Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sopita Tanasan
Sopita Tanasan (d. 23 dekabr 1994; Çumpfon, Tailand) — Tailandlı ağır atlet. Sopita Tanasan 2016-cı ildə Tailandı XXXI Yay Olimpiya Oyunlarında təmsil edib və qızıl medal qazanıb. Tanasan həmdə 2013-cü ildə Dünya Çempionatında gümüş medal qazanıb. Sopita Tanasan 1994-cü ilin 23 dekabr günündə Tailandın Çumpfon vilayətində anadan olub. Sopita Tanasan karyerasında birinci ciddi uğurunu 2013-cü ildə Polşanın Vroslav şəhərində qazandı. Tanasan Dünya Çempionatında 203 kiloqramlıq nəticə ilə gümüş medal qazandı. Sopita Tanasan karyerasında birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında Tanasan birdən qaldırmada 92 kiloqram, təkanla qaldırmada isə 108 kiloqram nəticə göstərdi. Ümumi olaraq isə 200 kiloqramlıq nəticə ilə Sopita Tanasan XXXI Yay Olimpiya Oyunlarının çempionu oldu.
Ləvasan
Ləvasan (Farsca: لواسان, Lavāsān) — İranın Tehran ostanında şəhər. == Ümumi məlumat == Tehran ostanının Şimiranat şəhristanının Ləvasan bəxşində olan və bu bəxşin idarə mərkəzi olan şəhərin 2006-cı il rəsmi əhalisi 15.448 nəfər və 4.645 evdir.
Tunahan Quzu
Tunahan Quzu(türk. Tunahan Kuzu; 5 iyun 1981, İstanbul) — Türk əsilli Niderland siyasətçisi 1981-ci ildə İstanbulda anadan olmuşdur Kiçik yaşında Niderlandın köçüb və orada böyümüşdür. 2001-ci ildən 2006-ci ilə qədər Erasmus Universitetində idarəçilik ixtisası üzrə oxumuşdur.
Nisbət və tənasüb
A ədədinin B ədədinə bölünməsindən alınan qismətə A ədədinin B ədədinə nisbəti deyilir. Yəni, nisbət, B ədədinin A ədədinin daxilində neçə dəfə yerləşdiyini əks elətdirir(A:B). Məsələn, əgər bir səbətdə 8 ədəd naringi, digər səbətdə 6 ədəd limon varsa, onda, naringilərin sayının limonların sayına nisbətini 8:6 ( 4:3 nisbətinə ekvivalentdir) şəklində göstərəcəyik. Bu nümunədə həmçinin, limonların sayının naringilərin sayına nisbətini 6:8 ( və ya 3:4) şəklində, naringilərin sayının bütün meyvələrin sayına nisbətini isə 8:14 (və ya 4:7) şəklində yazmaq olar. Nisbəti təşkil edən ədədlər istənilən oxşar kəmiyyətlər ola bilər, məsələn , obyektlərin nisbəti, insanların nisbəti, düzbucaqlının eni ilə uzunluğunun nisbəti və s. A ədədinin B ədədinə nisbətini kəsr kimi A B {\displaystyle {A \over B}} şəklində yazmaq olar. Bu kəsri istər adi, istərsə də onluq kəsr şəklində göstərmək mümkündür. İki nisbətin bərabərliyinə Tənasüb deyilir. A ədədinin B ədədinə nisbəti (A:B) , C ədədinin D ədədinə nisbətinə (C:D) bərabərdirsə, bu tənasübü aşağıdakı kimi quracağıq: A:B=C:D A,B,C və D bu tənasübün hədləri adlanır. A və D tənasübün kənar hədləri, B və C isə orta hədləri adlanır.
Süleyman Hilmi Tunahan
Süleyman Hilmi Tunahan (1888 – 16 sentyabr 1959, Üsküdar, İstanbul ili) — Türkiyənin XX əsrdə yetişdirdiyi görkəmli müsəlman alimlərindən. Süleyman Hilmi Tunahan 1888-ci ildə Bolqarıstanın Silistrə vilayətinin Fərhadlar kəndində anadan olub. Atası dövrünün pedaqoqlarından Hafiz Osman Əfəndidir. Soy-kökü Fateh Sultan Mehmed Xanın "Dunay xanı" kimi təyin etdiyi və öz bacısı ilə evləndirdiyi İdris bəyə gedib çıxır. Atası Osman Əfəndi təhsilini İstanbulda başa vurduqdan sonra Silistrəyə qayıdaraq, tanınmış Satırlı mədrəsəsində uzun illər boyu müəllimlik etmişdir. S. H. Tunahan ilk təhsilini Silistrədəki Satırlı mədrəsəsində alır. Daha sonra isə təhsilini davam etdirmək üçün İstanbula gələrək, Fateh mədrəsəsinə daxil olur. Süleyman Tunahanın müəllimləri arasında dövrün tanınmış alimlərindən Bafralı Əhməd Həmdi Əfəndi də vardı. Fateh mədrəsəsində təfsir, hədis, fiqh, məntiq və digər elmlərə yiyələnən Tunahan 1916-cı ildə Əhməd Həmdi Əfəndidən icazət (diplom) alır. Bundan sonra ali təhsil almaq üçün Süleymaniyyə məscidinin nəzdindəki mədrəsələrdən olan Mədrəsə əl-Mütəxassisində təfsir və hədis elmlərinə daha dərindən yiyələnən Tunahan 1919-cu ildə sözügedən mədrəsənin İslam hüququ (Fiqh) fakültəsini bitirir.
Tonaşen
Təpəkənd (əvvəlki adı: Tonaşen) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Çaylı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Sovet Sosialist Respublikasının 1977-ci il yanvarın 1-nə olan vəziyyətə görə tərtib edilmiş inzibati-ərazi bölgüsündə kənd Tonaşen adlanırdı və o zaman mövcud olmuş Dağlıq Qarabağ Muxtar Vilayətində Mardakert rayonunun Verin Çaylı kənd Sovetinin tərkibində göstərilir, Verin Çaylı kəndi isə Verin Çaylı kənd Sovetinin mərkəzi kimi göstərilir. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 26 mart 1982-ci il tarixli Fərmanı ilə bir birinə birləşmiş Verin Çaylı və Nerkin Çaylı kəndlərinə Çaylı adı verilməsinin və bununla əlaqədar Çaylı kəndi mərkəz olmaqla, Verin Çaylı kənd Sovetinin Çaylı kənd Soveti adlandırılmasının təsdiq olunması qərara alınmışdı. Qarabağ münaqişəsi başlayandan sonra Azərbaycan Respublikasının 26 noyabr 1991-ci il tarixli Qanunu ilə Dağlıq Qarabağ Muxtar Vilayətinin ləğv olunması, Mardakert rayonunun Ağdərə rayonu adlandırılması qərara alınmışdı. Daha sonra isə Azərbaycan Respublikası Milli Məclisinin 25 avqust 1992-ci il tarixli, 287 saylı Qərarı ilə Ağdərə rayonunun Çaylı kənd Soveti Tərtər rayonunun tərkibinə verilmişdi. Ağdərə rayonu isə Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli qərarı ilə ləğv edilərək ərazisi Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Kənd Birinci Qarabağ müharibəsi nəticəsində 1994-cü ilin mart-aprel aylarında erməni silahlı birləşmələri tərəfindən işğal edilmişdi və tanınmamış qondarma özünü "Dağlıq Qarabağ Respublikası" adlandırmış separatçı rejimin nəzarəti altına keçərək Tonaşen adlandırılırdı. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq kənd Rusiya Federasiyasının sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19–20 sentyabr 2023-cü il tarixlərində Azərbaycan Silahlı Qüvvələrinin anti-terror tədbirləri nəticəsində Azərbaycanın nəzarətinə qayıtmışdır. Azərbaycan Respublikasının 5 dekabr 2023-cü il tarixli Qanunu ilə Ağdərə rayonu yaradılmış, və Çaylı kənd inzibati ərazi dairəsi, tərkibindəki Təpəkənd kəndi ilə birgə Ağdərə rayonunun tərkibinə daxil edilmişdi.
Tyanşan
Tyanşan dağları — Orta Asiyada olan böyük dağ sistemlərindən biri. Tyanşanın geoloji quruluşunda müxtəlif püskürmə, metomorfik və çökmə süxurlar iştirak edir. Bu çöküntülər, əsasən qranitdən, porfiritdən qneysdən, siyenitdən, mərmərdən, kristallik şistlərdən, əhəng daşlarından konqlomeratdan, qumdaşlarından ibarətdir. Kembriyə qədərki və paleozoy çöküntüləri ərazidə geniş yayılıb. Tyan- şanın yüksək dağ sistemlərini əhatə edir. Demək olar ki, aşağı və orta daş kömür dövrünün süxurları hər yerdə yayılmışdır. Üst daş kömür və perm dövrünün süxurları nisbətən az sahədə inkişaf etmişdi. Dağarası çökmə zona isə başlıca olaraq Mezo-Kaynazoy yaşlı qırıntı çökmə suxurları ilə doldurulmuşdur. Bu çöküntülər içərisində üçüncü və dördüncü dövrün kontinental çöküntüləri üstünlük təşkil edir. Mezozoy çöküntüləri əsasən yura dövrünün qırıntı süxurlarından ibarətdir.
Tenaron burnu
Tenaron (yun. Ακρωτήριο Ταίναρο) və ya Matapan burnu — Peloponnes yarımadasının cənub qutaracağında yerləşən burun. Yunanıntanın materik hissəsinin ən cənub nöqtəsidir. Mani yarımadasının ucunda yerləşir və Messiniakos körfəzini Lakonikos körfəzindən ayırır. Burada ehtimal ki, Tenaron burnunda Poseydonun məbədi var idi. Əvvəllər bura sığınacaq rolunu oynayırdı. Yaxınlıqdakı bir mağarada, yer kürəsinin girişi hesab olunan bir uçurum var idi. Antik dövrdə Tenaron burnunda həm fərdi əsgərləri, həm də bütün dəstələri komandirləri ilə işə götürmək mümkün olan böyük bir muzdlu bazar var idi. 27 mart - 29 mart 1941-ci il tarixində burun yaxınlığında İngilis donanması İtalyan donanmasına qarşı vuruşur. Döyüş İtalyanın əhəmiyyətli bir məğlubiyyəti ilə başa çatır.
Topaşan qəbiristanlığı
Topaşan qəbiristanlığı — Şahbuz rayonunun Aşağı Qışlaq kəndindən ş.-də arxeoloji abidə. Ərazi xalq arasında Post adlandırılır. Qəbiristanlıq torpaq yolun alt tərəfində yerləşir. Qəbirlərin əksəriyyətinin başdaşları düşmüşdür. Baş daşlarının üzərində ərəb əlifbası ilə yazılmış kitabələr vardır. Başdaşlarında hicri təqvimi ilə 1017, 1191, 1300 və s. tarixli kitabələr vardır. Yerli əhalinin verdiyi məlumata görə, vaxtilə qəbiristanlıqda olan daş qoçlar aparılmışdır. Başdaşları üzərində olan tarixlər qəbiristanlığın 300 ildən artıq istifadə olunduğunu təsdiq edir. Topaşan nekropolunu XVII–XX əsrlərə aid etmək olar.
Tyanşan acıçiçəyi
Tyanşan acıçiçəyi (lat. Gentiana tianschanica) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin acıçiçəkkimilər fəsiləsinin acıçiçək cinsinə aid bitki növü.
Tyanşan küknarı
Tyanşan küknarı (lat. Picea schrenkiana) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin küknar cinsinə aid bitki növü. Bu küknar Tyan-Şan dağlarında yayılmışdır. Rusiyada bütün Tyan-Şan dağlarında və Cunqar Alatausunda, Çinin rayonlarında yayılmış bitkidir. Şrenk küknarı dağ meşələri əmələ gətirir, onların aşağı sərhədi Orta Asiyanın isti yarımsəhraları və ya səhralarına qədər, yuxarı sərhədi isə 3200 m hündürlükdən keçərək buzlaqlara qədər çatır. Şrenk küknarı çox vaxt təmiz meşələr əmələ gətirir, bəzən Sibir ağ şamı ilə qarışır. Onun ensiz, sərvşəkilli çətiri xüsusilə özünəməxsusdur və küknarların digər növlərindən kəskin fərqlənir. Təbii bitmə yerlərində bu küknar gözəl landşaftlar yaradır. Torpağın tərkibinə həssas deyil. Bu növ müxtəlif tropaqlarda, qayaların çatlarında, bataqlıq yerlərdə bitir, ancaq quraqlığa və istiyə çox davamsızdır.
Tyanşan yemişanı
Tyanşan yemişanı (lat. Crataegus tianschanica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. Orta Asiyada – Şərqi Tyanşanda yayılmışdır. Hündürlüyü 6 m-ə çatan ağacdır. Cavan budaqları aşağıya doğru sallanır. Yarpaqları enli yumurtavari, parlaqdır. İyulun əvvəllərində çiçəkləyir, meyvəsi avqustda yetişir. Sarı rəngli meyvələri budaqların üzərində sıx yerləşir. Toxumla çoxaldılır. İşıqsevən bitkidir.
Tyanşan zəlzələsi
Tanşan zəlzələsi (əsrin faciəsi) — 1976-cı il iyul ayının 28-də Çinin Xubey əyalətinin Tanşan şəhərində baş verən zəlzələ. 1976-cı il iyul ayının 28-də Çinin Xubey əyalətinin Tanşan şəhərində baş verən zəlzələnin nəticələri çox ağır olmuşdur. Tarixə XX əsr faciəsi kimi düşmüşdür. Çin rəsmiləri zəlzələnin 242 min nəfərin həyatına son qoyduğu barədə məlumat yaydılar. Ancaq dağıntı yerində xarici ölkə nümayəndələri azı 800 min nəfərin həlak oduğu qənaətinə gəldilər. Zəlzələ o qədər güclü idi ki, onun təsirindən nəinki Tanşan şəhəri yerlə yeksan oldu, həm də hadisə yerindən 140 kilometr məsafədə yerləşən Pekin və Tyanstzin şəhərində dağıntılar baş verdi. Ümumiyyətlə isə, zəlzələ 5,3 milyon evin dağılmasına yol açdı. Bu zəlzələ tarixdə həcminə görə, Şensi (1556-cı il) və Hind okeanında (2004) baş verən zəlzələlərdən sonra üçüncü ən böyük təbii fəlakət hesab edilir.
Çenaran şəhristanı
Çinaran şəhristanı— İranın Rəzəvi Xorasan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Çinaran şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 108,533 nəfər və 26,937 ailədən ibarət idi. Əhalisi Xorasan türkləri, farslar və kurmanclardan ibarətdir.
Umm-an-Nasan
Umm-an-Nasan adası (ərəb. جزيرة المحرق‎) — Bəhreyn dövlətinin sahəsinə görə dördüncü ən böyük adası. İnzibati cəhətdən Şimal inzibati vahidliyə daxildir. Umm-an-Nasan bir səhralıqdan ibarət olan adadır. Əsas adadan 2,5 km şimal-qərbdə yerləşir. Səudiyyə Ərəbistanının Əl-Hubar şəhəri ilə arasında məsafə 16,5 km-dir. Ada özü düzbucaqlı formasına malikdir. Şimaldan cənuba 5,5 km, şərqdən qərbə 4 km məsafədə uzanır. Sahəsi 20 km², sahil xətdinin uzunluğu 19 km, maksimal hündürlüyü isə 3 metrdir. 2010-cu il məlumatına görə adada 10 nəfər yaşayırdı.
Davidson Vensan
Tensay Okamura
Tensay Okamura (岡村 天斎, Okamura Tensai) və ya doğum adı ilə Yutaka Okamura (岡村 豊, Okamura Yutaka) – Yaponiya anime rejissoru və animasiyaçısı. Okamura Kanaqava prefekturasının Yokohama şəhərində böyümüşdür. Vaseda Universitetinin elm və mühəndislik fakültəsindən məzun olmuşdur. 1991-ci ildə adını Tensay olaraq dəyişdirmişdir. Vaseda Universitetində təhsil alarkən universitetinin manqa tədqiqat cəmiyyətinin üzvü idi. Həmçinin digər animasiyaçılarla tanışlığı var idi. Universitetdə ikən ilk azad animesini istehsal etmişdir. Universitetdən məzun olduqdan sonra Okamura bir dostunun tövsiyəsi ilə Madhouse studiyasına qoşulmuşdur. "Lensman: Secret of The Lens" animasiyaçı kimi işlədiyi ilk anime idi. 1989-cu ildə "YAWARA!
Tenson sülaləsi
Tenson sülaləsi yaxud Şunten sülaləsi — Rükyu adalarını idarə etmiş yarıməfsanəvi sülalə. İlk 25 üzvünün adı bilinmir. "Çüzan güzgüsü" yap. 中山世鑑 (Çüzan seikan) əsərinə əsasən Rükyu mifologiyasının baş tanrısı Amamikyo tərəfindən əsası qoyulub. 1186-cı ildə sülalə Riyü tərəfindən devrilmişdisə də, sülalənin üzvlərindən biri olan Şunten tərəfindən məğlub edilmişdi. Buna görə sülalə həm də bu adla tanınır. 1–25 — İlk 25 hökmdarın adı elmə bəlli deyil.
Vensan Kandela
Vensan Kandela — Fransa futbolçusu. "Tuluza" və "Genqam"da bir neçə mövsüm keçirən fransız 1997-ci ildə ölkə xaricinə çıxmaq qərarına gəldi, nəticədə növbəti komandası "Roma" oldu. Romalıların heyətində ardıcıl səkkiz mövsüm, üstəgəl bununla üst-üstə düşən yığmaya çağırışlar (40 oyun, 5 qol) müdafiəçinin karyerasının zirvəsidir. Avropa və dünya çempionu titulları, eləcə də "skudetto" – oyunçuların böyük əksəriyyəti belə kolleksiyanı yalnız arzulaya bilər. Romadan sonra Vensan iki il ərzində dörd komandada – "Bolton", "Udineze", "Syena" və "Messina"da olub. Yəqin ki, Kandelanın ən pis mövsümü. Zəif "Syena" və "Messina"da çıxış etməklə o, heç əvvəlki etibarlılığına yaxınlaşa da bilmirdi. Bu azmış kimi Siciliya klubu "A" Seriyasını tərk etməli oldu. Dünya (1998) və Avropa çempionu (2000), İtaliya çempionu (2001) və Superkubokunun sahibi (2001). Sentyabrın əvvəlində Kandela rəsmi şəkildə karyerasını bitirdiyini açıqladı: "Mənim vaxtım çatıb, yolu gənclərə verməyin zamanıdır.
Vensan Kassel
Vensan Kassel (23 noyabr 1966[…], XV arondisman (Paris)) — Fransız aktyor. Fransa'da yaxşı personajları oynaması ilə tanınan Cassel, Amerikan filmlərində əsasən pis adam olaraq yer alır. Cassel 2013-cü ilə qədər italyan aktrisa Monika Belluççi ilə evli olmuşdur. Bu evlilikdən Deva və Leonie adlı 2 qız övladı var. Vincent Cassel İngliscə, Portuqalca ve İtalyanca danışa bilir. Cassel əsasən Oceanın 12 dostu , Oceanın 13 dostu və Qara qu quşu (film, 2010) filmlərində göstərdiyi aktyorluqla ön plana çıxmışdır. 2008-ci ilin oktyabr ayında Yves Saint Laurent kişi parfümü üçün L'Oréal'ın yeni reklam üzü olaraq anlaşma imzaladı.
Vensan Oriol
Vensan Oriol (fr. Vincent Auriol; 27 avqust 1884, Revel, Fransa - 1 yanvar 1966, Paris, Fransa) - 1947-1954-cü illərdə Fransa Respublikasının 16-cı prezidenti.
Cyril Tenison White
Kiril Tenison Vayt (ing. Cyril Tenison White; 17 avqust 1890, Brisben – 16 avqust 1950) — Avstraliya botaniki. == Əsərləri == An Elementary Textbook of Australian Forest Botany (1922). Principles of botany for Queensland farmers (1938).
Kiril Tenison Vayt
Kiril Tenison Vayt (ing. Cyril Tenison White; 17 avqust 1890, Brisben – 16 avqust 1950) — Avstraliya botaniki. == Əsərləri == An Elementary Textbook of Australian Forest Botany (1922). Principles of botany for Queensland farmers (1938).
Pyui-Sen-Vensan
Püi-Sen-Vensan (fr. Puy-Saint-Vincent, oks. Puei Sant Vincent) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. L'Arjantyer-la-Besse kantonuna daxildir. INSEE kodu — 05110. 2008-ci ildə əhalinin sayı 314 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 188 nəfər (15-64 yaş) arasında 155 nəfər iqtisadi fəal, 33 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 82.4%, 1999-cu ildə 78.2%). 155 fəal 148 nəfərdən (78 kişi və 70 qadın), 7 nəfər işsiz (2 kişi və 5 qadın) idi.
Püi-Sen-Vensan
Püi-Sen-Vensan (fr. Puy-Saint-Vincent, oks. Puei Sant Vincent) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. L'Arjantyer-la-Besse kantonuna daxildir. INSEE kodu — 05110. 2008-ci ildə əhalinin sayı 314 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 188 nəfər (15-64 yaş) arasında 155 nəfər iqtisadi fəal, 33 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 82.4%, 1999-cu ildə 78.2%). 155 fəal 148 nəfərdən (78 kişi və 70 qadın), 7 nəfər işsiz (2 kişi və 5 qadın) idi.
Tanşan zəlzələsi (1976)
Tanşan zəlzələsi (əsrin faciəsi) — 1976-cı il iyul ayının 28-də Çinin Xubey əyalətinin Tanşan şəhərində baş verən zəlzələ. 1976-cı il iyul ayının 28-də Çinin Xubey əyalətinin Tanşan şəhərində baş verən zəlzələnin nəticələri çox ağır olmuşdur. Tarixə XX əsr faciəsi kimi düşmüşdür. Çin rəsmiləri zəlzələnin 242 min nəfərin həyatına son qoyduğu barədə məlumat yaydılar. Ancaq dağıntı yerində xarici ölkə nümayəndələri azı 800 min nəfərin həlak oduğu qənaətinə gəldilər. Zəlzələ o qədər güclü idi ki, onun təsirindən nəinki Tanşan şəhəri yerlə yeksan oldu, həm də hadisə yerindən 140 kilometr məsafədə yerləşən Pekin və Tyanstzin şəhərində dağıntılar baş verdi. Ümumiyyətlə isə, zəlzələ 5,3 milyon evin dağılmasına yol açdı. Bu zəlzələ tarixdə həcminə görə, Şensi (1556-cı il) və Hind okeanında (2004) baş verən zəlzələlərdən sonra üçüncü ən böyük təbii fəlakət hesab edilir.