QIPÇAQLAR

cəm, tar. XI-XII əsrlərdə cənubi rus torpaqlarını tutmuş, peçeneqlərə yaxın türkdilli xalq.
Əya kim qulların qoçdur, Nəsimi qamudən kəmtər; Bəsa türkü, bəsa qıpçaq, bəsa zənci, bəsa hindu. Nəsimi.
Son illərdə bir neçə basqında burunları yaxşıca ovulmuş qıpçaqlar çoxdan bəri buralara üz çevirmirdilər. M.Rzaquluzadə.

QINVARİ
QIPIQ
OBASTAN VİKİ
Qıpçaqlar
Qıpçaqlar və ya Kumanlar — köçəri türk tayfalarından biri. == Haqqında olan == Qıpçaqlar (Kumanlar) — Qədim türk xalqı. Qıpçaqlardan ilk dəfə eramızdan əvvəl Orta Asiya mənbələrində danışılmışdır. Dilləri qıpçaq türkcəsidir. Qıpçaqlar, VIII–IX əsrlər ətrafında Orta Asiyadan Urala keçmiş və burada üstünlük qazanmışlar, daha sonra oğuzlarla birgə Orta Asiyaya yayılmışdılar. Tarix səhnəsinə IX–XI əsrlər arasında çıxmışlar. Qıpçaqlar, monqol zəbtindən əvvəl də Sır-dərya, İdil və Don arasında, Qafqaz və Krım dağlarında, Xəzərin şimal düzlüyü ilə bu günki Qazaxıstanın orta və şimal-qərb arasında yaşayıb bir çox türk tayfaları ilə qarışmışlar və İran, Suriya, Rusiya, Şərqi Avropa və Bizans ilə hərbi, ticarət və iqtisadi əlaqələr qurmuşlar. Əvvəllər "Oğuz çölü" deyilən torpaqlar, artıq XIII əsrdə Dəşti Qıpçaq adı ilə xatırlanmağa başlanmışdır. Çindən Don çayına, Uraldan Qara dənizə qədər olan sahəyə yayılan qıpçaqlar, bu dövrdən sonra da böyük sürətlə yeni ərazilərə yayılırdılar. Macar tarixçilərinin məlumatlarına görə, 1020-ci illərdə, Qərbi Sibirdə böyük bir kimek-qıpçaq tayfa birliyi vardır.
Anadoluda Qıpçaqlar
Urum-Qıpçaqlar
Urumlar (yun. Ουρούμ, urum; türk. Urum, krımtat. Urum) — əsasən Osmanlı İmperiyasında və Krımda bəzi türkdilli xalqlar (türklər, Krım tatarları) tərəfindən müsəlman dövlətlərinin Yunanıstanın peçeneq və ya türk əsilli əhalisini adlandırmaq üçün işlədilən ekzoetnonim. Müasir etnoqrafiyada bir qayda olaraq, türk türkdilli qrup urumlar (və ya peçeneq-urumlar) adlandırılır. Lakin urumları xristian türklər və ya müstəqil etnos, yaxud oğuz-qıpçaq etnik qrupu hesab edən tədqiqatçılar da var. Rusiya Federasiyasında 54 nəfər (2002-ci il siyahıya almasına əsasən), Ukraynada 91548 nəfər (2001-ci il siyahıya almasına əsasən), Gürcüstanda 15.166 nəfər urum yaşayır.
Gürcüstan qıpçaqları
Gürcüstan qıpçaq və kumanları Orta Asiyadan Şərqi Avropaya qədər böyük ərazilərdə məskunlaşmış qədim köçəri türk xalqlarından biridir. Onlar (Kuman-Qıpçaq Birliyi) Gürcüstan da daxil olmaqla, bölgədəki bir çox xalqın tarixində əhəmiyyətli bir rol oynadılar. 12-ci əsrdən 13-cü əsrə qədər qızıl dövrünü yaşayan Gürcüstanın gürcü monarxları minlərlə qıpçaq-kumandan yararlanaraq, onlardan qonşu müsəlman dövlətlərə qarşı hücumlarda istifadə etdilər. Orta əsr Gürcüstanından bəhs edən Kartlis tsxovreba (Kartli yaşayışı ქართლის ცხოვრება) adlı salnamədə belə yazılıb: == Tarixi == === Erkən dövr === Gürcülər ilə kuman-qıpçaqlar arasındakı ilk təmaslar XI əsrə, kuman və qıpçaqların Rusiyanın cənub çöllərində köçəri bir konfederasiya qurduğu vaxta təsadüf edir. Onların Gürcüstanla münasibətləri ümumiyyətlə dinc xarakter daşıyırdı. Üstəlik, o dövrün gürcü siyasətçiləri kuman və qıpçaqları Səlcuqlu fəthlərinə qarşı potensial müttəfiq kimi görürdülər. Gürcü salnamələrinə görə gürcülər köçərilərin yaxşı döyüş bacarıqlarına, cəsarətlərinə və əllərində olan böyük insan resurslarına bələd idilər.Gürcüstan-kuman/qıpçaq ittifaqının memarı, on minlərlə kuman-qıpçaq döyüşçüsündən istifadə edən və onları öz səltənəti dövründə, 1118-ci ildə Gürcüstanda yerləşdirən kral IV David (1089-1125) idi. Davidin Səlcuqlu işğalçılarına qarşı mübarizəsindəki hərbi islahatlarının əsas hissələrindən biri olan bu tədbir yüksək səviyyəli gürcü nümayəndə heyətinin, o cümlədən padşahın özü və onun baş məsləhətçisi və tərbiyəçisi Georgi Çqondidinin qıpçaq qərargahına getməsiylə baş tutmuşdu. Köçərilərlə bu ittifaqı möhkəmlətmək üçün David Kuman-Qıpçaq şahzadəsi, Ətrak xanın (Atraka, gürcü salnaməsindəki Şarağanın oğlu) qızı Quranduxt ilə evləndi və yeni qohumlarını Gürcüstanda məskunlaşmağa dəvət etdi. Kral qıpçaqlarla alanlar arasındakı barışığa vasitəçilik etdi və ehtimal olunur ki, köçəri tayfaların Gürcüstan sərbəstcə keçməsini təmin etmək üçün 1109-cu ildə Ətrakı məğlub edən Kiyev Rus Böyük knyazı Vladimir Monomax ilə bəzi məsləhətləşmələr apardı.

Digər lüğətlərdə