Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Təhlə
Təhlə (Bərdə) — Azərbaycanın Bərdə rayonunda kənd. Təhlə (Goranboy) — Azərbaycanın Goranboy rayonunda kənd.
Təklə
Təklə (Ağsu) — Azərbaycanın Ağsu rayonunda kənd. Təklə (Masallı) — Azərbaycanın Masallı rayonunda kənd. Təklə (Qobustan) — Azərbaycanın Qobustan rayonunda kənd. Təklə (Cəlilabad) — Azərbaycanın Cəlilabad rayonunda kənd. Təklə (Kürdəmir) — Azərbaycanın Kürdəmir rayonunda kənd. Təklə (Goranboy) — Azərbaycanın Goranboy rayonunda kənd. Ağtəklə — Gürcüstanda kənd.
Tələ
Tələ (film, 1990)
Ağ-Təhlə
Ağ-Təhlə — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Qarayazı bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. == Coğrafiası == Gürcüstanın cənub-şərqində, Azərbaycan sərhədindən 20 km aralıda yerləşir. İnzibati mərkəzi Qardabani rayonudur. Sol tərəfində Kür çayı axır. Sağ tərəfindən dəmiryol xətti keçir. 2009-cu ildən kəndin yuxarı hissəsində Gürcüstan-ABŞ hərbi bazası salınıb. 2001-ci ilə qədər həmin yerdə Rusiyaya məxsus "Vaziani" hərbi bazası yerləşirdi. == Əhalisi == 1869-cu ildə həyata keçirilmiş kameral (ailə və ya tüstü/ev sayına görə) siyahıyaalınmaya əsasən Tiflis quberniyasının Tiflis qəzasının Ağtəhlə kəndində Azərbaycan tatarlarından ibarət 107 ailə yaşayırdı.17-24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasının rəsmi yekunlarına əsasən kənddə yaşayan 4.229 nəfər əhalinin 93 %-i etnik azərbaycanlılardan ibarətdir.Kənddə 1 Azərbaycan məktəbi, kənd xəstəxənası, özəl xəstəxana və məscid vardır. Qəsəbə sakinlərinin əksəriyyəti islam dininə etiqad edirlər. 2009-cu ildən Ağtəklədə məscid fəaliyyət göstərir.
Ağ Təklə
Ağ Təklə Tiflis quberniyasının Tiflis qəzasında (indi Qardabani rayonunda) kənd adı. == Toponimkası == Ağ Təklə- Tiflis quberniyasının Tiflis qəzasında (indi Qardabani rayonunda) kənd adı. Gürcücə yazılış forması Aqtaqla. Təklə tayfasının məskunlaşması nəticəsində yaranmış məntəqələrdəndir. Bəzi tədqiqatçıların toponimin "ağ" komponentini "şərq", Qara Təklə adında qara sözünün "qərb" mənasında olması fikri düz deyil. Əsli Əxi Təklə, yəni "Əxiyə (Sufi ordeninin üzvünə) mənsub Təklə" məntəqəsi mənasındadır.
Bala Təklə
Bala Təklə — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 467 nəfərdir. == Toponimiyası == Keçmiş adı Abdulla Təkləli olmuşdur. Abdulla həmin kənddə məskunlaşmış təklə tayfasına mənsub ailələrin başçısının adıdır. "Təklə yaşayış məntəqəsinin kiçik hissəsi" deməkdir. Etnotoponimdir.
Təhlə (Bərdə)
Təhlə (əvvəlki adı: Abadlı) — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Bərdə rayonunun Babək adına kolxozun ərazisindəki yaşayış məntəqəsi Abadlı kəndi adlandırılaraq rayonun yaşayış məntəqələri siyahısına daxil edilmiş və bu kənd mərkəz olmaqla Abadlı kənd Soveti yaradılmışdır. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə Bərdə rayonunun Abadlı kəndi Təhlə kəndi adlandırılmışdır.
Təhlə (Goranboy)
Təklə — Azərbaycan Respublikasının Goranboy rayonunun Yeni yol kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Goranboy rayonunun Xan Qərvənd kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Təklə kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 27 mart 2001-ci il tarixli, 110-IIQ saylı Qərarı ilə Goranboy rayonunun Təklə kəndi Xan Qərvənd kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Yeni yol kəndi olmaqla, Yeni yol kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Bərdə rayonunda da bu adda kənd mövcuddur. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Gəncə-Qazax düzənliyində yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 399 nəfər əhali yaşayır.
Təklə-Muğanlı
Təklə-Muğanlı—Qarabağda yaşayan Dəmirçihəsənli elinin qolu. == Tarixi == Təklə-Muğanlı camaatınının Gürcüstan ağzından, Dəmirçihəsənli nahiyəsindən gəldiyi haqqında fərziyə var. Təklə-Muğanlı oymağı bir nеçə obadan idi. Dəmirçihəsənli mahalında XIX yüzilin önlərində Muğanlı adlı bir nеçə oba vardı. Bunların biri Birinci Muğanlı, ikincisi isə İkinci Muğanlı adlanırdı. Birinci Muğanlı obasına Kərbəlayı Allahyar bəy və qardaşları Qəmbər bəy, Qasım bəy və Həsən bəy başçılıq еdirdilər. İkinci Muğanlı obasına isə Məmmədəli bəy, Hüsеyn bəy və başqaları rəhbərlik еdirdilər. Üçüncü Muğanlı obasına isə Məmmədqulu bəy Hacı Mustafa bəy oğlunun idarəsində idi. Tahir bəyin oğulları da obaya başçılıq еdirdilər. Təklə-Muğanlı camaatı: nurəhmədli, təmişli, allahmədətli, əxicanlı, bayramlı, təhmirazlı, oruclu, əliyеtməzli oymaqlarından ibarət idi.
Təklə-Məkan
Təkləməkan və ya Təklə-Məkan (çin. 塔克拉瑪干沙漠, uyğ. تەكلىماكان قۇملۇقى <(Uyğur sözü olub (Ərəb məhşəlli) Təklə — ترك Tərk "getmək, tərk etmək" və Məkan "yaşayış yeri", yəni "Tərk edilmiş ərazi") — Çinin qərbində Sintszyan-Uyğur Muxtar Rayonu ərazisində yerləşən səhra. Dünyanın ən böyük qumlu səhralarından biridir. Şərqdən qərbə uzunluğu 1000 km-dən çox, eni isə 400 km təşkil edir. Səhranın sahəsi 300,000 km² təşkil edir. == Coğrafiyası == Səhranın əmələ gəlməsin əsas səbəblərindən biri okean və dənizlərdən uzaqlığıdır. Üstəlik dağların arasında yerləşməsi yağıntı gətirən buludların əraziyə daxil olmasının qarşısını alır. Çökmə suxurlardan təşkil onun səhra Tarim dağ düzənliyində yerləşir. Tarim çayının gətirdiyi çöküntülər demək olar ki, müxtəlif vastələrlə bütün səhraya yayılır.
Təklə (Ağsu)
Təklə — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. Təklə kəndi Şirvan düzündədir. Oykonim Səlcuqların təklə tayfasının adı ilə bağlıdır. Əvvəllər Türkiyədə yaşamış təklə tayfası Qazı xanın başçılığı ilə 1540-cı Təklə Mirzəbaba ildə I Təhmasibin (1524-1576) itaətini qəbul etmiş şahsevənlərin tərkibinə daxil olunmuşdu. XIX əsr mənbələrinə görə, təklələr Mil və Qarabağ düzlərində 14 tirə və müxtəlif nəsillərdən ibarət idilər. Sonralar onlar bir neçə qola ayrılmışdılar. Azərbaycan ərazisində təklə etnonimi vasitəsilə yaranmış oronimlər də mövcuddur: Təklə dərəsi (Masallı rayonu), Təklə dağı, Təklə təpəsi (Cəlilabad rayonu) və s.
Təklə (Cəlilabad)
Təklə — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Kənd Burovar silsiləsinin ətəyindədir. Oykonim Səlcuqların təklə tayfasının adı ilə bağlıdır. Əvvəllər Türkiyədə yaşamış təklə tayfası Qazı xanın başçılığı ilə 1540-cı ildə Təklə Mirzəbaba I Təhmasibin (1524-1576) itaətini qəbul etmiş şahsevənlərin tərkibinə daxil olunmuşdu. XIX əsr mənbələrinə görə, təklələr Mil və Qarabağ düzlərində 14 tirə və müxtəlif nəsillərdən ibarət idilər. Sonralar onlar bir neçə qola ayrılmışdılar. Azərbaycan ərazisində təklə etnonimi vasitəsilə yaranmış oronimlər də mövcuddur: Təklə dərəsi (Masallı rayonu), Təklə dağı, Təklə təpəsi (Cəlilabad rayonu) və s. == Bələdiyyə == 29 may 2009-cu il tarixindən etibarən Təklə kəndi Babalı və Abazallı kəndləri ilə birlikdə Təklə bələdiyyəsinə daxildir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 859 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Təklə (Goranboy)
Təklə — Azərbaycan Respublikasının Goranboy rayonunun Yeni yol kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Goranboy rayonunun Xan Qərvənd kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Təklə kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 27 mart 2001-ci il tarixli, 110-IIQ saylı Qərarı ilə Goranboy rayonunun Təklə kəndi Xan Qərvənd kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Yeni yol kəndi olmaqla, Yeni yol kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Bərdə rayonunda da bu adda kənd mövcuddur. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Gəncə-Qazax düzənliyində yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 399 nəfər əhali yaşayır.
Təklə (Kürdəmir)
Təklə — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Kənd Şirvan düzündə yerləşir. Oykonim Səlcuqların təklə tayfasının adı ilə bağlıdır. Əvvəllər Türkiyədə yaşamış təklə tayfası Qazı xanın başçılığı ilə 1540-cı Təklə Mirzəbaba ildə I Təhmasibin (1524-1576) itaətini qəbul etmiş şahsevənlərin tərkibinə daxil olunmuşdu. XIX əsr mənbələrinə görə, təklələr Mil və Qarabağ düzlərində 14 tirə və müxtəlif nəsillərdən ibarət idilər. Sonralar onlar bir neçə qola ayrılmışdılar. Azərbaycan ərazisində təklə etnonimi vasitəsilə yaranmış oronimlər də mövcuddur: Təklə dərəsi (Masallı rayonu), Təklə dağı, Təklə təpəsi (Cəlilabad rayonu) və s. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 397 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Təklə (Masallı)
Təklə — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 1779 nəfərdir. == Toponimikası == Təklə kəndi Lənkəran ovalığındadır. Oykonim Səlcuqların təklə tayfasının adı ilə bağlıdır. Əvvəllər Türkiyədə yaşamış təklə tayfası Qazı xanın başçılığı ilə 1540-cı Təklə Mirzəbaba ildə I Təhmasibin (1524—1576) itaətini qəbul etmiş şahsevənlərin tərkibinə daxil olunmuşdu. XIX əsr mənbələrinə görə, təklələr Mil və Qarabağ düzlərində 14 tirə və müxtəlif nəsillərdən ibarət idilər. Sonralar onlar bir neçə qola ayrılmışdılar. Azərbaycan ərazisində təklə etnonimi vasitəsilə yaranmış oronimlər də mövcuddur: Təklə dərəsi (Masallı rayonu), Təklə dağı, Təklə təpəsi (Cəlilabad rayonu) və s. == Din == Kənddə "İmam Əli" məscidi dini icması fəaliyyət göstərir.
Təklə (Qobustan)
Təklə (əvvəlki adı: Leninabad) — Azərbaycan Respublikasının Qobustan rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə Qobustan rayonunun Leninabad kəndi Təklə kəndi adlandırılmışdır. == Toponimikası == Şahsevən tayfa birliyinə daxil olan təkləlilər kəndi özlərinə mənsub qışlaq yerində salmışlar. Sovet hakimiyyəti illərində qoyunçuluq sovxozu yaradılanda məntəqə Leninabad adlandırıldı. 1991-ci ildə kəndin köhnə Təklə adı bərpa olundu. Oykonim Səlcuqların təklə tayfasının adı ilə bağlıdır. Əvvəllər Türkiyədə yaşamış təklə tayfası Qazı xanın başçılığı ilə 1540-cı Təklə Mirzəbaba ildə I Təhmasibin (1524-1576) itaətini qəbul etmiş şahsevənlərin tərkibinə daxil olunmuşdu. XIX əsr mənbələrinə görə, təklələr Mil və Qarabağ düzlərində 14 tirə və müxtəlif nəsillərdən ibarət idilər. Sonralar onlar bir neçə qola ayrılmışdılar. Azərbaycan ərazisində təklə etnonimi vasitəsilə yaranmış oronimlər də mövcuddur: Təklə dərəsi (Masallı rayonu), Təklə dağı, Təklə təpəsi (Cəlilabad rayonu) və s.
Təklə Baqrationi
Təklə Baqrationi (gürc. თეკლე; 1776, Kartli-Kaxetiya krallığı – 11 mart 1846, Tiflis) — Gürcü şairə. Baqrationilər sülaləsinin nümayəndəsi və Kartli-Kaxetiya çarlığının knyazqinası. == Həyatı == Təklə 1776-cı ildə anadan olmuşdur. Atası Kartli-Kaxetiya çarı II İrakli, anası isə Dadianilər sülaləsindən olan Darican Dadianidir. Döyüşkən xarakterinə görə ona "Təklə-oğlan" (gürc. თეკლე-ბიჭ) ləqəbi verilmişdir. O, 7 sentyabr 1800-cü ildə Gürcüstanın məşhur sülaləsi Orbelianilərdən olan Saqareco hakimi knyaz Vaxtanq Orbeliani ilə evlənmişdir. Bu evlilikdən Aleksandr, Nikoloz, Dimitri və Vaxtanq adlı uşaqları olmuşdur.1801-ci ildə Karli-Kaxetiya çarlığının Rusiya imperiyası tərəfindən ilhaq edilməsindən sonra, digər gürcü zadəganlarından fərqli olaraq Təklə Kartli-Kaxetiyadan çıxarılmamışdır. Həmçinin Rusiya höküməti tərəfindən "Müqəddəs Yekaterina ordeni"nin "Kiçik Xaçı" ilə təltif edilmişdir.
Təklə Mirzəbaba
Təklə Mirzəbaba — Azərbaycan Respublikasının Qobustan rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Qobustan rayonunun Leninabad kənd Sovetinin Təklə Mirzəbaba kəndi Ərəbşalbaş kənd Sovetinin tərkibinə verilmişdir. == Toponimikası == Etnooykonimdir. XIX əsrdə Cavad qəzasında Həramidə yaşamış 110 ailədən ibarət təklə tayfasının məskunlaşması nəticəsində yaranmış yaşayış məntəqələrindəndir. Mirzəbaba bu tayfanın başçısının adıdır. == Tarixi == Kənd əhalisi XX əsrdə 101 ailə olmaqla Cavad qəzasından köçmüşdür. Mənşəcə sırf türk təkəli tayfasının Azərbaycandakı qalıqlarıdır. Təkəlilər — Oğuz tayfasının bir qoludur. "Kitabi-Dədə Qorqud" yarandığı dövrün adətənənələri, köçəri həyat tərzi və s. haqqında tarixietnoqrofik məlumatla zəngindir.
Təklə bələdiyyəsi
Təklə bələdiyyəsi (Ağsu) — Ağsu rayonunda bələdiyyə. Təklə bələdiyyəsi (Qobustan) — Qobustan rayonunda bələdiyyə. Təklə bələdiyyəsi (Cəlilabad) — Cəlilabad rayonunda bələdiyyə. Təklə bələdiyyəsi (Masallı) — Masallı rayonunda bələdiyyə.
Tələ (1990)
== Məzmun == Filmdəki gərgin hadisələr Qarabağda baş verir. Bakı tələbələri buraya qaçqınlar üçün qəsəbə tikintisində inşaatçılara köməyə gəlirlər. Bir-birini sevən iki gənc-Tural (Vüqar Mədətov) və Günel (Tamilla Quliyeva) də onların arasındadır. Bir dəfə gecə onlar erməni quldurlarının uğursuz təxribatının şahidi olurlar. Tural imkan tapıb videokameranı işə salır və həmin qorxulu gecədə baş verən hadisələri lentə alır: əllərində partladıcı olan ekstremistlər, partlayışın göyə qalxan alovu, partlayış nəticəsində həlak olmuş bir neçə nəfər quldur, quldurları aparan, nişanı silinmiş vertolyot. Tural əmindir ki, videomaterial cinayətkarların ifşasına kömək edəcəkdir. Bundan xəbər tutan düşmənlər bu arzuolunmaz şahidi aradan götürməyi qərara alırlar... Film gənclərin bugünkü həyatından, onların vətən təəssübkeşliyindən söhbət açır.
Tələ (şahmat)
Tələ — Şahmat termini Rəqibin uduş güman etdiyi, əslində isə səhv olan gediş.
Tələ effekti
Tələ effekti – bir məhsulu ondan daha bahalısı olanı görənə qədər almamaqla xarakterizə olunan effekt.Williams-Sonomo şirkəti ilk çörək bişirmə aparatını satışa çıxarmışdı. Lakin bu cihazı heç kim almamışfı. 300 dollarlıq qiyməti ilə bir çox adam "Çörək bişirən aparata kim 300 dollar verər?" deyə düşünmüşdür. Buna görə də şirkət 1 aparat belə sata bilməmişdi. Bu hadisələrdən sonra şirkət qərara gəldi ki aparatın satışını dayandırsınlar və bütün mallarını geri çağırdılar. Sonra isə səbəbin nə olduğunu anlamaq üçün bir marketinq məsləhətçisinin yanına getdilər. Bütün məsələni danışdıqdan sonra məsləhətçi "Yeni, daha böyük bir çörək bişirmə aparatı hazırlayın və 450 dollara satın" dedi. İlk öncə şirkət rəsmiləri bu fikir ilə lağ etdilər. Lakin məsləhətçi öz fikrini şirkətə bir yol ilə qəbul etdirdi. Şirkət 2-ci bir aparat hazırladı və mağazalara satışa göndərdi.
Adıgözəl bəy Təklə
Adıgözəl bəy Təklə (1785-?) — Qarabağ bəylərindən, mahal naibi, rus ordusunun praporşiki. == Həyatı == Adıgözəl bəy Dərvişqulu bəy oğlu Dəmirçihəsənli mahalının Təklə-Qaradolaq obasında dünyaya gəlmişdi. Molla yanında oxumuşdu. Obalarının yüzbaşısı olmuşdu. Mеhdiqulu xan Cavanşirə xidmət еtmişdi. Xan İrana qaçandan sonra ruslara işləmişdi. Qardaşı Imamqulu bəylə bərabər Dəmirçihəsənli mahalını idarə еtmişdilər. Praporşik hərbi rütbəsi almışdı. Qarabağda Təklənski soyadı ilə tanınırdı. Törəmələri Adıgözəlov soyadını daşıyırlar.
Təklə Mirzəbaba bələdiyyəsi
Qobustan bələdiyyələri — Qobustan rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycan bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Təklə bələdiyyəsi (Ağsu)
Ağsu bələdiyyələri — Ağsu rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Rəbiə (qəbilə)
Rəbiə — ərəb qəbiləsi. Ərəbləşmiş daha doğrusu arabı-müstaribe (ərəbləşmiş ərəblər) adlanan Adnanilərə mənsubdurlar. == Tarixi == === Rəbiə qəbiləsi Azərbaycanda === Əş-Şeyban tayfası Məhəmməd Peyğəmbərin ulu babası olan Mudarın qardaşı Rəbiə bin Nizarın qurduğu Rəbiə qəbiləsindəndir. Şirvanşahların əslən İbrahim peyğəmbərin oğlu İsmayıl peyğəmbərin övladları olduğunu hesab edənlər də var. Rəbiə tayfasıdan olan Salman ibn Rəbiə əl-Bəhili xəlifə Osmanın (644-656) zamanında Aranı işğal etdi. Z. Bünyadovun fikrincə, Şirvan tarixində ərəb Rəbiə tayfasının Şeyban qəbiləsinin nümayəndələri böyük yer tutur. Bunlar əvvəlcə, mərkəzi Bərdədə olan yarımmüstəqil əmirlik, sonralar isə XI əsrədək yaşamış müstəqil Şirvanşahlar dövlətini yaratmağa müvəffəq olmuşlar. Məzyədilər kökcə Rəbiə adlı ərəb tayfasından idilər. Hələ xəlifə Osmanın (644-656) zamanında Aranı işğal edən Salman ibn Rəbiə bu tayfanın nümayəndəsi idi. Rəbiə tayfasının Şeybanilər nəslindən olan Məzyədilər Azərbaycanda hələ o zamandan yerləşməyə başlamışdılar.
Light Table
Light Table Node.js istifadə edərək ClojureScript-də yazılmış yüngül inteqrasiya olunmuş inkişaf mühiti (daha doğrusu, bu sistem xrom ilə birləşdirilmiş node-webkit və 0.8 versiyasıdır).Kriş Qranger və Robert Attori tərəfindən dizyn edilib. == Haqqında == Proqram hazırda Clojure, ClojureScript, JavaScript və Python inkişafını, həmçinin HTML və CSS-i dəstəkləyir. Bütün bu dillər üçün REPL təmin edilmişdir, mühit ifadələri dərhal qiymətləndirməyə və real vaxt rejimində kodda edilən dəyişikliklərin nəticələrini görməyə imkan verir. Yeni proqramlaşdırma mühitinin fərqli cəhətləri interfeysin sadəliyi və cavabdehliyi ilə birləşməsidir. Beləliklə, hesablamaların nəticəsini dərhal göstərməkdən əlavə, sənəd üzərində başqa sənədi seçmək vəya dəyişdirmək olur. Əlavə proqramlaşdırma dilləri üçün isə dəstək plaginləri lazımdır.
Tele gölü
Tele gölü (fr. Lac Télé) — Mərkəzi Afrika regionunda yerləşən göl. Konqo Respublikasının şimal-şərqində yerləşir. Onun sahəsi 23 km², su həcmi 71 mln m³-dir. Demək olar ki, dairəvi formaya malikdir (6 km uzunluğa və 5 km enə malikdir). Konqo çayına axan qolla birləşir. Gölün yerləşdiyi rayonda iri Qərb düzənlik qorillası populyasiyası vardır.
Tele-direktor
Bir ssenarinin proqrama çevrilməsinə cavabdeh olan şəxsdir. O, divarlara möhkəmləndirilmiş onlarla monitordan əldə edilən görüntülər əsasında işləyir. Divarlara möhkəmləndirilmiş olan hər bir monitor müxtəlif kamera və görüntü mənbələrinə (vtr, subtitr cihazı, videoqrafiya, uplink və s.) qoşulmuş vəziyyətdə olur. Rejissorun baxış (ilkin müşahidə), səhnələşdirmə (hazırlıq) və çıxış (yayım) monitorları mövcuddur. O həmçinin də, səhnənin qurulmasına nəzarət edir, operatorların çəkilişlərinin istiqamətlərini müəyyənləşdirir, çəkiliş effektlərini tənzimləyir, bir kadrdan digərinə keçidləri tənzimləyir.
Qəbələ Dövlət Təbiət Yasaqlığı
Qəbələ Dövlət Təbiət Yasaqlığı – 1993-cü ildə Qəbələ rayonunun ərazisində təşkil edilmişdir.Ərazisi 39 700 hektardır. Yaradılmasının əsas məqsədi Böyük Qafqaz dağlarının cənub yamaclarının landşaftını qorumaqdır.
Bəklə
Bəklə — Azərbaycan Respublikasının Qobustan rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Qobustan rayonu Qozluçay hövzəsi qarşısında yerləşir . Kəndin adı ilə bağlı bir neçə fikirlər vardır . Tarixçi Nürəddin Bəndəliyev öz Dağlıq Şirvanın toponimləri kitabında Kitabi Dədə Qorqudun qəhrəmanlarından biri Bəkilin adına işarə edir . Bundan başqa qədim türk dilli xalqlardan birinin adı Bəkli olmuşdur. Bəklə türk dilində gözlə deməkdir. Kənd 1999-cu ildə yaranmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 291 nəfər əhali yaşayır.