Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Türkdilli dövlətlər
Türk dövlətləri – Əsasən Asiyada və Şərqi Avropada yerləşirlər. Bu gün dünyada rəsmən 6 müstəqil türk dövləti mövcuddur (Şimali Kipr Türk Respublikasının müstəqilliyi dünya dövlətləri tərəfindən hələ tanınmayıb). Onlardan beşi – Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstan SSRİ dağılandan sonra 1991-ci ildə, Osmanlı İmperiyasının varisi olan Türkiyə isə 1923-cü ildə öz müstəqilliyini elan edib. 2005-ci ilin məlumatlarına görə dünyada türk dillərində danışan əhalinin ümumi sayı 200 milyondan çoxdur.
Türkdilli xalqlar
Türk xalqları və ya türkdilli xalqlar — Avrasiya ərazisində yaşayan etnolinqvistik qrup. Dünyada türk xalqlarının sayı 150 milyondan çoxdur. "Türk" sözünə ilk dəfə VII əsrin "Orxon-Yenisey" abidələrində rast gəlinir. Türk xalqlarının dinləri fərqlidir. Böyük bir hissə İslam dininə etiqad edərkən, çuvaşlar və qaqauzlar — Xristian, yakutlar, dolqanlar və xakaslar — Şamanizm, karaimlər və qrımçaklar — İudaizm dininə inanır. Türk xalqlarının hazırda 6 müstəqil dövləti vardır. (Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə, Türkmənistan). Türk dünyası ölkələrinin hamısı, demək olar ki, çoxmillətlidir. Türklər Asiya qitəsində Əfqanıstanda (əfşarlar, qızılbaşlar və s.), İraqda (türkmənlər), Suriyada (əsasən Türkiyə ilə sərhəddə), Gürcüstan və İranda (azərbaycanlılar) yaşayırlar. Avropa qitəsində isə türklər Bolqarıstanda (bolqar türkləri), Ruminiyada (qaqauz-qıpçaq), Yunanıstanda, Ukraynada (Krım tatarları), Litvada (kəraimlər) və Rusiyada yaşayırlar.
İran türkdilli xalqları
İran türkləri — İran əhalisinin təxminən 1/5-ni təşkil edirlər və sayları təxminən 17 milyon nəfərdir.İrandakı türkdilli xalqları əsasən üç böyük bölgədə yaşayırlar. İranın şimalında, şimal-qərb və mərkəz və cənubunda yerləşən əyalətlər. İranın şimal-qərb bölgələrində yerləşən əyalətlər tarixi Cənubi Azərbaycan ərazisində yerləşirlər. Şimal-şərq bölgəsində yerləşən əyalətlər, tarixi Xorasan ərazilərindədir. İranın mərkəzində və cənubunda olan və türkdilli xalqların yaşadığı əyalətlər, Fars əyalətinə şamil olunurlar. == Bölgələr == === Cənubi Azərbaycan === Cənubi Azərbaycanda yaşayan azərbaycanlılar, tarixi Azərbaycan bölgələri ərazisində, həmçinin ondan kənarda, İranın digər əyalət və bölgələrində yaşamaqdadırlar. Bunlar Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil, Zəncan, Qəzvin, Həmədan, Mərkəzi, Gilan, Kürdüstan, Kirmanşah, Əlburz, Tehran və Qum bölgələridir . İran azərbaycanlılarının sayı 1998-ci ildə ethnologue saytının təxmini hesablamasına görə, 13,5 milyon nəfər imiş. Bu sayı indiki dövr artımı ilə 20 milyon nəfər hesab etmək olar . === Qaşqaylar === Qaşqay türkdilliləri,İranın cənub və mərkəzi əyalətlərində yaşayırlar.
Türkdilli Dövlətlərin Parlament Assambleyası
Türk Dövlətləri Parlament Assambleyası və ya keçmiş adı ilə Türkdilli Dövlətlərin Parlament Assambleyası — 21 noyabr 2008-ci ildə Türkiyə Respublikasının İstanbul şəhərinin Dolmabaxça Sarayında Azərbaycan Respublikası, Qazaxıstan Respublikası, Qırğızıstan Respublikası və Türkiyə Respublikasının parlament rəhbərlərinin imzalamış olduğu sazişlə təsis olunmuşdur. 29 sentyabr 2009-cu ildə Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) I. plenar sesiyası keçirilmişdir. Plenar sesiyada TÜRKPA-nın Reqlamenti, Katibliyin Əsasnaməsi və Bakı Bəyannaməsi, Katibliyin daimi əsasla Bakı şəhərində yerləşməsin haqqında qərar qəbul edilmişdir. TÜRKPA sədrliyi rotasiya üsulu ilə ingilis əlifbası üzrə ildə bir dəfə bir ölkədən digərinə keçməkdədir. TÜRKPA Katibliyi Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində yerləşən və beynəlxalq təşkilat statusuna malik olan qurumdur. == Məqsədləri == Parlamentlərarası əməkdaşlığın keyfiyyətcə yeni mərhələsi olan parlament diplomatiyası vasitələrinin köməyi ilə dövlətlər arasında siyasi dialoqun daha da inkişaf etdirilməsinə kömək göstərmək; Tarix, mədəniyyət və dil ümumiliyinə əsaslanaraq milli qanunvericiliklərin yaxınlaşdırılması və parlamentlərarası əməkdaşlığa dair digər məsələlərdə qarşılıqlı fəaliyyətin daha da sıxlaşdırılması.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Günü
Türkdilli Dövlətlərin Əməkdaşlıq Günü - Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılmasını nəzərdə tutan 2009-cu il Naxçıvan Razılaşmasının imzalanmasından etibarən 3 oktyabr tarixi Türkdilli Dövlətlərin Əməkdaşlıq Günü kimi qeyd edilir. == Tarixi == Azərbaycanın Xarici İşlər Nazirliyi 3 oktyabr 2017-ci ildə - Türkdilli Dövlətlərin Əməkdaşlıq Günü ilə bağlı bəyanat yayıb.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası
Türk Dövlətləri Təşkilatı və ya keçmiş adı ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) (qaz. Turki Memleketteriniñ Ūyımı, qırğ. Түрк мамлекеттеринин уюму, özb. Turk Davlatlari Tashkiloti türk. Türk Devletleri Teşkilatı, ing. Organization of Turkic States) — 3 oktyabr 2009-cu ildə Naxçıvan şəhərində imzalanan Naxçıvan müqaviləsi ilə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan arasında qurulmuş olan beynəlxalq təşkilatdır.Özbəkistan 30 aprel 2018-ci ildə qatılma niyyətinin olduğunu açıqlamış və 14 sentyabr 2019-cu ildə də Türk Şurasına üzv olmuşdur. Bu əməkdaşlıq şurasının qurulması fikri ilk dəfə 2006-cı ildə Qazaxıstan prezidenti Nursultan Nazarbayev tərəfindən təklif edilmişdir. 24 may 2019-cu il tarixində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təklifi və şura üzvlərinin razılığı ilə Nursultan Nazarbayev Türk Şurasının ömürlük fəxri rəhbəri ünvanını almışdır. 2018-ci ilin sonlarından bu yana Macarıstan müşahidəçi dövlətdir və yaxın zamanda Türk Şurasına tam üzvlük tələbini etməsi gözlənilir. Təməlləri 1992-ci ildən bu yana müəyyən fasilələrlə toplanan Türkcə Danışan ölkələr Zirvəsinə dayanna şuranın qurumsal mərkəzləri İstanbul (ümumi katiblik), Bakı (Parlament Assambleyası) və Astanadır (Beynəlxalq Türk Akademiyası).
Türkdilli Ölkələr Əməkdaşlıq Günü
Türk Dövlətləri Əməkdaşlıq Günü – hər il 3 oktyabr tarixində qeyd edilməkdədir. == Haqqında == 3 oktyabr 2009-cu il tarixində IX Türkdilli Ölkələr Dövlət Rəhbərləri Zirvəsində iştirakçı dövlətlər olan Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə tərəfindən imzalanan və Türk Şurasının yaranmasına gətirib çıxaran Naxçıvan müqaviləsi imzalandı.Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan arasında 3 oktyabr tarixində imzalanan Naxçıvan müqaviləsi nəticəsində bu müqavilənin imzalanma tarixi olan 3 oktyabrda Türkdilli Ölkələr Əməkdaşlıq Günü Elan edilmiş və hələ də qeyd edilməkdədir.Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası Quruluşu haqqında Naxçıvan Sazişi "3 Oktyabr 2009 tarixində Türkiyə ilə Azərbaycan arasında Qazaxıstan və Qırğızıstan arasında imzalanan Türk Dili, bu Sazişin imzalanmasının ildönümünün tarixinin hər il Əməkdaşlıq Günü olaraq qeyd olunduğunu söylədi. Həyata keçirdiyimiz Türkdilli Ölkələrin Əməkdaşlıq Gününün 10 illiyi, Türk Şurası (Türk Şurası) VII. Özbəkistanın sammitdə tamhüquqlu üzvü kimi iştirakının və Türk Şurası Avropa Ofisinin fəaliyyətə başlamasının şahidi olduğumuz bir dövrdə qeyd edirik ki, əməkdaşlığımız möhkəmlənsin. Son 10 ildə Türk Şurasının institusionalizasiya istiqamətində mühüm addımlar atıldı; Bundan əlavə, Şuranın əməkdaşlıq etdiyi TÜRKPA, TÜRKSOY, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Türk İş Şurası və Türk Şurası Ümumi Ticarət və Sənaye Palatası vasitəsi ilə üzv ölkələr arasındakı əlaqələr daha geniş bir şəkildə genişləndirildi. Dost və qardaş Türk Cümhuriyyətlərinin ortaq dilindən, tarixindən və mədəniyyətindən güc alaraq, Türk Şurası Avrasiya coğrafiyasında sülh, sabitlik və rifaha mühüm töhfələr vermək üçün gələcəyə doğru irəliləyir. 15 oktyabr 2019-cu ildə VII. Sammitdə Özbəkistan Türk Şurasının tamhüquqlu üzvü kimi iştirak etmişdir. Zirvədə Türk Dünyasını birləşdirmək səylərinə görə Qazaxıstanın qurucu prezidenti Elbas cənab Nursultan Nazarbayevə Türk Dünyası Ali ordeni təqdim edildi. Cənab Nazarbayevə də Prezidentimizin təklifi ilə Türk Şurasının fəxri prezidenti adı verildi. Türk Şurasına üzv dövlətlər arasında Birgə İnvestisiya Fondunun yaradılması ilə bağlı texniki-iqtisadi əsaslandırma ilə prosesin sürətləndirilməsi barədə qərarın qəbul edildiyi Zirvə Bəyannaməsində, TK üzv dövlətlərinin Sülh Fəvvarələri Əməliyyatımızı dəstəklədiyi ifadə edildi. 10 aprel 2020-ci ildə, COVID-19 ilə mübarizədə ölkələr arasında həmrəyliyi və koordinasiyanı artırmaq məqsədi ilə Türk Şurasının üzvü / müşahidəçi ölkələrin və Türkmənistanın dövlət / hökumət başçılarının iştirakı ilə Türk Şurasının Fövqəladə Video Konfransı Zirvəsi keçirildi.
Türkdilli ölkələrin zirvə sammiti
Türkdilli ölkələrin zirvə sammiti (türk. Türk Dili Konuşan Ülkeler Zirvesi) — Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan dövlətlərinin iştirakı ilə hər il bir başqa üzüv dövlətdə keçirilən beynəlxalq sammit.
İran türkdilli xalqlarının sayı
İran türkləri — İran əhalisinin təxminən 1/5-ni təşkil edirlər və sayları təxminən 17 milyon nəfərdir.İrandakı türkdilli xalqları əsasən üç böyük bölgədə yaşayırlar. İranın şimalında, şimal-qərb və mərkəz və cənubunda yerləşən əyalətlər. İranın şimal-qərb bölgələrində yerləşən əyalətlər tarixi Cənubi Azərbaycan ərazisində yerləşirlər. Şimal-şərq bölgəsində yerləşən əyalətlər, tarixi Xorasan ərazilərindədir. İranın mərkəzində və cənubunda olan və türkdilli xalqların yaşadığı əyalətlər, Fars əyalətinə şamil olunurlar. == Bölgələr == === Cənubi Azərbaycan === Cənubi Azərbaycanda yaşayan azərbaycanlılar, tarixi Azərbaycan bölgələri ərazisində, həmçinin ondan kənarda, İranın digər əyalət və bölgələrində yaşamaqdadırlar. Bunlar Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil, Zəncan, Qəzvin, Həmədan, Mərkəzi, Gilan, Kürdüstan, Kirmanşah, Əlburz, Tehran və Qum bölgələridir . İran azərbaycanlılarının sayı 1998-ci ildə ethnologue saytının təxmini hesablamasına görə, 13,5 milyon nəfər imiş. Bu sayı indiki dövr artımı ilə 20 milyon nəfər hesab etmək olar . === Qaşqaylar === Qaşqay türkdilliləri,İranın cənub və mərkəzi əyalətlərində yaşayırlar.
Türkelli
Türkelli — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Cəlilabad rayonunun Xanəgah kənd inzibati ərazi vahidində kənd. == Tarixi == 31 may 2013-cü ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Xanəgah kənd inzibati ərazi dairəsi tərkibindəki Xanəgah kəndinin ərazisində faktiki mövcud olan yaşayış məntəqəsi Türkelli adlandırılmış, Xanəgah kənd inzibati ərazi dairəsi tərkibində qalmaqla həmin yaşayış məntəqəsinə kənd ərazi vahidi statusu verilmiş və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. == Toponimikası == Türkelli oyk. Cəlilabad rayonunun eyni adlı i.ə.v-də kənd. Buravar silsiləsinin ətəyindədir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 244 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.