc etdirir. Kitab qısa zamanda onu məşhur edir. O bildirir ki, " mən Laplasın cəbr kitabını ümumi (sadə) dilə çevirdim".
Məhəmməd Mian Somro
Məhəmməd Mian Somro (19 avqust 1950, Kəraçi, Sind[d]) — Pakistan İslam Respublikasının 10-cu prezidenti.Soomro, 1923-cü ildən bəri milli siyasətdə fəal olan Sindhi feodal ailəsində anadan olub. Atası, mərhum Əhməd Mian Soomro, Qərbi Pakistan Məclisi sədrinin müavini və Senatın üzvü idi və Senat Komitə Sistemlərinin qurulmasına kömək edirdi. O, başqa bir siyasətçinin xan Bahadur Hacı Molla Bux Samro-nun nəvəsidir. 2007-ci il 16 Noyabr — 25 Mart 2008-ci il tarixlərində Ümumi Seçkilərə nəzarət etmək üçün Pakistanın Baş naziri idi və 2008-ci il Avqustun 18-də Pərviz Müşərrəf istefa verdikdən sonra Pakistanın 3-cü Prezident vəzifəsini icra etdi. == Siyasi Karyerası == Beynəlxalq səviyyədə tanınan peşəkar bir bankir olan Samro həm ölkə daxilində, həm də xaricdə milli və beynəlxalq təşkilatlarda müxtəlif yüksək vəzifələr tutmuşdur. Böyük banklar üçün də mühüm vəzifələrdə çalışmışdır: Amerika Bankı Yəmən Beynəlxalq Bankının baş meneceri və baş icraçı direktoru: Bəhreyn Faysal İslam Bankı: MCB Bank: Rəsmi Pakistanın Kənd Təsərrüfatı İnkişaf Bankı kimi tanınan Zarai Taraqiati Bank Limited: Federal Kooperativ Bankı: Pakistan Milli Bankının prezidenti Samro bu təşkilatlarla işlədiyi müddətdə qazandığı uğurlar üçün böyük bir rəğbət qazanıb. Pakistanda mikrokredit bankçılığının qurulmasında da mühüm rol oynamışdır. O, həmçinin Shell Pakistan şirkətinin idarə heyətində mühüm bir vəzifə tutmuşdur. === Qubernatorluq === Samro'nun dövlət qulluğu vəzifəsi 25 May 2000-ci ildə Sind valisi təyin edilməsindən sonra başladı. === Senatın Sədri === Samro Senat seçkilərində iştirak etmək üçün 26 dekabr 2002-ci ildə Sind Qubernatoru vəzifəsindən istefa etdi.
Naoki Soma
Naoki Soma (d. 19 iyul 1971) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 58 oyun keçirib, 4 qol vurub.
Papaver somniferum
Yuxu xaşxaşı (lat. Papaver somniferum) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin xaşxaşkimilər fəsiləsinin lalə cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Birillik ot bitkisi olub, hündürlüyü 100-150 sm olub, tərkibi çoxlu şirəyə malikdir. Gövdəsi düzqalxan, sıxyarpaqlı, göyümtül-yaşıl, yuxarı hissəsi adətən budaqlıdır. Yarpaqları növbəli, göyümtül, sıx, və ya aşağı hissəsi damarlı, nadir hallarda tükcüklüdür. Kökətrafı yarpaqlarının uzunluğu 30 sm, çətir kimi toplanmış, qısa saplaqlı, ellipssəkilli, iridişcikli və ya kəsilmiş-pərli olub, kənarları kəskin dişciklidir. Gövdə yarpaqlarının uzunluğu 20 sm, enli ellipssəkilli və ya tükcüklü itidişciklidir. Çiçəkləri 1-10 saylı, iri, gövdə zirvəsi budaqlanan, çiçəkləri uzun və yağlı şişkindir. Çiçəkləmə dövründə başı aşağı əyilmiş çiçəklər hamar, tərkibində tiryək olan sortlar göyümtül-yaşıl, uzunsov-ellipssəkilli, zirvəsinin uzunluğu 3-4,5 sm, yağlı sortlarda isə onların ölçülərinin uzunluğu 2-2,5 sm, aşağı hissəsi qırmızı-bənövşəyi və ya tam yaşıl, enli-ellipssəkillidir. Kasacığı çılpaq, çiçəkləmədən əvvəl açılmağa başlayır.
Qırğızıstan somu
Qırğızıstan somu ((qırğ. Кыргыз сом; code: KGS)) - Qırğızıstan respublikasının pul vahidi. ISO 4217 valyuta kodu KGS-dir. 1 som 100 tıyına (qırğ. тыйын) bölünür. == Tarixi == Sovet İttifaqı dağıldıqdan sonra ümumi valyutanı saxlamaq üçün əksər respublikalar tərəfindən cəhdlər edilmişdir. Bəzi siyasətçilər keçmiş sovet respublikaları və ya "yaxın xaric" arasında ən azı "xüsusi münasibətlər" saxlamağı ümid edirdilər. Rubl zonasının saxlanılması üçün digər iqtisadi səbəblər də var idi. Keçmiş sovet respublikaları arasında güclü ticarət əlaqələrini qorumaq arzusu ən mühüm məqsəd hesab edildi. Sovet İttifaqının parçalanması pul tənzimləmələrində heç bir rəsmi dəyişiklik ilə müşayiət olunmamışdı.
Salvia somalensis
Salvia somalensis (lat. Salvia somalensis) — dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü.
Simonetta Sommaruqa
Somali
Somali (somali: Soomaaliya; ərəb. الصومال‎), rəsmi adı Somali Federativ Respublikası — Şərqi Afrikada Afrika buynuzu deyilən coğrafi bölgədə olan bir ölkədir, faktiki olaraq vətəndaş müharibəsi və separatistlərin fəaliyyəti nəticəsində bir neçə hissəyə parçalanmışdır. Qərbində Cibuti, Efiopiya və Keniya, şərqində Hind okeanı vardır. Paytaxtı Mogadişu'dur. Sahə 637.657 km ², əhalisi 8.6 mln. nəfərdir. 20 sentyabr 1960-cı ildən BMT-nin üzvüdür. == Tarixi == === Qədim dövr === E.ə. III minilliyin ortalarında müasir Somalinin şimal sahillərinə dəniz vasitəsilə misirlilər gəldilər. Onlar bu ərazidən (Misirlilər bu ərazini Punt ölkəsi adlandırırdılar) öz ölkələrinə qızıl, qullar daşıyırdılar.
Somali 2016 Yay Olimpiya Oyunlarında
Somali — 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında. 5-21 avqust tarixləri arasında Braziliyanın ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında Somali yığması, 2 yüngül atlet ilə təmsil olundu. Somali yığmasının bayraqdarı olan Məhəmməd Daud Məhəmməd, 5 000 metr məsafəyə qaçış yarışlarında çıxış etdi və təsnifat mərhələsindəcə mübarizəni dayandırdı. 400 metr məsafəyə qaçış yarışlarında qüvvəsini sınayan Məryən Nuh Musa da, təsnifat mərhələsindəcə mübarizəni dayandırdı.
Somali Federativ Respublikası
Somali (somali: Soomaaliya; ərəb. الصومال‎), rəsmi adı Somali Federativ Respublikası — Şərqi Afrikada Afrika buynuzu deyilən coğrafi bölgədə olan bir ölkədir, faktiki olaraq vətəndaş müharibəsi və separatistlərin fəaliyyəti nəticəsində bir neçə hissəyə parçalanmışdır. Qərbində Cibuti, Efiopiya və Keniya, şərqində Hind okeanı vardır. Paytaxtı Mogadişu'dur. Sahə 637.657 km ², əhalisi 8.6 mln. nəfərdir. 20 sentyabr 1960-cı ildən BMT-nin üzvüdür. == Tarixi == === Qədim dövr === E.ə. III minilliyin ortalarında müasir Somalinin şimal sahillərinə dəniz vasitəsilə misirlilər gəldilər. Onlar bu ərazidən (Misirlilər bu ərazini Punt ölkəsi adlandırırdılar) öz ölkələrinə qızıl, qullar daşıyırdılar.
Somali bayrağı
Somali bayrağı — Somalinin Dövlət bayrağı
Somali cərəyanı
Somali cərəyanı — Hind Okeanın qərbində Somali və Oman sahillərində hərəkət edən və Atlantik okeanındakı Qolfstrim cərəyanına bənzəyən soyuq okean cərəyanıdır. == Xarakteristikası == Somali cərəyanına mussonlar tərəfindən çox təsir göstərilir və okeanın qərb sərhəddində baş verən yeganə böyük yüksəliş sistemidir. Axım tərəfindən yüksəldilən su başqa bir yüksəlmə sistemi ilə birləşir və okeanda ən məhsuldar ekosistemlərdən birini yaradır. Somali cərəyanı cənub-qərb musson və şimal-şərq mussonları təsirlənən mövsümi dəyişikliklər ilə xarakterizə olunur. İyun-sentyabr aylarında isti cənub-qərb mussonları sahil sularını şimal-şərqə doğru hərəkət etdirərək, sahil sularını yüksəldir. Yüksəlmiş su Ekman nəqliyyatı ilə dənizdən keçirilir və açıq dənizdəki yuxarıya doğru səthə gətirilən su ilə birləşir. Dar aşağı səviyyəli olan Findlater atmosfer hava axını, həmçinin, cənub-qərbi musson dövründə inkişaf edir və Somali ve Oman sahillərinə paralel olaraq Hind okeanı boyunca diaqonal zərbələrə səbəb olur. Nəticədə, küləyin sağında Ekman nəqliyyatı yaradılır. Hava axınının mərkəzində su nəqli maksimaldır, sağa və sola doğru azalır. Hava axınının solunda mərkəzə doğru axına nəzərən daha az su hərəkəti var, üst qatda divergensiya yaranır və yüksəliş hadisəsinə baş verir.
Somali dili
Somali dili (somali Afsoomaali; ərəb. الصومالية‎) Afro-Asiya dillərinin şərqi kuş qrupuna aid olan dildir.Onun yaxın qohumları Afar və Oromo dilləridir.Somali dili,1900 tarixindən əvvəl başlayan akademik tədqiqatları ilə,Kuşit dillərinin ən yaxşı sənədləşdirilmişidir. Somalini idarə olunma forması RESPUBLİKA,inzibati ərazi quruluşu FEDERATİVDİR. == Coğrafi paylanması == Somali dili Somali, Cibuti, Efiopiya, Yəmən və Keniya da etnik Somalilər və Somali diasporu tərəfindən danışılır.
Somali dəniz quldurları
Somali dəniz quldurları — Somalidə müasir silah və gəmilərə sahib quldurlar. == Ümumi məlumat == Somali dəniz quldurlarına qarşı uzun müddət mübarizə ya aparılmadı, ya da onlara qarşı aparılan mübarizə bu piratların qanunsuz hərəkətlərini sona çatdırmaq üçün kifayət etmədi. Onların gəmiləri ələ keçirmək qaydası isə olduqca bəsit formada təşkil olunurdu. Belə ki, kiçik qayıqlara minən 10–15 nəfərdən ibarət quldur dəstələr Somali sahillərinə yaxın üzən bir gəmiyə (daha çox yük gəmilərinə üstünlük verirdilər) yaxınlaşır, əvvəlcə bir neçə əl havaya atəş açırdılar. Gəmi onların bu atəşinə cavab olaraq dayanmalı idi, əgər dayanmırdısa, bu zaman quldurlar daha ağır silahlarla birabaşa gəmiyə atəş açırdılar və kiçik qayıqlarını gəmiyə yaxınlaşdıraraq filmlərdə də gördüyümüz kimi ona ip ataraq bu yolla gəmiyə doluşurdular. Bundan sonrakı mərhələdə gəmi kapitanı və gəminin digər bütün şəxsi heyəti sərnişinlərlə birlikdə əsir götürülürdü və gəmi Somalinin sahillərində gizli yerlərdən birinə sürülüb aparılır və orada həftələrlə bəzən aylarla saxlanılırdı. Daha sonra isə gəminin aid olduğu şirkətdən, habelə gəmidə yaxın qohumları olan zəngin insanlardan yüksək miqdarda pul tələb olunurdu. Əslində baş verənlərdən Somali hakimiyyət orqanlarının da sözsüz ki, xəbəri var idi, lakin onlar belə bu dəniz quldurlarına qarşı lazımı şəkildə mübarizə aparmaq üçün ölkədəki anarxiyanı bəhanə edərək qeyri-dəqiqlik nümayiş etdirirdilər, çünki böyük ehtimalla dəniz quldurları gəmilərin və sərnişinlərin geri qaytarılması zamanı əldə etdikləri yüksək məbləğdə pulların bir hissəsini rüşvət qismində hakimiyyət orqanlarına verirdilər və bununla da rahat qanunsuz fəaliyyətlərini həyata keçirmək şans əldə etmiş olurdular. Bəzi versiyalara görə isə, Somali dəniz quldurları mədəni cəhətdən olduqca geri qalmış insanlar idi və onların çox böyük hissəsi nəinki ingiliscə bilir, heç bu barədə anlayışları da yox idi. Meydana çıxan sual isə, bəs onların təhvil-təslim zamanı milyon dollarlarla pul əldə etməsi üçün tələb olunan xarici dil tələbatını kim təmin edirdi?
Somali plitəsi
Somali plitəsi — tektonik plitə. Sahəsi — 0,01585 steradian. adədən Afrika plitəsinin tərkib hissəsi olaraq göstərilir. Somali plitəsi afrika plitəsinin şərqində, Böyük Rift Dərəsi boyunca yerləşir. Böyük Rift Dərəsi qarşı tərəfində yerləşən sahəsi isə bəzən Nubiya plitəsi adlandırılır. Bu iki plitə hər zaman Afrioka plitəsinin bir parçası hesab edilir. Somali plitəsi qərbdə Böyük Rift dərəsi, araf novu, şimalda Ədən silsiləsi, şərqdə Mərkəzi Hind silsiləsi, cənubda isə Qərbi-Hind silsiləsi ilə əhatələnir. İl ərzində şərqə 45 mm hərəkət edir. Sərhəd olduğu plitələr: Afrika, Antarktika, Hind-Avstraliya, Ərəbistan.
Somali prezidentlərinin siyahısı
Somalinin dövlət başçılarının siyahısı
Somali qaratoyuğu
Somali qaratoyuğu (lat. Turdus ludoviciae) — qaratoyuqlar fəsiləsinin qaratoyuq cinsinə aid heyvan növü. == Mənbə == == Xarici keçidlər == BirdLife Species Factsheet.
Somali vətəndaş müharibəsi
Somalidə vətəndaş müharibəsi (1988-ci ildən) — Məhəmməd Siad Barre rejiminə qarşı bir mübarizə ilə başlayan və dövlətin çökməsinə və klanlararası müharibəyə səbəb olan çoxtərəfli silahlı qarşıdurma. Eyni zamanda, ABŞ ordusu və BMT sülhməramlıları da münaqişəyə qarışdı. 2006-cı ildən bəri, mərkəzi Somali hökuməti ilə İslam Məhkəmələri Birliyindən olan islamçılar arasında vətəndaş müharibəsi başladı. İslam məhkəmələrinin güclənməsi və hökumət qüvvələrinin məğlubiyyəti Efiopiyanı qonşu ölkəyə qoşun yeritməyə məcbur etdi. Efiopiya ordusunun Somaliyə hücumundan sonra islamçılar devrildi və bundan sonra münaqişə partizan müharibəsinə çevrildi. 2011–2012-ci illərdə Keniyanın təşəbbüsü ilə AMISOM sülhməramlı kontingentinin qüvvələri (Efiopiya ordusunun dəstəyi ilə) İslamçılara qarşı kifayət qədər uğurlu əməliyyat həyata keçirdi.
Somalicə
Somali dili (somali Afsoomaali; ərəb. الصومالية‎) Afro-Asiya dillərinin şərqi kuş qrupuna aid olan dildir.Onun yaxın qohumları Afar və Oromo dilləridir.Somali dili,1900 tarixindən əvvəl başlayan akademik tədqiqatları ilə,Kuşit dillərinin ən yaxşı sənədləşdirilmişidir. Somalini idarə olunma forması RESPUBLİKA,inzibati ərazi quruluşu FEDERATİVDİR. == Coğrafi paylanması == Somali dili Somali, Cibuti, Efiopiya, Yəmən və Keniya da etnik Somalilər və Somali diasporu tərəfindən danışılır.
Somalilend
Somalilend - Afrika qitəsində Afrika Buynuzunda yerləşən, de yure Somalinin daxilində muxtar bölgə, de-fakto müstəqil dövlətdir. Paytaxtı Hargeisa şəhəridir.
Somalilend bayrağı
Somalilend bayrağı (somali Calanka Soomaaliland, ərəb. علم صوماليلاند او علم أرض الصومال‎) — Afrika qitəsində yerləşən, de-fakto müstəqil dövlət Somalilendin 14 oktyabr 1996-cı ildə qəbul edilmiş bayrağı. Yaşıl, ağ və qırmızı üç üfüqi zolaqdan ibarətdir. Ağ zolağın ortasında qara ulduz təsviri yerləşir. Yaşıl zolağın üzərində ağ rəngdə Lə İlahə İlləllah, Məhəmmədən Rəsulallah (ərəb. لا إله إلاَّ الله محمد رسول الله‎, Allahdan başqa ilah yoxdur və Məhəmməd Allahın elçisidir) yazılmışdır.
Om Nom Stories
Om Nom Stories (azərb. Am Nyamın hekayələri‎) — Rusiya şirkəti ZeptoLab tərəfindən yaradılan qısametrajlı cizgi serialı. 9 dekabr 2011-ci ildə pilot epizodu nümayiş etdirilmişdir. Sonra birinci mövsümü təşkil edən 10 növbəti seriya göstərilmişdir. İkinci mövsüm Cut the Rope: Time Travel, üçüncü mövsüm isə Cut the Rope 2 ilə eyni vaxtda başlamışdır. Üçüncü mövsümdə Am Nyam digər nyamamlar ilə görüşür. == Süjet == === 1-ci mövsüm === Evan Koulton adi 13 yaşlı oğlandır. Onun qəribə bir bağlama alması ilə həyatı həmişəlik dəyişir. Bu bağlamanın içində An Nyam adlı balaca bir divciyəz olur. Am Nyam şəkər yeməyi sevən balaca, yaşıl divciyəzdir.
Sor Sor
Sor Sor — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Kənd Qarasuçayın sahilində yerləşir. Etnooykonimdir. Oykonim özündə Azərbaycanın sorsor/sorsur tayfasının adını əks etdirir. Sorsorlar XV əsrdə Səfəvi hökmdarı I Şah İsmayıl Xətainin hakimiyyətə gəlməsində və Səhvilər dövlətinin möhkəmlənməsində yaxından iştirak etmiş qızılbaş tayfalarından biri olmuşdur. Sonralar onlar Azarbaycanın müxtəlif zonalarında məskunlaşmışdılar. XVI əsrin əvvəllərində sorsorlann bir qismi Şirvanda yaşayırdı. Sorsor etnotoponiminə tarixən Azərbaycanın müxtəlif yərlərində rast gəlinirdi, məsələn: Göyçay quberniyasında Sorsor kəndi, Qubada Sursur Bilici kəndi, Şamaxıda Sorsor kəndi, Lənkəranda Son, Sorə kəndi, Cəbrayılda Sur kəndi və s. == Əhalisi == 2022-ci ilin siyahıyaalınmasına əsasən kənddə 2320 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
.com
.com — Domen adları sistemində Top level domen adıdır. com — commercial sözünün qısaltmasından yaranıbdır. 1985-ci ildə ilk dəfə domen adları sistemi yaradılanda, .com ilk istifadəyə verilən top level domenlərdəndir.
Kom
Kom dağı — Bolqarıstanda dağ. Kom FK — Monteneqronun paytaxtı Podqoritsanın peşəkar futbol klubu.
Nom
Nom (Misir) — Qədim Misirdə inzibati mahal. Nom (Alyaska)— ABŞ-də şəhər.
ROM
Daimi yaddaş (ROM) - enerjidən asılı olmayan yaddaş. Daxili və ya əsas yaddaşın bir hissəsidir. Daimi yaddaşın tutumu əməli yaddaşa nisbətən az olur və istifadəçilər oraya informasiya yaza bilmir. İnformasiya oraya kompüterin hazırlanması zamanı yazılır və adi hallarda dəyişdirilə bilməz. Orada tez-tez istifadə olunan proqramlar və verilənlər saxlanılır (məsələn, əməliyyat sisteminin bəzi proqramları, kompüterin düzgün işləməsini yoxlayan proqramlar və s.). Daimi yaddaş enerjidən asılı olmur, yəni kompüter şəbəkədən çıxarıldıqda oradakı informasiya saxlanılır. == Əmrlər == ROM – daimi yaddaşda yerləşir. ROM çipləri xüsusi əmrlər saxlayır, bu əmrlər birlikdə yerinə yetirilir. ROM-un daxilində olan əmrlər bunlardır: POST (ingiliscə: Power On Self Test) – kompüter qoşulduqda qurğuların elektrik enerjisinə qoşulmasını yoxlayır; CMOS (ingiliscə: Complementary metal-oxide semiconductor) – Fərdi kompüterlərə xidmət göstərən proqramların işləməsi üçün cari tarix, saat, kompüterin konfiqurasiyası haqqında müəyyən informasiya lazım olur. Bütün bu verilənlər CMOS-da saxlanılır.
SAM
Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi və sa qısaca SAM — Azərbaycan Respublikasında aparılan strateji araşdırmaların koordinasiyasını və ali dövlət hakimiyyəti orqanlarının fəaliyyətinin elmi-analitik informasiya təminatını həyata keçirən dövlət qurumudur; dövlət elmi-tədqiqat təşkilatıdır. Strateji Araşdırmalar Mərkəzinin direktoru: fəlsəfə üzrə fəlsəfə doktoru Fərhad Məmmədov, direktor müavini: filologiya üzrə fəlsəfə doktoru Gülşən Paşayeva (2018-ci ilin iyul ayınadək). 2019-cu il 14 yanvar tarixində prezident İlham Əliyevin verdiyi fərmanla mərkəz ləğv olunub. == Yaranma tarixi == Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 noyabr 2007-ci ildə imzaladığı, 648 №-li fərmanı ilə (Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin yaradılması və Nizamnaməsinin təsdiq edilməsi haqqında) yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 8 fevral 2008-ci il tarixli Sərəncamı ilə, siyasi elmlər doktoru Elxan Nuriyev Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru vəzifəsinə təyin edilmişdir. == Missiyası == Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin missiyası Azərbaycanda və yerləşdiyimiz regionda baş verən hadisələri izləmək, analiz etmək, habelə aparılmış araşdırmalar və ya verilmiş sifarişlər əsasında dövlət orqanlarına və ölkə rəhbərliyinə məsləhətlər və tövsiyələr təqdim etməkdir.
SOS
SOS — beynəlxalq fəlakət siqnallarından biri, əsasən Morze kodu ilə verilir, habelə işıq vasitəsilə (üç qısa, üç uzun, üç qısa işıq yanma ilə). CQD siqnalını əvəz etmiş, 1905 il aprelin 1-də Almaniyada qəbul edilmişdir, 1 iyul 1908-ci ildə Berlində keçirilmiş ikinci Beynəlxalq radioteleqraf konfransında, Morze əlifbası ilə ifadə edilən SOS ("Save Our Souls") abbreviaturasının beynəlxalq dəniz fəlakət siqnalı kimi istifadəsi ilə bağlı imzalanmış konvensiya qüvvəyə minmişdir. İngiliscə adətən "save our souls" ("bizim ruhlarımızı xilas edin") kimi şərh edilir. Çox adam "Save our Ship" gəmimizi qurtar; "Stop Other Signals" digər siqnalları dayandırın sözlərinin qısaldılmışı kimi də başa düşür. Halbuki heç biri deyil. Tamamilə telqraf zamanından qalma mors əlifbasıyla əlaqədardır. İmdad çağırışının çox asan tutula bilməsi üçün 1908-də üç nöqtə, üç xətt, üç nöqtə olan SOS seçildi . · · · — — — · · · SOS belə ifadə olunur(Morze əlifbası ilə) SOS vermiş məşhur gəmilər arasında "Titanik", "Britannik", "Luzitaniya" və "Andrea Doria"da var. == Ədəbiyyat == Əliquliyev R. M., Salmanova P. M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
SoC
Çip üzərində sistem (ing. System-on-a-Chip, SoC (tələffüz edilir "es-ou-si")) — mikroelektronikada— bir inteqral sxem daxilində yerləşdirilmiş hər hansı bütöv bir avadanlığın (məs. kompüter) funksiyalarını yerinə yetirə bilən mikrosxem növüdür. Tətbiqindən asılı olaraq analoq, rəqəmsal, analoq-rəqəmsal məlumatlarla, həmçinin radiodalğaların tezlikləri ilə əməliyyatlar apara bilər. Əsasən portativ və inteqrə sistemlərində tətbiq edilir. Əgər bütünlükdə komponentlərin hamısını bir-bir çip içərisinə yerləşdirmək mümkün olmursa, bir korpusa (ing. System in a package, SiP) yerləşdirilmiş bir neçə çipdən ibarət sxem tətbiq edilir. SüÇ daha sərfəli konstruksiya sayılır, çünki istehsal edilərkən daha çox yararlı məhsul əldə etmək və korpusun konstruksiyasını daha çox sadələşdirmək mümkün olur . == Daxili komponentləri == Ümumilikdə ÇüS ibarətdir: bir və ya bir neçə mikrokontrollerdən, mikroprosessordan və ya rəqəmsal siqnal prosessoru (DSP) nüvəsindən, ROM, RAM, Flash Yaddaş və s. yaddaş modullarından ibarət Yaddaş bankından, dayaq tezliyi mənbəsi, məsələn, kvars rezonatorları və TFA (tezliyin faza avtoköklənməsi) sxemindən, taymerlər, sayğaclar, xarici qurğuların qoşulması üçün istifadə edilən standart interfeyslər bloku: USB, FireWire, Ethernet, USART, SPI, rəqəmsal-analoq və analoq-rəqəmsal siqnal çeviriciləri bloku, gərginlik tənzimləyicisi və elektrik qidalanma stabilizatoru.
Son
Son: hansısa sırada axırıncı; ən yeni olan; hansısa ana qətiləşmiş vəziyyət, hal, forma; axıra qalan, yerində qalan nəsə.
Sop
Sop (Zop) — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. Sop (azərb. Zop‎; rus. Цопи) kəndi Gürcüstanin Marneuli rayonunun (Borçalı bölgəsinin) cənub-şərqində Kiçik Qafqaz dağlarının qoynunda yerləşir. Kənddə təxminən 180-200 ev mövcuddur. Etnik tərkibi 70% azərbaycanlılar, 30% yaxın ermənilər, yunanlılar və s. ibarətdir. Kənddə cəmi bir 8 illik ümumtəhsil orta məktəbi var ki, burada da Azərbaycan və erməni dillərində təhsil tədris olunur (etnik Azəri və erməni kənd sakinlərindən asılı olaraq). Məhz buna görə də kəndin ümumi quruluşu şərqdə Təpə məhləsi (etnik Azərilər), qərbdə O Toy (etnik ermənilər), orta hissədə isə ikimərtəbəli bina evləri (Baraklar) yerləşir ki, burada da qarışıq yaşayırlar. Kənddə tapılan arxioloji tapıntılara görə, Sop kəndi Gürcüstandakı ən qədim yaşayış məskəni kimi təsdiqlənib.
Sor
Sor (əvvəlki adı: Tsur) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Binədərəsi kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Tsur kəndi Sor kəndi adlandırılmışdır. 1993-cü ilin avqust ayından 9 oktyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Sor kəndi 9 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Kənd XIX əsrin 20-ci illərində İrandan gəlmiş erməni ailələrinin məskunlaşmasından sonra Tsur adlanmışdır. 1992-ci ildə kənd əvvəlki adı ilə rəsmləşdirilmişdir. Sor sözü türkdilli xalqların toponimiyasında coğrafi termin kimi "duzlu çöl", "bataqlıq", "kiçik göl", "aşağı yer, ətək" mənalarında işlənir. Konkret olaraq dağ ətəyində yerlaşən bu kəndin adı məhz "aşağı yer, ətək" mənasındadır. == Tarixi == Kəndin adı 1727-ci ildə Osmanlı qaynaqlarında Dizaq nahiyəsinin Sur kəndi olaraq keçir. Kənd ilk dəfə 1992-ci ilin əvvəllərində erməni quldurlarının əlinə keçmişdir.
Soy
Soylar — nəsillər, familiyalar. Sosial həyatın ən mühüm anlayışlarından biri. O, sinfi cəmiyyətə qədərki dövrün əsas ictimai-iqtisadi hüceyrəsidir. Nəsil öz mənşəyini vahid bir əcdaddan götürən qan qohumlarının ittifaqıdır. Antik dünyada nəsil sözünə "gens" anlayışı uyğun gəldiyindən kentil quruluş, kentil təşkilat terminlərindən də istifadə olunur. Ana nəsli – ana xətti ilə qohum olan qan qohumlarının ittifaqıdır. Ata nəsli – isə ata xətti ilə qohum olan qan qohumlarının ittifaqıdır. Qərbi Avropa ədəbiyyatında "klan" termini ata nəsli termini ilə sinonim sayılır. Məsələn, Şotlandiyada ata nəsli quruluşu klan quruluşu kimi xarakterizə olunur. Nəsli ağsaqqallar idarə edirdilər.
Sım
Sım — Azərbaycan Respublikasının Astara rayonunun Pəlikəş kənd inzibati ərazi dairəsində kənd. == Etimologiyası == Coğrafi adın tərkibindəki sım sözü talış dilində "sıldırım", "hündür" mənasındadır. Sım kəndi Qayalıqda yerləşən kənd mənasındadır. Təngərüdçayın sahilində yerləşən kənd şəfalı bulaqları və bolsulu şəlalələri ilə məşhurdur.
Tom
Tom — kişi adı. Tom Days — Belçika müğənnisi. Tom Henks — amerikalı aktyor. Tom Cons — Britaniya estrada müğənnisi. Tom Huper — Böyük Britaniya rejissoru. Tom Berencer — amerikalı aktyor. Tom Kenni — ABŞ səs aktyoru. Tom Atkins Tom Atkins (aktyor) — aktyor. Tom Atkins (direktor) — Direktor. Tom Atkins (siyasətçi) — siyasətçi.
Yom
Yom — türk və altay xalq inancında uğur, şans, taleh, bəxt mənalarına gəlir. Yum olaraq da deyilir. Uğurlu obyekt (Yom Daşı kimi) mənasını da ehtiva edər. Eyni zamanda xoşbəxtlik, sevinc deməkdir. Ural dillərində isə Tanrı mənası daşıyır. Tuvalarda iştirak edən və pis ruhların qovulmasını və cadugərliği ehtiva edən merasimin adı Dom şəklində keçər və d/y çevrilməsi ilə əsli Yom sözcüyüdür. Dədə Qorqud öykülerinin sonunda "Yum Vereyim ..." ifadəsi mövcuddur. Burada istifadə edilən və "efsun" mənasını verən "Yum" sözü "xeyr duası" mənasında da istifadə edilmişdir. "Yom tutmaq" deyimi isə "xeyrə yozmaq, uğurlu saymaq" deməkdir və Yom sözünün xalq dilində "yaxşı xəbər" kimi mənaları da vardır. === Uraz === Uraz, Türk mədəniyyətində və xalq inancında taleh deməkdir.
SMM
Sosial media marketinqi (ing. Social Media Marketing, SMM) — Bu, tam hüquqlu bir marketinqdir və yalnız müxtəlif sosial platformalar vasitəsilə təbliğat deyil. Sosial media hesablarının saxlanması marketinq və ünsiyyət strategiyasının bir hissəsidir. Bu, bir şirkətin və ya markanın tanıdılması və digər iş problemlərinin həlli üçün sosial mediadan istifadə etmək üçün bir sıra fəaliyyətlərdir. Qısaltmada marketinq dəqiq bir söz deyil, çünki marketinq qarışığının bir hissəsi olan tanıtım deməkdir. Yəni, daha doğru bir ad, sosial şəbəkələrdə ingilis dilindən tanıtımdır. Sosial media tanıtımı (SMP). Sadə bir şəkildə, bu gələcək istehlakçı ilə sosial şəbəkələr vasitəsilə ünsiyyətdir. Əsas vurğu, təşkilatçının iştirakı olmadan insanların sosial şəbəkələr vasitəsilə təkbaşına paylayacaqları bir mesaj (mətn və ya vizual) yaratmaqdır. Sosial şəbəkələr vasitəsilə ötürülən mesajların bir məhsul və ya xidmətin potensial istehlakçıları arasında daha çox güvən yaratdığına inanılır.
Sor-Sor xalçaları
Sor-Sor xalçaları — Şirvan xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları.
Sor Sor bələdiyyəsi
Kürdəmir bələdiyyələri — Kürdəmir rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Dom-dom Əli (personaj)
Dom-dom Əli və ya Dom-dom — əsl adı Əli İrkan olan Rıfat İrqazın "Hababam sinfi" adlı romanında yaratdığı xəyali personaj. Roman əsasında çəkilmiş eyniadli film seriyasında Firudin Savlının canlandırdığı personajın türk əhali arasında populyarlıgı artmışdır. == Personaj xüsusiyyətləri == Hababam sinfinin kök, həm də nadinc tələbələrindən biridir. Tulum Hayri və Yıxılmaz Hadiylə birlikdə sinfin ən köklərindən hesab olunur. Güdük Nəcmi ilə durduq yerə dava edir. Daha çox Tulum Hayri və Avara İsmayıl ilə gəzir. Həmişə sinif nümayəndəsi olan üçün dərs ilinin əvvəlində Tulum Hayri ilə qol güləşi edir.
JeuxVideo.com
JeuxVideo.com — kompüter oyunları haqqında rəylər toplayan fransızdilli veb-saytdır. Sayt müxtəlif oyunlara rəyini bildirir, məlumat verir və oyun videoları hazırlayır. Əsası 1997-ci ildə qoyulmuşdur.
Kayak.com
Kayak.com (bəzən KAYAK) - The Priceline Group şirkətinə aid gediş haqqı toplayıcı və səyahət meta axtarış sistemidir. 18 dildə xidmət göstərir. Kayak.com həmçinin checkfelix və swoodoo adlı axtarış sisteminin də sahibidir. Əvvəllər müstəqil şirkət olan KAYAK Software Corporation 21 may 2013-cü ildə The Priceline Group tərəfindən satın alınıb. == Tarixi == === Qurulması === KAYAK Stiv Hafner və Pol İnqliş tərəfindən 2004-cü ildə qurulmuşdur. KAYAK-ın indiki baş icraçı direktoru Stiv Hafner 1991-ci ilin noyabrında Orbitzin qurulmasında kömək etmiş və biznesin inkişafı, reklam satış, marketinq və məhsul marketinqi fəaliyyətinə rəhbərlik etmişdir. Şirkət 2004-cü ildə DelaverdəTravel Search Company, Inc adı ilə qeydiyyatdan keçmişdir. 2004-cü il avqust ayında Kayak Software Corporation, 2011-ci ildə isə KAYAK Software Corporation adını almışdır. === ABŞ-da inkişafı === 2007-ci ilin dekabr ayında General Catalyst Partners, Sequoia Capital, Accel Partners, and Oak Investment Partners şirkətlərinin də daxil olduğu sərmayəçilər qrupundan 196 milyon ABŞ dolları vəsait alan KAYAK SideStep adlı səyahət saytını satın aldı. 5 mart 2010-cu ildə KAYAK www.travelpost.com saytının aktivlərini və özünün səyahət məlumat biznesini The New Travelco, Inc.
Kom (dağ)
Kom dağı (bolq. Ком, və ya Böyük Kom (bolq. Голям Ком) — Bolqarıstanınn qərbində, Serbiya sərhəddinə yaxın ərazidə, Balkan dağlarının qərb hissəsində yerləşən zirvə. İnzibati baxımından Bolqarıstanın Montana vilayəti ərazisində yerləşir. Zirvə 2016 m hündürlüyə malikdir və Berqovisa şəhərinin cənubundadır. Şəhərin ənənəvi rəmzi hesab edilir. Şərqdə yerləşən Orta Kom (bolq. Средин Ком) və Kiçik Kom (bolq. Малак Ком) zirvələri ilə birlikdə, şərqdən qərbə doğru uzanan otla örtülü, şərq yamacları isə qayalı bir silsiləni əmələ gətirir. Zirvədən şimala baxdıqda Berkovitsa və onun ətraf sahələrini, Montananı və 30 km aralıda yerləşən Oqosta anbarını görmək mümkündür.
Son söz (albom)
Son söz – Azərbaycan müğənnisi Aygün Kazımovanın studiya albomu. Alboma 12 mahnı daxildir. == Hazırlanması == Aygün Kazımovanın 2004-cü ildə "Melodiya Azərbaycan" şirkətinin logosu ilə satışa çıxardığı audio-kaset və CD formatındakı albomudur. Albomdakı "Son söz" və "Ayağıma dəyən daşlar" mahnılarına gürcüstanlı rejissor Basa Potskhishvili Gürcüstanda lentə almışdır. Aygün Kazımova albomdakı Bir söz yetər mahnısına çəkilən klipin rejissorluğunu özü etmişdir. Albomdakı Siqara mahnısına rejissor Nailə Əkbərova Türkiyədə klip çəkmişdir. Albomdakı Sevgilim, Süz mahnısına Aqil M. Quliyev klip çəkmişdir. Albomdakı Mən Aygünəm mahnısına Fuad Əlişov klip çəkmişdir. Aygün Kazımovanın albomdakı yeganə dueti olan Sevdi Ürək mahnısını meyxanaçı-müğənni Namiq Qaraçuxurlu ilə duet şəklində ifa etmişdir. Aygün Kazımovanın albomundakı ən son ifası Uçacaksın mahnısıdır.
Son söz (film, 1981)
== Məzmun == Film alkoqolun insan psixikasına məhvedici təsirindən, çox vaxt cinayətlə qurtaran alkoqolizmin faciəli nəticələrindən danışır. == Filmin heyəti == === Filmin üzərində işləyənlər === Rejissor: Cahangir Zeynallı Ssenari müəllifi: Rüstəm İbrahimbəyov Operator: Şərif Şərifov Bəstəkar: Firəngiz Əlizadə Səs operatoru: Marat İsgəndərov == Mənbə == Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası.
Söz
Söz — hərflərdən meydana gələn və məna kəsb edən kəlmənin sinonimidir. Daha geniş desək, söz səslərdən əmələ gələn, müəyyən məna və ya hiss-həyəcan bildirən səsbirləşməsidir. Günümüz sözlərinin də, günümüz dövlətləri və millətləri kimi mütləq köhnə bir keçmişi vardır sözlər, bir çox dövr içində şəkillənərək günümüzə qədər çatarlar. == Maraqlı faktlar == Azərbaycan dilində ən uzun söz 34 hərfli "elektrikləşdiricilərimizdənsinizmi" sözüdür. Daha bir neçə uzun söz var, məsələn "Azərbaycanlılaşdırılmamışlardansınızmı" 39 hərf var. Söz dilin sematik yarısının əsas vahidi, təfəkkürdəki anlayışların işarəsi, ifadəçisidir. Dilin əsas funksiyalarından olan nominativ funksiya məhz sözlər əsasında reallaşır. Dil nə quru qrammatik qanunlar, nə də sırf fonetik səslənmələr dilidir. Dil sözlər dilidir. Söz olmasa obyektiv gercəklikdəki əşyaları və insan şüurundakı anlayışları adlandırmaq olmaz.
Şok
Şok (ing. shock zərbə deməkdir) — orqanizmin fövqaladə xarici qıcığa qarşı həyati vacib üzv və sistemlərin funksiyasını mühafizə etmək üçün vermiş olduğu kəskin kompensator cavab reaksiyası və eyni zamanda nəticə etibarilə sinir, qan dövranı, tənəffüs sistemlərində, maddələr mübadiləsində proqressiv pozğunluqlarla muahidə olunan patoloji proses, həyat üçün təhlükəli bir aldır. == Tarixcə == Şok halı ilk dəfə Hippokrat tərəfindən təsvir edilmişdir. Termin kimi isə şok ifadəsi 1731-ci ildə fransız cərrahı Henri Francosi Le Dran tərəfindən işlədilmişdir. XIX əsrin sonlarından etibarən şokun yaranma mexanizmi — patogenezi haqqında mülahizələr meydana çıxmışdır: damarları innervasiya edən sinirlərin iflici; vazomator mərkəzin süstləşməsi; sinir pozğunluğu; toksemiya; daxili sekresiya vəzilərinin funksiyalarının pozulması; dövr edən qanın miqdarının azalması; damar keçiriciliyi pozğunluğu, kapilyar stazı. === Şokun patogenezi === Sel Hansın stress nəzəriyyəsinə əsasən həddən ziyadə qıcıq təsiri orqanizmdə spesifik və qeyri spesifik reaksiyaların inkişafına səbəb olur. Spesifik reaksiyalar qıcığın xarakterindən asılıdır. Qeyri spesifik reaksiyalar qıcığın təsir qüvvəsindən asılıdır. Qeyri spesifik reaksiya ümumi adaptasiya sindromu kimi də adlandırılır. Bu üç mərhələdə cərəyan edir: səfərbərlik mərhələsi (həyəcan), ilk zədələnməyə qarşı reaksiya; müqavimət mərhələsi, qoruyucu mexanizmlərin həddsiz gərilməsi ilə xarakterizə olunur; tükənmə mərhələsi, adaptasiya mexanizmlərin pozulması ilə təzhür edir.
Şot
Şövt (fars. شوط‎) — İranın Qərbi Azərbaycan ostanının şəhərlərindən biri və Şövt şəhristanının inzibati mərkəzidir. 2016-cı ilin siyahıya alınması əsasında bu şəhər 25,381 nəfər və 7,219 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar. == Coğrafi yerləşimi == Şövt şəhəri Zəgmar çayından 4 kilometr cənubda yerləşir. Şimal-qərbdən Maku, şimal-şərqdən Puldəşt (Ərəblər), cənub-qərbdən Siyahçeşmə (Qaraeyni) və cənub-şərqdən Qaraziyaəddin şəhərləri ilə qonşudur.