Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Zombie Frontier 2:Survive
Zombie Frontier 2:Survive (ing. Zombie Frontier 2:Survive, azərb. Zombi Sərhəddi 2:Sağ qalmaq‎) — FT Games tərəfindən yaradılan, Android proqram təminatlı mobil telefon və planşet kompyuterlər üçün nəzərdə tutulan, hərbi-fantastik janrda olan oyun. Zombie Frontier oyunlar seriasının ikincisidir. 17 sentyabr 2012-ci ildə çıxmış Zombie Frontier oyunun davamı olaraq buraxılmışdır. == Yaradılma == Oyun Zombie Frontier oyunlar seriasının ikinci oyunudur. 8 iyun 2013-cü ildə 1.3 versiyası çıxmışdır. Oyunun tutumu 26 mb-dir. == Məzmun == Oyun məzmun baxımından da Zombie Frontier oyunun davamı missiyasını daşıyır. Hadisələr 2020-ci ildə naməlum bir ölkədə müxtəlif şəhərlərin quduzlaşmış insanlar-zombilər tərəfindən basılmasından bəhs edir.
Zombie Frontier 2: Survive
Zombie Frontier 2:Survive (ing. Zombie Frontier 2:Survive, azərb. Zombi Sərhəddi 2:Sağ qalmaq‎) — FT Games tərəfindən yaradılan, Android proqram təminatlı mobil telefon və planşet kompyuterlər üçün nəzərdə tutulan, hərbi-fantastik janrda olan oyun. Zombie Frontier oyunlar seriasının ikincisidir. 17 sentyabr 2012-ci ildə çıxmış Zombie Frontier oyunun davamı olaraq buraxılmışdır. == Yaradılma == Oyun Zombie Frontier oyunlar seriasının ikinci oyunudur. 8 iyun 2013-cü ildə 1.3 versiyası çıxmışdır. Oyunun tutumu 26 mb-dir. == Məzmun == Oyun məzmun baxımından da Zombie Frontier oyunun davamı missiyasını daşıyır. Hadisələr 2020-ci ildə naməlum bir ölkədə müxtəlif şəhərlərin quduzlaşmış insanlar-zombilər tərəfindən basılmasından bəhs edir.
Only Love Survives
Only Love Survives — (Azərbaycanca: Yalnız Sevgi Xilas Edir) İrlandiyanın 2013 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.
SuRie
Suzanna Mari Kork (ing. Susanna Marie Cork) və ya səhnə adı ilə SuRie — Britaniya müğənnisi və bəstəkarı. O, "Storm" mahnısı ilə Böyük Britaniyanı 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyat və karyerası == SuRie Londonda yerləşən Kraliyyət Musiqi Akademiyasında təhsil almışdır. Piano və qoboyda ifa edə bilir. O, peşəkar səviyyədə vokal dərsləri almış və 12 yaşından mahnı yazmağa başlamışdır. O, hal-hazırda Mountview Teatr İncəsənəti Akademiyasında müəllimə kimi fəaliyyət göstərir. SuRie kiçik yaşlarında Uels şahzadəsi Çarlzın qarşısında çıxış etmişdir. O, həm də Vill Yanq və Coldplay qrupunun solisti Kris Martinin dəstək vokalçısı olmuşdur. == Avroviziya Mahnı Müsabiqəsi == SuRie BBC telekanalının Portuqaliyanın paytaxtı Lissabonda keçirilən 2018 Avroviziya Mahnı Müsabiqəsi üçün təşkil etdiyi milli seçim turunda iştirak etmiş və ifa etdiyi "Storm" mahnısı ilə yarışmada qalib gələrək, Böyük Britaniyanı Avroviziya 2018-də təmsil etmək hüququnu qazanmışdır.
Room Service
Room Service – Roxette qruppunun albomudur.
Soul Survivor
Soul Survivor (azərb. Ruhun xilaskarı‎) – C. C. Catch tərəfindən 1987-ci ildə ifa edilmiş mahnıdır.
Survival horror
Survival horror (hərfi tərcüməsi survival – sağ qalmaq, horror – qorxu, dəhşət) — 1990-cı illərin sonlarında meydana gəlmiş kompüter oyunu janrı. Bu janrda olan oyunların əsas xüsusiyyətləri mistik personajlar, qorxu, düşündürücü tapşırıqlar, gözlənilməzliklər və s. ola bilər. Oyunun baş qəhrəmanları daim ölümlə üz-üzə qalır və digər oyunlardakı kimi kimisə öldürmək və ya xilas etmək yox, düşdüyü çətin vəziyyətdən (məkandan) sağ qurtula bilməkdir.
Survivor Türkiyə
Survivor Türkiyə ümumi adıyla Survivor — məşhur realiti yarışma proqramı olan Survivor-ın yayımının 9-cu ilində, yəni 2005-ci ildə Türkiyədə ilk dəfə Kanal D-də Pelin Akadın təqdimatı ilə yayımlanan yarışma proqramı. Proqram adı əvvəlcə Survivor Türkiyə: Böyük Macəra olmuş, buradakı rəqib komandalar Quzey ve Güney adlandırılmışdır. Fərqli keyfiyyətləri ilə ayrılmayan qarışıq rəqiblər, Quzey və Güney komandalarına bölündü və müxtəlif yarışlarda bir-birlərinə qarşı mübarizə apardılar. Uzun müddətdir davam edən detektiv janrında rol alan Qız Qalasındakı 'emosional' Survivor Uğur Pəktaşın müvəffəqiyyəti Arxa Küçələr lirə və yalnız sağ qalanların mükafatları ilə nəticələndi. 2014-cü ildə istehsal olunan Survivor Məşhurlar-Könüllülər konsepsiyasında finala qalan Gökhan Kəsər ikinci, Turabi Çamkıran çempion olmuşdu. 2015-ci ildə istehsal olunan Survivor All Star yarışmasında finalda olan Mərvə Aydın ikinci Turabi Çamkıran isə 2-ci dəfə Könüllülərin çempionu olmuşdu. Sonrakı ildə isə Survivor 2016 Məşhurlar-Könüllülər konsepsiyasında finala qalan Sərkay Tütüncü ikinci, Çağan Atakan Arslan isə çempion olmuşdu. 2017 ilində finala qalan Adəm Kılıççı ikinci, Ogeday Girişkən çempion olmuşdu. 2018-ci ilə gələndə isə Survivor All Star-Könüllülər konsepsiyası olmuş, daha sonra ise bu konsepsiya dəyişdirilərək Survivor Məşhurlar-Könüllülər konsepsiyası olmuş, və bu ildə Damla Can altıncı, Turabi Çamkıran beşinci, Hilmi Cem İntəpə dördüncü, Anıl Bərk Baki üçüncü, və son finala qalan Nagihan Karadere ikinci, Adəm Kılıççı çempion olmuşdur. 2019-cu ildə yarışma Türkiyə-Yunanıstan olaraq başlasa da sonradan Siyah Taqım-Bəyaz Taqım halında qarışıq komandalarla olmuşdur.
Azerbaijan New Service
ANS (Azerbaijan News Service) – Azərbaycanda ilk özəl və ilk xəbər televiziya kanalı idi. Telekanalın təsisçiləri Vahid və Seyfulla Mustafayev qardaşlarıdır. == Tarixi == Azərbaycanın müstəqillik əldə etdiyi ilk zamanlarda əhaliyə ölkədə baş verən ictimai-siyasi hadisələr haqqında məlumat verən ilk müstəqil televiziya şirkəti kimi ANS 90-cı illərin əvvəllərində əhali arasında geniş nüfuza malik olmuşdur. İlk dəfə 1991-ci ilin 26 noyabr tarixində "Xəbərçi" verilişi ilə efirə çıxmışdı. Azərbaycan Dövlət Televiziyasının binasında götürdükləri kiçik bir otağı studiyaya çevirərək 1992-ci il martın 2-dən etibarən öz proqram ideyalarını həyata keçirməyə başladılar. ANS-ə ən çox məşhurluq gətirən Qarabağ müharibəsi zamanı cəbhə xəttindən apardıqları çəkilişlər və Çingiz Mustafayevin Xocalı soyqırımından 1 gün sonra çəkdiyi tarixi kadrlar olmuşdur. 1992-ci ildə Xəbərçi verilişinin bəzi buraxılışlarında ermənilərin baş verənlərdən doğru xəbərləri olsun deyə erməni dilində sujetlər yayımlanırdı. Bu məsələ bəzi partiyalar tərəfindən etirazla qarşılanmışdı. Artıq həmin il ANS-in efirində reklamlar yayımlanırdı. O ildə televiziyanın fəaliyyəti bir müddət dayandı.
Azerbaijan News Service
ANS (Azerbaijan News Service) – Azərbaycanda ilk özəl və ilk xəbər televiziya kanalı idi. Telekanalın təsisçiləri Vahid və Seyfulla Mustafayev qardaşlarıdır. == Tarixi == Azərbaycanın müstəqillik əldə etdiyi ilk zamanlarda əhaliyə ölkədə baş verən ictimai-siyasi hadisələr haqqında məlumat verən ilk müstəqil televiziya şirkəti kimi ANS 90-cı illərin əvvəllərində əhali arasında geniş nüfuza malik olmuşdur. İlk dəfə 1991-ci ilin 26 noyabr tarixində "Xəbərçi" verilişi ilə efirə çıxmışdı. Azərbaycan Dövlət Televiziyasının binasında götürdükləri kiçik bir otağı studiyaya çevirərək 1992-ci il martın 2-dən etibarən öz proqram ideyalarını həyata keçirməyə başladılar. ANS-ə ən çox məşhurluq gətirən Qarabağ müharibəsi zamanı cəbhə xəttindən apardıqları çəkilişlər və Çingiz Mustafayevin Xocalı soyqırımından 1 gün sonra çəkdiyi tarixi kadrlar olmuşdur. 1992-ci ildə Xəbərçi verilişinin bəzi buraxılışlarında ermənilərin baş verənlərdən doğru xəbərləri olsun deyə erməni dilində sujetlər yayımlanırdı. Bu məsələ bəzi partiyalar tərəfindən etirazla qarşılanmışdı. Artıq həmin il ANS-in efirində reklamlar yayımlanırdı. O ildə televiziyanın fəaliyyəti bir müddət dayandı.
BBC World Service
BBC World Service ən iri beynəlxalq radiostansiyası olub, podkast, radio və televiziya xəbərləri, diskusiyaları 40-dan çox dildə analoq və rəqəmsal qısa dalğa platformalarında dünyanın bir çox istiqamətlərinə yayımlayır. İngilis dilində yayım 24 saatdır. 2015 –ci ildə şirkət həftəlik 210 milyon izləyici qazanmışdır. United Kingdom's television licence fee tərəfindən maliyyələşdirilmişdir. Xidmətə həmçinin Böyük Britaniya hökumətindən 289 milyon avro ayrılmışdır (2020-ci ildə bitən beş illik dövr ərzində). BBC World Service İngilis dili nəzarətçisi Meri Hockadaydır. == Tarixi == 1932-ci ildə BBC Empire Service adı altında fəaliyyətə başlamış və əsas məqsəd Britaniya imperiyası daxilində ingilis dilli vətəndaşlara xidmət göstərmək idi. 3 yanvar 1938-ci ildə ilk xarici dil xidməti - Ərəb dilində açılıb. Alman dilində proqramlar 29 Mart 1938-ci ildə başladı və 1942-ci ilin sonunda BBC, bütün böyük Avropa dillərində yayımlara başladı. Nəticədə Empire Service 1939-cu ilin noyabrında "BBC Overseas Service" adına dəyişilmiş və 1941-ci ildən bəri xüsusi bir BBC European Service əlavə olunması ilə tamamlanıb.
Denial of Service
DoS — xidmətdən imtina hücumu (ing. denial-of-service attack, rus. aтака типа отказ в обслуживании) – şəbəkə hücumunun bir növü. Veb-saytın, veb-serverin və digər şəbəkə resursunun normal işini pozmaq və ya çətinləşdirmək məqsədilə həyata keçirilir. Bu zaman serverə xidmət tələbi ilə çoxlu sayda sorğular gəlir. Server öz resurslarını bağlantı qurmağa və xidmət göstərməyə sərf edir, sorğuların müəyyən axınının qarşısında isə "tab gətirmir". Çox zaman bu hücumlar iqtisadi təzyiq məqsədilə edilir: gəlir gətirən xidmət dayanır, provayderdən gələn hesab şişir, hücumun qarşısını almaq üçün görülən tədbirlər əlavə xərclərə səbəb olur. Bu hücumları müxtəlif üsullarla həyata keçirirlər. Üsullardan biri serverə çoxsaylı sorğuların göndərilməsidir, serverin resursları onların emalı üçün yetərli olmadıqda serverin işi çətinləşə və ya pozula bilər. Bu növ hücumdan qorunmaq üçün adi trafiklə müqayisədə aşırı trafikin mənbələri təhlil olunur və onların qarşısı alınır.
Guardian News Service
"Guardian Media Group plc" (çox vaxt "GMG"adlandırılır) — Birləşmiş Krallıq mətbuat şirkəti. "The Guardian" və "The Observer" daxil olmaqla bir sıra media aktivlərinə sahibdir. Şirkət özü "Scott Trust" qrupuna məxsusdur. == Strukturu == "GMG"ə bir sıra bölmələr və şirkətlər daxildir: Guardian News & Media ("The Guardian", "The Observer" qəzetləri, "guardian.co.uk" saytı) GMG Regional Media ("Manchester Online", "Channel M" daxildir) GMG Radio ("Smooth", "Real" və "Rock Radio" kimi bir sıra regional radio stansiyaları daxildir) Trader Media Group ("The Auto Trader" jurnalı və veb saytı) GMG Property Services (daşınmaz əmlak proqramı, verilənlər bazası və "CFP Software", "The Media Design House" dizayn bürosu və "ThinkProperty.com" istehlakçı portalı) "Guardian Media Group" öz sahibinin olan "Scott Trust" şirkətinin əsas məqsədlərini dəstəkləmək üçün mövcuddur.
Soul Survivor '98
Soul Survivor '98 – C. C. Catch tərəfindən 1998-ci ildə ifa edilmiş mahnıdır.
Special Air Service
Special Air Service və ya SAS (Azərb. Xüsusi Hava Xidməti) — Böyük Britaniya Silahlı Qüvvələrinin Xüsüsi Təyinatlılar bölməsi. == Yaranma Tarixi == SAS hərbi bölməsi 24 avqust 1941-ci ildə, İkinci dünya müharibəsi zamanı leytenant Devid Sterlinq tərəfindən yaradılmışdır. Bölmə Hava-Desantında xidmət edən könüllülərdən ibarət idi. Bölmənin əsas vəzifəsi Şimali Afrikada düşmənə qarşı reydlər keçirməkdən ibarət idi. 30 noyabr 1946-cı ildə bölmə dağıdılmışdır, ancaq 1947-ci ildə SAS hərbi bölməsi yenidən yaradılmışdır. SAS bugünəcən fəaliyyət göstərir. == Vəzifəsi == SAS xüsüsi təyinatlıların əsas vəzifəsi bulardır: Birləşmiş Krallığ hökumətinin siyasətinə dəstək Terrorçuluğa qarşı həm ölkənin içində həm də dünyada mübarizə Digər ölkələrdən əsgər yığımı və hazırlanması == Qəbul, seçim və təlim == Birləşmiş Krallığın Xüsusi Təyinatlıları heç vaxt birbaşa ictimaiyyət arasından seçilmir. Silahlı Qüvvələrin bütün hazırkı üzvləri bura qoşulmaq üçün seçim mərhələsində iştirak edə bilər, lakin namizədlərin əksər hissəsi keçmişdə komando və ya desant olanlardır. Seçim mərhələsi ildə 2 dəfə, yayda və qışda olur.
Short Message Service
SMS (ing. Short Message Service — qısa mesaj xidməti) — mobil telefon vasitəsilə mətn ötürülməsinə və qəbul edilməsinə imkan verən sistem. SMS-in yaradıcısı hesab olunan konkret şəxs və ya şirkət yoxdur. GSM layihəsi beynəlxalq əməkdaşlığın nəticəsi olduğu üçün SMS-in yaranması da 1 şəxsin deyil, yaxın əməkdaşlıq çərçivəsində fəaliyyət göstərən şəxslərin əməyinin nəticəsidir. 1 SMS 160 simvoldan ibarət olur. 160 simvolun yaradıcısı "Doyç Telekom" (Deutsche Telekom) şirkətinin əməkdaşı Fridhelm Hillebranddır.
Natural Resources Conservation Service
Təbii Sərvətlərin Mühafizəsi Xidməti (ing. Natural Resources Conservation Service), keçmiş adı Torpağın Mühafizəsi Xidməti (ing. Soil Conservation Service) — ABŞ Kənd Təsərrüfatı Nazirliyinin fermerlərə və digər özəl torpaq sahiblərinə və idarəçilərə texniki yardım göstərən təşkilat. Təşkilatın adı 1994-cü ildə Bill Klintonun prezidentliyi dövründə onun daha geniş missiyasını əks etdirmək üçün dəyişdirildi. Təşkilat nisbətən kiçik sayılır və hazırda təxminən 12.000 işçisi var. Təşkilatın missiyası dövlət və yerli qurumlarla əməkdaşlıq yolu ilə özəl torpaqlarda təbii ehtiyatları yaxşılaşdırmaq, qorumaq və yaxşı şəraitdə saxlamaqdır. Təşkilatın əsas diqqəti kənd təsərrüfatı torpaqlarında olsa da, torpağın ölçülməsi, təsnifatı və suyun keyfiyyətinin yaxşılaşdırılmasına bir çox texniki töhfələr vermişdir.
Plain old telephone service
Plain old telephone service (azərb. Adi köhnə telefon xidməti‎) və ya qısaca POTS — mis halqalar üzərində analoq siqnal ötürülməsindən istifadə edən səs səviyyəli telefon xidməti üçün istifadə olunan retronim. POTS 1876-cı ildən 1988-ci ilə qədər ABŞ-də İnteqrasiya Edilmiş Rəqəmsal Şəbəkənin (ISDN) Əsas dərəcə interfeysi (BRI), ardınca mobil telefon sistemləri və IP üzərindən səs (VoIP) təqdim edildiyi vaxta qədər telefon şirkətləri tərəfindən standart xidmət təklifi idi. POTS dünyanın bir çox yerlərində yaşayış və kiçik biznes xidmətlərinin telefon şəbəkəsinə qoşulmasının əsas forması olaraq qalır. Termin XIX əsrin sonlarında ictimai telefon sisteminin tətbiqindən bəri mövcud olan texnologiyanı əks etdirir. Bu, DTMF, elektron telefon stansiyaları və fiber-optik kommunikasiyanın ictimai telefona (PSTN) daxil edilməsinə baxmayaraq, əsasən dəyişməz formada qalmışdır. == Xüsusiyyətləri == POTS bir neçə aspektlə xarakterizə olunur: İki istiqamətli (tam dupleks) kommunikasiya. İki telli mis döngədə səs təzyiqi dalğalarının gərginlik analoqlarının balanslaşdırılmış siqnalizasiyasından istifadə 300–3,300 Hz dar tezlik diapazonu ilə məhdudlaşdırılmışdır və bu səs diapazonu adlanır. İnsanın 20–20,000 Hz eşitmə diapazonundan çox azdır. Zəng tonları "Pulse dialing" və DTMF BORSCHT funksiyaları: batareya təchizatı (B), həddindən artıq gərginlikdən qorunma (O), zəng (R), siqnal (S), kodlaşdırma (C), hibrid (H) və test (T) Döngə başlanğıcı, yerə başlama və E&M siqnalı Bir çox zəng funksiyaları ABŞ-də 1980-ci illərdə telefon stansiyalarının kompüterləşdirilməsindən sonra telefon abunəçiləri üçün əlçatan olmuşdur.
Software as a service
Xidmət kimi proqram təminatı (ing. Software as a service; SaaS) — proqram təminatının abunə əsasında lisenziyalaşdırıldığı və mərkəzləşdirilmiş şəkildə yerləşdiyi lisenziyalaşdırma və çatdırılma modeli. SaaS həmçinin tələb olunan proqram təminatı, veb-əsaslı proqram təminatı və ya veb-host proqram təminatı kimi də tanınır. SaaS, xidmət kimi infrastruktur (IaaS) və xidmət kimi platforma (PaaS) ilə birlikdə bulud hesablamalarına xas biznes modelidir. SaaS proqramlarına adətən veb brauzer istifadəçiləri ("incə" müştəri) daxil olurlar. SaaS ofis proqramı, mesajlaşma proqramı, əmək haqqı emal proqramı, DBMS proqramı, idarəetmə proqramı, CAD proqramı, inkişaf proqramı, oyunlaşdırma, virtuallaşdırma, mühasibatlıq, əməkdaşlıq, müştəri münasibətlərinin idarə edilməsi (CRM), idarəetmə məlumat sistemləri (MIS), müəssisə resurslarının planlaşdırılması (ERP), faktura, sahə xidmətinin idarə edilməsi, insan resurslarının idarə edilməsi (HRM), istedadların əldə edilməsi, öyrənmə idarəetmə sistemləri, məzmunun idarə edilməsi (CM), coğrafi informasiya sistemləri (GIS) və xidmət masasının idarə edilməsi daxil olmaqla bir çox iş proqramları üçün ümumi çatdırılma modelidir. SaaS demək olar ki, bütün korporativ proqram təminatı şirkətlərinin strategiyalarına daxil edilmişdir. == Tarixi == Biznes proqramlarının mərkəzləşdirilmiş hostinqi 1960-cı illərə təsadüf edir. Həmin illərdən başlayaraq, IBM və digər əsas kompüter provayderləri tez-tez vaxt mübadiləsi və ya kommunal hesablama kimi adlandırılan bir xidmət bürosu işi aparmağa başladılar. Bu cür xidmətlərə hesablama gücü və verilənlər bazası saxlanması, banklara və digər böyük təşkilatlara öz ümumdünya məlumat mərkəzlərindən təklif etmək daxildir.
Sürvilye
Sürvilye (fr. Survilliers) — Fransada bələdiyyə, region — İl-de-Frans, departament —Val-d’Uaz, rayon — Sarsel, kanton — Lüzarş. Əhalisi — 3 654 nəfər (1999). Bələdiyyə Paris şəhərinin 31 km şimal-şərq, Serji bələdiyyənin 36 km şərqdə yerləşir.
Storm (SuRie mahnısı)
Storm (azərb. Fırtına‎) — Böyük Britaniyanın 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. SuRie "Storm" mahnısı ilə Böyük Britaniyanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmək hüququ əldə etmişdir. Mahnı Britaniyalı bəstəkarlar Nikol Bler, Qil Lyuis və Şon Harqrivs tərəfindən yazılmışdır.
Suriyə
Suriya (ərəb. سوریة‎) və ya rəsmi adı ilə Suriya Ərəb Respublikası (ərəb. الجمهوریة العربیة السوریة‎) — Qərbi Asiyada dövlət. Suriya Yaxın Şərqdə yerləşən ərəb dövlətidir. Şimalda Türkiyə, şərq və cənub-şərqdə İraq, cənubda İordaniya, cənub-qərbdə İsrail və Livanla həmsərhəddir. Ölkənin qərbində isə Aralıq dənizi yerləşir. Paytaxtı və ən böyük şəhəri Dəməşq, ümumi sahəsi 185,180 kvadrat kilometr, əhalisinin sayı 17 milyon nəfərdən çoxdur. Ölkənin digər böyük şəhərləri Hələb, Hüms, Laziqiyyədir. 1963-cü ildən bəri ölkə Bəəs partiyası tərəfindən idarə edilir. 1970-ci ildən bəri dövlətin başında Əsəd ailəsindən biri olmuşdur.
Sürvə
Adaçayı (lat. Salvia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Əhəmiyyəti == Sürvə çiçək qruplarında toplanan efir yağlarına görə becərilir. Onun çiçək qruplarında 0,11–0,3 % efir yağı vardır. Bu yağların tərkibinə linalilasetat (58–70 %), linalol (10–15 %) və başqa maddələr daxildir. Sürvə yağı və ondan hazırlanan məhsullar ətriyyat kosmetika sənayesində, qida və əczaçılıq sənayesində istifadə edilir. Sürvənin meyvələrində 31 %-ə qədər quruyan yağ vardır. İstehsal tullantılarından qiymətli ətir tənzimləyicisi – sklyarol alınır. Sürvə bitkisi gözəl bal verən bitkidir. == Yayılması == Sürvə elə də çox qədimdən becərilən bitki deyildir.
Kiki's Delivery Service (anime, 1989)
Kikinin çatdırma xidməti (魔女の宅急便, Majo no Takkyūbin) — 1989-cu ildə Studio Ghibli tərəfindən Hayao Miyazakinin rejissorluğu ilə 1985-ci ildə Yaponiyalı yazıçı Eiko Kadanonun eyni adlı romanı əsasında çəkilmiş anime filmi. Bu Studio Ghibli tərəfindən hazırlanmış dördüncü filmdir. Miyazakinin fikrincə yapon gəncləri uşaqlıq dövrünü başa vurduqdan sonra ailə bağlılığı və azadlıq arasında sıxışıb qalırlar. Bu film onlara həyatta istədiyini qazanmaq üçün güclü olmağı, çox çalışmalı və özlərini kəşf etməyi göstərir. Film eyni zamanda Walt Disney Pictures ilə birgə hazırlanan ilk Studio Ghibli filmidir. 1997-ci ildə ingilis dilində dublaj olduqdan sonra Beynəlxalq Seattle Film Festivalı-nda nümayiş olunmuşdur. == Məzmun == Kiki on üç yaşlı cadugərdir. Qaydalara görə on üç yaşı tamam olmuş hər bir cadugar, cadugarlıq praktikası üçün evdən ayrıəlaraq bir il tək yaşamalıdır. Kiki pişiyi Cici ilə birlikdə anasının verdiyi süpürgəyə minərək cadugər olmayan başqa şəhərə gedir. Kikinin sadəcə uçmaq bacarığı olduğu üçün özünə məxsus bir çatdırma xidməti verən bir iş yaratmaq istəyir.
Vəzili sürvə
Ənbər sürvə
Suriyə Ərəb Respublikası
Suriya (ərəb. سوریة‎) və ya rəsmi adı ilə Suriya Ərəb Respublikası (ərəb. الجمهوریة العربیة السوریة‎) — Qərbi Asiyada dövlət. Suriya Yaxın Şərqdə yerləşən ərəb dövlətidir. Şimalda Türkiyə, şərq və cənub-şərqdə İraq, cənubda İordaniya, cənub-qərbdə İsrail və Livanla həmsərhəddir. Ölkənin qərbində isə Aralıq dənizi yerləşir. Paytaxtı və ən böyük şəhəri Dəməşq, ümumi sahəsi 185,180 kvadrat kilometr, əhalisinin sayı 17 milyon nəfərdən çoxdur. Ölkənin digər böyük şəhərləri Hələb, Hüms, Laziqiyyədir. 1963-cü ildən bəri ölkə Bəəs partiyası tərəfindən idarə edilir. 1970-ci ildən bəri dövlətin başında Əsəd ailəsindən biri olmuşdur.