Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Təyəmmüm
Təyəmmüm — şəriətdə xüsusi qayda ilə yerinə yetirilən əməl. Qüsl vermək, yaxud dəstəmaz almaq üçün su tapılmadıqda, yaxud suyun bədənə zərəri yetişəcəyi halda qüsl yaxud dəstəmaz almaq əvəzinə təyəmmüm edilir. == Təyəmmüm haqqında Quranda == Qurani Kərimdə buyurulur: "Xəstələndiyiniz, səfərdə olduğunuz, ayaq yolundan gəldiyiniz və ya qadınlarla yaxınlıq etdiyiniz zaman su tapmasanız, pak torpaqla təyəmmüm edin, ondan üzünüzə və əllərinizə sürtün (paklığı niyyət edib əllərinizi bir dəfə torpağa sürtərək üzünüzü, bir dəfə də torpağa sürtərək əllərinizi məsh edin). Allah sizi çətinliyə salmaq istəməz, lakin O sizi pak, təmiz etmək və sizə olan nemətini tamamlamaq (artırmaq) istər ki, bəlkə, şükür edəsiniz!" (Maidə surəsi, 6-cı ayə) == Nə zaman təyəmmüm etmək lazımdır? == 7 yerdə dəstəmaz və ya qüslün yerinə təyəmmüm almaq lazımdır: === Suyun olmamasi === Əgər insan abad bir yerdə olarsa, dəstəmaz və ya qüsl suyu tapmaq üçün ümidini kəsilincəyə qədər axtarmalıdır. Əgər səhrada (çöldə) yaşayırsa, hökm eynidir. Əgər insan çöldə səhrada səfər halında olsa, yolda və mənzil saldığı yerlərdə su axtarmalıdır. Əgər həmin yer dərə-təpəli olsa və ya ağacların çoxluğundan oraya getmək çox çətindirsə, lazım-ehtiyata əsasən qədim zamanlarda yayla atılan bir oxun uçuş məsafəsi qədər[3] dörd tərəfə su axtarmaq üçün getməlidir. Düz yerdə isə hər tərəfə iki ox uçuşu ölçüsündə axtarış etməlidir. Əgər dörd tərəfin bəzisi hamar, bəzisi alçaq-hündür olsa, gərək hamar olan yerdə iki ox uçuşu ölçüsündə və hamar olmayan yerdə isə bir ox uçuşu ölçüsündə axtarış aparsın.