Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Təsisçi
Andrey Rublyov (tennisçi)
Andrey Andreyeviç Rublyov (20 oktyabr 1997-ci il, Rusiya, Moskva şəhərində anadan olmuşdur) — rusiyalı tennisçi; 21 yaşadək tennisçilər arasında ATP Finalının finalçısı (2017); beş ATP turnirinin qalibi (bunlardan dördü təkdir); bir yeniyetmə Grand Slam tək turnirinin qalibi (French Open 2014); cütlüklərdə yeniyetmələrin Böyük Dəbilqə turnirinin finalçısı (Uimbldon-2014); Orange Bowl cütlük turnirinin finalçısı (2013); 2014 Yeniyetmələrin Yay Olimpiya Oyunlarının mükafatçısı; gənclər sıralamasında dünyanın ilk birinci raketkası. == Ümumi məlumat == Andrey Rublyov idmançı ailəsində anadan olmuşdur. Atası, Andrey Rublyov, keçmiş peşəkar boksçudur. İdmandan ayrıldıqdan sonra o bizneslə məşğul olmuş və hazırda Moskvada bir restoran şəbəkəsinin sahibidir. Anası — Marina Maryenko, tennis məşqçisi, əvvəllər Anna Kournikova, Daria Gavrilova və İrina Xromacheva ilə birlikdə çalışmışdır. Kiçik Andreyi üç yaşında tennisə gətirən məhz anası olmuşdur. Bacısı Anna-Arina Marienko, tennis üzrə idman ustası və hazırda məşqçiliklə məşğuldur. Yeniyetmələr arasında ilk böyük uğurunu 2012-ci ilin dekabrında əldə etmişdir. Andrey Orange Bowl turnirinin finalında ev sahibi amerikalı Tommy Paulu məğlub etdi (16 yaşadək kateqoriyada) — 6:3, 6:4. 2013-cü ilin yayında isə idmançı 16 yaşadək Avropa çempionatında qızıl medal qazandı.
Aleksey Smirnov (stolüstü tennisçi)
Aleksey Smirnov (9 oktyabr 1977, Tolyatti, Samara vilayəti) — Rusiyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Aleksey Smirnov Rusiyanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 4-cü pillənin pillənin sahibi olub. Daha sonra Aleksey Smirnov Rusiyanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, Komanda turnirində isə 9-cu pillənin sahibi olub. Aleksey Smirnov Rusiyanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, Komanda turnirində isə 9-cu pillənin sahibi olub.
Robert Frank (stolüstü tennisçi)
Robert Frank (22 yanvar 1990) — Avstraliyanı təmsil edən stolüstü tennisçi. Robert Frank Avstraliyanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və Komanda turnirində 9-cu pillənin sahibi olub.
Azərbaycan dili və ədəbiyyatı tədrisi
Azərbaycan dili və ədəbiyyat tədrisi — Azərbaycan Respublikası Təhsil Nazirliyinin elmi-metodik nəşridir. Jurnal Azərbaycan Respublikası Təhsil Nazirliyinin 5 may 1997-ci il tarixli Nizamnaməsi ilə təsdiq edilmiş, Azərbaycan Respublikası Mətbuat və İnformasiya Nazirliyində dövlət qeydiyyatına alınmışdır. Seriya AB № 022436, Qeydiyyat № B236 Print ISSN 2790–0738 ONLINE ISSN 2791-0911 1954-cü il iyun ayının 15-i "Azərbaycan məktəbi" jurnalının metodik əlavəsi olaraq təsis edilmişdir. 1990-cı il dekabr ayının 3-dən etibarən Azərbaycan Respublikası Təhsil Nazirliyinin müstəqil elmi-metodik nəşri olaraq "Ana sözu" adı ilə dərc edilməyə başlamış, 1997-ci il aprel ayının 2-dən etibarən yenidən "Azərbaycan dili və ədəbiyyatı tədrisi" adı ilə dərcini davam etdirir. Jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən nəşrlər sırasına daxildir. == Tarixi == 1950-ci illərin əvvəllərində respublikada elmi-pedaqoji fikrin geniş ifadəsi üçün yeni çap imkanları axtarılırdı. Belə bir vaxtda elmi-pedaqoji prosesin keyfiyyətini yüksəltmək məqsədilə ayrı-ayrı fənlər üzrə yeni məcmuələrin yaranmasına ciddi ehtiyac duyulurdu. Həmin dövrə kimi ana dilimizin və ədəbiyyatın tədrisi, bu sahədəki problemlərlə bağlı yazılar ancaq müvafiq kitab, qəzet və ədəbi-bədii jurnallarda çap olunduğundan, ayrıca jurnalın nəşrinə zərurət var idi. Ona görə də Azərbaycan SSR Maarif Nazirliyinin qərarı ilə "Azərbaycan məktəbi" jurnalına əlavə olaraq "Azərbaycan dili və ədəbiyyat tədrisi" jurnalı çap olunmağa başladı. Jurnalın ilk nömrəsi 1954-cü il iyun ayının 15-i işıq üzü gördü.
Azərbaycan dili və ədəbiyyat tədrisi (jurnal)

Azərbaycan dili və ədəbiyyatı tədrisi (jurnal)

Fizika, riyaziyyat və informatika tədrisi (jurnal)
Fizika, riyaziyyat və informatika tədrisi — 1954-cü ildən XX əsrin 80-ci illərinədək "Fizika və riyaziyyatın tədrisi" adı ilə dərc olunub. 1990-cı ildən 2000-ci ilə qədər çap olunmayıb. 2000-ci ildən "Fizika, riyaziyyat və informatika tədrisi" adı altında çap olunur. == Yaranma tarixi və fəaliyyəti == 1954-cü ildən nəşr olunmağa başlamışdır. Bu məcmuə "Azərbaycan məktəbi" jurnalına əlavə kimi ildə dörd dəfə buraxılırdı. İlk nəşrindən başlayaraq jurnalda fizika və riyaziyyat fənlərinin tədrisində çətinliyi olan mövzuların öyrədilməsinə aid metodist-alimlərin məqalələri çap olunmuşdur. Məcmuədə qabaqcıl müəllimlərin də məqalələrinə yer ayrılmışdır. Fizika və riyaziyyat fənləri üzrə olimpiadaların nəticələri də jurnalın səhifələrində yer almışdır. XX əsrin 70-ci illərindən məcmuəyə yeni bölmələr daxil edildi. "Metodika" bölməsində ümumi məsələlərə aid materiallar, "İş təcrübəsi" bölməsində qabaqcıl müəllimlərin məqalələri, "Sinifdənxaric işlər" bölməsində digər materiallar nəşr olunmuşdur.
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi və ya qısaca SMDT — Azərbaycanda azad və ədalətli seçkilərin keçirilməsi, insan hüquq və azadlıqlarının və demokratik dəyərlərin uca tutulması, vətəndaş cəmiyyəti və demokratiyanın inkişafı sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatıdır. SMDT, 24 iyul 2001-ci ildə təsis olunmuş Seçkilərin Monitorinq Mərkəzinin (SMM) qeydiyyatı 14 may 2008-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qanunsuz iddiası əsasında Xətai rayon məhkəməsi tərəfindən ləğv edildikdən sonra SMM-in təsisçiləri və üzvləri tərəfindən yenidən təsis edilib. 2021-ci ildə bu iş üzrə qərar qəbul edən Avropa İnsan Hüquqları Məhkəməsi SMM-in qeydiyyatının ləğvini qanunsuz hesab edib. 9 oktyabr 2013-cü ildə keçirilmiş prezident seçkisindən sonra SMDT siyasi təzyiqlərə məruz qalaraq uzun müddət öz hüquqlarının müdafiəsi ilə məşğul oldu. Belə ki, 27 oktyabr 2013-cü ildə Azərbaycan Respublikası Baş Prokurorluğunun başladığı cinayət işi əsasında əvvəlcə SMDT-nin Bakı şəhərində yerləşən ofisində axtarış aparıldı. Axtarışdan sonra SMDT-nin bütün maliyyə və proqram sənədləri, o cümlədən seçki müşahidəçiliyinə dair anketlər və səsvermə protokolları, kompüter və CD-lər müsadirə olunub. SMDT rəhbərliyində təmsil olunan Anar Məmmədli və Bəşir Süleymanov həbs həyatı yaşayıblar. Sonradan Avropa İnsan Hüquqları Məhkəməsi "Anar Məmmədli Azərbaycana qarşı" işində Azərbaycan hökumətini konvensiyada nəzərdə tutulmayan məqsədlərlə, yəni siyasi rəqiblərin susdurulması üçün cinayət-ədalət sistemindən sui-istifadə etməkdə günahkar bilib. SMDT öz hədəf və məqsədləri naminə fəaliyyətini aşağıdakı istiqamətlərdə qurur: Seçki prosesinin tərəfsiz və peşəkar monitorinqi Vətəndaşların siyasi hüquqlarının müdafiəsi Seçki təcrübəsinin təkmilləşdirilməsinə yardım Vətəndaşların idarəetmədə iştirak üzrə bacarıqlarının artırılması Seçkili hakimiyyət orqanlarının hesabatlılığının artırılması SMM 2001–2008-ci illərdə Azərbaycanda keçirilən referendum (24 avqust 2002-ci il), prezident (15 oktyabr 2003-cü il və 15 oktyabr 2008-ci il), bələdiyyə (17 dekabr 2004-cü il) və parlament (6 noyabr 2005-ci il) seçkilərini, o cümlədən əlavə və təkrar parlament seçkilərini müşahidə edib. 2008-ci ildən sonra SMDT kimi faəliyyət göstərən təşkilat isə müvafiq olaraq 2015 və 2020-ci illərdə keçirilən parlament, 2018-ci il keçirilən prezident və 2019-cu ildəki bələdiyyə seçkilərini müşahidə edib.