ŞOL

“Ol” işarə əvəzliyinin qədim forması.
Daima istər Xətayi şah cəmalın görməyə; Şol gədayi-alihimmət talibi-didar məst. Xətayi.
Şol qamətin yayınanda gözümdən; Sanasan ki, həşrü qiyamətimdir. M.P.Vaqif.
Böyük oğlun gəzir payi-piyadə; Şol biri də tələf oldu aradə. Q.Zakir.

ŞOKOLADLI
ŞOMU
OBASTAN VİKİ
Ayman–Şolpan
Ayman–Şolpan (qaz. Айман-Шолпан) — XIX əsrin birinci yarısına aid qazax xalq lirik-epik poeması. Burada "cəsur və səxavətli qazax qızı"nın obrazı ucaldılır. "Ayman–Şolpan" qazax eposunun "Qozı Körpeş — Bayan Sulu" və "Qız-Jibek"lə yanaşı görkəmli əsərlərindən biridir. Burada qazax qızı Ayman obrazında xalq sənəti şərəf, ləyaqət, alicənablıq, hazırcavablıq, cəsarət kimi yüksək ideyanı poetikləşdirmişdir. "Ayman–Şolpan"ın süjeti üzrə musiqili dram yazılmışdır (libretto Muxtar Əvəzov, musiqisi Yevgeni Brusilovski). == İstinadlar == == Əlavə ədəbiyyat == Литературный энциклопедический словарь. М.: «Советская энциклопедия». под общ. ред.
Bakı-Şollar su kəməri
Bakı–Şollar su kəməri — Azərbaycanda ən böyük həcmdə tikilən ilk su kəməri. == Su kəmərinin çəkilişi ilə bağlı layihə müsabiqəsi == 1881-ci ildə Bakı şəhər Duması milli burjuaziyanın lideri H. Z. Tağıyevin təklifi əsasında şəhərə su kəməri çəkmək üçün layihə tərtib etmək haqqında müsabiqə elan etdi. Müsabiqə ilə əlaqdar olaraq şəhər idarəsinə 1893-cü ilə qədər Kür, Araz, Samur, Zuğulba, Altıağac və Göygöl mənbələrindən şəhər su kəməri çəkmək üçün 40-dan çox layihə təklif olunmuşdur. Lakin şəhər duması bu təkliflərin hamısını rədd etmişdir. Buna səbəb təklif olunan layihələrin böyük xərc tələb etməsi idi. == Bakıda su təsərrüfatının vəziyyəti == Beləliklə, həmin dövrdə Bakı sənaye rayonunda iqtisadi həyatın coşğun inkişafının əksinə olaraq su təsərrüfatı hələ də orta əsr səviyyəsində qalmaqda idi. Şəhərdə uzun müddət su qıtlığının hökm sürməsi və bu səbəbdən kanalizasiya və yaşıllığın olmaması, küçələrin natəmiz saxlanması 1892-ci ildə güclü vəba xəstəliyinin baş verməsi ilə nəticələndi. Xəstəliyin əsas qurbanları isə yoxsul xalq kütlələri idi. == Bakı şəhərinin su təchizatının I mərhələsi == Öz canlarından qorxuya düşən Şəhər İdarəsi üzvləri şəhərdə su təchizatının bir qədər yaxşılaşdırılması üçün tələsik bir sıra tədbirlər gördülər. 1892-ci ildə Şəhər İdarəsi dəniz suyundan istifadə etmək məqsədilə suşirinləşdirici qurğu tikmək haqqında "Bakı liman birliyi" cəmiyyəti ilə müqavilə bağladı.
Baluan Şolaq
Baluan Şolaq (qaz. Балуан Шолақ) və ya Nurməhəmməd Baymırzaulı (qaz. Нұрмағанбет Баймырзаұлы; d. 1864, Karaoktel, indiki Aqmola vilayəti, Qazaxıstan – 1919, Kayraktı, indiki Cambul vilayəti, Qazaxıstan) — Qazaxıstan musiqiçisi, bəstəkarı, dombraçalanı, igidi və döyüşçüsü. == Bioqrafiya == Əslən ulu juzlardan biri olan dulatların Sambet tayfasından olan Nurməhəmməd Baymırzaulı 1864-cü ildə indiki Qazaxıstanın Aqmola vilayətində, Şu çayının sahillərində yerləşən Karaoktel kəndində anadan olmuşdur. Atasının adı Baymırza, anasının adı isə Qaynıkey olub. Uşaqlıqda xalq mahnıları oxuyar və dombra ifa edərdi. Gənc yaşlarında Baluan Şolaq (azərb. Rəqibsiz güləşçi‎) ləqəbini qazanmışdır. Daha sonra Şolaq müxtəlif aullar gəzmiş, istedadlı gənc dombraçalanları öz yanına almış və o dövrün adət-ənənələrinə uyğun əyləncə yığıncaqları qurmuşdur.
Louren Şoler Donner
Louren Şoler Donner (23 iyun 1949) — Ümumi gənclər və ailə yönümlü əyləncə sahəsində ixtisaslaşmış Amerika film prodüseri.
Mixail Şoloxov
Mixail Şoloxov (rus. Михаил Александрович Шолохов; 11 (24) may 1905, Krujilin[d], Don Voysko vilayəti[d], Rusiya imperiyası – 21 fevral 1984[…]) — rus sovet yazıçısı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1965). Sovet rəhbərliyinin Nobel mükafatı qazanmasını məmnunluqla qarşıladığı ilk və son rus yazıçısı Mixail Aleksandroviç Şoloxov Rusiyanın cənubunda, Rostov vilayətindəki Veşenskaya stanitsasının Krijilino adlı kazak xutorunda, kiçik sahibkar ailəsində doğulmuşdu. Yazıçının bütün mühüm əsərlərinin mövzusu da Don kazaklarının həyatından götürülmüşdür. Təhsilini Voronej gimnaziyasında almış, lakin cəmisi 4 sinif bitirə bilmişdi. Rusiyada vətəndaş müharibəsi başlayanda Qırmızı Ordu sıralarına daxil olmuşdu. Əvvəlcə arxa işlərində çalışmış, sonra isə pulemyotçu kimi Don üzərindəki qanlı döyüşlərdə iştirak etmişdi. Kazak həmyerlilərindən fərqli olaraq, ilk gündən sovet rejiminin ardıcıl və əqidəli tərəfdarı kimi tanınmışdı. Sovet rejimi də öz növbəsində Şoloxovun ədəbi-siyasi ierarxiyanın yüksək zirvələrinə qalxması üçün çox şey etmişdi. 1932-ci ildə Kommunist partiyası sıralarına daxil olan Mixail Şoloxov müxtəlif çağırışlarda SSRİ Ali Sovetinin deputatı seçilmiş, heç bir ali təhsil almadığı halda 34 yaşında SSRİ Elmlər Akademiyasının həqiqi üzvü olmuş (1939), 1940-cı ildə ədəbiyyat və incəsənət sahəsində I dərəcəli Stalin mükafatına, 1950-cı ildə Lenin mükafatına layiq görülmüşdü.
Olaf Şolts
Olaf Şolts (alm. Olaf Scholz‎; 14 iyun 1958[…], Osnabrük, Aşağı Saksoniya) — Almaniyanın siyasi və dövlət xadimi. 8 dekabr 2021-ci ildən Almaniyanın Federal Kansleridir. Almaniya Sosial-Demokrat Partiyasının üzvüdür. 2011–2018-ci illərdə Hamburq şəhərinin burqomisteri, 2018–2021-ci illərdə Almaniyanın federal kanslerinini müavini və maliyyə naziri olub. Olaf Şolts 14 mart 1958-ci ildə Aşağı Saksoniyanın Osnabrük şəhərində. Toxuculuq sənayesində çalışan Herhard Şoltsun üç oğlundan böyüyü idi. Anası Kristeldir (qızılıq soyadı Qryunevald). O Hamburq şəhərinin Ralşdetde rayonunda böyüyüb. Qardaşı yens Şolts (7 sentyabr 1959-cu ildə Osnabrükdə anadan olub) — anestizoloqdur və 2009-cu ildən Şlezviq-Qolşteyn universitet tibb mərkəzinin idarə heyətinin sədri, elmlər doktroru, professordur, kiçik qardaşı İnqo Şolts Hamburqda İT şirkətinin meneceridir.
Rəşad Şolan
Rəşad Fərhad oğlu Şolan (Məmmədov Rəşad Fərhad oğlu; 27 iyun 1980, İmişli rayonu) — cərrah-uroloq, transplantoloq, Amerika Uroloqlar Assosiasiyasının və Avropa Uroloqlar Assosiasiyasının araşdırmaçı üzvü, "Böyrək Transplantasiyası üzrə Mütəxəssislər Assosiasiyası"nın İdarə Heyətinin sədri, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin böyrək transplantasiyası üzrə baş mütəxəssisi (2019–2021), Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin orqan transplantasiyası üzrə mütəxəssis eksperti, Respublika Diaqnostika Mərkəzinin "Böyrək xəstəlikləri və transplantologiya" şöbəsinin müdiri (2017–2023), AMEA A. Qarayev adına Fiziologiya İnstitutunun "İmmunofiziologiya və eksperimental transplantologiya" laboratoriyasının müdiri, Dövlət Təhlükəsizliyi Xidməti, Hərbi-Tibb Baş İdarəsi, Elmi Təcrübə Mərkəzinin rəsi, eyni zamanda DTX HTBİ Hərbi Hospitalının "Böyrək Xəstəlikləri və Orqan Transplantasiyası" şöbəsinin rəhbəri, tibb üzrə fəlsəfə doktoru. Rəşad Şolan 27 iyun 1980-ci ildə Azərbaycan SSR-in İmişli şəhərində ziyalı ailəsində dünyaya göz açmışdır. 1987–1993-cü illərdə Bakı şəhəri 264 saylı orta məktəbdə təhsil almış, 1993-cü ildə isə müsabiqə yolu ilə akademik Azad Mirzəcanzadənin fəxri rəhbərliyi altında Həbibbəy Mahmudbəyov adına Texniki-Humanitar Litseyə qəbul olunmuşdur. 1997-ci ildə təhsilini başa çatdırmış, elə həmin ildə Azərbaycan Tibb Universitetinin birinci müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. 2000-ci ildə "Xroniki pielonefrit və qlomerulonefrit xəstələrində sidiyin mikroflorasının öyrənilməsi" mövzusunda ilk elmi-araşdırma işini aparmış və müəllifi olduğu elmi iş Tələbə Elmi Cəmiyyətinin (TEC) konqres materiallarında çap olunmuşdur. 2002-ci ildə birinci müalicə-profilaktika fakültəsinin Tələbə Elmi Cəmiyyətinin sədri seçilmişdir. 2003-cü ildə "İvanisseviçin əməliyyatı zamanı mini-çıxışdan istifadə" mövzusunda tələbə elmi işi ilin ən yaxşı tələbə işi nominasiyasına layiq görülmüşdür. 2003-cü ildə Azərbaycan Tibb Universitetini fərqlənmə diplomu ilə bitirmişdir. Elə həmin il Türkiyə Cümhuriyyətinin Ege Universitetinin "Urologiya" kafedrasında urologiya üzrə rezidenturaya qəbul olunmuşdur. 2003–2009-cu illərdə Ege Universitetinin "Urologiya" kafedrasının assistenti olmuşdur.
Şole (rayon)
Şole (fr. Cholet) — Fransanın Luara torpağı regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Men və Luara. Suprefektura — Şole. Rayon əhalisi 2006-cı ildə 193 112 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 117 nəf / km². Rayon sahəsi — 1646 km².
Şollar
Şollar — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində qəsəbə. Tağıyevin maliyyə dəstəyi ilə Vilyam Harleyn Lindleyin mühəndisliyi ilə Bakının içməli suyu Şollardan çəkilmişdir.
Şollar bələdiyyəsi
Xaçmaz bələdiyyələri — Xaçmaz rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Şollar düzü
Şollar düzü — Xəzərin Azərbaycan sahilində, Samur və Şabran arasında düzənlik. Xaçmaz, Şabran və qismən Qusar rayonlarının inzibati ərazisinə təsadüf edir. Daha geniş Samur-Dəvəçi ovalığının tərkib hissəsidir. Şollar düzündəki yeraltı sulardan 20-ci əsrin əvvəllərində Bakı əhalisinin suya tələbatını ödəmək üçün su kəməri çəkdirmişdir. Bu kəmərin çəkilməsində Hacı Zeynalabdin Tağıyevin böyük rolu olmuşdur.
Şollar suyu
Şollar suyu— Xaçmaz rayonunun Şollar kəndindən başlayan bulaq suyu. Azərbaycanlı milyonçu, mesenat Hacı Zeynalabdin Tağıyevin böyük biznesə gəlişi XIX əsrin 70-ci illərinə təsadüf edir. O öz kapitalını həmin dövrün ən gəlirli sahəsinə – neft işinə yatırır. H. Z. Tağıyevin maraqları Azərbaycan iqtisadiyyatının bütün sahələrini əhatə edirdi: o, gəmiçilik, gəmiqayırma, enerji sektoru, pambıqçılıq, toxuculuq, balıqçılıq, şərabçılıq sənayesinə, rabitəyə kapital qoymuş, böyük meşə massivlərinin sahibi, Bakı Tacir Bankının təsisçisi olmuş, torpaq sahələrinin alqı-satqısı üzrə əməliyyatlar aparmışdı. H. Z. Tağıyev təkcə uğurlu sahibkar deyil, həm də görkəmli ictimai xadim idi. O, dəfələrlə Bakı dumasının üzvü seçilərək, şəhərin infrastukturunun inkişafına yönələn bir çox layihələrin hazırlanmasında və həyata keçirilməsində iştirak etmişdi. H. Z. Tağıyevin ictimai və sahibkarlıq faəliyyətində Bakının su problemi həmişə öndə duran məsələlərdən biri olub. Hələ 17 aprel 1874-cü ildə Rusiya imperatoru II Aleksandrın göstərişi ilə H. Z. Tağıyev öz vəsaiti hesabına Bakıya su kəmərini çəkdirdiyinə görə Müqəddəs Stanislav ordeni ilə təltif olunmuşdu. Həmin kəmər haqqında ətraflı məlumat olmasa da, bu faktın özü Hacının Bakı əhalisinin suya olan tələbatının təminində yaxından iştirak etdiyini, onun xeyriyyəçiliyinin bir qolunun bu sahədə də özünü göstərdiyini təsdiqləyir. 1878-ci ildə Bakıda "Şəhər Əsasnaməsi"nin tətbiqi ilə digər təsərrüfat məsələləri kimi, su təchizatı da ictimai idarəçiliyin sərəncamına keçdi.
Şollerin arxivi (film, 2018)
Şollerin arxivi — ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımovun olduğu Azərbaycan filmi. Film almanların Azərbaycana gəlişinin 200 illiyi münasibətilə və Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncama dəstək olaraq çəkilib. Filmdəki hadisələr XX əsrin 40-cı illərindən Azərbaycanda yaşamış alman mənşəli Şollerlər ailəsinin həyatı üzərində qurulub. Cəlaləddin Qasımovun sözlərinə görə filmin sujet xətti real həyatdan götürülüb: Çəkilişlər Gəncə, Xanlar, Tovuz və Bakıda aparılıb. “Şollerin arxivi” bədii filmi həm Karlovı Varı Beynəlxalq Film Festivalında, həm də Kann Film Festivalında nümayiş etdiriləcək. Cəlaləddin Qasımov bildirib ki, artıq hər iki festival filmi nümayiş üçün qəbul edib. Cəlaləddin Qasımovun sözlərinə görə, Kann Film Festivalında filmlərin qəbul vaxtının martın 5-də bitməsinə baxmayaraq, təşkilatçılar “Şollerin arxivi”ni aprel ayında qeydə almaqdan imtina etməyiblər. Hətta festivala qəbul üçün ödəniş rüsumlarını belə özləri ödəyiblər. “Şollerin arxivi” filmi 4 iyul 2018-ci il tarixində Belçikanın Move Me Producions Belgium Festivalının 10-cu buraxılışında “Ən yaxşı film” nominasiyasına layiq görülüb. Ümumilikdə bir neçə dəfə “Ən yaxşı bədii film”, “Ən yaxşı ssenari”, “Ən yaxşı dram", “Yaradıcılıq axtarışlarına xüsusi diplom və qızıl priz” mükafatlarına layiq görülüb.
Şoloxov prospekti
Şoloxov prospekti — Rostov-na-Donu şəhərində, Rroletarnı və Pervomayski rayonlsrı arasında yerləşir. Rostov-na-Donu şəhərində uzunluğuna görə ikinci küçədir Enegetiklər meydanından başlayaraq Aksay prospektinə qədər davam edir. Buradan federal əhəmiyyətli М-4 Don avtomagistralına çıxır. Prodpektin uzunluğu 7,8 km təşkil edir. Bir başa avtomagistrala çıxışı onun yükünü artırır. Küçədən avtomobil və troleybus nəüliyyatı hərəkət edir. 3 iyul 1984-cu ildə SSRİ Nazirlər Sovetinin göstərişinə görə Oktyabrskaya küçəsinin adı böyük sovet yazıçısı Mixail Aleksandroviç Şoloxovun şərəfinə Şoloxov prospekti adlandırılmışdır. Rostov hava limanı. Köhnə avtovağzal - hazırda şəhər daxili məqsədlər üçün istifadə edilir. Sahəsinə görə şəhərin ən böyük parkı - Nikolay Ostrovski adına park, həmdə burada Aviatorlar parkı vardır.
Şoloxovski rayonu (Rostov vilayəti)
Şoloxov rayonu — Rusiyanın Rusiya Federasiyası ərazisində yerləşən inzibati rayon. Rayon mərkəzi Vyeşenskaya stanisasıdır. Stanisadan ən yaxın dəmir yol stansiyasına məsafə 150 km-dir. Vilayət mərkəzinə isə məsafə 360 km təşkil edir. Rayon 1924-cü ildə təşkil edilmişdir. İlk əvvəllər Vyeşenski rayonu adlanırdı. 1954 - 1957-cü illərdə Kamenskaya vilayətinin tərkibinə daxil edilmişdi. 1956-cı ildə Bazkovski rayonunun bir hissəsi ona birləşdirilmişdir. 1963-cü ildə Verxnodonski və Bokovski rayonlarının hesabına ərazisi möhkəmləndirilmişdir. RSFSR ali sovetinin qərarı ilə 4 iyun 1984-cü ildə adı Şoloxov olaraq dəyişdirilmişdir.
Bakı–Şollar su kəməri
Bakı–Şollar su kəməri — Azərbaycanda ən böyük həcmdə tikilən ilk su kəməri. == Su kəmərinin çəkilişi ilə bağlı layihə müsabiqəsi == 1881-ci ildə Bakı şəhər Duması milli burjuaziyanın lideri H. Z. Tağıyevin təklifi əsasında şəhərə su kəməri çəkmək üçün layihə tərtib etmək haqqında müsabiqə elan etdi. Müsabiqə ilə əlaqdar olaraq şəhər idarəsinə 1893-cü ilə qədər Kür, Araz, Samur, Zuğulba, Altıağac və Göygöl mənbələrindən şəhər su kəməri çəkmək üçün 40-dan çox layihə təklif olunmuşdur. Lakin şəhər duması bu təkliflərin hamısını rədd etmişdir. Buna səbəb təklif olunan layihələrin böyük xərc tələb etməsi idi. == Bakıda su təsərrüfatının vəziyyəti == Beləliklə, həmin dövrdə Bakı sənaye rayonunda iqtisadi həyatın coşğun inkişafının əksinə olaraq su təsərrüfatı hələ də orta əsr səviyyəsində qalmaqda idi. Şəhərdə uzun müddət su qıtlığının hökm sürməsi və bu səbəbdən kanalizasiya və yaşıllığın olmaması, küçələrin natəmiz saxlanması 1892-ci ildə güclü vəba xəstəliyinin baş verməsi ilə nəticələndi. Xəstəliyin əsas qurbanları isə yoxsul xalq kütlələri idi. == Bakı şəhərinin su təchizatının I mərhələsi == Öz canlarından qorxuya düşən Şəhər İdarəsi üzvləri şəhərdə su təchizatının bir qədər yaxşılaşdırılması üçün tələsik bir sıra tədbirlər gördülər. 1892-ci ildə Şəhər İdarəsi dəniz suyundan istifadə etmək məqsədilə suşirinləşdirici qurğu tikmək haqqında "Bakı liman birliyi" cəmiyyəti ilə müqavilə bağladı.
Lidia Şole
Lidia Şole (pol. Lidia Szole; 2 dekabr 1896 və ya 25 fevral 1896, Trakay, Vilen quberniyası[d] və ya Sankt-Peterburq – mart 1943, Varşava, General-Qubernatorluq) — Polşalı rəssamı və dekoratoru, Polşa-Litva karaitlərinin gerbinin müəllifi. == Bioqrafiya == Trokidə varlı karait ailəsində anadan olub. 1914-cü ildə Şahzadə Obolenskayanın özəl gimnaziyasını bitirib. 1918-ci ildən sonra ailə Vilnaya köçdü və burada Lidiya Ştefan Batory Universitetinin İncəsənət fakültəsinə daxil oldu. 1920-ci illərin ortalarında Parisə getdi və burada Rəssamlıq Akademiyasında rəssamlıq təhsilini davam etdirdi. 1926-cı ildə o, Parisli mühacir karaitlərin yığıncağında Vilna və Trokidəki karait mərkəzləri haqqında məruzə ilə çıxış etdi. Öz ölkəsinə qayıdan kimi ictimai fəaliyyətinə davam etdi. 1923-cü ilin yanvarında Vilna Karaite Cəmiyyətinin idarə heyətinin üzvü seçildi. Karaite həvəskar teatrının həyatında iştirak etmişdir.
Lidiya Şole
Lidia Şole (pol. Lidia Szole; 2 dekabr 1896 və ya 25 fevral 1896, Trakay, Vilen quberniyası[d] və ya Sankt-Peterburq – mart 1943, Varşava, General-Qubernatorluq) — Polşalı rəssamı və dekoratoru, Polşa-Litva karaitlərinin gerbinin müəllifi. == Bioqrafiya == Trokidə varlı karait ailəsində anadan olub. 1914-cü ildə Şahzadə Obolenskayanın özəl gimnaziyasını bitirib. 1918-ci ildən sonra ailə Vilnaya köçdü və burada Lidiya Ştefan Batory Universitetinin İncəsənət fakültəsinə daxil oldu. 1920-ci illərin ortalarında Parisə getdi və burada Rəssamlıq Akademiyasında rəssamlıq təhsilini davam etdirdi. 1926-cı ildə o, Parisli mühacir karaitlərin yığıncağında Vilna və Trokidəki karait mərkəzləri haqqında məruzə ilə çıxış etdi. Öz ölkəsinə qayıdan kimi ictimai fəaliyyətinə davam etdi. 1923-cü ilin yanvarında Vilna Karaite Cəmiyyətinin idarə heyətinin üzvü seçildi. Karaite həvəskar teatrının həyatında iştirak etmişdir.
Yelena Şoltesova-Maroti
Yelena Şoltesova-Maroti (slovak. Elena Maróthy-Šoltésov) — slovak yazıçısı və redaktoru; Slovakiyada qadın hərəkatının aparıcı siması. 1880-ci ildə Yelena Şoltesova-Maroti 1869-cu ildə qurulmuş «Živena» cəmiyyəti komitəsinin üzvü olur və 1894-1927-ci illərdə onun daimi sədri olur. Hazırda bu cəmiyyət vətəndaş birliyi kimi fəaliyyət göstərir, məqsədi siyasi, iqtisadi, sosial və özəl sferalarda qadın yanaşmasının xüsusiyyətlərini və “zəif cinsin” özünü həyata keçirmə və şəxsi yüksəliş imkanlarını öyrənməkdir. 2013-cü ildən Maqda Vaşariova Živena-nın rəhbəri olur. 1875-ci ildə Maroti tacir Ludovita Mixal Şoltes ilə evlənir. Cütlüyün iki övladı olur, lakin qızı səkkiz, oğlu isə 33 yaşında dunyasını dəyişir. 1912-ci ildə Şoltesova-Maroti «Živena» jurnalının qurulmasına kömək edir və 1922-ci ilə qədər onun baş redaktoru olur. yelena Maroti-Şoltesova bütün qadınlara ali təhsil almaq və cəmiyyətdə öz layiqli yerlərini tutmaq üçün hər cür köməklik edib. Brokhauz və Efronun ensiklopedik lüğətinin məlumatına görə, Maroti-Şoltesovanın ən məşhur romanları və hekayələri bunlardır: "Na dedine" (1881); Pripravy ku svadbe (1882); "Umierajúce diet'a" (1885); "V čiernickiej škole" (1891); "Prve previnenie" (1896); "Popelka" (1898); "Za letného vecera" (1902); "Proti prúdu" (1904).

Digər lüğətlərdə