Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Soyuducu
Soyuducu - istilik tәcridinә malik olan kamerada yeməklərin saxlanması üçün tətbiq olunan elektrik qurğudur. Soyuducu demək olar ki, hər ailədə mövcuddur. Soyuducunun işləmə prinsipi istiliyi işçi kameradan götürüb xarici mühitə verən istilik nasoslarına əsaslanır. Həmçinin sənaye soyuducuları da mövcuddur. Onların kameraları yüzlərlə kubikmetr həcmində olur və iri kombinatlarda, yeməkxanalarda tətbiq olunurlar. Soyuducular iki tipə bölünürlər: qida məhsullarını saxlamaq üçün orta temperaturlu soyuducular və aşağı temperaturlu dondurucular. Son zamanlarda hər iki kameraları özündə kombinasiya edən soyuducular hazırlanır. İlk iki kameralı soyuducu "General Elektrik" tərəfindən hazırlanmışdır. ==== Tarixi haqqında ==== İçərisinə buz doldurulmuş, qida məhsullarını saxlamaq üçün tətbiq edilən soyuducu otaqlar hələ bir neçə min il əvvəl mövcud olsa da, ilk soyuducu qurğusu XIX əsrdə yaranır. Bu qurğu doldurulmuş buzun tez-tez dəyişdiirlməsini tələb edirdi.
Smart soyuducu
Smart soyuducu – soyuducu növü. == Smart soyuducu == Ağıllı soyuducu və ya İnternet soyuducu internetə qoşulmuş sensor ekranı olan və bəzən elementləri olan daxili virtual səs köməkçisi olan daxili kompüterin olduğu bir soyuducudur. İlk İnternet soyuducuları dot-com bumun zirvəsində meydana çıxdı, ilk modellər arasında LG Electronics-dən Digital Dios və Electrolux-dan Screen Fridge dir. == Hekayə == İlk internet soyuducuları baha idi(məsələn, LG-nin soyuducusu 8000$ qiymətindədir). Alış-verişə haqq qazandırmaq üçün İnternet soyuducuları müxtəlif proqramlarla, o cümlədən kabel televiziyasına çıxış, video telefon, media pleyer və s. Bəzi istehsalçılar ağıllı evə nəzarət etmək üçün soyuducuda mərkəzi server yerləşdirməyi, digərləri isə alış qiymətini azaltmaq üçün soyuducunun ekranında reklam yerləşdirməyi planlaşdırırdılar. Bununla belə, satışın ilk bir neçə ili son dərəcə uğursuz oldu və 2003-2005-ci illərdə əksər məişət texnikası istehsalçıları internet soyuducularının istehsalını dayandırdılar və ya artıq hazırlanmış və elan edilmiş modelləri bazara çıxarmağa başlamadılar. Uğursuzluqlara baxmayaraq, bir çox istehsalçı kommersiya baxımından uğurlu İnternet soyuducu modelini buraxmağa davam edir. Əsas problem odur ki, istehsalçıların İnternet soyuducularını təchiz etdiyi xüsusiyyətlərin əksəriyyəti, bir qayda olaraq, potensial alıcıların artıq malik olduğu digər cihazlardan - smartfonlar, planşetlərdən və noutbuklardan istifadə etməklə daha yaxşı yerinə yetirilir. Belə bir soyuducunun alınmasını əsaslandıra biləcək əsas funksiya - məhsulların mövcudluğuna və təzəliyinə nəzarət - mövcud texnologiya inkişafı səviyyəsi ilə onlar tərəfindən tam yerinə yetirilə bilməz.
Yağlayıcı-soyuducu mayelər
Yağlayıcı-soyuducu maye, YSM — əsasən metalların kəsmə və ya təzyiqlə emalı zamanı istifadə olunan müxtəlif maye tərkiblərin ümumiləşdirilmiş adıdır. Ən çox yayılmış YSM neft yağlarıdır (adətən, yeyilməyə və siyrilməyə qarşı aşqarlarla birlikdə) və onların 3-10%-li su emulsiyalarıdır. == YSM-lərin tətbiqi == Adından məlum olduğu kimi, YSM-lərin əsas funksiyaları soyutma və yağlamadır. Metalların müasir emal texnologiyaları və avadanlıq kəsmə, basma, yayma, qazma, cilalama və digər intensiv prosesləri həyata keçirməyə imkan verir. Yüksək gərginlik, yüksək statik və dinamik yüklər deformasiyaya uğrayan materialların qızmasına səbəb olur, bu da emalın keyfiyyətinin pisləşməsinə, avadanlıq və alətlərin korlanmasına gətirib çıxarır. YSM-ın tətbiqi emal zonasında temperaturu istilikdəyişmə, daha çox buxar əmələgəlmə hesabına münasib səviyyəyədək azaltmağa imkan verir. YSM-də yağlayıcı xassələrin olması emal zonasında sürtünməni, alətin yeyilməsini, siyrilməsini, emal olunan detal və alətlərin səthlərinin zədələnməsi ehtimalını xeyli azaldır. Ümumiyyətlə, YSM-dən istifadə texnoloji proseslərin intensivliyini və avadanlığın məhsuldarlığını artırmağa imkan verir. Müasir YSM-lər mürəkkəb fiziki-kimyəvi sistemlər ola bilər. Onların tərkibində korroziyaya, yeyilməyə və siyrilməyə qarşı aşqarlar, eləcə də biosidlərin olması mümkündür.
Söyüdlü
Söyüdlü (Xoy) — Söyüdlü (Başkeçid) — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid bələdiyyəsinin inzibati-ərazi vahidində kənd; Söyüdlü (Cəbrayıl) — Azərbaycanın Cəbrayıl rayonunda kənd; Söyüdlü (Gədəbəy) — Azərbaycanın Gədəbəy rayonunda kənd. Söyüdlü (Cəlilabad) — Azərbaycanın Cəlilabad rayonunda kənd. Söyüdlü (Şörəyel) — Şörəyel mahalında kənd. Böyük Söyüdlü — Azərbaycanın Oğuz rayonunda kənd. 5 oktyabr 1999-cu ildə ləğv olunmuşdur.Söyüdlü — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Ağin (Ani) rayonunda kənd. Söyüdlü — Gədəbəy rayonu ərazisində dağ. Söyüdlü çay — Kəlbəcər rayonu ərazisində çay. Söyüdlüdərə — Xanlar rayonu ərazisində dağ.
Ətirli söyüdgülü
Adi oleandr (lat. Nerium oleander) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin kəndirkimilər fəsiləsinin oleandr cinsinə aid bitki növü. == Təbii yayılması == Oleandrın vətəni — qərbdə Mərakeş və Portuqaliyadan şərqdə cənubi Çinə qədər quru və yarımquru subtropiklərin geniş zolağıdır. Təbii halda Aralıq dənizi sahili ölkələrində, Yaponiyada və Hindistanda yayılan 3 növü məlumdur. == Botaniki təsviri == Hündürlüyü 6 m olan həmişəyaşıl kol və ya kiçik ağacdır. Budaqlanan gövdələri qonur rəngli, yumru qabıqlarla örtülmüşdür. Yarpaqlarının uzunluğu 12 sm olub, neştərvari formalı, bozumtul-yaşıl rənglidir, üzbəüz və ya dəstələrdə 3-4 ədəd lansetvari və ya xətvari, kənarları bütöv və ya oyuqlu, qısa saplaqda, çılpaq, dərili, açıq orta damarcıqlıdır. Çiçəkləri parlaq, iri, beşləçəkli, qalxanvari çiçək qruplarında yerləşmişdir. Yayda çiçəkləyir. Əsasən toxumla, qələmlə, pöhrələrlə çoxaldılır.
Böyük Söyüdlü
Böyük Söyüdlü — Azərbaycan Respublikasının Oğuz rayonunun Böyük Söyüdlü kənd inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Oğuz rayonunun Böyük Söyüdlü kənd inzibati-ərazi vahidi tərkibindəki Bala Söyüdlü kəndi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır. == Tarixi == Bu kənd Böyük Söyüdlü kənd inzibati ərazi dairəsinin mərkəzidir. Rayon mərkəzindən 30 km cənubda, Qəbələ-Oğuz şose yolundan 15 km solda, Türyançayın sağ sahilindən 6 km aralıda, Daşüz silsiləsinin ətəyindədir. Dəniz səviyyəsindən hündürlüyü 500 metrdir. Böyük Söyüdlü türk mənşəli etnotoponimdir. Uyğurların oğuz–türk qrupuna mənsub bir tayfası "söyüd" adlanmışdır. Kürdəmir, Gədəbəy, Cəbrayıl, Neftçala rayonları ərazisindəki Söyüdlü, Söyüdlər adlı kəndlər də həmin etnonim ilə əlaqədardır. Söyüd(t) tayfasının Oğuz rayonunda məskunlaşma tarixi məlum deyil. Kənd Böyük Söyüdlü və Bala Söyüdlü adlanan iki kənddən ibarət olmuşdur.
Söyüdlü (Başkeçid)
Söyüdlü — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. == Fiziki-coğrafi oçerk == Söyüdlü kəndi Qaraxaç silsiləsinin şərq yamaclarında, rayon mərkəzindən şimal-qərbdə, dəniz səviyyəsindən 1600-1630 metr yüksəklikdə yerləşir. Coğrafi cəhətdən rayonun Yuxarı Qarabulaq, Məmişlər, Gödəkdağ və Qəmərli kəndləri ilə qonşudur. Yırğançay və Məmişlər kimi Söyüdlü də bölgənin ən hündür dağ kəndlərindən biridir. Kəndə yüksək alp çəmənliklərinə xas olan sərt iqlim şəraiti səciyyəvidir. == Əhali == 2002-ci ildə Gürcüstanda keçirilmiş əhali siyahıyaalmasının nəticələrinə əsasən Söyüdlü kəndində hamısı etnik azərbaycanlılardan ibarət olmaqla 27 nəfər sakin yaşayır. Sakinlərin 13 nəfəri kişilər, 14 nəfəri isə qadınlardır. == Təsərrüfatı == Yüksək dağ kəndi olan Söyüdlü mühüm heyvandarlıq zonasıdır. Ətlik-südlük maldarlıq, ətlik-yunluq qoyunçuluq və gecyetişən kartofçuluq inkişaf etmişdir.
Söyüdlü (Borçalı)
Söyüdlü — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. == Fiziki-coğrafi oçerk == Söyüdlü kəndi Qaraxaç silsiləsinin şərq yamaclarında, rayon mərkəzindən şimal-qərbdə, dəniz səviyyəsindən 1600-1630 metr yüksəklikdə yerləşir. Coğrafi cəhətdən rayonun Yuxarı Qarabulaq, Məmişlər, Gödəkdağ və Qəmərli kəndləri ilə qonşudur. Yırğançay və Məmişlər kimi Söyüdlü də bölgənin ən hündür dağ kəndlərindən biridir. Kəndə yüksək alp çəmənliklərinə xas olan sərt iqlim şəraiti səciyyəvidir. == Əhali == 2002-ci ildə Gürcüstanda keçirilmiş əhali siyahıyaalmasının nəticələrinə əsasən Söyüdlü kəndində hamısı etnik azərbaycanlılardan ibarət olmaqla 27 nəfər sakin yaşayır. Sakinlərin 13 nəfəri kişilər, 14 nəfəri isə qadınlardır. == Təsərrüfatı == Yüksək dağ kəndi olan Söyüdlü mühüm heyvandarlıq zonasıdır. Ətlik-südlük maldarlıq, ətlik-yunluq qoyunçuluq və gecyetişən kartofçuluq inkişaf etmişdir.
Söyüdlü (Cəbrayıl)
Söyüdlü — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Cəbrayıl rayonunun Söyüdlü kəndi Dağ Tumas kənd Sovetinin tərkibində rayonun yaşayış məntəqələri siyahısına daxil edilmiş, Dağ Tumas kənd Sovetindən Qazanzəmi kənd Sovetinin tərkibinə verilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. Kənd 2020-ci ildə işğaldan azad olunub. == Toponimikası == Bu adda Cəlilabad və Gədəbəy rayonlarında da kənd adları mövcuddur. == Əhalisi == === Tanınmış şəxsləri === Zahid Quliyev — müğənni, aktyor. == İqtisadiyyatı == Kənd əhalisinin əsas məşğuliyyətini heyvandarlıq təşkil edib.
Söyüdlü (Cəlilabad)
Söyüdlü (əvvəlki adı: Nəftəluq) — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 27 mart 2001-ci il tarixli, 110-IIQ saylı Qərarı ilə Cəlilabad rayonunun Svetlaya Zarya kənd inzibati ərazi dairəsi tərkibindəki Nəftəluq kəndi Söyüdlü kəndi adlandırılmışdır. == Toponimikası == Yaşayış məntəqəsi XIX əsrdə müxtəlif yerlərdən gəlmiş ailələrin Nəftəluq adlanan yerdə məskunlaşması nəticəsində yaranmışdır. Yerli əhalinin məlumatına görə, keçmişdə tuluqlara doldurulmuş neft dəvələrlə gətirilib burada satılırdı. Bu fikrə əsaslanan tədqiqatçılar oykonimin neft və tuluq sözlərindən ibarət olduğunu bildirirlər. Başqa bir fikrə görə isə, oykonim neft sözü və məkan bildirən -luq şəkilçisindən (-ə bitişdirici saitdir) ibarət olub, "neftli yer" mənasındadır. Kəndin adı 2001-ci ildə dəyişdirilərək Söyüdlü (söyüd ağacları çox olan yer) adlandırılmışdır. == Coğrafiyası və iqlimi == Kənd Lənkəran ovalığında yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 880 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Söyüdlü (Gədəbəy)
Söyüdlü — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. == Tarix == Söyüdlü kəndi qədim tarixə malikdir. Burada VII–VIII əsrlərə aid Qız qalası, Qədim Albaniya dövrünə aid Mahrasa məbədi kimi abidələr mövcuddur. SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycanın müstəqilliyi bərpa olunandan sonra kənd 1993-cü ildən Gədəbəy rayonunun tərkibində ərazi vahidi yaradılmış eyniadlı inzibati ərazi vahidində yerləşir. 2023-cü ilin iyununda bir qrup şəxs kənd ərazisində inşa olunan süni gölün (qızıl mədəninin çökdürücü hövzəsi) tikintisinə müdaxilə edərək etiraz aksiyası keçirmişdirlər, nəticədə, polislərlə kəndlilər arasında qarşıdurma yaşanmışdır. == Toponimika == Kəndin keçmiş adı Mollahasanlı olmuşdur. Yerli məlumata görə, yaşayış obyektini əslən naxçıvanlı olan və bir müddət Türkiyədə yaşadıqdan sonra buraya köçmüş Kor Orucəli (ona görə də bu kəndə el arasında Korlar da deyilmişdir) və onun oğlu Molla Hasan köhnə kənd yerində salmışdır. XX əsrin əvvəllərində ətrafdakı Abdullauşağı, Qaraqoyunlu, Qurdulu və Mollalı adlı kəndlər də buraya köçmüş və öz adlarını məhəllə adlannda saxlamışlar. Oykonim kəndin salındığı yerdə söyüd ağaclarının olmasını əks etdirir. == Mədəniyyət == Söyüdlü kəndinin 1 ümumtəhsil məktəbi, 1 uşaq baxçası, 1 kitabxana və 1 mədəniyyət evi vardır.
Söyüdlü (Xoy)
Söyüdlü (fars. سگتلو‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 80 nəfər. yaşayır (24 ailə).
Söyüdlü (Şörəyel)
Söyüdlü - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Ağin (Ani) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 7 km məsafədə, Qaranqu çayının sol tərəfində yerləşir. Toponim oğuz tayfalarından olan söyüdlü etnonimi əsasında formalaşan etnotoponimdir. Quruluşca düzəltmə toponimdir. Erm. SSR AS RH-nin 2.III.1940-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Sarnaxpyur (Soyuqbulaq) qoyulmuşdur.
Söyüdlü bələdiyyəsi
== Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Söyüdlü arx
Söyüdlü arx- kitabı İlyas Əfəndiyev tərəfindən yazılmışdır. Roman 1958-ci ildə dərc olunub. == Haqqında == İlyas Əfəndiyev yaradıcılığa lirik ruhlu hekayələrlə başlayıb və 1939-cu ildə onun "Kənddən məktublar" adlı beş hekayədən ibarət ilk kitabı çıxıb. Gənc yazıçının şirin, lirik, dəqiq və ifadəli nəsr dili, cazibədar təhkiyə tərzi ilk yazılarından diqqəti çəkib."Söyüdlü arx" (1958) romanının əsas qəhrəmanı, şəhərdən kəndə işləməyə gəlmiş Nuriyyə xanım gənc aktirasıdır, lakin əsərin süjetində yenilik ondadır ki, Nuriyyə ancaq kənddə mədəni quruculuqla məşğuldur, kitabxana müdiridir. O, burada dram dərnəyi təşkil edir, cavanları kitabxanaya cəlb edir. Təsərrüfat məsələlərində yenilikçilərlə mühafizəkarlar arasında konfilikt Söyüdlü arxın uzadılması problemiylə bağlıdır və mübahisələr kəndin rəhbər işçiləri arasında gedir. Romanın uğur qazanmasında əsas rolu Nuriyyənin mədəniyyət sahəsində fəaliyyəti yox, onun mənəvi aləmi, şəxsi həyatı oynayır. Yazıçı qəhrəmanın həyatının bu tərəflərinə xüsusi diqqət yetirir.Roman birinci şəxsin-Nuriyyənin dilindən, onun xatirələri kimi verilir. Nuriyyə altı il ərzində sevib ürəyində gəzdirdiyi Murada təsadüfən rast gəlir, lakin onun ailəsi olduğunu bildikdə nəcib qız sevgisini qəlbinin dərinliyində basdırmağa qərar verir. Romanın sonunda bu gözəl təbiətli qadın, nəhayət ki, öz taleyini tapır və əsər nikbin sonluqla bitir.
Söyüdlü hadisələri
Söyüdlü (Duzluca)
Söyüdlü — Türkiyənin İğdır ilinin Duzluca ilçəsində kənd. == Tarixi == Kənd 1901-ci ildən eyni addadır.
Arktika söyüdü
Arktika söyüdü (lat. Salix arctica) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü.
Avstraliya söyüdü
== Təbii yayılması == Avropada, Qərbi Asiyada təbii halda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 15-20 m-ə, gövdəsinin diametri 1 m-ə çatan ağac və ya kol bitkisidir. Çətri şarşəkilli, salxımvaridir. Qabığı külvarı, dərin çatlıdır. Budaqları düz, bir qədər əyilmiş, çılpaq, parlaq, qırmızımtıl və ya yaşımtıl göy rəngdədir. Yarpaqları çılpaq, nazik, uzunluğu 5-7 ,5 sm, eni 1,2 sm, yumurtavari, lansetvari, parlaq, kənarları dişlidir. Tumurcuqları tünd-qonur rəngli, bir qədər uzun, əyilmişdir. Sırğaları yarpaqlarla eyni vaxtda əmələ gəlib, uzunluğu 4-5 sm, meyvələrdə dişi sırğalar isə 6-7 sm uzunluğa çatır. İri sırğaları qırmızımtıl rəngli olub dekorativ görünüşlüdür. Kasacıqları sarımtıl- yaşıl və ya açıq sarı rənglidir.
Bebb söyüdü
Bebb söyüdü (lat. Salix bebbiana) — söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü.
Cənub söyüdü
== Təbii yayılması == Avropada, Qərbi Asiyada təbii halda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 15-20 m-ə, gövdəsinin diametri 1 m-ə çatan ağac və ya kol bitkisidir. Çətri şarşəkilli, salxımvaridir. Qabığı külvarı, dərin çatlıdır. Budaqları düz, bir qədər əyilmiş, çılpaq, parlaq, qırmızımtıl və ya yaşımtıl göy rəngdədir. Yarpaqları çılpaq, nazik, uzunluğu 5-7 ,5 sm, eni 1,2 sm, yumurtavari, lansetvari, parlaq, kənarları dişlidir. Tumurcuqları tünd-qonur rəngli, bir qədər uzun, əyilmişdir. Sırğaları yarpaqlarla eyni vaxtda əmələ gəlib, uzunluğu 4-5 sm, meyvələrdə dişi sırğalar isə 6-7 sm uzunluğa çatır. İri sırğaları qırmızımtıl rəngli olub dekorativ görünüşlüdür. Kasacıqları sarımtıl- yaşıl və ya açıq sarı rənglidir.
Keçi söyüdü
Keçi söyüdü və ya kolvari söyüd (lat. Salix caprea) — Söyüd fəsiləsindən bitki cinsi. == Botaniki təsviri == Bu növə Bədmüşk də deyilir. Boyu 18 m-ə və diametri 60 sm çatan ağac və ya koldur. Qabığı yaşılımtıl boz və hamardır. Yaşlı gövdələrinin qabığı qaramtıl və uzununa dərin çatlıdır. Zoğları yoğun, bozumtul yaşıl və tumurcuqları iridir. Yarpaqları qalın, iridir, 11-18 sm uzunluqdadır. Enli-yumurtavari, azacıq qarışıqlıdır, kənarı dalğavari dişlidir. Üstdən tünd-yaşıl, altdan sıx ağımtıl saçaqlı tükcüklüdür, yan damarları 6-9 cüt olub aydın seçilir.
Kuznetsov söyüdü
Kuznetsov söyüdü (lat. Salix kuznetzowii) — söyüdkimilər fəsiləsinə aid bitki növü.IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir –VU D2. Qafqazın nadir, endemik növüdür. == Qısa morfoloji təsviri == Hündürlüyü 6–7 m olan koldur. Yаşlı budаqlаrı çılpаq, cаvan zoğlаrı ağ, sıx, tərs yumurtavarıdır. Dişicik çiçəkləri silindr-varı və nisbətən uzundur. Qоnur rəngli çılpаq budаqlаrı оlаn hündür koldur. Cаvan budаqlаrı ağ, keçə tüklüdür. Qаbığı soyulmuş оduncağı hamardır, düyünləri yoxdur. Tumurcuqlarının uzunluğu 5 mm-ə qədərdir, rəngləri qonurdur, çılpаq və yа tüklüdür.
Misir söyüdü
== Ümumi yayılması: == Orta Asiya (Kopetdağ), Türkiyə, İran, İraq, Əfqanıstan və Pakistanda təbii аrеаllаrı vardır. == Azərbaycanda yayılması: == Quba rayonunda, Talışda, Kür-Araz ovalı-ğında, Qarabağ və Naxçıvan MR-nın dağlarında təbii halda yayılmışdır. == Statusu: == Azərbaycanın nadir bitkisidir. NT. == Bitdiyi yеr: == Orta dağ qurşağınadək rütubətli meşələrdə çay və suların kənarlarında, dərələrdə yayılmışdır. == Təbii ehtiyatı: == Azərbaycanda arealı geniş deyildir. == Bioloji xüsusiyyətləri: == Təbiətdə hündürlüyü 4-6 m olan hündür kol və ya ağacdır. Bitkinin budaqlаrı qaramtıl-qоnur və ya boz rəngli olub, sıx tük-lüdür. Qabığı soyulmuş oduncağında düyünlər vardır. Tumurcuqları iri olub, 0,7-0,9 sm uzunluğundadır və tüklüdür. Yarpaqlarının uzunluğu 1 sm-ə qədər olur.
Riçardson söyüdü
Riçardson söyüdü (lat. Salix richardsonii) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü. == Yayılması == Arealı əsasən Anadır və Şimali Amerikanı əhatə edir. Su tutarlarının yaxınlığında geniş yayılırlar. == Botanik xüsusiyyətləri == Bitki 1–2,5 metr hündürlüyə malikdir. Yarpaqları 2,5–3 sm uzunluğa, 0,7 sm enə malikdir.