SOLTANNİSƏ
SONABƏYİM
OBASTAN VİKİ
Sona
Sona — qadın adı. Sona Bağırova (müğənni) — Azərbaycan müğənnisi, Azərbaycanın Əməkdar Artisti (1943). Sona Nuriyeva — İlk azərbaycanlı təyyarəçi qadınlarından biri Sona Qasımova — Azərbaycanın ilk qadın idmançılarından biri, Sona Qurbanova — tarix üzrə fəlsəfə doktoru Sona Əhmədova-Şirinova — Azərbaycan xalça ustası, SSRİ Dövlət mükafatı laureatı (1950). Sona Mikayılova — Aktrisa Sona Aslanova — Azərbaycanın tanınmış opera müğənnisi, aktrisa. Sona Hacıyeva — Azərbaycan aktrisası. Sona Babayeva — Aktrisa Sona Bağırova — Azərbaycanın əməkdar jurnalisti. Sona Əliyeva — Azərbaycan aktrisası. Sona Vəlixan — göz həkimi, əməkdar elm xadimi, professor.
Sona Aslanova
Sona Şahnəzər qızı Aslanova — Azərbaycanın tanınmış opera müğənnisi, aktrisa, Azərbaycan SSR əməkdar artisti (1956). == Həyatı == Azərbaycanın məşhur opera ifaçısı Sona Aslanova 1924-cü ildə oktyabrın 4-də Bakı şəhərinin Binəqədi kəndində anadan olub. Azərbaycan Dövlət Konservatoriyasında musiqi təhsili alır. 1952-ci ildə konservatoriyanı bitirdikdən sonra elə orada dərs deməyə başlayır. Azərbaycan səhnəsinə isə onu ilk dəfə Üzeyir Hcıbəyov gətirir. Sənətkar 200-dən çox mahnı ifa edir. "Görüş", "Telefonçu Qız" və başqa filmlərə çəkilir. Bir çox filmlərdə obrazların dilindən mahnıları da, məhz Sona Aslanova ifa edir. Opera səhnəsinə isə "Arşın Mal Alan" -da Gülçöhrə, "Əsli və Kərəm" — də Əsli, "Koroğlu" -da Nigar obrazını yaradır. Bakıda Kamal adlı bəylə evli olan Sona xanım 1994-cu ildə ABŞ-yə oğlunun yanına köçür.
Sona Axundova
Axundova-Bağırbəyova Sona Əbdül qızı (23 avqust 1896, Şamaxı – 1982, Bakı) — tibb elmləri doktoru, professor (1952), Azərbaycan SSR əməkdar elm xadimi (1964), Azərbaycan SSR əməkdar həkimi (1960) == Həyatı == Sona Axundova 1896-cı ildə Şamaxı şəhərində qulluqçu ailəsində anadan olub. İlk təhsilini Bakıda Hacı Zeynalabdin Tağıyevin təşkil etdiyi qızlar gimnaziyasında alıb, "Müqəddəs Nina" pansionunda qalıb. Bu təhsil ocağını qurtardıqdan sonra Kiyev Universitetinin Tibb fakültəsinə qəbul olunub. Tələbə ikən inqilabı iş aparıb, 1918-ci ildə təhsilini başa vurmamış Bakıya qayıtmaq məcburiyyətu qarşısında qalıb. Azərbaycanda sovet hakimiyyətinin qurulmasında fəal iştirak edib. Təhsilini Moskva Dövlət Universitetinin Tibb fakültəsində davam etdirib və 1923-cü ildə həkimlik diplomu alıb. Tələbəlik dövründə dəfələrlə Nəriman Nərimanov, Qəzənfər Musabəyov, Sultan Məcid Əfəndiyev ilə görüşüb. Həkimlik fəaliyyətinin ilk illərində Bakı, Gəncə, Yevlax xəstəxanalarında işləyib, Azərbaycanda geniş yayılmış traxoma və qeyri-infeksion göz xəstəliklərinin müalicə və profiliktikasında yaxından iştirak edib. 1940-cı ildə dünyada şöhrət qazanmış göz xəstəlikləri üzrə alim-akademik V.P.Filatovun klinikasına ezam edilib. Sonra Azərbaycanda ilk dəfə Filatov üsulu ilə toxuma terapiyası və geratoplastika cərahiyyə əməliyyatları aparmağa başlayıb.
Sona Babayeva
Sona Babayeva — Azərbaycan aktrisası. == Həyatı == 8 noyabr 1941-ci ildə Bakıda doğulub. 24 iyun 1964-cü ildə Azərbaycan Dövlət Teatr İnstitutunun «Dram və kino aktyorluğu» fakültəsini bitirib. 13 sentyabr 1963-cü ildən Gənc Tamaşaçılar Teatrında çalışır. 57 ildir Gənc Tamaşaçılar Teatrının aktrisasıdır. == Mükafatları == 10 dekabr 2018-ci il tarixində "Tərəqqi" medalı ilə təltif edilmişdir.
Sona Bağırova
Sona Bağırova (jurnalist)
Sona Hacıyeva
Sona Salman qızı Hacıyeva (25 iyun 1907, Nuxa – 24 dekabr 1979, Bakı) — Azərbaycan teatr və kino aktrisası, Azərbaycan SSR xalq artisti (1949). == Həyatı == Sona Hacıyeva 25 iyun 1907-ci ildə Şəkidə Əzizə Məmmədovanın ailəsində dünyaya gəlib. Bir yaşında ikən atası vəfat etdiyindən onu və qardaşını babası Əbdülbağı Zülalov saxlamalı olub. Vaxtilə Tiflisin məşhur xanəndələrindən sayılan Əbdülbağının da həyat yolu müxtəlif şəhərlərdən keçib. Gah Tiflisdə yaşayıb, gah Aşqabada köçüb, sonra isə Bakıya gəlib. Beləliklə, 1919-cu ildən Bakıda yaşayan Sona Hacıyevanın anası Əzizə Məmmədova elə o vaxtdan taleyini teatra bağlayıb. Ana-bala ikisi də Bakıda səhnəyə eyni ildə gəlib. S. M. Qənizadənin "Axşam səbri xeyir olar" tamaşasındakı Çimnaz surəti 13 yaşlı Sonanın teatr aləmində debütü olub. Gənc qızın səhnə qabiliyyətini, istedadını hiss edən o dövrün görkəmli aktyorlarından Mirzəağa Əliyev və Hacıağa Abbasov Sona Hacıyevanı əvvəlcə Bakı İşçi Teatrına dəvət ediblər. Müxtəlif səpkili rollar oynamaqla bərabər, Sona Hacıyeva Azərbaycan rayonlarına qastrola gedər, kənd zəhmətkeşləri qarşısında çıxış edərdi.
Sona Mehmandarova
Sona Mehmandarova (1894, Lənkəran, Lənkəran qəzası – XX əsr, Bakı) — 1912-ci ildə dünya əhəmiyyətli gözəllik yarışmasının qalibi azərbaycanlı qadın. O, Rusiya imperiyasında təşkil olunan gözəllik müsabiqələrinin də laureatı olmuşdu. == Həyatı == Sona Mehmandarova 1894-cü ildə (və ya 1896) Lənkəranda dünyaya gəlmişdir. O, Azərbaycan Xalq Cümhuriyyətinin Müdafiə naziri Səməd bəy Mehmandarovun qardaşı Nağı bəy Mehmandarovun qız idi. Anası Bikə xanım praporşik Əbulfət xan Talışınskinin qızı idi. Lənkəranın qradonaçalniki-şəhər rəisi olan Nağı bəy dövrün Avropada təhsil almış Azərbaycan ziyalılarından biri idi. Atası Sonanın da təhsil almağını istəmiş və onu gimnaziyada oxutmuşdur. O, xüsusi müəllimlərdən fransız və rus dillərini mükəmməl səviyyədə öyrənmişdir. Xarici gözəlliyinə görə evə tez-tez elçilər gəlirdi. Atası Nağı bəy qızının təhsilinə öncəlik verdiyini bildirərək, qızına olan evlilik təkliflərini rədd edirdi.
Sona Mikayılova
Sona Məmmədağa qızı Mikayılova (2 fevral 1957) — Azərbaycan Respublikasının əməkdar artisti (2011), Azərbaycan Respublikasının əməkdar müəllimi (2023), Azərbaycan teatr, kino və dublyaj aktrisası. == Həyatı == Sonaxanım Mikayılova 1979-cu ildə Moskva Dövlət Kinematoqrafiya İnstitutunu (Yevgeni Semyonoviç Matveyevin emalatxanasında təhsil alıb) bitirdikdən sonra yaradıcılıq fəaliyyətinə Z. Abbasovun "Onun bəlalı sevgisi" (Xalidə) filmi ilə başlamış, K. Əzimzadənin "İsmayıl bəyin sandıqçası" filmində Ana, K. Əzimzadənin "İmtahan" filmində Ana, Ənvər Əblucun "Sarı köynək" filmində Zəminə, E. Qasımovun "Köhnə bərə" filmində Əminə, Ş. Nəcəfzadənin "Kral ölüb yaşasın kral" filmində kraliça, E. Səfərovun "Məhbus" filmində Ana, K. Rüstəmbəyovun "Bakı" filmində Jurnalist, V. İbrahimoğlunun "Qurama" filmində Ana, R. Mirzəyevin "Əkinçi" filmində Hənifə xanım, "Dronqo" filmində Nərminə obrazlarını yaratmışdır. "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında çalışmışdır. Təkcə Azərbaycan filmindəki rolları ilə kifayətlənməyən aktrisa 1989-cu ildə "Yuğ" teatrına gəlmiş və ifa etdiyi obrazlarla teatr ictimaiyyətinin də diqqətini özünə cəlb edə bilmişdir. Aktrisa 1989-cu ildən "Yuğ" teatrında çalışır. Fərdi ifa tərzinə, səhnə mədəniyyətinə və duyumuna malik olan aktrisa "Yol", "Dəli Domrul", "Yuxu", "Salam", "Savalan", "Can üstə", "Birinci akt", "Vəsl" ("Mən, Məhəmməd Füzuli…" layihəsi), "Naməlum Axundzadə", "Medeya. Sekvensiya 01" tamaşalarında maraqlı obrazlar yaratmışdır. Fərdi ifa tərzinə, səhnə mədəniyyətinə və duyumuna malik olan aktrisa "Yol", "Dəli Domrul", "Yuxu", "Salam", "Savalan", "Can üstə", "Olsun" tamaşalarında maraqlı obrazlar yaratmışdır. O, bu gün də Azərbaycan Dövlət Yuğ Teatrında çalışır və gənclərin yetişdirilməsində yaxından iştirak edir. Aktrisa Türkiyədə, Rusiyada, Tatarıstanda keçirlmiş Beynəlxalq Teatr festivallarının iştirakçısı olmuşdur.
Sona Mirzəyeva
Sona Qədir qızı Mirzəyeva (6 iyul 1950, Bakı – 27 avqust 1985, Bakı) — Azərbaycan teatr aktrisası, Azərbaycan SSR əməkdar artisti (1984).[mənbə göstərin] == Həyatı == 1950-ci il iyul ayının 6-da Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyorluğu" şöbəsinə daxil olmuşdur. İnstitutda oxuyan zaman tələbə aktrisa kimi dolğun, məzmunlu rolları ilə nəzəri cəlb etmişdir. Sonanın kurs rəhbəri, Azərbaycan SSR xalq artisti, Azərbaycan Dövlət Akademik Dram Teatrının rejissoru Tofiq Kazımov onun istedadını görmüş və Azərbaycan Dövlət Akademik Teatrına işə dəvət etmişdir. Sona Mirzəyeva orada Ə. Haqverdiyevin "Pəri cadu" əsərində baş rolu — Pəri obrazını oynamışdır. Sonanın ciddi yaradıcılığ səyi nəticəsində Pərini xarakter səviyyəsinə yüksəldə bilmişdir. 1972-ci ildə Cəfər Cabbarlı adına kinostudiyanın çəkdiyi "Xatirələr sahili" filmində gənc analardan birinin rolunu oynayıb. Ailəyə bağlılıq hissi sonradan Sonanı C. Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrına çəkib gətirmişdir. Həyat yoldaşı Vəli Babayev Naxçıvan teatrında rejissor işləyirdi. Sonanın Naxçıvana bağlılığı da bundan irəli gəlirdi.
Sona Mustafayeva
Sona Əyyub qızı Mustafayeva (Bağırova) (22 iyun 1916, Bakı – 1999, Bakı) — Azərbaycan vokalçı-aktrisası (lirik soprano), Azərbaycan SSR əməkdar artisti (1943). == Həyatı == Sona Mustafayeva 22 iyun 1916-cı ildə Bakıda anadan olmuşdur. Uşaq yaşlarından musiqiyə maraq göstərmiş, 14 yaşından, 1930-cu ildən Azərbaycan Dövlət Opera və Balet Teatrında solist kimi çıxış etmişdir. Lirik soprano səsə malik olan Sona Mustafayeva Azərbaycan Dövlət Musiqili Komediya Teatrı 1938-ci ildə müstəqil teatr kimi fəaliyyətə başlayan zaman dəvətlə bir ilə yaxın truppaya kömək etmişdir. Burada da Gülçöhrənin və Gülnazın ("Arşın mal alan" və "Məşədi İbad", Üzeyir Hacıbəyov) partiyalarını ifa etmişdir. Müğənni-aktrisa 1999-cu ildə Bakıda vəfat etmişdir.
Sona Nuriyeva
Sona Piri qızı Nuriyeva (15 dekabr 1915, Əmircan, Bakı qəzası – 1986, Bakı) — ilk azərbaycanlı təyyarəçi qadınlarından biri. == Həyatı == 15 dekabr 1915-ci ildə Bakı şəhərində, Əmircan kəndində anadan olub. İlk azərbaycanlı təyyarəçi qadınlarından biridir. Sona Nuriyeva həmçinin Azərbaycanın ilk qadın deputatlarından biridir. 1945-ci ildən Sov.İKP-nin üzvü, Bakı təyyarəçilər klubunda yetişmiş, 1936-cı ildə Bataysk təyyarəçilik məktəbini bitirmişdir. Azərbaycanda mülki aviasiya idarəsində təyyarəçi işləmişdir. Böyük Vətən müharibəsində xüsusi tapşırıqla Tehrana uçmuşdur. 1945-ci ildən Beynəlxalq hava xəttində (Almaniya, Bolqarıstan, Yuqoslaviya, Polşa və s.) qulluq etmişdir. 1949 - 1968-ci illərdə Zabrat aeroportunda işləmişdir. 1978-ci ildən ittifaq (1968 ildən resp.) əhəmiyyətli pensiyaçı olmuşdur.
Sona Qasımova
Sona Salmanova
Sona Sadıx qızı Salmanova (12 may 1956, Qursalı, Hamamlı rayonu) — "Əməkdar hüquqşünas", Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədr müavini. == Həyatı == Sona Salmanova 12 may 1956-cı ildə Ermənistan Respublikasının Spitak rayonunda (Pəmbək mahalı) anadan olmuşdur. 1963-cü ildə Gəncə şəhər 29 saylı orta məktəbə daxil olmuş və 1973-cü ildə həmin məktəbi bitirmişdir. 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) hüquq fakültəsini, 1984-cü ildə Moskva şəhərində hakimlərin ixtisasını təkmilləşdirilmə kurslarını bitirmişdir, 1988-ci ildə SSRİ Ali Məhkəməsində təcrübə keçmişdir. 1979-cu ildən 1980-ci ilədək Bakı şəhər Məhkəməsində məhkəmə iclas katibi, 1980-ci ildən 1983-cü ilin iyul ayına qədər Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun katibi, Ali Məhkəmə Rəyasət Heyəti və Plenumu katibliyinin müdiri olmuşdur. 1983–1998-ci illərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsində işləmişdir. 14 iyul 1998-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2005-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədr müavini təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2006-cı il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının məhkəmə hakimiyyəti orqanlarında uzun müddət işlədiyinə və hakim vəzifələrini nümunəvi yerinə yetirdiyinə görə "Əməkdar hüquqşünas" adı verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2023-cü il tarixli sərəncamı ilə Məhkəmə orqanlarında və dövlət qulluğunda səmərəli fəaliyyət göstərdiklərinə görə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib Ailəlidir, iki övladı var.
Sona Tağıyeva
Sona Hənifə qızı Tağıyeva (3 yanvar 1916, Bakı – 3 aprel 2004) — Azərbaycanın "Əməkdar müəllimi" (1960), "Lenin ordeni", "Oktyabr İnqilabı", "Qırmızı əmək bayrağı" ordeni, Azərbaycanın "Şöhrət" ordeni (1995) laureatı. == Həyatı == Sona Tağıyeva 1916-cı il yanvarın 3-də Bakı şəhərində anadan olmuşdur. O, yeddiillik məktəbi bitirdikdən sonra əmək fəaliyyətinə başlamış, təhsilini fəhlə-gənclər məktəbinin axşam şöbəsində davam etdirmişdir. 1935-ci ildə Azərbaycan Sənaye İnstitutunun hazırlıq şöbəsinə daxil olan Sona Tağıyeva daha sonra Azərbaycan Dövlət Universitetində təhsil almışdır. 1940-cı ildə ali təhsilini başa vuran və pedaqoji fəaliyyətə başlayan Sona xanım müəllim, dərs hissə müdiri olmuş, 1942–1945-ci illərdə isə rayon xalq maarifi şöbəsinin müdiri işləmişdir. Sona Tağıyeva 1945-ci ildə Bakıdakı 190 nömrəli məktəbin direktoru təyin edilmiş, nümunəvi təhsil ocağına çevirdiyi bu müəssisədə ömrünün axırına qədər çalışmışdır. O, 1960-cı ildə respublikanın əməkdar müəllimi adına layiq görülmüş, bir sıra orden və medallarla, müstəqil Azərbaycan Respublikasının "Şöhrət" ordeni ilə təltif edilmişdir. 2002-ci ildən prezident təqaüdçüsü olub.
Sona Vəlixan
Sona xanım İbrahim qızı Vəlixan (19 iyun 1883, Qazax – 4 aprel 1982, Bakı) — göz həkimi, əməkdar elm xadimi, professor, Azərbaycan Tibb İnstitutunun kafedra müdiri, Azərbaycan ET Oftalmologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədri. İlk oftalmoloq qadın (1933), İlk Tibb elmləri doktoru elmi dərəcəsinə layiq olan ilk azərbaycanlı qadını olmuşdur. Elmi işinin dərinliyinin və dəyərinin təsdiqi 1931-ci ildə "Endoftalmitin patoloji anatomiyasına dair" məqaləsi Nobel Komitəsinin diqqətini özünə cəlb edib və onun Nobel mükafatına namizədliyi qeydiyyata alınıb. İkinci dünya müharibəsinin başlanması səbəbindən onun elmi işi müvəffəqiyyət qazanmayıb. Qırmızı ulduz ordeni, Tibb əlaçısı döş nişanı, eləcə də 2 medalla təltif olunmuşdur. İbrahim Rəhimovun qızıdır. == Həyatı == Sona xanım Vəlixan 1908-ci ildə Peterburq Tibb İnstitutunu bitirmiş və Azərbaycanda ilk ali təhsilli həkim qadın olmuşdur. 1923–1939-cu illərdə S. Vəlixan Azərbaycan Tibb İnstitutunun göz xəstəlikləri kafedrasında assistent, dosent və professor vəzifəsində çalışmış, 1939–1971-ci illərdə isə Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasının müdiri olmuşdur. 1946–1960-cı illərdə S. İ. Vəlixan Azərbaycan ET Oftalmologiya İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsini tutmuşdur. Sona Vəlixan 60-dan artıq elmi əsərin, o cümlədən 2 monoqrafiyanın müəllifidir.
Sona Vəliyeva
Vəliyeva Sona Məhəmməd qızı (1962, Noraşen) — filologiya üzrə fəlsəfə doktoru, "Kaspi" Mətbuat və Təhsil Mərkəzinin rəhbəri, "Kaspi" qəzetininin təsisçisi. == Həyatı == Sona Məhəmməd qızı Vəliyeva 1962-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olmuşdur. 1984-cü ildə indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini fərqlənmə diplomu ilə bitirmişdir. 1984–1994-cü illərdə Üzeyir Hacıbəyov adına Naxçıvan Musiqi Texnikumunda müəllimə, 1995–1999-cu illərdə "Səs" qəzetində müxbir vəzifələrində çalışmışdır. 2005-ci ildə jurnalist kimi fəaliyyətinə görə "Tərəqqi" medalına, daha sonra "Əməkdar jurnalist" adına layiq görülmüşdür. 2007-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Milli Televiziya və Radio Şurasının üzvü təyin edilmişdir. 1999-cu ildən tarixi "Kaspi" qəzetinin təsisçisi və ideya rəhbəridir. Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya üzrə fəlsəfə doktorudur. 2011-ci ildən 2018-ci ilə qədər Milli Televiziya və Radio Şurasının sədr müavini vəzifəsində çalışıb. == Şair kimliyi == Sona Vəliyeva müstəqillik dövrü Azərbaycan poeziyasının dəyərli şairlərindəndir.
Sona Bağırova (jurnalist)
Sona Bağırova — Azərbaycanın əməkdar jurnalisti. == Həyatı == Sona Bağırova 1929-cu mayın 1-də Bakıda anadan olub. 1952-ci ildə Bakı Dövlət Universitetini bitirdikdən sonra həyatının 40 ilini «Azərbaycan gəncləri» qəzeti ilə bağlayıb. Burada o, ədəbi işçi, şöbə müdiri vəzifələrində çalışıb. Ötən əsrin 90-cı illərində «Açıq söz», «Bakı post» qəzetlərinin əməkdaşı olub. Azərbaycanın əməkdar jurnalisti adına layiq görülüb. Həmçinin media sahəsindəki fəaliyyətinə görə çoxsaylı mükafatlarla təltif olunub. Sona Bağırova 1929-ci il mayın 1-də Bakının Bülbülə qəsəbəsində anadan olmuşdu. 1952ci ildə Bakı Dövlet Universitetinin jurnalistika fakultəsini bitirmişdir. Həmin ildən 40 il Azerbayjan qəncləri qazetində işləmişdir.
Sona Bağırova (müğənni)
Sona Əyyub qızı Mustafayeva (Bağırova) (22 iyun 1916, Bakı – 1999, Bakı) — Azərbaycan vokalçı-aktrisası (lirik soprano), Azərbaycan SSR əməkdar artisti (1943). == Həyatı == Sona Mustafayeva 22 iyun 1916-cı ildə Bakıda anadan olmuşdur. Uşaq yaşlarından musiqiyə maraq göstərmiş, 14 yaşından, 1930-cu ildən Azərbaycan Dövlət Opera və Balet Teatrında solist kimi çıxış etmişdir. Lirik soprano səsə malik olan Sona Mustafayeva Azərbaycan Dövlət Musiqili Komediya Teatrı 1938-ci ildə müstəqil teatr kimi fəaliyyətə başlayan zaman dəvətlə bir ilə yaxın truppaya kömək etmişdir. Burada da Gülçöhrənin və Gülnazın ("Arşın mal alan" və "Məşədi İbad", Üzeyir Hacıbəyov) partiyalarını ifa etmişdir. Müğənni-aktrisa 1999-cu ildə Bakıda vəfat etmişdir.
Sona Bulaq (Çaldıran)
Sona Bulaq (fars. سنابلاغ‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 86 nəfər yaşayır (27 ailə).
Sona İbrahimova
Sona Məmmədağa qızı Mikayılova (2 fevral 1957) — Azərbaycan Respublikasının əməkdar artisti (2011), Azərbaycan Respublikasının əməkdar müəllimi (2023), Azərbaycan teatr, kino və dublyaj aktrisası. == Həyatı == Sonaxanım Mikayılova 1979-cu ildə Moskva Dövlət Kinematoqrafiya İnstitutunu (Yevgeni Semyonoviç Matveyevin emalatxanasında təhsil alıb) bitirdikdən sonra yaradıcılıq fəaliyyətinə Z. Abbasovun "Onun bəlalı sevgisi" (Xalidə) filmi ilə başlamış, K. Əzimzadənin "İsmayıl bəyin sandıqçası" filmində Ana, K. Əzimzadənin "İmtahan" filmində Ana, Ənvər Əblucun "Sarı köynək" filmində Zəminə, E. Qasımovun "Köhnə bərə" filmində Əminə, Ş. Nəcəfzadənin "Kral ölüb yaşasın kral" filmində kraliça, E. Səfərovun "Məhbus" filmində Ana, K. Rüstəmbəyovun "Bakı" filmində Jurnalist, V. İbrahimoğlunun "Qurama" filmində Ana, R. Mirzəyevin "Əkinçi" filmində Hənifə xanım, "Dronqo" filmində Nərminə obrazlarını yaratmışdır. "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında çalışmışdır. Təkcə Azərbaycan filmindəki rolları ilə kifayətlənməyən aktrisa 1989-cu ildə "Yuğ" teatrına gəlmiş və ifa etdiyi obrazlarla teatr ictimaiyyətinin də diqqətini özünə cəlb edə bilmişdir. Aktrisa 1989-cu ildən "Yuğ" teatrında çalışır. Fərdi ifa tərzinə, səhnə mədəniyyətinə və duyumuna malik olan aktrisa "Yol", "Dəli Domrul", "Yuxu", "Salam", "Savalan", "Can üstə", "Birinci akt", "Vəsl" ("Mən, Məhəmməd Füzuli…" layihəsi), "Naməlum Axundzadə", "Medeya. Sekvensiya 01" tamaşalarında maraqlı obrazlar yaratmışdır. Fərdi ifa tərzinə, səhnə mədəniyyətinə və duyumuna malik olan aktrisa "Yol", "Dəli Domrul", "Yuxu", "Salam", "Savalan", "Can üstə", "Olsun" tamaşalarında maraqlı obrazlar yaratmışdır. O, bu gün də Azərbaycan Dövlət Yuğ Teatrında çalışır və gənclərin yetişdirilməsində yaxından iştirak edir. Aktrisa Türkiyədə, Rusiyada, Tatarıstanda keçirlmiş Beynəlxalq Teatr festivallarının iştirakçısı olmuşdur.
Sona Əhmədli
Sona Əhmədli (5 oktyabr 1988, Bakı) — Azərbaycanı təmsil edən qadın güləşçi, 2010-cu il Avropa Çempionatının qalibi. == Karyerası == 2007-ci ildə Serbiyada yeniyetmələr arasında Avropa Çempionatını 5-ci pillədə, Çində yeniyetmələr arasında Dünya Çempionatını isə 10-cu pillədə başa vuran Sona Əhmədli, ilin əsas turniri hesab olunan Dünya Çempionatında 18-ci pillədə qərarlaşdı. 2008-ci ildə Qızıl Qran-Pri beynəlxalq turnirində beşinci pillənin sahibi olan Sona Əhmədli, Koşitse şəhərində gənclər arasında Avropa Çempionatını gümüş medalla, İstanbul şəhərində gənclər arasında Dünya Çempionatını isə 8-ci pillədə başa vurdu. Daha sonra Sona Əhmədli 2009-cu ilin aprelində Vilnüs şəhərində (Litva) baş tutan Avropa Çempionatını 16-cı pillədə başa vurdu. İyulda Qızıl Qran-Pri beynəlxalq turnirinin bürünc medalına sahib olan Sona Əhmədli, sentyabrda Herninq şəhərində baş tutan Dünya Çempionatında mübarizə apardı. Turnirin 1/8 final mərhələsində Belarus nümayəndəsi Alyona Filipavaya 2:1, 1/4 final mərhələsində İtaliya nümayəndəsi Valentina Minguzziya 2:0, 1/2 final mərhələsində isə ABŞ nümayəndəsi Tatyana Suareza 2:0 hesabları ilə qalib gələn Sona Əhmədli, final görüşündə Yaponiya nümayəndəsi Saori Yoşidaya 0:2 hesabı ilə məğlub oldu və Dünya Çempionatının gümüş medalına sahib oldu. Sona Əhmədli Dünya Çempionatının medalına sahib olan birinci azərbaycanlı qadın güləşçi oldu. 2010-cu ilin aprelində isə Sona Əhmədli Avropa Çempionatında mübarizə apardı. Turnirin 1/4 final mərhələsində Norveç nümayəndəsi Qudrun Hoyena, 1/2 final mərhələsində isə Fransa nümayəndəsi Məryəm Selluma qalib gələn Sona Əhmədli, final görüşündə Bolqarıstan nümayəndəsi Taybe Yuseyna qalib gəldi və Avropa Çempionatının qalibi oldu. Bununla da Sona Əhmədli Avropa Çempionatlarının qalibi olan birinci azərbaycanlı qadın güləşçi oldu.
Sona Əliyeva
Əliyeva Sona Sakit qızı (4 avqust 1980, Şamxor rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin V çağırış deputatı, Şəmkir rayon İcra Hakimiyyəti başçısının sabiq müavini, Heydər Əliyev Mərkəzinin (Şəmkir) keçmiş direktoru, "Əməkdar müəllim" (2013) == Həyatı == Sona Əliyeva 4 avqust 1980-ci ildə Şəmkir şəhərində doğulub. Şəmkir şəhərindəki M. Füzuli adına təbiət-humanitar təmayüllü tam orta məktəbin məzunudur. 1996–2000-ci illərdə Azərbaycan Dövlət Pedoqoji Universitetində bakalavr təhsili alıb. İxtisası bioloqdur. 2016–2019-cu illərdə Rusiya Cənub Universitetində Təhsil və idarəetmənin psixologiyası üzrə magistr təhsilinə yiyələnib. Sona Əliyeva 2000–2001-ci illərdə M. Füzuli adına təbiət-humanitar təmayüllü məktəbdə çalışıb. 2001–2013-cü illərdə isə Şəmkir şəhər Əhməd Cavad adına tam orta məktəbdə biologiya müəllimi kimi fəaliyyət göstərib. O, 2018-ci ildən sonrakı dövrdə bir müddət Odlar Yurdu Universitetində müəllim kimi çalışıb. BƏT-in rəsmi beynəlxalq dərəcəli təlimçisidir. Azərbaycan, ingilis, rus və türk dillərini bilir.
Yuxarı Sona
Yuxarı Sona (fr. Haute-Saône) — Fransanın cənubunda yerləşən Burqundiya - Franş-Konte regionun departamentlərindən biri. Sıra nömrəsi — 70. İnzibati mərkəzi — Vezul. Əhalisi — 247 311 nəfər (departamentlər arasında 82-ci yer, 2010-cu ilin məlumatları). == Coğrafiyası == Ərazisi — 5360 km². Departamentin ərazisində Sona və Onyon çayları axır, ərazinin üçdən bir hissəsi əsasən meşəlikdir. == Tarixi == 1790-cı ilin mart ayında Böyük Fransız İnqilabı zamanı formalaşmış ilk 83 departamentdən biridir. Keçmiş Franş-Konte əyalətinin ərazisində yerləşir. Adı Sona çayından gəlir.
Sona Məmmədova
Sona İbrahim qızı Məmmədova (19 dekabr 1918, Axtı – 30 sentyabr 1991, Bakı) — Azərbaycanlı həkim, təhlükəli infeksiyalar sahəsində mütəxəssis, Azərbaycan SSR əməkdar həkimi.
Sona Rəhimova
Sona Rəhimova - (14 iyul 2001, Bakı, Azərbaycan) — azərbaycanlı peşəkar qadın futbolçu. Qazaxıstanın "Okzjetpes" klubunun, həmçinin Azərbaycanın qadınlardan ibarət A milli komandasının müdafiəçisi == Həyatı və Karyerası == Rəhimova Sona, 2001-ci ildə Bakıdan anadan olmuşdur. 2015-cı ildə "Vətən" klubu ilə peşəkar karyeraya başladı. Həmin sezon ölkə çempionu olan Sona, 2016-cı ildə klubunu dəyişərək "8-li İOEUGİM" klubuna keçid etdi. 2017/2018-ci illərdə, Azərbaycan Yüksək Qızlar Liqasında parlamağa başladı. Belə ki, həmin sezon keçmiş adı ilə "Təhsil"də oynayan zaman liqanın ən məhsuldar futbolçusu adına layiq görüldü. O mövsüm ərzində 35 qol vurmuşdur. Bununla da, bürünc medal verildi ona. Növbəti sezon da, eyni şəkildə 3-cü olan komanda, "Azərbaycan Kuboku"nda da 2-cilik əldə etmişdir. 2020-ci ildə Gürcüstanın "Nike" klubunda çıxış etməyə başladı.
Kreyser sonatası
Kreyser sonatası (rus. Крейцерова соната) — Lev Tolstoyun 1887—1889-cu illərdə yazdığı povesti. == Məzmun == Tolstoy bütün dünyanı rus ədəbiyyatı barədə danışmağa məcbur edən, dünya ədəbiyyatının böyük sənətkarları arasında fəxri yer tutan birinci rus yazıçısıdır. Tolstoy öz əsərlərində o qədər böyük məsələlər irəli sürə bilmiş, elə bir bədii qüvvət səviyyəsinə yüksələ bilmişdir ki, onun əsərləri dünya bədii ədəbiyyatında əvvəlinci yerlərdən birini tutub. Kitabda verilmiş üç məşhur povest Tolstoy yaradıcılığında ən çox onu xarakterizə edən cəhətləri: insan hisslərinin insan əməlləri ilə münasibəti, ehtirasların təhlili və s. psixoloji prosesləri, onun qanunlarını, formalarını və insan qəlbinin dialektikasını əks etdirir... == Nəşr və tərcümə == Povest Rafiq Ağayev tərəfindən Azərbaycan dilinə tərcümə edilib, 2017-ci ildə Bakı Kitab Klubunda nəşr edilib. == Həmçinin bax == Kreyser sonatası (film, 1987) == İstinadlar == == Xarici keçidlər == "Kreyser sonatası" ( (az.)). bbclub.az. 2019-12-28 tarixində arxivləşdirilib.
Payız sonatası (film, 1978)
"Payız sonatası" (isv. Höstsonaten) — rejissor İnqmar Berqmanın filmi. == Məzmun == Kənd pastorunun arvadı Eva artıq yeddi ildir görüşmədiyi anası Şarlottanı öz evlərinə qonaq çağırır. Onun anası dünya şöhrətli, istedadlı, dəlisov, yaşlı pianoçudur. Eva fortepianoda pis çalmadığına baxmayaraq, anası kimi o qədər də istedadlı deyildi. Lakin ən əsası onun evdar qadın, həyat yoldaşı, ana və sevimli bacı olmağa meyili idi. Buna baxmayaraq onun həyatında hər şey uğursuz idi: ərinə böyük hörmət edir, amma əslində onu sevmir, onların oğlu dörd yaşında batmışdır və sağalmaz yara əvvəlki kimi yenə də rahatlıq vermirdi. Hətta Şarlotta da heç vaxt Evanı o istədiyi kimi istəməmişdi. Eva özünü ələ almaq üçün xəstəxanadan iflicdən əziyyət çəkən bacısını götürür. O, yer üzündə öz tənhalığını başa düşür.
Skripka üçün iyirminci sonata (Motsart)
Skripka üçün iyirminci sonata C Major- da (K. 303 / 293c) Volfqanq Amadey Motsartın 1778-ci ilin mart ayında Almaniyanın Mannheim şəhərində bəstələmişdir və həmin il Motsartın Mariya Yelizabetə həsr olunmuş Opus 1 kolleksiyasının bir hissəsi olaraq nəşr edilmişdir. Əsər iki hərəkətdən ibarətdir: Adagio — Allegro Molto — Adagio Tempo di Menetto == İstinadlar == Zaslaw, Neal; Cowdery, William (1990). Tamamilə Motsart: Wolfgang Amadeus Motsartın Musiqi əsərlərinə bələdçi . New York: WW Norton .
Skripka üçün on doqquzuncu sonata (Motsart)
Skripka üçün on doqquzuncu sonata — E-Flat Major ( K 302 / 293b) -da Volfqanq Amadey Motsart tərəfindən 1778-ci ilin mart ayında Almaniyanın Mannheim şəhərində bəstələnmişdir. Əsər ilk dəfə elə həmin ildə Motsartın Mariya Yelizavettaya həsr edilmiş Opus 1 kolleksiyasının bir hissəsi olaraq nəşr edilmişdir. Əsər iki hərəkətdən ibarətdir: Allegro Andante Grazioso == İstinadlar == Zaslaw, Neal; Cowdery, William (1990). Motsartın bütün əsərləri: Volfqanq Amadey Motsartın musiqi əsərlərinə bələdçi . New York: WW Norton .
Sona və Luara
Sona və Luara (fr. Saône-et-Loire) — Fransanın şərqində yerləşən , Burqundiya-Franş-Konte regionun departamenlərindən biri. İnzibati mərkəzi Makondur. Əhalisi 574 874 nəfərdir (departamentlər arasında 47-ci yer, 2010-ci ilin məlumatları). == Coğrafiyası == Departamentin ərazisi 8575 km²-dir. Departamentin ərazisində Sona və Luara çayları axır. Bu çayları birləşdirən Mərkəzi Kanal da mövcuddur. Departamentə 4 rayon, 57 kanton və 573 kommun daxildir. == Tarixi == Sona və Luara, 1790-cı ilin mart ayında Böyük Fransa İnqilabı zamanı yaradılan ilk 83 departamentdən biridir. Keçmiş Burundi və Bresse əyalətlərinin ərazisində yerləşir.
Sona xanım Axundova
Sona xanım İsgəndər bəy qızı Axundov — İsgəndər bəy Axundovın qızı, Qara Qarayevin anası. Sona xanım 1898-ci ildə Bakı şəhərində dünyaya gəlib. On üç yaşında ikən valideynləri onu Bakı Şəhər Bələdiyyə İdarəsi yanında qız məktəbinə qoyurlar. Bu məktəbi bitirib "Müqəddəs Nina" məktəbinin Bakı bölməsində təhsilini davam etdirir. Daha sonra fortepiano ifaçılığı üzrə musiqi təhsili də alır. Sonra Rusiyada ali təhsil alıb Bakıya dönən tanınmış həkim Əbülfəz Qarayevlə ailə qurur. Lakin bundan sonra bədii yaradıcılıqla məşğul olmayıb. Həyatını ailə qayğılarına həsr edib. Dünya şöhrətli bəstəkar Qara Qarayev, görkəmli həkim, gözəl insan Mürsəl Qarayev kimi övladlar böyüdüb. Ondan soruşulanda ki, nə üçün yaradıcılıqla məşğul olmursunuz?

Digər lüğətlərdə