Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Snayper tüfəngi
Silah saytlarının və ekspertlərinin qiymətləndirmələrinə görə, bu gün çoxlu sayda şirkət tərəfindən müxtəlif modeldə iriçaplı güllələrdən atəş açan snayper tüfəngləri yaradılıb və müxtəlif ölkələrin ordularında silahlanmaya qəbul edilib. Amma keyfiyyət və tətbiqatı baxımından "ən yaxşı" iriçaplı snayper tüfəngləri barmaqla sayılası qədərdir. Maraqlısı odur ki, bu silahlar arasında Azərbaycanın 2009-cu ilin əvvəlində dünya bazarına çıxardığı İST 14,5 Antimaterial Rifle "İstiqlal" tüfəngi də var. İriçaplı snayperlər arasında "ən yaxşı" tüfəng seçilənlər isə aşağıdakılardır: Mechem NTW-20 (Denel NTW-20) CAR-ın "Denel" firması tərəfindən istehsal olunan bu snayper əsasən yüngül zirehli texnikalara, bu texnikalarda daşınan şəxsi heyətə, təyyarə və helikopterlərə qarşı tətbiq olunur. Darağı 3 güllə tutan NTW-20-nin doldurulması əllə həyata keçirilir. Seriya ilə istehsalına 1998-ci ildən başlanmış bu tüfəngin NTW-20 və NTW-14,5 modifikasiyaları mövcuddur. Dünyanın ən böyük çaplı snayper tüfəngləri sayılan bu silahlardan NTW- 20-nin kütləsi 26 kq, uzunluğu 1795 mm-dir. Bu tüfəng 20×83,5 və 20×110 mm çaplı güllələrdən atəş açır. NTW-14,5-in isə kütləsi 29 kq, uzunluğu 2015 mm-dir. Bu modifikasiya isə 14,5×114 mm çaplı güllələrdən atəş açır.
Avtomatik snayper tüfəngi
Avtomatik snayper tüfəngi – güclü gilizlərdən istifadə edən, kiçik daraqlı və gilizi daha uzaq məsafələrə atmağı bacaran avtomat növüdür. Avtomatlardan fərqli olaraq daha güclü və uzun mənzilli gilizlərdən istifadə edir. Ayrıca olaraq avtomatlardan daha uzun olurlar. Bu cür silahları daha çox şəhərlərin və ya strateji əhəmiyyətli obyektlərin, regionların, bölgələrin müdafiəsində, ön xəttin arxasında və digər müharibə meydanlarında istifadə edirlər. Bu cür silahlar ABŞ istehsalı 30-06 Springfield, Rusiya istehsalı (rus standartı) 7.62x54mmR, NATO istehsalı (NATO standartı) 7.62x51mm, İsveçrə istehsalı (İsveçrə standartı) 7.5x55mm gilizlərindən istifadə edirlər. Daraqları isə adətən 20 güllə tutur. Əvvəllər Avtomatik snayper tüfəngləri yarımavtomatik rejimdə işləyirdilərsə, hal-hazırda avtomatik snayper tüfənglərinin işləmə mexanizmi dəyişdirilərək həm yarımavtomatik, həm də tam avtomatik rejimə keçirilmişdir.
Draqunov snayper tüfəngi
Draqunov snayper tüfəngi — Draqunovun 7.62 mm-lik snayper tüfəngi. Peyda olan, hərəkət edən, gizlənmiş tək hədəfləri məhv etmək üçün hazırlanmışdır. Tüfəng snayperin ştat silahıdır. Qarabag müharibəsində geniş istifadə olunmuşdur. Silahdan atəş açmaq üçün adi, trasser, zirehdeşən-yandırıcı və snayper güllələrindən istifadə olunur. Atəş tək-tək açılır. Optik nişangah gecə infraqırmızı obyektlərə və pis görünən hədəflərə atəş açmaq üçün nəzərdə tutulub. Bundan əlavə gündüz hədəfi məhv etmək üçün də istifadə olunur. Gecə infraqırmızı obyektlərin şüaları nişangaha düşərək yaşıl rəngli işıqlı ləkə kimi görünür ki, bununla da həmin obyekti dəqiq nişan almaq olur. == Xarakteristikası == Atəş uzaqlığı — 1300 m., açıq nişangahla 1200 m.
Mübariz (snayper tüfəngi)
Mübariz (Snayper tüfəngi) — Azərbaycan Müdafiə Sənayesi Nazirliyi tərəfindən istehsal olunan snayper tüfəngi. == Tarixi == Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi tərəfindən istehsal olunan Mübariz snayperi ilk dəfə 2012-ci il noyabrın 7-dən 10-dək İndoneziyanın paytaxtı Cakarta şəhərində "İndoDefence −2012" müdafiə sərgisində nümayiş olunub. Bu tüfəng eyni zamanda Azərbaycanın lisenziyası ilə Türkiyənin MKEK (Mechanical and Chemical Industry Corporation) şirkəti tərəfindən də istehsal edilir. Azərbaycan, İordaniya, Türkiyə və Pakistan Silahlı Qüvvələrində silahlanmaya qəbul edilib. == Adlandırılması == Mübariz snayperi 2013-cü ilin əvvəllərində orduda silahlanmaya qəbul edilib. Sınaqlar zamanı milli silahımız üzərində xeyli təkmilləşdirmələr aparılıb. "İstiqlal" snayper tüfəngi ailəsindən olan yeni tüfəng, silahlanmaya Azərbaycanın Milli qəhrəmanı Mübariz İbrahimovun şərəfinə "Mübariz" adı ilə qəbul edilib. == Texniki xüsusiyyətləri == İST −12,7 "Mübariz" — 12,7 mm-lik iri çaplı yarımovtamat snayper tüfəngidir. "Mübariz" uzaq məsafələrə dəqiq atəş aparmaq üçün nəzərdə tutlmuş atıcı silahdır. 12.7x108 mm-lik patronlardan atəş açan "Mübariz" tüfəngi müxtəlif istismar şəraitində — havanın 93–97% nisbi rütübətliliyində, −50 dərəcədən +50 dərəcə temepratura qədər effektiv istifadə oluna bilir.
Yalquzaq (snayper tüfəngi)
Yalquzaq (snayper tüfəngi) MSN mühəndisləri tərəfindən yaradılmışdır. Bu yüngül çəkili snayper tüfəngi barədə məlumatı ictimaiyyətə 2012-ci ilin dekabr ayında nazir Yavər Camalov açıqlayıb. Snayper tüfəngi 2012-ci il, dekabrın 17-də dövlət başçısına təqdim olunub. "Yalquzaq"ın atış məsafəsi 1000 metr, darağının tutumu 10 patron, çəkisi isə 7.1 kq-dır. == Xüsusiyyətləri == "Yalquzaq"Azərbaycan MSN-in mühəndisləri tərəfindən yaradılmış və tam olaraq NATO standartlarına cavab verən ilk milli silahdır. Hazırda silahın bütün hissələri yerli zavodlarda istehsal olunur, yəni "Yalquzaq" 100% yerli zavodlarda istehsal olunan NATO standartına uyğun snayper tüfəngidir. Çəkisi boş halda 7.1 kq təşkil edən "Yalquzaq" snayper tüfəngi 10 patron tutumlu daraqla dəstləşdirilir və dəqiqədə 10–15 atəş tezliyinə malikdir. Qeyd edək ki, snayper tüfənginin ümumi uzunluğu 1170 mm, lüəsinin uzunluğu isə 660 mm təşkil edir. Qundağı yığılmış vəziyyətdə isə silahın uzunluğu 950 mm olur. Teleskopik qundağın uzunluğu atıcının anatomiyasına uyğun olaraq 75 mm-dək tənzimlənir.
Yırtıcı (snayper tüfəngi)
Yırtıcı — yarıavtomat iş prinsipinə malik 7,62×54 mm çaplı snayper tüfəngi. Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin mütəxəssisləri tərəfindən yaradılıb. "Yırtıcı" snayper tüfənginin uzunluğu 1185 mm, qundaq yığıldıqda isə 951 mm, lüləsinin uzunluğu 620 mm, effektiv atış məsafəsi 1000 metr, güllənin başlanğıc sürəti 830 metr/saniyə təşkil edir. Tüfəng 10 patron tutumuna malik daraqla dəstləşdirilir. Altı kiloqram çəkiyə malik silahın lülə qutusunun üzərində və yanlarındakı piccatini tamasaları ona taktik aksessuarlar əlavə etmək imkanı yaradır. == Xüsusiyyətləri == 2017-ci ildə testləri başa çatan "Yırtıcı"nın bir sıra xarici analoqlardan fərqi onun özəl dizaynla hazırlanması, atıcı üçün tənzimlənə bilən ayaqlıq və qundaqlarından başqa, konstruktiv dəyişmədə sadəliyinin olmasıdır. Tənzimlənən qundağın atıcı üçün çiyin nahiyyəsinin dirənəcəyində geriyə təpmə zamanı zərbəni yüngülləşdirən xüsusi rezin qoruyucu qoyulub ki, bu da atıcının daha dəqiq atəş açması və bu zaman zəruri xəsarət almaması üçün böyük amildir. Lülə qutusunun üzərində bərkidilən "Pikkatini" relsi, silahın bir sıra optik, termal, infraqırmızı və s. nişangahlardan istifadəsini mümkün edir. İstehsalçının verdiyi məlumata görə isə, effektiv atəş məsafəsi 1000 metrdir.
İstiqlal (snayper tüfəngi)
İstiqlal (İST-14,5 Anti-Materiel Rifle) — Azərbaycan istehsalı olub, əllə doldurulan və uzununa çəkilən çaxmaqlı sxem əsasında hazırlanmış irikalibrli snayper tüfəngi. Uzaq məsafədən hədəfi dəqiqliklə vurma qabiliyyətinə malikdir. Bu silahın əsas təyinatı düşmənin texniki və material vasitələrinin orta və uzaq məsafədən vurulmasıdır. == Tarixi == 2008-ci ilin noyabr ayında Pakistanın Karaçi şəhərində keçirilən "İDEAS-2008" hərbi sərgisində nümayiş etdirilən "İstiqlal" sərgiyə qatılan bəzi dövlətlərin, o cümlədən Pakistan Silahlı Qüvvələrinin nümayəndələrinin marağına səbəb olub."İstiqlal" snayper tüfəngi Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) İstanbulda keçirilən IX Beynəlxalq Müdafiə Sərgisində (İDEF) nümayiş etdirilib. Məlumatlara görə, Azərbaycanın stendində diqqəti daha çox İST-14,5 Anti-Material Rifle (İstiqlal) adlı snayper tüfəngi çəkib.Türkiyənin bu snayper tüfənginə marağı böyükdür. Türkiyə Milli Müdafiə Nazirliyinin növbəti illərdən «İstiqlal»ın Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil ediləcəyini planlaşdırıbHazırda "İstiqlal" snayper tüfənginin yeni versiyası hazırlanır == Taktiki-texniki xüsusiyyətləri == Yerli mütəxəssislər tərəfindən hazırlanan "İstiqlal" snayperi MDB və NATO ölkələrində istehsal olunan analoqlarını öz göstəricilərinə görə geridə qoyur. Çəkisi 54 kiloqram olan bu snayper tüfəng çox ağır olmasına baxmayaraq, dəzgah üzərində tətbiq olunur. Bu silahın optik nişangahı özəlliyi ilə analoqlarından fərqlənir. Hədəfi məhv etmə məsafəsi 3 min metr olan "İstiqlal" -50 və + 50 dərəcə temperaturlarda belə rahat istifadə oluna bilir. Darağın tutumu 5 patron və dolu darağın çəkisi 2kq-dır.
İstiqlal snayper tüfəngi

Tüleni (Oxot dənizi)
Tüleni adası — Oxot dənizinin cənub-qərbində, Saxalin adasınsa yerləşən Terpeniya burnundan 12 cənub-qərbdə yerləşən ada. Ada kifayət qədər kiçikdir: uzunluğu 636 metr, eni 40-90 metr arasında dəyişir. Sahəsi 0,053 km², maksimal hündürlüyü isə 18 metrdir. Ada ilk dəfə 1643-cü ildə holland səyyahı Maarten Qerritsen De Friz tərəfindən kəşf edilmişdir. İnzibati cəhətdən Saxalin vilayəti Poronay vilayəti ərazisinə daxildir. Sahilləri terrasvaridir. Ada ərazisində dəniz şirlərinin yerləşim yerləri vardır. Ada dəniz şirlərinin yerləşim yerləri olması 1852-ci ildə balina ovçuları tərəfindən müəyyən edilmişdir. Artıq XIX əsrin sonlarına qədər minlələr baş canlı ovlanılırdı. Nəticəfə heyvanların sayında kütləvi azalma müşahidə olunurdu.
Ağır kalibrli snayper tüfəngi
Ağır kalibrli snayper tüfəngi, böyük kalibrli snayper tüfəngi və ya Anti-material tüfəngi hərbi nəqliyyat vasitələrinə və ya digər hərbi texnikalara qarşı istifadə edilmək üçün hazırlanmış tüfəng növüdür. Ağır kalibrli snayper tüfənglərinin tarixi Birinci Dünya Müharibəsində istifadə olunan tank əleyhinə tüfənglərə gedib çıxır. İkinci Dünya Müharibəsində də geniş şəkildə istifadə edilmişdirlər, lakin sonralar ağır zirehli texnikalara qarşı effektiv olmadıqlarına görə bazuka kimi raket buraxıcı qurğular və arxaya təpməsiz tüfənglərlə əvəz edildilər, ancaq Koreya müharibəsinə qədər istifadə edilmişdirlər. Modern ağır kalibrli snayper tüfəngləri Soyuq müharibənin sonlarından hazırlanmağa başlanıldılar. Əvvəlki tank əleyhinə tüfənglərdən fərqli olaraq, onlar əsasən yüngül zirehli maşınlar və ya hədəflər qarşı istifadə olunurlar.
20 mm-lik Anzio snayper tüfəngi
Lülənin kalibri - 20 mm
Tulun
Tulun (rus. Тулун) — Rusiya Federasiyasında yerləşən şəhər. İrkutsk vilayətinə daxildir.
Tuluq
Tuluq (ölçü vahidi) — əsasən maye halında olan ərzaqları və qeyri-ərzaq məhsullarını ölçmək üçün istifadə edilən əşya. Tuluq (qab) — əsasən maye halında olan ərzaqları və qeyri-ərzaq məhsullarını saxlamaq və daşımaq üçün istifadə edilən əşya. Tuluq zurnası — Azərbaycanda nəfəsli milli musiqi aləti.
Zəhər tuluğu
Zəhər tuluğu — Ssenari müəllifləri Taleh Yüzbəyov, Orxan Mərdan, Pərviz Həsənov və Cəlil Cavanşir olan, Taleh Yüzbəyovun və Orxan Mərdanın rejissorluğu ilə çəkilən, tammetrajlı bədii Azərbaycan filmi. == Məzmun == Bıçaqlandıqdan sonra sağ qalan Adil (Taleh Yüzbəyov), müalicə olunduğu xəstəxanadan çıxıb öz monoton həyatına geri dönməyə hazırlaşır. O hər zamanki kimi, "zəhər tuluğudur" – iş yoldaşlarını, dostlarını, onu müalicə edən həkimi və tibb bacılarını acılamağa, incitməyə, kobudluğa davam edir. Dostu Şakirin və artıq həyat tərzini dəyişdiyini iddia edən tələbə yoldaşı, keçmiş "həyat qadını" Rənanın müşayəti ilə xəstəxanadan çıxıb normal həyatına davam etməyi düşünən Adil inanılmaz bir sınaqla qarşılaşır. Xəstəxananın həyətindən çıxmamış Şakirin maşınına tanımadıqları hamilə qadın əyləşir. Dünyaya gətirəcəyi qız övladını qorumaq üçün ərindən və onun ailəsindən, daha doğrusu abortdan qaçan qadını qorumaq üçün Şakir və Rəna israr edir. Adil bu işə mane olmağa çalışsa da, getdikcə bütün şərtlər onu dünyaya gələcək körpənin xilaskarına çevirir.
Tulun (Germi)
Tulun (fars. تولون‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 336 nəfər yaşayır (89 ailə).
Tulun (dəqiqləşdirmə)
Tulun — Rusiya Federasiyasında yerləşən şəhər. İrkutsk vilayətinə daxildir. Tulun (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd.
Tuluq zurnası
Tulum və ya tuluq zurnası — Azərbaycanda nəfəsli milli musiqi aləti. == Tarixi və xarakteristikası == Bir vaxtlar Qarabağ, Laçın, Qazax, Tovuz və Naxçıvan ərazisində geniş yayılmış nəfəslə çalınan dəri çalğı alətidir. Hazırda Azərbaycanda, əsasən, Naxçıvan Muxtar Respublikasında rast gəlmək olar. Başqa nəfəsli çalğı alətləri kimi tulumun da çox qədim tarixi vardır. Alimlərimiz tulumun yaranma tarixini sinifli cəmiyyətin ilk dövrlərinə aid edirlər. Hazırda tulumun müxtəlif növləri fərqli adlarla Qafqaz, eləcə də bir sıra Avropa xalqları arasında geniş istifadə edilir. Maldarlıq, əsasən də, qoyunçuluqla məşğul olan köçəri tayfalar tulumdan çox istifadə etmişlər. Səs tembri zurnanın səsinə bənzədiyi üçün bə'zən ona "tulum zurnası" da deyilib. Tulum xüsusi üsulla aşılanıb yumşaldılmış keçi və ya qoyun dərisindən hazırlanır. Bütöv soyulmuş dərinin iki ayağı möhkəm bağlanılır.
Yuyçzülyü Tulun
Yuyçzülyü Tulun (v. 492) - Jujan dilindəki adı ilə "Daimi xaqan" 485-cü ildə atasından sonra taxta çıxmış jujan xaqanı idi. == Hakimiyyəti == Hakimiyyəti dövründə daim Şimal Vey sərhədlərinə axınlar olsa çox güclü döyüşlər olmurdu. Nazirlərindən biri olan Şiloxeu ona sülh təklif etsə də o naziri vətənə xəyanətlə günahlandıraraq edam etdirdi. Xaqanın hakimiyyəti bir çoxları tərəfindən zülm kimi görünürdü. 12 ailədən ibarət Fufuluo qəbiləsi ona üsyan edərək şimala qaçdı və Qaoçe Ulu Bəyliyini qurdu. Dövlətin ard-arda məğlubiyyətlərinə dözməyən jujanlar saray çevrilişi edərək Tulunu devirdilər və taxta onun əmisi Naqayı gətirdilər.
Tuluq (ölçü vahidi)
Tuluq — əsasən maye halında olan ərzaqları və qeyri-ərzaq məhsullarını saxlamaq və ölçmək üçün istifadə edilən əşya. == Ümumi məlumat == Ölçü vahidi kimi işlədilən qablardan biri də tuluq olmuşdur. Tuluq qoyun dərisindən hazırlanırdı. Ondan əsasən maye halında olan ərzaqları və yeməkləri saxlamaq və ölçmək üçün istifadə edilirdi. "Xanım, yeddi qoyunun yarı şaqqası, yeddi batman (1 batman=8 kq) unun çörəyi, yeddi batman düyünün aşı, yeddi tuluq şərab mənim bir öynəmin xörəyidi" (Koroğlu dastanı). == Mənbə == Azərbaycan etnoqrafiyası, Bakı-2007, “Şərq-Qərb” nəşriyyatı. Üç cilddə. III cild. səh. 459.
Əhməd ibn Tulun
Əhməd ibn Tulun (20 sentyabr 835, Bağdad – 14 may 884) — Misirdə 868-ci illə 884-cü illər arasında hökm sürmüş Tulunilər dövlətinin qurucusu türk əsilli dövlət adamıdır. Eyni zamanda Tulunoğlu Əhməd kimi də tanınır. == Həyatı == Əhməd ibn Tulun 835-ci ildə Bağdad şəhərində dünyaya gəlmişdi. Atası Tulun, Buxara valisinin Abbasi xəlifəsi Əl-Məmuna göndərdiyi qulamlardan biriydi. 868-ci ildə Bayık bəy tərəfindən vali olaraq Misirə göndərildi. Əhməd ibn Tulun iqtisadi cəhətdən apardığı reformalar, düzənləmələr ilə Misir tarixində yer almışdır. Bu dövrdə Fələstin, Benqazi, Suriya, Antakiya və Mərsin alınmışdır. == Mənbə == Ənvər Çingizoğlu, Abbasilər dövründə türklər, Bakı:Mütərcim, 2015, 408 səh. == Ədəbiyyat == İbn Khallikan's biographical dictionary. Translated from the Arabic by Baron William Mac Guckin de Slane, member of the council of the asiatic society of Paris, corresponding member of the academy of sciences of Turin, etc.
Zəhər tuluğu (film, 2021)