Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sulfolaşma reaksiyası
Sulfolaşma reaksiyası – üzvi birləşmələrin molekuluna sulfoqrupun daxil etmə prosesinə deyilir. Aromatik karbohidrogenlərin sulfolaşması reaksiyasında əsasən sulfat turşusu, oleum və SO3 – dən istifadə olunur. Sulfat turşusu ilə sulfolaşma prosesi dönən prosesdir: ArH + H2SO4 → ArSO2OH + H2O Aromatik karbohidrogenlərin sulfolaşması aromatik nüvədə tipik elektrofil əvəzetmə reaksiyasına aiddir. Reaksiya həm buxar, həm də maye fazada həyata keçirilir (həlledicilər: SO2, ССl4 və s.). Reaksiya ilkin turşuda olan və sulfolaşma reaksiyası zamanı alınan su ilə tormozlanır. Güman edilir ki, aromatik nüvəyə birbaşa təsir edən agent SO2OH+ ionudur. 2H2SO4 ←→HSO4- + H3SO4+←→HSO4- + SO2OH + H2O Sulfat turşusunun iştirakı ilə aparılan sulfolaşma prosesində əlavə məhsulların miqdarı çox az olur və əsasən də onun oksidləşdirici təsiri ilə müəyyən olunur. Aromatik birləşmələrin oleumla reaksiyası iki mərhələdə baş verir. Birinci mərhələ artıq olan sulfat anhidridinin çevrilməsi baş verir. ArH+ H2SO4+SO3 ←→ ArSO2OH+H2SO4 Bu reaksiya dönməyən və yüksək ekzotermikdir.