Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Suratın mühasirəsi
Surat şəhərinin mühasirəsi , Surata (ing. Surat, qüc. સુરત — Hindistanın Qucarat ştatında şəhər) sığınan Seydi Əli Rəisin komandanlığı altındakı Osmanlı donanmasını təqib edən Portuqaliya donanmasının şəhərə hücum etməsi ilə meydana gəlmişdir. Türk donanması, Seydi Əli Rəisin komandanlığı ilə 1554-cü il iyulun 2-də Bəsrədən Süveyşə getmək üçün yola düşdü. 9 avqustda Hörmüzdə, 25 avqustda Maskatda Portuqaliya donanmasını devirdi. Ərəbistan dənizinin sahillərində, "fil tufanı" adlı qasırğaya tutulan donanma, 10 gün ərzində Qücərat sahillərinə çatdı. Donanma Daman limanında olarkən Məlik Əsəd, Seydi Əli Rəisə 87 hissədən ibarət Portuqaliya donanmasının onun arxasında olduğunuzu bildirəndə Türk donanması daha etibarlı olan şimaldakı Surata sığındı. Suratda sahilə gələn Seydi Əli Rəis yerli xalqın və rejimin dəstəyi ilə qalanı müdafiə etməyə başladı. Gəmilərdən atılan atəş nəticəsində bir nəticə ala bilməyən Portuqaliya donanması, əsgərləri sahilə çıxararaq şəhəri mühasirəyə aldı. Yerli əhalidən kömək edənlər olduğu kimi düşmənlə birlik olanlarda var idi və mühasirə təxminən iki ay davam etdi.
Hacı Muradın nəşinin oğurlanması
Hacı Muradın nəşinin oğurlanması — Azərbaycanın Qax rayonunda dəfn edilmiş Şeyx Şamilin naibi Hacı Muradın sümüklərinin oğurlanması hadisəsi. Hadisənin 31 may 2019-cu il tarixində baş verdiyi ehtimal edilir. Çıxarılmış qalıqlar, iyunun 2-də öz vətənində Dağıstanın Xunzax rayonunda dəfn edilməsi haqda məlumatlar yayılıb. Azərbaycanın rəsmi dövlət orqanları bununla bağlı bir bəyanat verməsələrdə, Hacı Muradın məzarının yanında təxminən 1 metrə yaxın daş döşəmənin sökülməsi, orada qazıntı aparılması iddianın əsassız olmadığını göstərir. == Təkrar dəfn == Hacı Murad 5 may 1852-ci ildə Qaxın Tanqıt kəndi yaxınlığında kazaklar tərəfindən mühasirəyə alınır. 11 saatlıq döyüşdən sonra Hacı Murad və silahdaşları öldürülür. Hacı Muradın başı kəsilərək Tiflisə canişin Y.Vorontsova göndərilir. Bir müddət Tiflis yanğınsöndürmə deposunda saxlanılan baş sonradan Çar I Nikolayın əmri ilə görkəmli rus anatomu və cərrahı N.N.Piroqova göndərilir. N.N.Piroqov tərəfindən mumiyalandıqdan sonra başı Sankt-Peterburq Hərbi-Tibb Akademiyasının muzeyində nümayiş etdirilir. Uzun illər Hacı Muradın kəlləsinin Azərbaycanda olan məzarında basdırılma məsələsi müzakirə olunur.
Aişə Sultan (III Muradın qızı)
Aişə Sultan (1568, Manisa vilayəti – 15 may 1605, Konstantinopol) — Osmanlı padşahı III. Muradın və Hasəki Safiyə Sultanın ən böyük və ən sevimli qızlarıdır. == Həyatı == 1570-ci ildə III. Murad və Safiyə Sultanın Şahzadə Mehmeddən sonrakı ilk övladı olaraq Manisa Sarayında dünyaya gəldi. 15 dekabr 1574-cü ildə atasının taxta keçməsiylə İstanbula gətirildi. Hərəmxananın həqiqi qurucusu qəbul edilən III. Murad anasının vəfatından sonra bir müddət Köhnə Sarayda yaşadı və bu müddət ərzində Memar Sinana Topqapı Sarayı üçün yeni bir hərəmxananın tikilməsi üzrə əmr verdi. 1585-ci ilin avqust ayında III. Murad Baş Hasəkisi Safiyə Sultan, hasəkiləri Mehriban, Nazpərvər, Şahuban, Fəxriyə Sultanlar və şahzadələri ilə birlikdə yeni hərəmxanaya köçdü. Aişə Sultanın ilk nikahı 1586-cı ilin may ayında Vəzir İbrahim Paşa ilə məhz bu sarayda bağlandı. Bu evlilikdən sonra Aişə Sultan saray daxilində güc qazandı. Aişə Sultan atasının ən sevdiyi qızı idi. Bunun iki səbəbi vardı: anasının Safiyə Sultan olması, ikincisi isə III. Muradın ilk qızı olması. 1595-ci ildə atası vəfat etdi və yerinə qardaşı III. Mehmed taxta keçdi.
Ayşə Sultan (III Muradın qızı)

Fatma Sultan (III Muradın qızı)
Fatma Sultan (Osmanlıca: فاطمة سلطان) (d. 1574 - ö. 1620) — 12-ci Osmanlı sultanı III Muradın qızı. == Həyatı == Fatma Sultan 1574-ci ildə Manisada dünyaya gəlmişdir. Atası o illərdə Manisa sancaqbəyi olan III Murad, anası isə Safiyə Sultandır. 8 dekabr 1593-cü ildə atasının istəyilə dövrün Anadolu bəylərbəyi Xəlil Paşayla evləndi. Toy mərasimi Köhnə sarayda keçirildi. Tarixçi Mustafa Əfəndi və Xoca Sadəttin Əfəndinin qeydlərinə görə, 7 gün davam edən möhtəşəm toy mərasimində əhaliyə ovuc-ovuc qızıl paylandı. Qırmızı tül pərdəli kəcavəylə ərinin sarayına aparılan Fatma Sultana mehr olaraq 300 min qızıl pul hədiyyə verilmişdi. Toy mərasimi səbəbilə divan üzvlərinə 7 gün boyunca davam edən mükəmməl ziyafət verildi.
Fatma Sultan (II Muradın qızı)
Fatma Sultan (d. 1430, Ədirnə - ö. ?) - 6. Osmanlı padşahı II Muradın qızı və Fateh Sultan Mehmedin böyük bacısıdır. == Həyatı == 1430 tarixində II Muradın üçüncü qızı olaraq dünyaya gəldi vəatasının vəzirlərindən Zağanos Paşa ilə evləndirilmişdir. Vəfat tarixi və səbəbi bilinmir. Ölümünün ardından Bursada atası II Muradın yanına dəfn edilmişdir.
Fatma Sultan (V Muradın qızı)
Fatma Sultan (19 iyun 1879, Konstantinopol – 20 noyabr 1932, Sofiya) — 33. Osmanlı sultanı V Muradın qızıdır. == Həyatı == Fatma Sultan 19 iyun 1879-cu ildə atası Sultan Muradın taxtdan endirilişinin ardından həbs tutulduğu Çırağan sarayında dünyaya gəldi. Anası isə onun gürcü əsilli xanımı Rəzan Qadınəfəndidir. Gənclik illəri ailəsiylə birlikdə Çırağan sarayında keçən Fatma Sultan bu illər ərzində mükəmməl saray təhsili aldı. Atası və ögey anası Gövhəriz xanımdan fransızca dərsləri aldı. Ancaq 1903-cü ildə bacısı Aliyə Sultan, ertəsi il isə atası Sultan Muradın vəfatının ardından anası Rəzan xanım ağır böhran keçirdi. Bu səbəblə uzun illərdir həbs tutulan ailə azadlığa buraxılsa da, Fatma Sultan və anası Çırağan sarayında yaşamağa davam etdilər. Ancaq çox keçmədən, 1907-ci ildə əmisi Sultan Əbdülhəmid onu Bursalı məşhur Qaracəhənnəmzadə ailəsindən Faiq bəyin oğlu Rafiq İris bəylə evləndirdi. 29 iyul 1907-ci ildə Yıldız sarayında baş tutan toy mərasiminin ardından və Fatma Sultan anasıyla birlikdə Bursaya göndərildi.
Fəxriyə Sultan (III Muradın qızı)
Fəxriyə Sultan (? — 1641) — III Muradın qızıdır. 1613-cü ildə Çuxadar Əhməd Paşayla evləndi sonra 1619-cü Sofu Bayram Paşa ilə evləndirildi. Fəxriyə Sultan 1641 tarixində vəfat etdi. Sultan Murad türbəsinə dəfn edildi.
Hümaşah Sultan (III Muradın qızı)
Hümaşah Sultan (1580) — Osmanlı sultanı III Muradın qızı. == Həyatı == Hümaşah Sultanın Manisada doğulduğu bilindiyi üçün onun Səfiyyə Sultanın qızı olduğu təxmin edilir. Lakin onun nə doğum və vəfat tarixi, nə dəqiq adı, nə də ərinin kim olduğu aydın deyil. Osmanlı yazıçısı Entoni Alderson onu "Hüma" adlandırır və qeyd edir ki, o, ardıcıl olaraq Lalə Qara Mustafa Paşa (Sokolloviç) və Nişar Mustafazadə Mehmed Paşa ilə evli olub. == Mədniyyətdə == Hümaşah Türk tarixi dram teleserialı olan "Möhtəşəm Yüz İl Kösəm"-də III Murad və Səfiyyə Sultanın qızı olaraq təsvir edilmişdir. Rolu türkiyəli aktrisa Vildan Atasever canlandırıb. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Alderson. The Structure of the Ottoman Dynasty (PDF) (ingilis). Oksford: Clarendon Press. 1956.
Mihrimah Sultan (III Muradın qızı)
Mihrimah Sultan (d. 1579 - ö. ?) — Osmanlı sultanı III Muradın qızı. Mihrimah Sultan 1579-cu ildə Topqapı sarayında doğulmuşdur. Anası Safiyə Sultan olsa da, bəzi mənbələrdə yalnışlıqla Şəmsiruhsar Xatun olaraq göstərilir. Adını atasının yenicə vəfat etmiş bibisi Mihrimah Sultandan aldığı bilinir. Hələ 16 yaşında ikən atası vəfat etmiş, qardaşı III Mehmed taxta çıxmışdır. Qardaşının səltənətində evli olub-olmadığı məlum deyil. İlk evliliyinin 21 fevral 1613-cü ildə Miraxur Əhməd Paşayla baş tutduğu bilinsə də, bəzi mənbələrdə Əhməd Paşayla 1599-cu ildə artıq evli olduğu qeyd edilir. Paşanın 1618-ci ildə vəfat etməsiylə, Mihrimah Sultan elə həmin il Çərkəz Mehmed Paşayla evləndirildi.
Ruqiyə Sultan (IV Muradın qızı)
Ruqiyə Sultan (1639, Topqapı sarayı – 1716, Konstantinopol) — 17. Osmanlı sultanı IV Muradın qızı. Ruqiyə Sultan 1639-cu ildə Topqapı sarayında dünyaya gəldi. Atası Sultan Murad, anası isə Hasəki Ayşə Sultandır. Hələ 1 yaşında ikən atası vəfat etdi və əmisi Sultan İbrahimin taxta çıxmasıyla Ruqiyə Sultan nənəsi Validə Kösəm Sultanın, onun 1651-ci ildə öldürülməsindən sonra isə Validə Turhan Sultanın himayəsinə verildi. Validə Turhan Sultanın istəyilə 1663-cü ildə vəzir Mələk İbrahim Paşayla nigahlanan Ruqiyə Sultanın bu nigahdan 2 qızı dünyaya gəldi. Ərinin 1685-ci ilin dekabrında edam edilməsinin ardından çox yaşamayan Ruqiyə Sultan 1696-cı ilin martında vəfat etdi və cənazəsi Sultan Əhməd türbəsinə atasının yanına dəfn olundu. Ayşə xanım Sultan (ö. 1717) Fatma xanım Sultan (ö. 1727) — 1698-ci ildə Şam bəylərbəyi Bığlı Mehmed Paşayla nigahlandı.
Safiyə Sultan (IV Muradın qızı)
Safiyə Sultan (1634, Topqapı sarayı – 1685, Konstantinopol) — 17. Osmanlı sultanı IV Muradın qızı. Safiyə Sultan 1634-cü ildə Topqapı sarayında dünyaya gəldi. Atası Sultan Murad, anası isə Hasəki Ayşə Sultandır. Hələ 6 yaşında ikən atası vəfat etdi və əmisi Sultan İbrahimin taxta çıxmasıyla Safiyə Sultan nənəsi Validə Kösəm Sultanın, onun 1651-ci ildə öldürülməsindən sonra isə Validə Turhan Sultanın himayəsinə verildi. Validə Turhan Sultanın istəyilə 1659-cu ildə vəzir Abxaz Siyavuş Paşanın oğlu Sarı Hüseyn Paşayla (ö. 2 mart 1688) nigahlanan Safiyə Sultanın bu nigahdan 2 övladı dünyaya gəldi. Safiyə Sultan 1685-ci ildə doğuş əsnasında vəfat etdi və cənazəsi Sultan Əhməd türbəsinə atasının yanına dəfn olundu. Sultanzadə Mehmed Rəmzi bəy (d. 1660 — ö.
Xədicə Sultan (V Muradın qızı)
Xədicə Sultan (4 may 1870, Konstantinopol – 13 mart 1938, Beyrut) — 33. Osmanlı sultanı V Muradın qızı. Xədicə Sultan 4 may 1870-ci ildə atasının Kadıköydəki köşkündə dünyaya gəldi. Atası Sultan Əbdüləziz dönəminin vəliəhdi Murad Əfəndi, anası isə onun üçüncü xanımı Şayan Qadınəfəndidir. Ancaq saray ənənələrinə görə, vəliəhdin yalnız bir övladının olmasına icazə verilirdi. Şahzadə Muradın isə artıq bir oğlu dünyaya gəlmişdi - Səlahəddin Əfəndi. Bu səbəblə Validə Pərtəvniyal Sultan hamiləliyin ləğv edilməsi üçün saraya həkim yollamış, Şahzadə Murad isə əməliyyatın saraydan kənarda baş tutması üçün Sultan Əbdüləzizdən xüsusi icazə almışdı. Nəticədə həkim Emin Paşanın evinə aparılan anası Şayan xanıma burada xüsusi hazırlanan bir dərman verildi və guya övladını itirməsi haqqında saxta bir raport hazırlanaraq Sultan Əbdüləzizə göndərildi. Ardından vəliəhdin Kadıköydəki köşkündə yaşamağa başlayan Şayan xanım Xədicə Sultanı burada dünyaya gətirdi və atası taxta çıxanadək balaca Xədicə doğulduğu köşkdə gizlicə böyüdüldü. Sultan Əbdüləzizin taxtdan endirilməsi və ardından atasının taxta çıxarılmasından sonra Sultan Muradın bütün ailə üzvləri kimi, Xədicə Sultan və anası Şayan xanım da Dolmabağça sarayına köçürüldü.
Şurəddin Məmmədli
Şurəddin Bahəddin oğlu Məmmədov (28 fevral 1956, Kolagir, Bolnisi rayonu) — azərbaycanlı alim, Gürcüstan Milli Elmlər Akademiyasının həqiqi üzvü (2002); filologiya elmləri doktoru (2004); professor, ədəbiyyatşünas alim, jurnalist, şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Aşıqlar Birliyinin üzvü, Gürcüstan Yazıçılar Birliyi Azərbaycanlı Yazarlar Qrupunun üzvü, Gürcüstan Jurnalistlər Federasiyasının üzvü. 1973–cü ildə daxil olduğu A. S. Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunun(ka) Azərbaycan bölməsində Filologiya fakültəsini 1978–ci ildə fərqlənmə diplomu ilə bitirib. Elmlər namizədi: Azərbaycan Elmlər Akademiyası Nizami Ədəbiyyat İnstitutu; Mövzu: "19-cu Yüzil Gürcü Mətbuatında Azərbaycan Ədəbiyyatı Məsələləri"; 1988 Elmlər doktoru: Azərbaycan Milli Elmlər Akademiyası Nizami Ədəbiyyat İnstitutu; Mövzu: "Borçalı Ədəbi Mühiti (1920-ci ilinə qədər)"; 2004 Tərcüməçi: Gürcüstan Dövlət Televiziya və Radio Verilişləri Komitəsi 1978–1984 Müxbir, şöbə müdiri: "Gürcüstan" ("Sovet Gürcüstanı") qəzeti 1984–2006 Gürcüstan təmsilçisi: "Azərbaycan" (Bakı) qəzeti 1994–1997 Ortaq (Association) Professor (Dosent): Tbilisi Humanitar Universiteti 1999–2004; Sertifikat: Cavaxişvili Tbilisi Dövlət Universiteti 2004 Tam (Full) Professor: Tbilisi Dövlət Universiteti Kvemo-Kartli Filialı 2004–2006; Tbilisi Dövlət Pedaqoji Universiteti (Marneuli) 2005–2006; Kafkas Üniversitesi (Türkiyə) 2007–2010; Heydər Əliyev Gürcüstan Azərbaycan Tədris Universiteti 2010; Ardahan Üniversitesi (Türkiyə) 2010–2011... Gürcüstan Milli Akademiyası həqiqi üzvü, akademik, 2002-ci il. Bilim Kurulu üyesi (Elmi Şura üzvü) – TuranSAM, Turan Stratejik Araştırmalar Merkezi uluslar arası hakemli dergisi, Konya / Türkiyə 2009–2011 Gürcüstanın "ღირსება" = Şərəf ordeni: Gürcüstanla Azərbaycan arasında elmi-ədəbi əlaqələrin inkişafındakı xidmətlərində görə 2002 "Qızıl Kitab": Elmi fəaliyyətindəki uğurlarına görə 2004 "Borçalı": Gürcüstan azərbaycanlılarının ədəbiyyatının, tarixinin tədqiqindəki xidmətlərinə görə 2004 a- Monoqrafiyaları 2000 * Borçalı Ədəbi Mühiti: Qaynaqları, Təşəkkülü, İnkişafı – Elm; 224 s. / Bakı 2001 * საქართველოს აზერბაიჯანელთა ლიტერატურული ტრადიციები = Gürcüstan Azərbaycanlılarının Ədəbi Gələnəkləri – Azəri / Tbilisi 2002 * Ədəbi Borçalı: Bədii Ədəbiyyatda Borçalı Mövzusu – Borçalı; 96 s. / Bakı 2003 * Azərbaycan Ədəbiyyatının Borçalı Qolu (1920-ci ilə qədər) – Kolori; 272 s. / Tbilisi b- Elmi-publisistik-ədəbi kitabları 1991 * Paralanmış Borçalı vəya 1918-ci il Ermənistan–Gürcüstan Müharibəsinin Acı Nəticəsi. – Azərnəşr, 66 s. / Bakı 1995 * Paralanmış Borçalı.
Şurəddin Qarapapaq

Muradin Ölməzov
Muradin Ölməzov (qaraç.-balk. Ёлмезланы Мурадин Мусса улу; 20 mart 1949, Taldıkurqan) — Balkar şairi, dramaturq, yazıçı, tərcüməçi, Kabardin-Balkar Respublikası Dövlət Mükafatı laureatı (2000). Muradin Musa oğlu Ölməzov 20 mart 1949-cu ildə sürgündə — Qazaxıstanın Taldı Kurqan vilayətinin Ernazar kəndində anadan olub. İbtidai təhsilini doğulduğu kənddə alıb. 1958-ci ildə Balkar xalqının reabilitasiyasından sonra Muradinlər ailəsi vətənlərinə — Kabardin-Balkar Muxtar Respublikasına dönmüşlər. Orta təhsilini Nalçikdə tamamladıqdan sonra Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunu bitirib. Muradin Ölməzov yaradıcılığa 1969-cu ildə başlamışdır. Onun əsərləri janr baxımından rəngarəngdir: şeir, poema, hekayə, povest, pyes, ədəbi tənqid, tərcümə və s. Şimali Qafqaz Milli Teatrlarının II “Sərhədsiz səhnə” festivalında dramaturqun “Tahir və Zöhrə” pyesi (Vladikavkaz, 2002) ən yaxşı milli tamaşa kimi qiymətləndirilib. Muradin Ölməzovun “Sükutun içi” («Изнанка тишины») pyesinin konflikti yüksək dağlıq ərazidə yerləşən Balkar kəndindəki hadisələr fonunda cərəyan edir.
Şurəddin Məmmədli Qarapapaq
Şurəddin Bahəddin oğlu Məmmədov (28 fevral 1956, Kolagir, Bolnisi rayonu) — azərbaycanlı alim, Gürcüstan Milli Elmlər Akademiyasının həqiqi üzvü (2002); filologiya elmləri doktoru (2004); professor, ədəbiyyatşünas alim, jurnalist, şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Aşıqlar Birliyinin üzvü, Gürcüstan Yazıçılar Birliyi Azərbaycanlı Yazarlar Qrupunun üzvü, Gürcüstan Jurnalistlər Federasiyasının üzvü. 1973–cü ildə daxil olduğu A. S. Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunun(ka) Azərbaycan bölməsində Filologiya fakültəsini 1978–ci ildə fərqlənmə diplomu ilə bitirib. Elmlər namizədi: Azərbaycan Elmlər Akademiyası Nizami Ədəbiyyat İnstitutu; Mövzu: "19-cu Yüzil Gürcü Mətbuatında Azərbaycan Ədəbiyyatı Məsələləri"; 1988 Elmlər doktoru: Azərbaycan Milli Elmlər Akademiyası Nizami Ədəbiyyat İnstitutu; Mövzu: "Borçalı Ədəbi Mühiti (1920-ci ilinə qədər)"; 2004 Tərcüməçi: Gürcüstan Dövlət Televiziya və Radio Verilişləri Komitəsi 1978–1984 Müxbir, şöbə müdiri: "Gürcüstan" ("Sovet Gürcüstanı") qəzeti 1984–2006 Gürcüstan təmsilçisi: "Azərbaycan" (Bakı) qəzeti 1994–1997 Ortaq (Association) Professor (Dosent): Tbilisi Humanitar Universiteti 1999–2004; Sertifikat: Cavaxişvili Tbilisi Dövlət Universiteti 2004 Tam (Full) Professor: Tbilisi Dövlət Universiteti Kvemo-Kartli Filialı 2004–2006; Tbilisi Dövlət Pedaqoji Universiteti (Marneuli) 2005–2006; Kafkas Üniversitesi (Türkiyə) 2007–2010; Heydər Əliyev Gürcüstan Azərbaycan Tədris Universiteti 2010; Ardahan Üniversitesi (Türkiyə) 2010–2011... Gürcüstan Milli Akademiyası həqiqi üzvü, akademik, 2002-ci il. Bilim Kurulu üyesi (Elmi Şura üzvü) – TuranSAM, Turan Stratejik Araştırmalar Merkezi uluslar arası hakemli dergisi, Konya / Türkiyə 2009–2011 Gürcüstanın "ღირსება" = Şərəf ordeni: Gürcüstanla Azərbaycan arasında elmi-ədəbi əlaqələrin inkişafındakı xidmətlərində görə 2002 "Qızıl Kitab": Elmi fəaliyyətindəki uğurlarına görə 2004 "Borçalı": Gürcüstan azərbaycanlılarının ədəbiyyatının, tarixinin tədqiqindəki xidmətlərinə görə 2004 a- Monoqrafiyaları 2000 * Borçalı Ədəbi Mühiti: Qaynaqları, Təşəkkülü, İnkişafı – Elm; 224 s. / Bakı 2001 * საქართველოს აზერბაიჯანელთა ლიტერატურული ტრადიციები = Gürcüstan Azərbaycanlılarının Ədəbi Gələnəkləri – Azəri / Tbilisi 2002 * Ədəbi Borçalı: Bədii Ədəbiyyatda Borçalı Mövzusu – Borçalı; 96 s. / Bakı 2003 * Azərbaycan Ədəbiyyatının Borçalı Qolu (1920-ci ilə qədər) – Kolori; 272 s. / Tbilisi b- Elmi-publisistik-ədəbi kitabları 1991 * Paralanmış Borçalı vəya 1918-ci il Ermənistan–Gürcüstan Müharibəsinin Acı Nəticəsi. – Azərnəşr, 66 s. / Bakı 1995 * Paralanmış Borçalı.
Günaydın, mələyim! (film, 2008)
== Məzmun == Filmin əsas ideyası Qarabağ döyüşlərindən və onun ağır nəticələrindən bəhs olunmasıdır. Çox psixoloji bir süjet üzərində qurulan film şəxsi insanların taleyindən bəhs etsə də, burada insanın ən ali xüsusiyyətləri ön plana çəkilir və onun cəmiyyətdə Tanrı tərəfindən bəxş edilən mənəvi dəyərlərin insan həyatındakı rolu qabardılır. Filmdə Mədinə adlı bir qızın həyatından, məhəbbətindən danışılır. Onun həyat yoldaşı Qarabağda şəhid olur. Ancaq Mədinə, heç vaxt onu unuda bilmir. Baxmayaraq ki, onunla evlənmək istəyənlər çox olur, gözəl cəlbedici qadın olur, yenə də həyat yoldaşının, sevdiyi idealının fikri ilə yaşayır. Filmdə Mədinənin təkbaşına çırpınaraq yaşadığı keşməkeşli həyatdan, tənhalıq içərisində keçirdiyi iztirablardan, ədalətsizliklərdən bəhs olunur. Gənc qadın keçdiyi çətin yolda üzüağ çıxmağa çalışır və sonda tutunmağa, yaşamağa ümid yeri tapır. == Film haqqında == Film aktrisa Bəsti Cəfərovanın böyük kinoda ilk böyük işidir. Film istehsalata 2006-cı ilin sonlarında buraxılmışdır.