Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Subaldırğanı
Subaldırğanı (lat. Cicuta) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi. Çoxillik su, yaxud bataqlıq bitkisidir. Lələkşəkilli yarpaqları uzun saplaqlıdır. Xırda ağ çiçəkləri mürəkkəb çətirdə yerləşir. Meyvəsi dəyirmidir. Əsasən, Şimali Amerikada 10 (başqa məlumata görə 20-dək) növü var. Ən zəhərli bitkilərdən biridir. Payızda və yazda onunla qidalanan ev heyvanlarının (qaramal, qoyunlar) zəhərlənməsinə səbəb olur.
Zəhərli subaldırğanı
Zəhərli subaldırğanı (lat. Cicuta virosa) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin subaldırğanı cinsinə aid bitki növü.
Albov baldırğanı
Albov baldırğanı (lat. Heracleum albovii) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin baldırğan cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir - VU D2. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Yarpaqları yumurtavaidir, ikər-lələklidir, hər iki üzü bozumtul tükcüklüdür, kənarları sərt dişciklidir. Çətir şüaları 20-25 ədəddir, tükcüklüdür, müxtəlifdir. Çiçəkləri sarımtıl-ağ rəngdədir, az böyümüşdür. Meyvəsi ellipsvari, çılpaqdır, uzunluğu 6–7 mm-dir. == Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri == Çiçəkləmə iyul-avqust, meyvəvermə avqust-sentyabr aylarına təsadüf edir.
Sibir baldırğanı
Sibir baldırğanı (lat. Heracleum sibiricum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin baldırğan cinsinə aid bitki növü.
Sosnovski baldırğanı
Hündürlüyü 1-1,5 m-ə qədər, gövdəsi dərin şırımlı, pərdəyəoxşar tükcüklərlə örtülmüş olan ikiillik və ya çoxillik hündür iri ot bitkisidir. Aşağı yarpaqları iridir, saplaq üzərində üçər bölünmüş seqmentlərlədir, nadir hallarda lələkvari bölünmüş 2 cüt seqmentlərin; yan seqmentləri yumurtaşəkillidir, kənarları qeyri-bərabərdir, 3-5 bölümlü yumurtavari iti dişli paylara kəsilmişdir, son seqmentləri dəyirmidir, 3 müstəqil yumurtavari bölümlü kəsilmiş dişli payları vardır; yuxarı yarpaqları qını genişləndiyinə görə kiçilmişdir. Yarpaqlar üst tərəfdən çılpaq, alt tərəfdən az yumşaq tükcüklərlə örtülmüşdür. Çətiri çoxşüalıdır, iridir. Sarğı yarpaqları və qın xətvari-sapşəkillidir, çətircikdən qısadır. Çiçəkləri ağ rənglidir, çətirdəki kənar çiçəklər böyümüşdür. Əksinəyumurtaşəkilli və yaxud ellipsvari olub, uzunluğu (7) 10–13 mm, eni 6–9 mm, arxa hissədə seyrək uzun tüklü, kənarları adətən qısa tikanabənzər tüklərlə örtülmüşdür. İyul-Avqust Avqust-Sentyabr BQ (Quba), BQ şərq. BQ qərb. Orta və yuxarı meşə zolaqlarında.