Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Konsul-suffekt
Roma konsulu — Qədim Romada ali magistraturadan biri. İki nəfər olub, bir illiyə seçilirdi. İki konsul kollegiyası Məğrur Tarkvini qovulduqdan sonra (e.ə. 510–509) təsis edilmişdi. Əvvəllər yalnız patrisilərdən, e.ə. 367–366 illərdən isə həm də plebeylərdən seçilirdi. Konsullar ali mülki və hərbi hakimiyyətə malik idilər; fövqəladə vəziyyətdə senat konsula qeyri-məhdud hüquqlar verirdi. İmperiya dövründə konsul fəxri titula çevrildi. Konsul Qədim Romada maqistrat. Adətən iki konsul seçilirdi.
Tit Flavi Sabin (konsul-suffekt, 72-ci il)
Tit Flavi Sabin (lat. Titus Flavius Sabinus; 30-cu illər, Roma – bilinmir, Roma) — Qədim Roma siyasi və hərbi lideri, imperator Vespasianın qardaşı oğlu. Flavilər sülaləsindəndir. Atası Tit Flavi ​​Sabin 47-ci ildə konsul-suffekt olmuşdur, anası isə Arresina Klementina idi. İmperator Neronun ölümündən sonra hakimiyyət uğrunda mübarizədə fəal iştirak etdi. O, atası ilə birlikdə Otonu dəstəkləmişdir. 69-cu ilin mayında Neronun dövründə bu vəzifəyə təyin edilmiş Qney Arulen Seli Sabin ilə birlikdə konsul-suffekt olmuşdur. Onun oğulları 82-ci ildə konsul olmuş Tit Flavi ​​Sabin və 95-ci ildə konsul olmuş Tit Flavius ​​Klement idi.