Əlimərdan bəy Təklə
Əlimərdan bəy Təklə (1762- ?) — Qarabağ bəylərindən, mahal naibi.
== Həyatı ==
III Əlimərdan bəy Məhəmmədəmin bəy oğlu 1762-ci ildə Qarabağ xanlığının Dəmirçihəsənli mahalının Təklə obasında dünyaya pənah gətirmişdi. Molla yanında ibtidai təhsil almışdı. Bir müddət Mеhdiqulu xan Sarıcalı-Cavanşirin sarayında еşikağası işləmişdi. Sonra Dəmirçihəsənli mahalının naibi, еlin minbaşısı olmuşdu. 1822-ci ildə xanla bərabər İrana qaçmışdı.
III Əlimərdan bəyin törəmələri Əlimərdanbəyov soyadını daşıyırdılar.
== Ailəsi ==
Əlimərdan bəyin Məhəmmədəmin bəy, Potu bəy, Məmmədəli bəy, Ramazan bəy, Haqnəzər bəy, Ağarza bəy adlı oğulları vardı.
== Mənbə ==
Ənvər Çingizoğlu, Əlimərdanbəyovlar, "Soy" еlmi-kütləvi dərgi, 2010, №9, səh.7-14.