Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Təkmil rəqabət
Təkmil rəqabət (ing. perfect competition) — mikroiqtisadiyyatda xüsusi bir bazar növüdür. Nəzəri cəhətdən bu bazarın növü əhəmiyyətli nümunə kimi istifadə olunur, və digər növlər ona müqayisə olunur. Real həyatda mükəmməl rəqabət ən yaxın olaraq kənd təsərrüfatının bazarını əks etdirir. Mükəmməl rəqabət bazarı növbəti xüsusiyyətlərə malikdir: Satıcıların çox olmağı Standartlaşdırılmış mallar "Qiymət ilə razılıq" Sərbəst giriş və çıxış Çox inkişaf etmiş rəqabət bazarına müstəqil satıcıları sayı çox olur. Onlar müştərilərə standartlaşdırılmış malı təklif edirlər, yəni ki mallar bir biri ilə eynidir, və alıcı üçün müəyyən qiymətə hansını almaq fərqi yoxdur. "Qeyri-qiymət" rəqabəti (misal üçün keyfiyyət, reklam) üçün stimullar yoxdur. Ayrıca götürülən şirkətlər qiymətin əmələ gəlməsinə təsir göstərə bilmirlər, çünki onlardan hər biri cəm məhsulun əncaq balaca hissəsini istehsal edir. Əgər şirkət bazar qiymətindən bir az yüksək qiymət qoyarsa, həmin mal heç kimə satılmaz, çünki ondan başqa eyni malı aşağı qiymətə təklif edən çoxlu digər satıcılar var. Əgər şirkət bazar qiymətindən bir az aşağı qiymət qoyarsa, gəlir itkilərinə məruz qalacaq.
Teksel
Teksel (nid. Texel, [ˈtɛsəl]) və ya Tessel — Niderlandın Şimali Hollandiya vilayəti ərazisində yerləşən şəhər. Qərbi-Friz adaları arasında əhali baxımından ən iri adasıdır. Adada eyni adlı ərazi inzibati vahidliyi fəaliyyət göstərir. Hələ 1415-ci ildə adada yerləşən yaşayış məntəqəsi müstəqil şəhər statusu almışdır.. Bölgənin sahəsi 585,96 km² təşkil etsə də, onun 416,14 km² ada ərazisinə daxildir. Teksel şəhəri adadan kənar sahəsi ilə birlikdə Niderlandın sahəsi ən böyük şəhəridir. Adanın sahəsi 169,82 km² təşkil edir. Onun ərazisində 13,711 nəfər (2008) yaşayır. Adada 7 şəhərcik vardır: De Koksdorp De Kooq De Vaal Den Burq Den-Hoorn Oosterend Audeşild Adada onlarla kiçik qəsəbə yerləşir.
Trekbol
Trekbol(ing. trackball) — korpusun yuxarı hissəsinin daxilində qurulmuş kürəcikli kiçik qutudur. İstifadəçi əllə kürəciyi fırladır və uyğun olaraq kursorun yerini dəyişir. Mausdan fərqli olaraq, trekbol kompüterin yanında sərbəst məkan tələb etmir, onu tez-tez noutbukun korpusu daxilində quraşdırırlar.
Tekirgöl
Tekirgöl (rum. Lacul Techirghiol) — Rumıniyada göl. Göl Qara dənizin sahilində, Konstansa şəhərinin 12 km - də yerləşir. Göl sahilində Eforiye və Tekirgöl kurortları fəaliyyət göstərir. Hər iki kurort palçıq müalicəsi üzrə tanınır. Gölün ümumi sahəsi — 14,62 km²-dir. Gölün adı ilə müxtəlif versiyalar mövcuddur. Ehtimal olunan fikirlərdən biri odur ki, Tekir adlı bir türk gölün palçığının müalicəvi əhəmiyyətini aşkar etmişdir. Digər versiyaya görə isə göl öz adını: «tekir» — «düz», «göl» — «göl» sözlərindən götürüb. Göl liman mənşilidir və dəniz körfəzindən meydana gəlmişdir.
Oq Tekyon
Ok Taec-yeon kor. 옥택연; 27 dekabr 1988, Busan),Taecyeon kimi tanınan Cənubi Koreyalı reper, müğənni, bəstəkar, aktyor və sahibkardır. O, Cənubi Koreyanın 2PM oğlan qrupunun əsas repçisidir. 2010-cu ildə Ok Koreyanın "Zoluşkanın bacısı" dramında aktyor kimi debüt etdi və o vaxtdan bəri "Dream High (2011)", "Sen kimsən? (2013)", "Gözəl günlər (2014)", "Məclis(2015)", "Gəlin döyüşək", "Ruh (2016)", "Məni xilas et (2017)", "Oyun: Sıfıra doğru (2020)", "Gizli Kral Müfəttişi və Sevinc (2021)" və "Vincenzo (2021)" kimi seriallarda rol alıb.Həmçinin "Mavi Nikah (2013)" və "İtkinlərin Evi (2017)" filmlərində çəkilib. Oq Cənubi Koreyanın Seul şəhərində anadan olub, lakin 10 yaşında valideynləri və böyük bacısı Cihyen ilə birlikdə Böyük Boston Bölgəsində yerləşən Massaçusets ştatının Bedford, kiçik şəhərciyinə köçüb. İnternetdə ikən təbliğatını fərq etdiyi JYP Entertainment dinləmələrində iştirak etməyə onu bacısı Cihyen inandırdı. İştirak etmək üçün könülsüz olsa da, sonra hər ikisi onun 17-ci ad günündə Nyu-Yorka yollandı. Bir həftə sonra o, final 35-ə seçildi və müsabiqədə daha da irəli getmək üçün Cənubi Koreyaya getməyə çağırış aldı. Oq əvvəlcə model olmaq üçün müraciət etsə də, münsiflər ona rəqs və mahnı oxumağı sınamağı təklif ediblər.
Tekor kilsəsi
Tekor kilsəsi (həmçinin Müqəddəs Sarkis kilsəsi, Müqəddəs Təslis kilsəsi) - Türkiyə Cümhuriyyəti, Qars ilinin Ani şəhər xarabalığı yaxınlığında yerləşən Digor kəndi ərazisində V əsrdə aid edilən qədim bazilika. Kilsə, 1912-ci ilə kimi ilkin görünüşünü qoruya bilsə də, həmin il baş verən zəlzələ nəticəsində böyük bir hissəsi dağılaraq məhv olmuşdur. O dövrdə kilsənin qübbəsi, damı və Cənub divarı çökmüşdür. 1936 - cı ildə baş verən başqa bir zəlzələ isə binanın yrdə qalan hissəsinin dağılması ilə nəticələnmişdir. Dövrümüzə isə abidədən yalınız bəzi divar qalıntıları çatmışdır. Kilsənin Şimal girişi üzərindəki kitabədə binadan "Müqəddəs Sarkisin bu şəhidliyi" deyə bəhs edilməsi və şahzadə Sahak Kamsarakan tərəfindən inşa etdrilməsi məlumdur. Bu şahzadənin adnın çəilməsi binanın inşa tarixini 480-ci ilə qədər aparıb çıxarır. Kilsənin kitabəsi tarixdə məlum olan ən qədim erməni dilində olan yazı olub və anlaşılmaz bir şəkildə aşağıdan yuxarı yazılmışdır. Bina həmçinin bilinən ən qədim qübbəli erməni kilsəsidir. İlk öncə tədqiqatçılar binanın xristianlıqdan əvvəlki paqan dinlərə aid bir məbəd olduğunu, sonra isə apsis və qübbə əlavə edilərə kilsəyə çevrildiyini iddia edirdilər.
Urqe Etkol
Aznay (başq. Үрге Этҡол, rus. Верхнеиткулово) — Başqırdıstan Respublikasının İşembay rayonunda yerləşən kənd. Kənd Etkol kənd şurasının tərkibindədir. Drujba Zəki Vəlidi Zelyonaya Kaqılçan Lesnaya May Molodyojnaya Noyabr Seleuk Sentralnaya Şkolnaya Alfiya Aktubina (9 oktyabr 1955) — Başqırd jurnalist və tərcüməçi, Başqırdıstan Respublikası Əməkdar Mədəniyyət işçisi (1997). Dina Arslanova (27 iyul 1953) — jurnalist, Başqırdıstan Respublikası Əməkdar Mədəniyyət işçisi (1998), SSRİ jurnalistlər ittifaqının üzvü (1978), RF, BR. Mavletbay Qaynetdinov (14 may 1938 — 6 iyun 2014) — başqırd estrada müğənnisi, BR xalq artisti (1993), BMSSR əməkdar artisti (1984). Rinat Yulmuxammedov (17 yanvar 1957) — Sovet və Rusiya riyaziyyatçısı, fizika-riyaziyyat elmləri dokoru (1987), professor (1993). Сныткина, М. «Здоровая семья – основа нации»: женсовет село Иткулово / М. Сныткина // Восход (газета).- 2010.- 24 дек.- С.2.
Xokgöl su anbarı
Xokgöl su anbarı — Şərur rayonunun Xok kəndi yaxınlığında su anbarı.
Əhməd İhsan Tokgöz
Əhməd İhsan Tokgöz (türk. Ahmet İhsan Tokgöz; 1868, Ərzurum, Ərzurum vilayəti və ya Konstantinopol – 28 dekabr 1942, Dəyirməndərə[d], Kocaeli ili) — Türkiyə jurnalisti, tərcüməçisi, çapçısı, naşiri, siyasətçisi və idman idarəçisi. Tokgöz Türkiyə mətbuatı tarixinin ən uzunömürlü jurnallarından biri olan "Sərvət-i Fünun"un qurucusu olmuşdur. O, Jül Verni Türkiyədə tanıdan ilk yazıçı olmuş və buna görə də "Jül Vern mütərcimi" kimi məşhurlaşmışdır. Tokgöz Avropada çap texnologiyalarının Osmanlı imperiyasına gətirilməsinə və Türkiyədə çap fəaliyyətinin modernləşdirilməsinə öncülük etmişdir. O, Türkiyə Böyük Millət Məclisinin IV, V və VI çağırış Ordu vilayətindən millət vəkilidir. Əhməd İhsan Tokgöz 1868-ci ildə Ərzurumda anadan olmuşdur. O, əslən Kastamonun Daşkörpü qəzasındandır. Tokgözün atası Osmanlı imperiyasında dəftərdar və mühasib işləmiş Əhməd Xalid bəy idi. Onun atası Ərzurum, Priştina, Şkoder, Kastamonu, İstanbul, Dəməşq, Ankara və Bursada xəzinədar işlədiyi üçün uşaqlığı müxtəlif şəhərlərdə keçmişdir.
Urqe Etkol (İşembay)
Aznay (başq. Үрге Этҡол, rus. Верхнеиткулово) — Başqırdıstan Respublikasının İşembay rayonunda yerləşən kənd. Kənd Etkol kənd şurasının tərkibindədir. Drujba Zəki Vəlidi Zelyonaya Kaqılçan Lesnaya May Molodyojnaya Noyabr Seleuk Sentralnaya Şkolnaya Alfiya Aktubina (9 oktyabr 1955) — Başqırd jurnalist və tərcüməçi, Başqırdıstan Respublikası Əməkdar Mədəniyyət işçisi (1997). Dina Arslanova (27 iyul 1953) — jurnalist, Başqırdıstan Respublikası Əməkdar Mədəniyyət işçisi (1998), SSRİ jurnalistlər ittifaqının üzvü (1978), RF, BR. Mavletbay Qaynetdinov (14 may 1938 — 6 iyun 2014) — başqırd estrada müğənnisi, BR xalq artisti (1993), BMSSR əməkdar artisti (1984). Rinat Yulmuxammedov (17 yanvar 1957) — Sovet və Rusiya riyaziyyatçısı, fizika-riyaziyyat elmləri dokoru (1987), professor (1993). Сныткина, М. «Здоровая семья – основа нации»: женсовет село Иткулово / М. Сныткина // Восход (газета).- 2010.- 24 дек.- С.2.
Ekol MFK
EKOL Minifutbol Klubu - Azərbaycanda futzal klubudur. == Tarixi == Ekol MFK Klubu 2008-ci ildə təsis edilib. == Uğurları == Azərbaycan çempionu (0): - Azərbaycan milli futzal kuboku (4): - 2010-2011, 2011-2012, 2015-2016 Azərbaycan çempionatının gümüş medalı (1)ː 2015-2016 Azərbaycan çempionatının bürünc medalı (2)ː 2017-2018, 2018-2019 == Heyəti == == Bombardirlər == 2018-2019-cu il mövsümüː Namiq Məmmədkərimov - 76 qol. == Ekol MFK və Azərbaycan milli futzal komandası == Komandanın qapıçısı Emin Kürdov, hücumçular Samir Həmzəyev və Ramiz Çovdarov milli komandamızın üzvləridir.
Teksel adasında gürcü üsyanı
Teksel adasında gürcü üsyanı (nid. Opstand der Georgiërs; gürc. ქართველთა აჯანყება ტექსელზე) - Gürcü legionu birliklərindən təşkil olunmuş Böyük Tamaranın adını daşıyan 822-ci piyada batalyonu tərəfindən Hollandiyanın şimalında yerləşən Teksel adasında başladılmış üsyan. Vermaxta qarşı başladılan üsyan hərəkatı 1945-ci ilin 5 aprelindən 20 may tarixinə qədər davam etmişdir. Avropa cəbhəsində son döyüş olaraq tarixə keçmiş üsyan nəticəsində Gürcü legionu məğlub edilmiş, 565 gürcü və 812 Vermaxt əsgəri həlak olmuşdur. Hollandiyanın şimal sahillərində yerləşən Teksel adası Adolf Hitler tərəfindən yaradılmış Atlantik divarının mühüm istinad nöqtələrindən biri idi. Müttəfiq qoşunların Normandiya sahillərinə qoşun çıxarmasının ardından adanın əhəmiyyəti azalmışdır. İkinci dünya müharibəsi dönəmində Tekseldə gürcülərdən ibarət 800 nəfərlik birlik saxlanılırdı. Şərq cəbhəsində aparılan hərbi əməliyyatlar zamanı Vermaxt qüvvələrinə əsir düşən gürcülərdən ibarət Gürcüstan legionu 1941-ci ilin dekabr ayında yaradılmışdır. Digər legion birləşmələrində olduğu kimi gürcülər də öz ölkələrinin sovet işğalından azad edilməsi üçün döyüşürdülər.
1-ci Etkol (Baymak)
1-ci Ektol (başq. 1-се Эткол, rus. 1-е Иткулово) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Kənd 1-ci Etkol kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Baymak): 26 km, ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 71 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (100 %) üstünlük təşkil edir.
2-ci Etkol (Baymak)
2-ci Etkol (başq. 2-се Эткол, rus. 2-е Иткулово) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Kənd Niqəmət kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Kənd Talkas gölünün sahilində yerləşir. rayon mərkəzindən (Baymak): 37 km, ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 84 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (99%) üstünlük təşkil edir. == Tanınmış şəxsləri == Şaqarqazi Şaqibaloviç Qabdiyev (1898-1979) - başqırd şairi. Hamit Xujiaxmetoviç Almuxametov - improvizator.
Ekol Mühəndislik Xidmətləri
Ekol Mühəndislik Xidmətləri QSC — 2006-cı ildə yaradılan, ətraf mühitin mühafizəsi istiqamətində ekoloji yönümlü xidmətlər göstərən şirkət. Şirkətin pay sahibləri ARDNŞ (51%) və Panamanın "Lancer Services S. A." şirkətidir (49%). Panama şirkətinin sahibi "Union Grand Energy" şirkəti vasitəsilə Anar Əlizadədir. 2010-cu ildə Niderlandın AA Services şirkəti ilə birləşərək AAS — EKOL MMC şirkəti yaradılıb. 2010-cu il üçün şirkətin tabeliyində Kompleks Tədqiqatlar Laboratoriyası, Tullantıların emalı sahəsi, mexaniki təmizləyici qurğusu, Parafin təmizləmə sexi, Elektromexanika sexi var idi.
Le-Maye-d’Ekol
Le-Maye-d’Ekol (fr. Le Mayet-d'École) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Qanna kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03164. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 271 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 165 nəfər (15-64 yaş) arasında 113 nəfər iqtisadi fəal, 52 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 68.5%, 1999-cu ildə 67.3%). Aktiv olan 113 nəfərdən 100 nəfəri (62 kişi və 38 qadın), 13 nəfəri işsizdir (7 kişi və 6 qadın). 52 hərəkətsiz 12 nəfər arasında şagird və ya tələbə, 14 nəfər təqaüdçü, 26 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.