Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dəstgah
Dəstgah (fars. دستگاه‎, dəst – komplekt, gah – mövqe, məqam, məkan) — müəyyən muğam tərkibinə daxil olan bütün şaxələr, şöbələr, guşələr, rədiflər, rənglər və təsniflərin küll halında, məntiqi inkişaf qaydası üzrə mütəşəkkil məcmusu. İran klassik musiqisinin növü. Məşhur İran tar ifaçısı M.Marufinin təsnifatına görə 7 əsas hissədən ibarətdir: Şur, Segah, Cahargah, Mahur, Hümayun, Rast-Pəncah, Nəva. Qacarlar öz Təbriz saraylarında (vəliəhdin qaldığı yer) Azərbaycan dilində, rədif-dəstgah ənənəsinə bənzər musiqi ənənəsinə himayəlik edirdilər. Bu saray musiqisi Azərbaycan muğamının əsasını təşkil etmişdir. Etnoqraflar tərəfindən rədif-dəstgahın farsdilli ərazilərin musiqi normalarına uyğun gəlmədiyi bildirilmiş, Jin Durinq isə bu sistemin birbaşa 12 muğam sistemindən gəlmədiyini, mənşəcə azərbaycanlılara uyğun göründüyünü qeyd etmişdir. Ehtimal edilir ki, dəstgah sisteminin İrana gəlməsi mənşəcə Azərbaycandan olan, Tehran saraylarına Azərbaycan və türk musiçilərini gətirən Qacarların işidir. == Ümumi xüsusiyyətləri == Dəstgah hər hansı bir muğamın («Rast», «Şur», «Cahargah» və s.) tərkibinə daxil olan bütün şaxələri, şöbə və guşələri, rədifləri, rəngləri, təsnifləri özündə birləşdirən məntiqi ardıcıllıqdır. Üzeyir Hacıbəyov yazırdı ki: SSRİ xalq artisti, professor Bülbül dəstgahları bir-biri ilə üzvi surətdə əlaqəli və məntiqi olaraq birindən digərinə keçən muğamlardan ibarət olduğunu qeyd etmişdir.
Helix texta
Helix texta (lat. Helix texta) — heyvanlar aləminin molyusklar tipinin i̇lbizlər sinfinin stylommatophora dəstəsinin helicidae fəsiləsinin helix cinsinə aid heyvan növü.
Tenqku Tenqah Zaharah məscidi
Tenqku Tenqah Zaharah məscidi — Malayziyada su üzərində inşa edilmiş ilk üzən məscid. Məscid Kuala Trenqanu şəhərinin 4 km-də Kuala İbay çayının enli mənsəbi yaxınlığında Kuala İbay laqun yaxınlığında yerləşir. 1993-cü ildə tikintisinə başlanılmış və 1995-ci ildə tamamlanmışdır. Məscidin rəsmi açılışı Trenqanunun keçmiş sultanı Əl-Mərhum Sultan Mahmud Əl-Müktəfi Billah Şah tərəfindən 1995-ci ilin iyulunda olub. Məscid müasir və mavritan memarlığının elementlərini özündə birləşdirir. Məscidin ağ strukturu təxminən 5 akr ərazini əhatə edir və eyni zamanda 2000 nəfər ibadət edə bilər. İki piyada körpüsü hər iki tərəfdən məscidi quru ilə əlaqələndirir.