Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sonya Baryaqtaroviç
Sonya Baryaqtaroviç (11 sentyabr 1986, Berane) — Monteneqronu təmsil edən həndbolçu. == Karyerası == Sonya Baryaqtaroviç Monteneqro yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasına 26:24 hesabı ilə məğlub olan Monteneqro yığması, London Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı. Daha sonra Sonya Baryaqtaroviç Monteneqro yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun hamısında məğlub olan Monteneqro yığması, Rio-de-Janeyro Olimpiadasını 11-ci yerdə başa vurdu.
Sonya Basiç
Sonya Başiç (d. 26 noyabr 1987; Zaqreb, Xorvatiya) — Xorvatiyanı təmsil edən həndbolçu. == Karyerası == Sonya Başiç Xorvatiya yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. 1/4 final mərhələsində İspaniya yığmasına 25:22 hesabı ilə məğlub olan Xorvatiya yığması, London Olimpiadasını 7-ci yerdə başa vurdu. == Ailəsi == Sonya Başiçin atası həndbolçu, 1984 Los-Anceles Olimpiadasının qızıl, 1988 Seul Olimpiadasının isə bürünc medalçısı Mirqo Başiçdir.
Sonya Qandi
Sonia Gandhi (d. 9 dekabr 1946[…]) əsl adı Edvige Antonia Albina Maino olan İtaliya mənşəli Hindistan siyasətçisidir. Hindistan Milli Konqresinin. ex former lideri və köhnə başçısı Rajiv Gandhinin həyat yoldaşı, Rahul Qandinın isə anasıdır. 2004-cü ildə Forbes jurnalı tərəfindən dünyanın ən güclü üçüncü qadını olaraq göstərilmişdir. Bu anda da 13-cü sırada yer almaqdadır. Ayrıca olaraq Time jurnalının dünyanı təsirləmiş 100 ad siyahısında yer almışdır.
Sonya Yonçeva
Sonya Yonçeva (bolq. Соня Йончева; 25 dekabr 1981, Plovdiv, Bolqarıstan Xalq Respublikası[d]) — bolqar əsilli opera müğənnisi. == Bioqrafiyası == Plovdiv Milli Musiqi Məktəbində vokal və fortepiano təhsili almışdır. Bir sıra milli mükafatlar qazanmışdır. Milandakı Enriko Karuzo yarışmasının finalına çıxmışdır. 2003-cü ildə Milanda Nikolay Qyaurov və Mirella Freninin himayəsi altında qala konsertdə iştirak edir. 2009-cu ildə Cenevrə Konservatoriyasında magistr dərəcəsini alır. Bolqarıstan Milli Televiziyasının təşkil etdiyi "Hit-1" yarışmasında qardaşı ilə birlikdə "İlin Müğənniləri 2000" mükafatını qazanır. 2000 və 2001-ci illərdə Bolqarıstanda bir neçə musiqi yarışmasında qazanmışdır. Qardaşı rok müğənnisi Marin Yonçevdir.
Kürən Sonya (film, 1985)
Kürən Sonya (ing. Red Sonja) — 1985-ci ildə istehsal olunmuş ABŞ döyüş filmi. Baş rolda Arnold Şvartsenegger iştirak edir. Filmə Metro-Goldwyn-Mayer kinokompaniyası distribütorlik etmişdir. == Məzmun == Sehrli gücə sahib olan Kraliça Qedren Sonyanın ailəsini öldürür. Sonyanın intizarını görən ilahələrdən biri ona sehrli güc verir. Bu səbəbdən Sonya Çin ustasının yanına gedir ki, qazandığı güclə qılınc oynada bilsin. Həmçinin, bu müddətdə müxtəlif sehrli qüvvəsi olan talisman haqqında öyrənir. Həmin talismanı məbədin kahinləri qoruyur. Talismanı qaranlığa qərq etməsələr, dünyada güclü zəlzələ yaradacaq və insanları məhv edəcəkdir.
Sonya Bleyd (Mortal Kombat)
Sonya Bleyd (ing. Sonya Blade ) - "Mortal Kombat" oyun seriyasının personajlarından biridir. == Xarakteristika == Sonya Bleyd Kanonun izinə düşdükdən sonra onu təqib etməyə başlayır. Sonya "Ölümcül döyüş" turnirinə aparan gəmiyə düşür. Şanq Tsunqun təşkil ediyi turnir zamanı Kanonu öldürür. Lakin turniri axıra qədər davam etdirmək məcburiyyətində qalır. Sonya Bleyd Liu Kenq, Conni Keyc və Reyden ilə dostluq etməyə başlayır. Əsl məqsədi Yer dünyasını Yeraltı qüvvələrdən qurtarmaqdır. Turnirlərdə Yer döyüşçüləri tərəfindən Şao Kannın döyüşçülərinə qarşı vuruşur.
Konya
Konya — Türkiyənin Konya ilinin mərkəzi. == Tarixi == Anadolu, Asiya ilə Avropa nı bir-birinə bağlayan körpü rolunu oynayır. Konya da bu körpünün mərkəzində qapı rolunu oynayır. Tarixin ən qədim dövrlərindən bu günə qədər Konya şəhəri bir çox mədəniyyətlərin beşiyi olmuşdur. Anadolu Səlcuqlu Dövlətinin paytaxtı, Bəylik və osmanlıların başda gələn mərkəzlərindən olmuşdur. Konya şəhəri tarixin əvvəlki dövrlərində, müəyyən zamanlarda müxtəlif adlarla adlandırılmışdır. Antik dövrlərdə ən məşhur adı "İconium" dur. Bu "müqəddəs rəsim, heykəl" mənasına gələn "icon" kəlməsindən gəlir. Danaia şəhərini və xalqını böyük fəlakətlərə uğradan qorxunc əjdahanı, Perseus öldürür. Onun qəhrəmanlığını əbədiləşdirmək məqsədi ilə onun şərəfinə daşdan abidələr düzəldilir.
Sonay
Sonay — Azərbaycan folklorunda yazın son aylı gecələridir. Azərbaycan mifik düşüncəsində Günəş və Ay əbədi aşiqdir. Onlar heç vaxt bir-birlərinə qovuşmurlar. Sonay payız gecə-gündüz bərabərliyi zamanı baş verir. Beləliklə, Sonayın bütöv ayı çıxanda günəş batır. Bu əbədi aşiqlərin bir neçə dəqiqə ərzində üz üzə görüşə biləcəyi vaxtdır. O gecə Sonayın görünüşü sevgi ilə dolu hesab edilir. Əsli və Kərəmin sevgi hekayəsi əslində Sonayın sevgisinin təkrarıdır. Bu iki aşiq bir-birini axtarır. Bir az bir-birlərin görüb yenə itirirlər.
Tonya
Tonya (türk. Tonya) — Trabzon ilinin ilçəsi.
Sona
Sona — qadın adı. Sona Bağırova (müğənni) — Azərbaycan müğənnisi, Azərbaycanın Əməkdar Artisti (1943). Sona Nuriyeva — İlk azərbaycanlı təyyarəçi qadınlarından biri Sona Qasımova — Azərbaycanın ilk qadın idmançılarından biri, Sona Qurbanova — tarix üzrə fəlsəfə doktoru Sona Əhmədova-Şirinova — Azərbaycan xalça ustası, SSRİ Dövlət mükafatı laureatı (1950). Sona Mikayılova — Aktrisa Sona Aslanova — Azərbaycanın tanınmış opera müğənnisi, aktrisa. Sona Hacıyeva — Azərbaycan aktrisası. Sona Babayeva — Aktrisa Sona Bağırova — Azərbaycanın əməkdar jurnalisti. Sona Əliyeva — Azərbaycan aktrisası. Sona Vəlixan — göz həkimi, əməkdar elm xadimi, professor.
Sony
Sony Corporation (yap. ソニー Sony) — transmilli şirkət. Mənzil qərargahı Yaponiya və ABŞ-dadır. 1946-cı ildə yapon mühəndisləri Akio Morita və Masaru İbuka tərəfindən Yaponiyada yaradılıb. "Sony" sözü latın dilindən sonus (“səs”) və ingilis sözlərindən “sunny boys” (“günəşli oğlanlar”) sözlərindən yaradılmışdır. Morita dünyanın heç bir dilində olmayan sözü tapmaq istəyirdi. Yapon dilində “Sonny” sözünün tələffüzü (“sonni”) uğursuz biznesi xatırladan söz mənasını verdiyindən, o, “n” hərflərindən birinin pozulmasına qərar verir. Hazırda Sony Corporation — Sony Group holdinqin tərkibinə daxildir. == Fəaliyyəti == Sony Group əsas əməliyyat seqmenti: Sony Corporation Sony Computer Entertainment (Sony Playstation, video oyunlar ) Sony Pictures Entertainment Sony Music Entertainment (musiqi alətləri). Sony Financial Holdings (maliyyə sferasında əməliyyatlar — sığorta, banklar) Sony (mobil telefonlar) Sony Vaio (noutbuklar) Sony Bravia (televizorlar)2005-ci il üçün əməkdaşlarının sayı 151400 nəfər olmuşdur.
Soya
Soya (lat. Glycine max L.) — paxlakimilər fəsiləsinin botaniki cinsi. == Bioloji xüsusiyyətləri == Soya istilik və rütubət sevən bitkidir. Çiçəkləmə və yetişmə dövründə daha yüksək yəni 18–25 °C temperatur tələb edir. Toxumlar 6–8 °C temperaturda cücərir. Soyanın cücərtisi –2–5 °C ətrafında olan yaz şaxtalarını yaxşı keçirir. Bu bitki çiçəkləmə və dənədolma fazasında ən çox su tələb edir. Transpirasiya əmsalı 600-ə yaxındır. Çiçəkləmə fazası 15–40 gün, gecyetişən sortlarda isə 80 günə qədər davam edə bilir. Soya qısa gün bitkisidir.
Adam Konya
Adam Konya (19 dekabr 1992) — Macarıstanlı xizək yürüşçüsü. Adam Konya Macarıstanı 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Adam Konya birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında kişilər klassik sprint yarışlarında iştirak etdi. Konya 3:31.84 saniyəlik nəticəsi ilə 80 atlet arasında 67-ci yeri tutdu və növbəti mərhələyə vəsiqə qazana bilmədi.
Aya Sofya
Ayasofiya və ya Müqəddəs Sofiya məbədi (yun. Αγία Σοφία, türk. Ayasofya) — Türkiyənin İstanbul şəhərində yerləşən, əvvəl provoslav kilsəsi, daha sonra məscidə çevrilən məbəd. Qısa müddət muzey kimi istifadə olunub. 2020-ci il 11 iyul tarixindən yenidən məscid kimi fəaliyyət göstərir. Bizans dövrünə aid olan Aya Sofya Bizansın "qızıl əsrinin" simvoludur. Hazırda rəsmi olaraq Ayasofya Böyük Məscidi (türk. Ayasofya-i Kebir Camii) adlanır. == Ümumi məlumat == 1935-ci ildən indiyə qədər muzey kimi fəaliyyət göstərən Aya Sofya Bizansa şahidlik edib, Osmanlı dövrünün möhtəşəm və tarixi abidələrindən biri olaraq il boyunca bütün ölkələrdən gələn turistlər tərəfindən ziyarət edilir. Zamana meydan oxuyan nəhəng ölçüdə, iqlim şərtləri, zəlzələlər kimi təsirlərlə yaranan aşınmaların günümüzdə çox incə və ehtiyatlı halda aparılan bərpa işləri ilə aradan qaldırılmasına çalışılır.
Ağörən (Konya)
Ağörən — Konya ilinin bir ilçəsi.
Daşkənd (Konya)
Daşkənd (Konya) - Türkiyənin Konya ilində kənd. Əhalisinin əsas məşğuliyyəti əkinçilik və maldarlıqdır.
Konya-Lyon
Konya-Lyon (fr. Cognat-Lyonne) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Eskyurol kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03080. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 636 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 399 nəfər (15–64 yaş arasında) 301 nəfər iqtisadi cəhətdən, 98 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 75,4%, 1999-cu ildə 75,5%). Fəal 301 nəfərdən 275 nəfəri (151 kişi və 124 qadın), 26 nəfəri işsizdir (6 kişi və 20 qadın). 98 hərəkətsiz 34 nəfər arasında şagird və ya tələbə, 36 nəfər təqaüdçü, 28 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Konya döyüşü
Konyanın döyüşü — 21 dekabr 1832-ci ildə Birinci Osmanlı-Misir müharibəsi zamanı Misir və Osmanlı imperiyası arasında baş vermiş döyüş. Müasir Türkiyədə Konya şəhərində olmuşdur. Döyüşə Osmanlılar tərəfdən Resid Mehmed Paşa, Misir tərəfdən isə İbrahim Paşanın başçılığı edirdi. Bu qısa toqquşma misirlilərin qələbəsi ilə bitmişdir. == Ədəbiyyat == Laffin, John, Brassey's Dictionary of Battles, (Barnes & Noble Inc., 1995). Grant, R.G., Battle: A Visual Journey through 5,000 years of combat, (DK Publishing Inc., 2005). Dupuy, R. Ernest and Trevor N. Dupuy, The Harper Encyclopedia of Military History, (HarperCollins Publishers, 1993). McGregor, Andrew James, A Military History of Modern Egypt: from the Ottoman Conquest to the Ramadan War, (Greenwood Publishing Group Inc., 2006). Finkel, Caroline, Osman's Dream, (Basic Books, 2005), 57; "Istanbul was only adopted as the city's official name in 1930..".
Konya ili
Konya ili — Türkiyədə il. Türkiyənin Mərkəzi Anadolu regionunda yerləşir. İnzibati mərkəzi Konya şəhəridir. == Qardaş şəhərlər == Bakı, Azərbaycan == Əhali == Əhali sayı baxımından Türkiyənin 6-cı böyük ilidir. Ümumi əhali sayı 2 038 555 nəfərdir. == Coğrafiyası və iqlimi == Dağlıq ərazidə yerləşir. Əsasən şimal və cənub-şərq hissədə. Buradakı ən böyük dağ 3014 metrdir. Burada 8 iqlim mövcuddur. Əsas hava kütlələri şərqdən gəlir.
Konya ilçələri
Konya ilində 31 ilçə vardır.
Konya vilayəti
Konya vilayəti — Osmanlı İmperiyası tərkibində, 1864–1923–cü illərdə mövcud olmuş I dərəcəli inzibati–ərazi vahidi. İnzibati mərkəzi Konya şəhəri idi.
Konya Şəkərspor
"Anadolu Səlcuqspor" FK (türk. Anadolu Selçukspor) — Türkiyənin 3-cü liqasında mübarizə aparan Konya futbol klubu. == Tarixi == 1955-ci ildə Konya şəhər fabriki işçiləri tərəfindən "Konya Şəkərspor" adı ilə qurulmuşdur. 2005-ci ilə qədər ancaq həvəskar liqalarda mübarizə aparmışdır. 2004–05 mövsümündə Türkiyənin 4-cü divizyonuna yüksəlməyi bacarmışdır. 2005–06 mövsümündə liqanın 3-cü qrupunu 15-ci yerdə bitirərək yenidən həvəskar liqaya düşən klub 2007–08 mövsümündə yenidən 4-cü divizyona qayıtmışdır. Həmin mövsüm Levent Numanoğlunun baş məşqçi olduğu "Konya Şəkərspor" 3-cü yeri tutaraq 3-cü divizyona yüksəlmişdir. İlk mövsümündəcə pley-offa qatılan komanda yarımfinalda "Tarsus İY" klubuna 1:3 uduzaraq finala çıxa bilməmişdir. 2010–11 mövsümündə yenidən pley-offun yarımfinalına çıxmış, amma "Sakaryaspor"a 1:3 məğlub olmuşdur.2012–13 mövsümündə "Konyaspor" tərəfindən satın alınıb 2-ci komanda olduğundan adı "Anadolu Səlcuqluspor" olaraq dəyişdirilmişdir.2014–15 mövsümünün əvvəlində Konya Səlcuqlu Bələdiyyəsinin tələbi ilə klubun adı "Anadolu Səlcuqspor" olmuşdur.
Qaranlıqdan sonra
Qaranlıqdan sonra (yap. アフターダーク) Haruki Murakami tərəfindən tərəfindən 2004-cü ildə nəşr etdirilmiş romandır.
Sanya Staroviç
Sanya Staroviç (25 mart 1983, Trebine) - Serbiyalı voleybolçu. Rabitə Bakı voleybol klubunda çıxış edir.
Sanya Vuçiç
Sanya Vuçiç (serb. Сања Вучић, Sanja Vučić; d. 8 avqust 1993, Kruşevaç, Serbiya və Monteneqro) — Serbiya müğənnisi. O, əsasən ZAA qrupunun vokalisti kimi tanınır. Vuçiç Serbiyanı 2016 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı və musiqi karyerası == Sanya Vuçiç 8 avqust 1993-cü ildə Serbiya və Monteneqronun Kruşevaç şəhərində anadan olmuşdur. O, ibtidai və musiqi təhsilini məhz Kruşevaç şəhərində almışdır. Musiqi təhsili müddətində Vuçiç fərqli ansambllarda, folk musiqi qrupunda, şəhər caz orkestrında və kilsə xorunda çıxış etmişdir. O hal-hazırda Belqrad şəhərində yaşayır və Belqrad Filologiya Universitetinin Ərəb dili və ədəbiyyatı bölməsində təhsil alır. O, ana dili olan serb dili ilə yanaşı ingilis, ispan, italyan və ərəb dillərində də səlis danışa bilir.
Sanya İliç
Aleksandar "Sanya" İliç (serb. Aleksandar "Sanja" Ilić, Александар "Сања" Илић; 27 mart 1951, Belqrad, Serbiya Sosialist Respublikası[d], Yuqoslaviya SFR – 7 mart 2021, Belqrad) — Serbiya musiqiçisi və bəstəkarı. O, 1998-ci ildə Balkanika qrupunu yaratmışdır. İliç məhz Balkanika qrupu ilə birlikdə "Nova deca" mahnısı ilə Serbiyanı 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Bioqrafiya == İliç 27 mart 1951-ci ildə Yuqoslaviya Sosialist Federativ Respublikasının tərkibində olan Serbiyada, Belqrad şəhərində anadan olmuşdur. Onun atası bəstəkar, qardaşı Draqan isə Generacija 5 qrupunda musiqiçi olaraq fəaliyyət göstərir. İliç serbiyalı aktrisa və model Zlata Petkoviç ilə ailə həyatı qurmuşdur. Petkoviç 2012-ci ildə dünyasını dəyişmişdir. Onların 1984-cü ildə anadan olan bir övladları var. İliç musiqi karyerasına hələ 12 yaşında ikən başlamışdır.
Sayan Sanya
Sayan Sanya (tay สายัณห์ สัญญา; 31 yanvar 1953 – 11 sentyabr 2013, Banqkok) – Tailand musiqiçisi.