Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sisanna Baca
Sisanna Baca (24 may 1944) — məşhur Perulu müğənni; Peru Mədəniyyət naziri (2011-dən). Sisanna Baca 2002-ci ildə "Lamento Negro" albomu ilə Latın Gremmi mükafatını alıb.O, 2011-ci ildə – 67 yaşında Peru Mədəniyyət naziri təyin olunub. Ölkənin İspaniyanın əsarətindən çıxıb müstəqillik qazandığı vaxtdan – 1821-ci ildən bəri ilk qaradərili naziri olmuşdur.
Susanne Georgi
Susanne Georgi (27 iyul 1976) — Danimarkalı müğənni. == Həyatı == Susanne Georgi 27 iyul 1976-cı ildə Danimarkada anadan olmuşdur. == Avroviziya Mahnı Müsabiqəsində == 2007-ci ildə keçirilən Avroviziya Mahnı Müsabiqəsində Danimarkanın verdiyi xalları açıqlamışdır. 2009-cu ildə Moskvada keçirilmiş Avroviziyada isə Andorranı təmsil etdi. Lakin finala keçə bilmədi.
Suzanna Bianco
Suzanna Bianco (15 mart 1973; San-Xose, ABŞ) — Birləşmiş Ştatları təmsil edən bədii üzgüçü. == Karyerası == Suzanna Bianco Birləşmiş Ştatları 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib. Komanda turnirində Suzanna Bianco Olimpiadanın qalibi olub.
Suzanna Klark
Suzanna Klark (1 noyabr 1959, Nottinqem, Nottinqemşir[d]) — Britaniyalı roman yazıçı. Suzanna Klark 2005-ci ildə yazdığı "Conatan Starnc və Mister Norrel" romanına görə qazandığı Ən yaxşı roman üzrə Hüqo mükafatı ilə və jurnallar üçün yazdığı hekayələri ilə tanınır. Suzanna Klark "Conatan Stranc və Mister Norrel" romanını 1993-cü ildə yazmağa başlamışdır. 2003-cü ildə "Bloomsbury" tərəfindən müəlliflik hüquqları alınmış və 2004-cü ildə kitab "çox satılanlar" siyahısına düşmüşdü. Suzanna Klark iki il sonra hekayələrini "The Ladies of Grace Adieu and Other Stories" adlı kitabı ilə yayınlandı yayımlandı.
Suzanna Tamaro
Suzanna Tamaro — italyan yazıçısı. İtaliyanın Triest şəhərində 1957-ci ilin 12 dekabrında anadan olub. Uşaqlığında bir çox çətinliklərlə üzləşib. Suzanna 1972-ci ildə zəlzələyə şahid olur, 1979-cu ildə ölümcül xəstəliyə tutulur. Yazıçılığa 1981-ci ildə başlamışdır. Suzanna Tamaro ilk əsərləri o qədər də maraq görməmişdir. Onu tanıdan ilk əsər “Tək bir səs üçün” kitabı olmuşdur. Daha sonra yazdığı "Ürəyinin götürdüyü yerə get" romanı aylarla İtaliyada ən çox satılan kitablardan biri olmuşdur. Romanları əsasən məktub və ya gündəlik şəklindədir. Hadisələri bir nəfərin ağzından danışır.
Suzanna Təmim
Suzanna Təmim(ərəb. سوزان تميم‎‎, 23 sentyabr 1977 — 28 iyul 2008) — Livan müğənnisi. == Həyatı == Suzanna Təmim 23 sentyabr 1977-ci ildə Livanın Beyrut şəhərində anadan olmuşdu. Suzanna Təmim 28 iyul 2008-ci ildə öldürülüb.
Suvanna Fuma
Suvanna Fuma (laos ເຈົ້າສຸວັນນະພູມາ; 7 oktyabr 1901, Luanqpxabanq[d] – 10 yanvar 1984, Vyentyan) — Laos siyasətçisi və dövlət xadimi, neytral fraksiya rəhbəri və fasilələrlə üç dəfə Laosun baş naziri (1951–1954-cü, 1956–1958-ci və 1960–1975-ci illərdə). == Xarici səfərlər == 1963-cü ilin fevralında SSRİ-yə səfəri zamanı Kral Şri Savanq Vattananı müşayiət etmişdir. 1971-ci ilin sentyabr–oktyabr aylarında ABŞ-də olmuşdur. 1971-ci ilin oktyabrında Fransa və Birləşmiş Krallıqda olmuşdur. == İstinadlar == == Əlavə ədəbiyyat == Суванна Фума // Советская историческая энциклопедия . 13. М.: Советская энциклопедия. 1971. Юрьев К. Суванна Фума // Большая советская энциклопедия . 25.
Suzanna Georgi
Susanne Georgi (27 iyul 1976) — Danimarkalı müğənni. == Həyatı == Susanne Georgi 27 iyul 1976-cı ildə Danimarkada anadan olmuşdur. == Avroviziya Mahnı Müsabiqəsində == 2007-ci ildə keçirilən Avroviziya Mahnı Müsabiqəsində Danimarkanın verdiyi xalları açıqlamışdır. 2009-cu ildə Moskvada keçirilmiş Avroviziyada isə Andorranı təmsil etdi. Lakin finala keçə bilmədi.
Suzanna Bombardye cinayəti
Suzanna A. Bombardye (ing. Suzanne A. "Suzie" Bombardier; 14 mart 1966–22 iyun 1980) — 22 iyun 1980-ci ildə qaçırılan, təcavüzə uğrayan və bıçaqlanan qız. Onun cəsədi 27 iyun San-Fransiskonun 60 mil şərqində, Antiok körpüsünün yaxınlığında, Antiokun şərqindəki San-Hoakin çayında üzən bir balıqçı tərəfindən tapıldı. 11 dekabr 2017-ci il əsaslı DNT analizindən sonra məhkum edilmiş seksual cinayətkar 63 yaşlı Mitçell Linn Bekom əsas şübhəli olaraq həbs edildi. O, ölümcül silahdan istifadə etməklə qətl, təcavüz, adam oğurluğunda ittiham edilmişdir. Bu, Antiokda üstü açılmayan ən qədim cinayət idi. Suzannanın cinayəti zamanı Bekom onun ailəsini tanıyırdı. Suzanna təcavüzə uğradı, sinəsindən bıçaqlandı və onun ürəyi deşildi. O, bacısının uşağına baxarkən Antiokda bacısının yaşadığı qəsəbədən oğurlandı. Suzannanın bacısı Stefani Mallen onu axtararkən saat 4-də evə çatdı.
Suzanna Blochun portreti
Suzanna Bloçun portreti, ispan rəssamı Pablo Pikassonun 1904-cü ildə Parisdə Mavi Dövrünün sonuna doğru çəkdiyi kətan üzərində yağlı boya tablosudur. Tablonun əsas mövzusu Suzanne Bloç Vaqner şərhləri ilə tanınan bir müğənni və skripkaçı Henri Blochun bacısı idi. Bu rəsm San Paulo İncəsənət Muzeyində saxlanılır. == Fon == 20-ci əsrin əvvəllərində Pikassonun tez-tez ziyarət etdiyi Paris korifeyi Suzan Bloç Vaqneriyalı müğənni və skripkaçı Henri Bloçun bacısı idi. O, 1904-cü ildə fransız şairi Maks Yakob vasitəsi ilə ispan rəssamı ilə tanış oldu və o Parisdə, Ravingan küçəsi 13 ünvanındakı Bateau-Lavoir studiyasında, yazın sonu və yazın əvvəli arasında Pikassonun portreti üçün əyləşirdi. Pikassonun imzası olan, yağlı boya ilə çəkilmiş rəsmdən əvvəl gouache ilə möhkəmləndirilmi. qələm və mürəkkəb eskiz ; o indi İsveçrənin Ascona şəhərindəki Neubury Coray kolleksiyasında qorunur.. == Təsvir == Yağlarla çəkilmiş portret, Unicamp- ın sənət tarixi professoru Luiz Markes tərəfindən "tamamilə aid olduğu mavi dövr" ün nümunəsi kimi təsvir edilmişdir. . Bu mavi dövrün son mühüm əsəri adlandırılırdı. Baxmayaraq ki, Palau i Fabre " bir dövrdən digərinə keçid mərhələsini bu günə qədər müəyyənləşdirmək və müəyyən etmək çətindir- bu, hər halda, ani bir yerdəyişmə deyildir, lakin mülayim nüanslı, ara-sıra olsa da, irəliləyiş."Bənzər şəkildə Denys Çevalyer yazırdı: "Mavi dövrü çox dəqiq təyin etmək üçün hər hansı cəhd yalnız səhvlərə səbəb ola bilər"Tamamilə qaranlıq, həzin aura ilə hopdurumuş rəsmmavidən mavi-yaşıla qədər dəyişən monoxromatik çalarlarda, daha isti tonların sporadik iştirakı ilə təqdim edilir.
Süzanna Mübarək
Süzanna Mübarək (28 fevral 1941, Əl-Minya) — Misirin birinci xanımı. == Həyatı == Syuzan Mübarək 28 fevral 1941-ci ildə anadan olub. Onun ailəsi qarışıq sayılır. Atası misirli, anası iləs xristian dininə tapınan valliya xalqının nümayəndəsidir. Syuzan Qahirədəki "müqəddəs Klara" məktəbində oxuyub. Daha sonra 1977-ci ildə Qahirədə yerləşən Amerika Unversitetinin siyasi elmlər üzrə baklavr pilləsini bitirib. 1982-ci ildə "Misir şəhərlərinin sosial formalaşması" mövzusunda dissertasiya müdafiə edərək magistr olub. 1977-ci ildə onun tərəfindən "Integrated Care Society" adlı xeyriyyə çəmiyyəti yaradılıb. Syuzan Mübarək bu günə qədər Fonda rəhbərlik edir. 1978-ci ildə Mübarəklə rəsmi nikah bağlayan Syuzan prezident xanımı olduğu dövrdə də xeyriyyəçi kimi tanınıb.
Süzanna Valadon
Süzanna Valadon və ya Süzan Valadon (fr. Suzanne Valadon, doğ. adı Mari-Klemantin Valad (Marie-Clémentine Valade); 23 sentyabr 1865, Bessin-sür-Qartamp, departament Yuxarı Vyenna — 7 aprel 1938, Paris) — fransız rəssam; Fransa Rəssamlar Birliyinə qəbul olan ilk qadın (1894). Həmçinin sənətçi, model və Moris Utrillonun anası kimi tanınır. == Bioqrafiya == Uşaq yaşlarından rəsm çəkməyə başlamışdır. On beş yaşında sirk akrobatına olmuş, lakin bir il sonra zədələnmə səbəbiylə sirk karyerasını bitirməyə məcbur oldu. Pyer Sesil Püvi de Şavann, Renuar, Tuluz-Lotrek, Deqa kimi tanınmış rəssamların yanında işləmişdir. Əsasən güllər və landşaftları, gözəl kompozisiyaları və enerjili rəngli rəsmlər çəkirdi. Həm də çılpaq şəkillərlədə tanınır. 1890-cı illərin əvvəllərində ilk sərgilərdə əsasən əlinin portretləri, o cümlədən Erik Satinin portreti, 1893-cü ildə bir romanı var idi (yalnız Satinin həyatında gizlətmədiyi).
Muğanna
Muğanna (المقنع‎, «üzü bağlı»; VIII əsr, Mərv – 783) — Xorasanlı üsyançı, din xadimi. == Həyatı == Onun əsl adı Hakim ibn Haşim, bəzi mənbələrə görə Ata idi. Muğanna “niqabla örtülü” mənasını daşıyan ləqəbdir. O, ağ qiyafə geyinərək deyirdi ki, bədəninə ilahi ruh köçüb və o, insanların bərabərliyi uğrunda mübarizə aparır. O, Mərvdə doğulmuş və Əbu Müslümün hərəkatında iştirakına görə 15 il müddətinə həbs edilmişdi. O, həbsdən qaçıb gizli təşkilat yaratdı və panteizm ideyalarını təbliğ etməyə başladı, “Vəhdət əl-vücud” irəli sürərək şöhrət qazandı. Hərəkatın mərkəzi Buxara idi. Sonra o, Qaşqadərya və Zərəfşan vadisinə də yayıldı. Üsyançılar Buxaranı tuta bilməyərək hakimi Muğannanın tərəfinə keçən Narşah əyalətinə çəkildilər. 766-cı ildə onun dəstəsi Narşah yaxınlığında məğlub oldu, 700 nəfərdən çox adam öldürüldü.
Savanna
Savannalar — (rus. саванна, ing. savanna, savannah) Subekvatorial qurşaqda ot örtüyünə və seyrək ağac və kollara malik geniş ərazilər. Savannalar üçün ilin sərt şəkildə quru və yağışlı mövsümə ayrılmaları xarakterikdir. Savanna - /isp. Sa-bana/ – tək-tək, bəzən qrup şəklin­də ağac və kol bitkiləri ilə birlikdə tropik və subtropikin kserofit ot bitkilərindən təşkil olunmuş, zonal landşaft tipi.
Susanoo
Susano Yaponiya mifologiyasında dəniz və tufan tanrısıdır.O,həmçinin yeraltı dunya olan Yominin də tanrısı hesab edilir. == Mif == Yapon miflərində Susano günəş tanrısı Ametirasunun və Tsukuyominin qardaşıdır.Onların hər üçü İzanaqidən onun Yominin çirkabını təmizlənərkən yaranmışdı.Ametriasu sol gözündən,Tsukuyomi sağ gözündən,Susano isə burnundan yaranışdı. Qədim mənbələrə görə Susano və Ametirasu arasında ədavət vardı.Bu ədavətin nəticəsdində Susano cənnətdən qovularaq qoca cütlüyə rast gəldiyi İzumoya gılib çıxır.Qocalar ona 8 başlı ilan Yamatanın onların 8 qızını yediyini deyirlər.Bundan sonra Susano Yamatanı öldürür. Susano ilanın quyruğundan olan qılınc Kusanaqi-i barışıq üçün Ametirasuya təqdim edir.Əfsanələrə görə Ametriasu Yasakani güzgüsu,Maqatama mücəvhəri ilə birlikdə Kusanaqini də öz sülaləsinə vəsiyyət edir.
Susano
Susano Yaponiya mifologiyasında dəniz və tufan tanrısıdır.O,həmçinin yeraltı dunya olan Yominin də tanrısı hesab edilir. == Mif == Yapon miflərində Susano günəş tanrısı Ametirasunun və Tsukuyominin qardaşıdır.Onların hər üçü İzanaqidən onun Yominin çirkabını təmizlənərkən yaranmışdı.Ametriasu sol gözündən,Tsukuyomi sağ gözündən,Susano isə burnundan yaranışdı. Qədim mənbələrə görə Susano və Ametirasu arasında ədavət vardı.Bu ədavətin nəticəsdində Susano cənnətdən qovularaq qoca cütlüyə rast gəldiyi İzumoya gılib çıxır.Qocalar ona 8 başlı ilan Yamatanın onların 8 qızını yediyini deyirlər.Bundan sonra Susano Yamatanı öldürür. Susano ilanın quyruğundan olan qılınc Kusanaqi-i barışıq üçün Ametirasuya təqdim edir.Əfsanələrə görə Ametriasu Yasakani güzgüsu,Maqatama mücəvhəri ilə birlikdə Kusanaqini də öz sülaləsinə vəsiyyət edir.
Aloe suzannae
Aloe suzannae (lat. Aloe suzannae) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin asfodelinakimilər fəsiləsinin əzvay cinsinə aid bitki növü.
Anthemis susiana
Anthemis susiana (lat. Anthemis susiana) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin anthemis cinsinə aid bitki növü.
Jujanna Tiba
Jujanna Tiba (d. 31 mart 1976) — Macarıstanı təmsil edən su poloçusu. == Karyerası == Jujanna Tiba, Macarıstan yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Rusiya yığmasına 11:12 hesabı ilə məğlub olan Macarıstan yığması, Afina Olimpiadasını altıncı pillədə başa vurdu.
Lusianna Barroncas
Lusianna Barronsas (d. 1 aprel 1988) — Braziliyanı təmsil edən su poloçusu. == Karyerası == Lusianna Barronsas, Braziliya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Çin yığmasına 5:10 hesabı ilə məğlub olan Braziliya yığması, Rio-de-Janeyro Olimpiadasını 8-ci pillədə başa vurdu.
Lusianna Barronsas
Lusianna Barronsas (d. 1 aprel 1988) — Braziliyanı təmsil edən su poloçusu. == Karyerası == Lusianna Barronsas, Braziliya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Çin yığmasına 5:10 hesabı ilə məğlub olan Braziliya yığması, Rio-de-Janeyro Olimpiadasını 8-ci pillədə başa vurdu.
Məhşər (Muğanna)
Məhşər — İsa Muğannanın tarixi-fəlsəfi romanı.Bu əsər müəllifin "Karvan" adlandırdığı roman və povestlər silsiləsinə daxildir.İsa Muğanna 2010-cu illərdə əsər üzərində yenidən işləyib və bu barədə bildirib: "Yaxın və uzaq keçmişimizdən tarixi hadisələr, bədii süjetlər içində verilmiş SafAğ həqiqətlərinin qavranılmasını asanlaşdırmaq məqsədilə mən ƏsƏrlərin hamısını yenidən işlədim. Oxucu altılığa daxil edilmiş bu ƏsƏrləri yalnız göstərdiyim ardıcıllıqla oxumalıdır ki, fayda versin: "İdeal", "Məhşər" ("Ənşər-mən şər"), "Qəbirstan", "GurÜn", "İsahəq, Musahəq", "Cəhənnəm"."."Məhşər" romanı ilə Azərbaycan nəsrində Nəsimi obrazının ilk, mükəmməl nümunəsi yaranır. == Məzmun == "Məhşər" tarixi-fəlsəfi romandır. XIV əsrdə Teymurləngin yürüşləri dövründə baş vermiş hadisələrdən, filosof Fəzlullah Nəiminin və böyük hümanist şair Nəsiminin insan uğrunda qeyri-adi mübarizələrindən, habelə məşhur Şirvanşah İbrahimin hakimiyyəti illərində Azərbaycanda, İranda və Yaxın Şərqdə geniş xalq kütlələrinin taleyindən bəhs edir. Əsərdə Teymurun yürüşləri ərəfəsində Azərbaycandakı mövcud ictimai-siyasi şəraitdən, xalqın azadlıq mübarizəsindən bəhs olunur və Nəsiminin bu mübarizədəki rolu işıqlandırılır. Eyni zamanda Teymurla Nəsimi və Nəsimi ilə xalq arasındakı maraqlı məqamlara aydınlıq gətirilib. Dövrün bütün bu hadisələri İsa Muğanna tərəfindən özünəməxsus şəkildə əks olunub. == Nəşr == Roman ilk dəfə kiril qrafikalı Azərbaycan əlifbası ilə 1978-ci ildə, 2-ci dəfə isə 1982-ci ildə Bakıda, Gənclik nəşriyyatında, 296 səhifədə və 1989-cu ildə nəşr edilib.Əsər 2009-cu ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən İsa Muğannanın 6 cildlik Seçilmiş əsərlərinin 3-cü cildində Bakıda, Avrasiya press nəşriyyatında tam şəkildə 304 səhifədə nəşr edilib.Romanın müəllif tərəfindən edilən yeni düzəliş və əlavələrlə olan yeni forması 2013-cü ildə Hədəf Nəşrlərinin "XAN" (Xalqım, Azərbaycanım Naminə!) bədii ədəbiyyat layihəsi çərçivəsində 327 səhifədə nəşr olunub.2013-cü il mayın 18-də Bakıdakı Atatürk Mərkəzində İ. Muğannanın 85 illik yubileyi münasibətilə ədibin "Hədəf nəşrləri" tərəfindən çap olunmuş romanlarının təqdimatı keçirilib. Müəllifin özünün də iştirak etdiyi mərasimdə "İdeal" silsiləsində işıq üzü görmüş 6 əsəri — "İdeal", "Məhşər", "İsahəq, Musahəq", "Qəbiristan", "GurÜn" və "Cəhənnəm" romanları son əlavələrlə, yeni çap üslubunda, yeni formada, nəfis tərtibatda oxuculara təqdim olunub. Bu əsərlərin çapa hazırlanması və redaktəsi yazıçının razılığı ilə baş tutub.
Ruzanna Məmmədova
Ruzanna Səxavət qızı Məmmədova (22 iyun 2006; Masallı rayonu, Azərbaycan) — Azərbaycanı təmsil edən sərbəst güləşçi. Ruzanna Məmmədova 2022-ci ildə gənclər arasında Avropa və Dünya Çempionatlarının qalibi olub. == Həyatı == Ruzanna Məmmədova 2006-cı il iyunun 22-də Masallı rayonunda anadan olub. 2012-ci ildən Suraxanı rayonunda Ə. Məmmədov adına 76 nömrəli tam orta məjtəbdə təhsil alır. 2012-ci ilin may ayında "Şağan" OİK-da sərbəst güləşlə məşğul olmağa başladı. "Neftçi" İdman Klubunun üzvüdür. == Karyerası == Ruzanna Məmmədova birinci uğuruna 2013-cü ildə Heydər Əliyevin xatirəsinə həsr olunan yeniyetmələr arasında güləş turnirində qızıl medal qazanmaqla imza atdı. Ümumi olaraq 15 dəfə yeniyetmələr arasında müxtəlif turnirlərin qalibi olan Ruzanna Məmmədova, 2020-ci ildən güləş üzrə Azərbaycan yığmasının heyətinə cəlb edildi. === 2021-ci il: Beynəlxalq turnirlərdə debüt === Ruzanna Məmmədova beynəlxalq səviyyədə birinci turnirinə 2021-ci ilin iyununda Bolqarıstanda baş tutan yeniyetmələr arasında Avropa Çempionatı çərçivəsində qatıldı. 1/8 final mərhələsində Sloveniya nümayəndəsi Andrea Zenuçovanı 28 saniyə ərzində məğlub edən Ruzanna Məmmədova, 1/4 final mərhələsində İsveçrə təmsilçisi Svenja Jungo ilə üz-üzə gəldi.
Savanna iqlimi
Savanna iqlimi- Subekvatrorial iqlim qurşağının daxilində savanna təbii zonası daxilində formalaşır. Ekvatordan bir neçə dərəcə şimal və cənubda yerləşən bölgələrdə iqlim ümumiyyətlə qurudur. Ancaq müəyyən aylarda orada çox isti olur və tez-tez yağışlar yağır. Dünyada yerləşən bu cür yerlərə savanna zonaları deyilir. Bu ad Afrikada geniş ərazini tutan savanna regionundan gəlir. Savanna iqlim qurşağı ekvatordan hər iki tərəfində olub, tropik xətlərin arasında yerləşir. Hansı ki, tropik xətlərdə günəş ildə iki dəfə zenitdə olur. Bu zaman həmin ərazilərdə hava çox isti olur. Bu istilər zamanı yüksək miqdarda su buxarlanır ki, bu yenidən leysan yağışları formasında geri qayıdır. Savanna iqlim qurşağı ekvatorial zonayada uyğun gəldiyi üçün mart və sentyabr aylarında da günəş zenitdə olur.
Suzanne Hiram
Suzanne Hiram (8 oktyabr 1987) — Naurulu qadın ağır atlet. 48 kq çəki dərəcəsində yarışır və beynəlxalq yarışlarda Naurunu təmsil edir. Suzanne Hiram dünya çempionatlarında iştirak etmişdir. Son dəfə 2007 Ağır atletika üzrə Dünya Çempionatında mübarizə aparmışdır.
Arzu Şuşanova
== Həyatı == 38 saylı şəhər orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə daxil olaraq təhsilini davam etdirmişdir. Tələbəlik dövründə Ə.Haqverdiyevin "Yeyərsən qaz ətini, görərsən ləzzətini" əsərində Güllü, C.Cabbarlının "Solğun çiçəklər"ində Sara, A.Çexovun "Təklif" pyesi əsasında hazırlanmış tamaşada Natalya Ştepanovna, N.B.Vəzirovun "Yağışdan çıxdıq, yağmura düşdük" komediyasında isə Yetər rolları üzərində çalışmış və tamaşaçılar tərəfindən rəğbətlə qarşılanan obrazlar yaratmağa nail olmuşdur. Arzu Şuşanova 2000-ci ildən Bakı Bələdiyyə Teatrındadır. C.Cabbarlının "Dönüş"ündə – Gülər, C.Məmmədquluzadənin "Ölülər"ində- Nazlı, M.F.Axundovun "Müsyo Jordan və Dərviş məstəli şah" əsərində- Gülçöhrə obrazları deməyə imkan verir ki, onun teatr aləmində böyük gələcəyi vardır. A.Babayevin "Oğul"unda – Nurəngiz, N.Hikmətin "Damokl qılıncı"nda – Benzin satanın qızı, R.İçərişəhərlinin "Vətənə igidlər gərəkdir" tamaşasında – Əsmər, İ.Kərimovun "Xəyanətin Müsibəti"ndə – Fatimə, H.Cavidin "İblis"ində – Mələk, Ə.Pəhləvanın "İnsan və İblis"ində- Şükriyyə, A.Qurbaninin "Türk sancağı" tamaşasında – I aparıcı, Sofoklun "Elektra" faciəsində – Carçı qız , V.B.Molyerin "Fırıldaqçı" komediyasında – Qiasinta, Ə.Əliyevin "Cırtdan, Məlikməmməd və üç gözəl" tamaşa nağılda- Cırtdan rollarında məharətlə çıxış edir. Arzu Şuşanova öz istedadlı çıxışları ilə teatr ictimaiyyətinin müsbət rəylərini, tamaşaçı məhəbbətini qazana bilmişdir.
Duşanka Sifnios
Duşanka Sifnios (serb. Душанка Сифниос, 15 oktyabr 1933 - 14 oktyabr 2016) ən məşhur və beynəlxalq səviyyədə müvəffəqiyyətli serb balerinalarından biri olaraq qəbul edilən serbiyalı balerina və xoreoqrafdır. == Bioqrafiya == 15 oktyabr 1933-cü ildə Skopye şəhərində anadan olmuşdur. 1953-cü ildə Belqrad Balet Liseyini bitirib, Nina Kirsanovanın sinifində oxumuşdur. Gimnaziyada təhsil alarkən, 1951-ci ildə Belqradda Milli Teatr qrupunun üzvü oldu. Gənc balerinanın istedadı fərqləndi və tezliklə solist və sonra Milli Teatrın əsas rəqqasəsinə çevrildi. == Yaradıcılığı == Onun erkən çıxışları Yugoslaviya xoreoqrafı Dimitri Parlik tərəfindən səhnələşdirilmişdir və bura "Orfey"də Evridika, "Romeo və Cülyetta"da Cülyetta daxil idi. Bu dövrdə ən müvəffəqiyyətli iki rolu, Adolf Adan tərəfindən Jizel, Béla Bartók tərəfindən "The Miraculous Mandarin" qız obrazı idi. O Jizel rolunu Belqrad Milli Teatrında 177 dəfə ifa etmişdi və bir çox Avropa şəhərlərini gəzmişdi: Venesiya, Edinburq, Vyana, Wiesbaden, Florensiya, Roma, Zürih, Berlin və Paris. O, Jizel rolu ilə Moskvanın Böyük Teatrında çıxış edərək böyük bir müvəffəqiyyətə imza atmışdı.
Müsənna mühafəzəsi
Müsənna mühafəzəsi (ərəb. محافظة المثنى‎) — İraqın 18 mühafəzəsindən biridir. Müsənna mühafəzəsinin ərazisi 51.740 km², 1997-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 436.825 nəfər, inzibati mərkəzi Səmavə şəhəridir .