Azərbaycan dili və ədəbiyyatı tədrisi (jurnal)

Azərbaycan dili və ədəbiyyat tədrisi — Azərbaycan Respublikası Təhsil Nazirliyinin elmi-metodik nəşridir.

Azərbaycan dili və ədəbiyyat tədrisi
Azərbaycan dili və ədəbiyyat tədrisi_logo
Azərbaycan dili və ədəbiyyat tədrisi
Baş redaktor Sehran Səfərov
Növ jurnal
Tiraj 250
Təsisçi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Təsis tarixi 1954
Ölkə
Qərargah Bakı şəhəri, Nəsimi küçəsi 37
Dil Azərbaycan, türk, ingilisrus
ISSN 2790-0738
tall.edu.az

Jurnal Azərbaycan Respublikası Təhsil Nazirliyinin 5 may 1997-ci il tarixli Nizamnaməsi ilə təsdiq edilmiş, Azərbaycan Respublikası Mətbuat və İnformasiya Nazirliyində dövlət qeydiyyatına alınmışdır. Seriya AB № 022436, Qeydiyyat № B236

Print ISSN 2790–0738

ONLINE ISSN 2791-0911

1954-cü il iyun ayının 15-i "Azərbaycan məktəbi" jurnalının metodik əlavəsi olaraq təsis edilmişdir. 1990-cı il dekabr ayının 3-dən etibarən Azərbaycan Respublikası Təhsil Nazirliyinin müstəqil elmi-metodik nəşri olaraq "Ana sözu" adı ilə dərc edilməyə başlamış, 1997-ci il aprel ayının 2-dən etibarən yenidən "Azərbaycan dili və ədəbiyyatı tədrisi" adı ilə dərcini davam etdirir. Jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən nəşrlər sırasına daxildir.

1950-ci illərin əvvəllərində respublikada elmi-pedaqoji fikrin geniş ifadəsi üçün yeni çap imkanları axtarılırdı. Belə bir vaxtda elmi-pedaqoji prosesin keyfiyyətini yüksəltmək məqsədilə ayrı-ayrı fənlər üzrə yeni məcmuələrin yaranmasına ciddi ehtiyac duyulurdu. Həmin dövrə kimi ana dilimizin və ədəbiyyatın tədrisi, bu sahədəki problemlərlə bağlı yazılar ancaq müvafiq kitab, qəzet və ədəbi-bədii jurnallarda çap olunduğundan, ayrıca jurnalın nəşrinə zərurət var idi. Ona görə də Azərbaycan SSR Maarif Nazirliyinin qərarı ilə "Azərbaycan məktəbi" jurnalına əlavə olaraq "Azərbaycan dili və ədəbiyyat tədrisi" jurnalı çap olunmağa başladı. Jurnalın ilk nömrəsi 1954-cü il iyun ayının 15-i işıq üzü gördü. 5,23 çap vərəqi həcmində olan və ildə 4 dəfə dərc edilən məcmuənin ilk baş redaktoru filologiya elmləri doktoru, professor Əbdüləzəl Dəmirçizadə oldu. Jurnalın ilk nömrəsi baş redaktorun "Müasir Azərbaycan dilinin əsas lüğət fondu" adlı 10 səhifəlik məqaləsi ilə açılırdı. Jurnalın 2-ci nömrəsində müəllimlərə kömək məqsədilə ölkəmizdə ilk dəfə olaraq 1954–1955-ci tədris ilini əhatə edən Azərbaycan dili, ədəbi qiraət və ədəbiyyat proqramının I–X sinifər üzrə dərs bölgüsü də verilmişdir. 1989-cu il avqustun 18-i Azərbaycan KP Mərkəzi Komitəsi "Azərbaycan SSR-də Azərbaycan dilinin dövlət dili kimi daha fəal işlədilməsini təmin etmək haqqında" qərar qəbul etdi. Bu qərara əsasən, həmin ilin sonlarında Azərbaycan SSR Xalq Təhsili Nazirliyinin xüsusi əmrinə müvafiq olaraq əlavə kimi buraxılan "Azərbaycan dili və ədəbiyyatı tədrisi" jurnalının adı dəyişdirildi, əvəzində Azərbaycan Respublikası Təhsil Nazirliyinin müstəqil elmi-metodik nəşri olaraq fəaliyyət göstərən və 6,5 çap vərəqi həcimində dərc edilən elmi-kütləvi, pedaqoji jurnal olan "Ana sözü" çap edilməyə başladı. Jurnal bu adla 1990-cı ildən 1996-cı ilədək yüksək tirajla nəşr edildi. 1997-ci il aprel ayının 2-i "Ana sözü" jurnalının çapı dayandırıldı və həmin tarixdən etibarən jurnal fəaliyyətini "Azərbaycan dili və ədəbiyyatı tədrisi" adı ilə davam etdirir.

"Azərbaycan dili və ədəbiyyat tədrisi" jurnalı fəaliyyətinin 68 ili ərzində Azərbaycan dili və ədəbiyyatın tədrisi metodikasını, Azərbaycan dilinin təbliği və tədqiqi problemlərini araşdırmış, müəllimlərin bilik səviyyələri və elmi-metodik təcrübələrinin artırılmasında müstəsna rol oynamışdır. Jurnal "Azərbaycan məktəbi"nin əlavələri arasında əhatə dairəsi və həcminə görə digər məcmuələrdən hər zaman fərqlənmişdir. Burada mütəmadi olaraq Azərbaycan dili və ədəbiyyat fənlərinin tədrisinə dair müasir metodikanı, qabaqcıl müəllimlərin iş təcrübələrini ümumiləşdirən yazılar dərc olunmuşdur.

Hazırda Azərbaycan, türk, ingilis və rus dillərində il ərzində 4 dəfə (mart, iyun, sentyabr, dekabr) olmaqla məqalə dərcini həyata keçirən jurnal humanitar elmlər istiqaməti üzrə dilçiliyin və ədəbiyyatşünaslığın bütün sahələrinə aid orijinal, yüksək keyfiyyətli elmi məqalələr dərc edir, Azərbaycan dili, həmçinin ədəbiyyatın tədrisi metodikasını, onun tədqiqi və təbliği problemlərini araşdırır, tədris prosesində Azərbaycan dili və ədəbiyyat müəllimlərinə elmi-metodik köməklik göstərir. Jurnalda Azərbaycan ədəbiyyatı ilə yanaşı, həmçinin dünya ədəbiyyatının da tədqiqi və tədrisi ilə bağlı məqalələrə yer verilir.

Jurnalın əsas məqsədi ― Azərbaycan dili və ədəbiyyatın (həmçinin xarici ədəbiyyatın) tədrisi metodikasını araşdırmaq, Azərbaycan dili və ədəbiyyatın (həmçinin xarici ədəbiyyatın) tədqiqi və təbliği problemlərini araşdıraraq onların həlli yollarını müəyyən etmək, ana dilinin saflığı və işləkliyini qorumaq, müəllimlərə elmi-metodik köməklik göstərməkdir.

  • Dilçilik məsələləri
  • Metodika
  • Qrammatika
  • Dialektologiya
  • Azərbaycan ədəbiyyatı
  • Türk dili və ədəbiyyatı
  • Xarici ədəbiyyat
  • Uşaq ədəbiyyatı
  • Xalq yaradıcılığı
  • Nəşrlər

Xülasələndirmə və İndeksləmə

[redaktə | mənbəni redaktə et]
  • Index Copernicus
  • ERIH PLUS
  • Idealonline
  • MIAR
  • DRJI
  • International Standard Serial Number (ISSN)
  • ASOS İndeks
  • International Scientific Indexing (ISI)
  • Advanced Sciences Index
  • Calameo.com
  • Academia.edu
  • Archive.org
  • Истина
  • Issuu
  • ReadEra.org
  • Journals Directory
  • OAJI
  • SJIF
  • ROAD
  • Eurasian Scientific Journal Index
  • Root Indexing
  • Research Bib
  • Yumpu.com
  • Scribd.com

Baş redaktorlar

[redaktə | mənbəni redaktə et]
  • 1954–1959 − Əbdüləzəl Dəmirçizadə
  • 1959–1975 − Ağamməd Abdullayev
  • 1975–1991 − Əziz Əfəndizadə
  • 1991–1994 − Mirabbas Aslanov
  • 1994–2003 − Bahəddin Yunusov
  • 2003–2007 − Vaqif Alkərəmov (əvəzedici)
  • 2007–2019 − Məhəmməd Baharlı
  • 2021-ci ildən jurnalın baş redaktoru Sehran Səfərovdur.

Jurnalla əməkdaşlıq edən məşhurlar

[redaktə | mənbəni redaktə et]

"Azərbaycan dili və ədəbiyyat tədrisi" jurnalının səhifələrində respublikanın görkəmli elm xadimləri, təhsil işçiləri, metodist-alimlər, tanınmış müəllimlər cıxış etmiş, fikir mübadiləsi aparmışlar. Jurnalda akademiklərdən M. Şirəliyev, M. C. Cəfərov, Ə. Mirəhmədov, T. Hacıyev, A. Axundov, B. Nəbiyev, İ. Həbibbəyli, N. Cəfərov, professorlardan C. Xəndan, A. Abdullayev, S. Cəfərov, Ə. Qarabağlı, Ə. Əfəndizadə, B. Əhmədov, C. Əhmədov, Q. Kazımov, Y. Seyidov, Ş. Mikayılov, X. Məmmədov, H. Balıyev, Ə. Ağayev, A. Paşayev, S. Həsənova, V. Qurbanov, Y. Babayev, pedaqoji elmlər namizədləri A. Babayev, Ə. Kəlbəliyev, B. Muradov, D. Məmmədov, Ə. Abbasov, S. Hüseynoğlu, B. Həsənli, Q. Əmircanova, filologiya elmləri namizədi Ə. Quliyev və başqaları maraqlı yazılarla müntəzəm olaraq çıxış etmişlər. Jurnalda sovet alimlərindən L. İ. Timofeyevin "Ədəbiyyat nəzəriyyəsinin əsas anlayışlarının sistemləşdirilməsi haqqında", A. S. Çikobavanın "Dilçiliyə giriş", A. Revyakinin "Ədəbiyyat və həyat", İ. Y. Lernerin "Təlim metodlarının sistemi (didaktik aspektdə)" adlı məqalələri dərc edilmişdir.

Redaksiya şurasının üzvləri

[redaktə | mənbəni redaktə et]
  • İsa Həbibbəyli, Azərbaycan Milli Elmlər Akademiyası
  • Elnur Nəsibov, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
  • Nadir Məmmədli,  AMEA Nəsimi adına Dilçilik İnstitutu
  • Mahirə Hüseynova, Azərbaycan Dövlət Pedaqoji Universiteti
  • Qəzənfər Kazımov, AMEA Nəsimi adına Dilçilik İnstitutu
  • Yaqub Babayev, Azərbaycan Dövlət Pedaqoji Universiteti
  • Fərahim Sadıqov, Bakı Elm-Təhsil Mərkəzi
  • Təyyar Salamoğlu, Azərbaycan Dövlət Pedaqoji Universiteti
  • Piralı Əliyev, Bakı Slavyan Universiteti
  • Ənvər Abbasov, Bakı Slavyan Universiteti
  • Mahmud Allahmanlı, Azərbaycan Dövlət Pedaqoji Universiteti

Beynəlxalq məsləhətçilər

[redaktə | mənbəni redaktə et]
  • Yavuz Akpınar, Ege Universiteti, Türkiyə
  • Özcan Bayrak, Fırat Universiteti, Türkiyə
  • Aqşin Əliyev, Pekin Xarici Dillər Universiteti, Çin
  • Güljahon Jumanzarova, Cizzax Dövlət Pedaqoji İnstitutu, Özbəkistan
  • Güllü Karanfil, Komrat Dövlət Universiteti, Moldova
  • Çonq Jin Oh, Hankuk Xarici Tədqiqatlar Universiteti, Cənubi Koreya
  • Maqripa Yeskeyeva, Beynəlxalq Türk Akademiyası, Qazaxıstan

Redaksiya heyətinin üzvləri

[redaktə | mənbəni redaktə et]
  • Gülnar Əliyeva, Məsul katib
  • İsmayıl Kazımov, AMEA Nəsimi adına Dilçilik İnstitutu
  • Sədaqət Həsənova, Naxçıvan Dövlət Universiteti
  • Fikrət Cahangirov, Azərbaycan Dillər Universiteti
  • Bilal Həsənli, Azərbaycan Dövlət Pedaqoji Universiteti
  • Soltan Hüseynoğlu, Azərbaycan Dövlət Pedaqoji Universiteti
  • Sevinc Rəsulova, Bakı Şəhəri üzrə Təhsil İdarəsi
  • Fəxrəddin Yusifov, Azərbaycan Dövlət Pedaqoji Universiteti
  • Sevda Abbasova, Azərbaycan Dövlət Pedaqoji Universiteti
  • Ədalət Abbasov, Azərbaycan Dövlət Pedaqoji Universiteti
  • Nazilə Abdullazadə, Azərbaycan Dövlət Pedaqoji Universiteti
  • Cəlal Allahverdiyev, Azərbaycan Dövlət İqtisad Universiteti
  • Könül Yadigarova, Xatirə Məmmədova, Xanımgül Əsgərova, Ramilə İsmayılova, Nazlı Səmədzadə, Cəvahir Quluzadə
  • Bakı şəh., Nəsimi küç. 37
  • Telefon: (012) 520 18 65
  • Veb-sayt: https://tall.edu.az
  • E-mail: [email protected]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]