Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Təsadüf
Təsadüf — mütləq olması zəruri olan hadisədir. Eyni təsadüflərin cəmi isə zərurətə bərabərdir. Baş vermiş gözlənilməyən, nəzərdə tutulmayan hadisə; qəziyyə, vəqə, əhvalat. Təsadüf və zərurət təbiət qanunundan irəli gəlib.
Təqaüd
Təqaüd (ərəb. تقاعد ‎ — oturaq), qanun təyin etmiş qocalıq yaşına çatan insanlara, əlillərə, tələbələrə və bir sıra ehtiyacı olan insanlara, müntəzəm surətdə verilən pul yardımı. Təqaüd VII əsrdə xəlifə Ömər ibn Xəttab tərəfindən yeridilmişdir. Zəkatdan və Cizyədən yığılan pulların bir hissəsi ehtiyacı olan insanlara, kasıblara, qocalara, yetimlərə, dul qadınlara və əlillərə Xilafət hökuməti tərəfindən verilirdi.
Təvaf
Təvaf (Ərəbcə: طواف) — Həcc və ya ümrə vaxtı Kəbənin ətrafına saat əqrəbinin əksi istiqamətində dövrə vurmaq. Ümrə, həcc və habelə "Nisa" təvafları zamanı Kəbənin ətrafında yeddi dəfə dolanmaq ("şut") vacibdir. Təvaf, qəsdi-qürbət niyyəti ilə yerinə yetirilməlidir. Təvaf, Həcərül-əsvədin qarşısından başlamalı və Kəbə təvaf edən şəxsin sol tərəfində olmalıdır. Həcərül-əsvədə çatdıqda bir "şut" sayılır və bu iş yeddi dəfə təkrar edilməli və yeddi dövrədən sonra bir "təvaf" əməli sona çatır. Vacib təvafda təharətli olmaq, onun qəbul olması üçün vacib şərt, müstəhəb təvafda isə fəzilət şərti sayılır. Təvaf edən şəxs Kəbədən fasilədə olmamalıdır. Amma cəmiyyət izdihamı halında ondan uzaqlaşmağa məcbur olduqda, imkan olduqca Kəbədən fasiləsiz halda təvaf etmək lazımdır. Vacib təvaf dövrələri bir-birinin ardınca və ardıcıl şəkildə olmalıdır. Amma bir şəxs müəyyən bir üzrlü səbəb üzündən təvaf əsnasında dördüncü dövrədən sonra ondan xaric olarsa, sonradan kəsdiyi yerdən (beşinci dövrədən) təvafa başlayıb onu sona çatdıra bilər.
Adlı təqaüd
Təsadüf (mahnı)
Təvaf namazı
Təvaf namazı — 2 rəkətdir və sübh namazı kimi qılınır. Kəbəni 7 dəfə təvaf edəndən sonra qılınır. Müstəhəbdir ki, Fatihə surəsindən sonra birinci rəkətdə Kafirun surəsi, ikinci rəkətdə isə İxlas surəsi oxunsun. Cəmiyyətin izdihamı halında mümkün olan tərzdə "İbrahim məqamı" arxasında namaz qılmaq lazımdır. Müstəhəb olan təvafın namazını Məscidül-Həramın hər bir yerində qılmaq kifayət edir. Təvaf namazını unudub onu qılmadığını səy əsnasında xatırlayan şəxs, səy əməlini dayandırıb təvaf namazını yerinə yetirməli və namazı yerinə yetirdikdən sonra qayıdaraq səy əməlini dayandırdığı yerdən davam etdirməlidir. Təvaf namazını qılmadığını səy əməlindən sonra xatırlayan şəxs, dərhal onu yerinə yetirməlidir. Təvaf namazını qılmadığını Məkkə şəhərindən xaric olduqdan sonra xatırlayan şəxs üçün Məkkəyə qayıtmaq çətin olduqda, mümkün olan hər bir yerdə onu yerinə yetirməlidir. Təvaf namazının qiraəti (oxunuşu) sair namazlar kimi imkan daxilində düzgün oxunulmalı və başqa namazları qıldığı oxunuşa kifayətlənməlidir və onun bu barədə ayrı bir şəxsi naib seçməyə ehtiyac yoxdur.
Təsadüf (film, 2015)
Bakı, mən səni sevirəm kinoalmanaxı 2015-ci ildə ekranlaşdırılmışdır. Heydər Əliyev Fondunun dəstəyi ilə "Mosfilm" kinokonsernində istehsal edilmişdir. Kinoalmanaxa 10 qısametrajlı film daxildir: "Aziya", "Görüş", "Rəssam", "Həyət", "Bəhram Gur", "Lotereya bileti", "Xəzər Atlantidası", "Sevgi haqqında", "Aysel" və "Təsadüf". Layihədəki hər bir ekran əsəri Bakının həyatından müxtəlif anları özündə əks etdirir. Əsas rolları Aziya Arcenti, Corc Qafarov, İlahə Həsənova, Vyaçeslav Razbeqayev, Tural Vaqifoğlu, Kamran Ağabalayev, Alessandro Bertoluççi, Eyşan Özhim, Cavanşir Hadıyev, Fuad Osmanov, Rasim Cəfər, Solmaz Süleymanlı, Ramil Əzimov, Şəbnur Qayıbova, Günel Məmmədova, Elşən Cəbrayılov, Aqniya Ditkovskite, Vadim Tsallati, Zemfira Sadıqova və Fərhad İsrafilov ifa edirlər. Layihədəki hər bir ekran əsəri Bakının həyatından müxtəlif anları özündə əks etdirir. Qısametrajlı filmlər insanlar arasında münasibətləri, onların sevgi və həsrətlərini, şad və qəmli anlarını canlandırır. Bu insanları, münasibətləri, həyatın müxtəlif anlarını birləşdirən baş qəhrəman isə Bakı şəhəridir.
Təzad (personaj tipi)
Təzad (ing. Foil – Folqa) — uydurmada, onun müəyyən xüsusiyyətlərini vurğulamaq üçün başqa bir personajla, adətən protaqonistlə qarşı-qarşıya gələn personaj. Bəzi hallarda, əsas süjeti gücləndirmək üçün altsüjetdən istifadə olunur. Bu, xüsusilə də metauydurmaya və "hekayə içərisində hekayə" konsepsiyasına aiddir. Tipin ingiliscə adı olan "Foil" Azərbaycan dilində folqa deməkdir. Bunun səbəbi keçmişdə qiymətli daş-qaşların daha parlaq görünməsi üçün folqalara yığılması idi. Təzad personaj rəqibindən ya kəskin şəkildə fərqli, ya da sadəcə bir açar bənzərsizliklə fərqlənərək müstəsna dərəcədə oxşardır. Təzad personajın konsepsiyası daha çox iki şey arasında fərqliliyi ön plana çıxarmaq üçün aparılan müqayisələrə aiddir. Tomas Qirin istifadə edilən təzadları üç kateqoriyaya bölür, Tamara Metse isə onları mübaliğə edilənlər, istisnalarla fəaliyyət göstərənlər və günahı boyunlarına alanlar olaraq izah edir.
Qəribə təsadüf və ya həmişə təmizlikdə
"Qəribə təsadüf və ya həmişə təmizlikdə" (rus. Ирония судьбы, или С лёгким паром!) — rejissor Eldar Ryazanovun rejissorluğu ilə 1975-ci ildə çəkilmiş ikiseriyalı sovet filmi. SSRİ-də ilk nümayişi 1 yanvar 1976-cı il saat 17:45-də Mərkəzi Televiziyanın birinci proqramı ilə baş tutub. İlk nümayişin auditoriyası 100 milyon tamaşaçı təşkil edib; çoxsaylı tamaşaçı xahişi nəzərə alınaraq fevralın 7-də film təkrarən göstərilib. 1978-ci ilədək filmə televiziya vasitəsilə 250 milyon tamaşaçı baxmışdı. Film kinoteatrlarda 295 nüsxə ilə nümayiş olunaraq, 7 milyon tamaşaçı toplamışdı. 1977-ci ildə SSRİ dövlət mükafatına layiq görülüb. Film satirik animasiya ilə başlayır. Filmin əsasını eyni layihə əsasında tikilmiş eyni tipli binalar (hətta müxtəlif şəhərlərdə) təşkil edir. Daha sonra ekranda Pavliki görürük.
Qəribə təsadüf və ya həmişə təmizlikdə (film, 1975)
"Qəribə təsadüf və ya həmişə təmizlikdə" (rus. Ирония судьбы, или С лёгким паром!) — rejissor Eldar Ryazanovun rejissorluğu ilə 1975-ci ildə çəkilmiş ikiseriyalı sovet filmi. SSRİ-də ilk nümayişi 1 yanvar 1976-cı il saat 17:45-də Mərkəzi Televiziyanın birinci proqramı ilə baş tutub. İlk nümayişin auditoriyası 100 milyon tamaşaçı təşkil edib; çoxsaylı tamaşaçı xahişi nəzərə alınaraq fevralın 7-də film təkrarən göstərilib. 1978-ci ilədək filmə televiziya vasitəsilə 250 milyon tamaşaçı baxmışdı. Film kinoteatrlarda 295 nüsxə ilə nümayiş olunaraq, 7 milyon tamaşaçı toplamışdı. 1977-ci ildə SSRİ dövlət mükafatına layiq görülüb. Film satirik animasiya ilə başlayır. Filmin əsasını eyni layihə əsasında tikilmiş eyni tipli binalar (hətta müxtəlif şəhərlərdə) təşkil edir. Daha sonra ekranda Pavliki görürük.
Tezpur Universiteti
Tezpur Universiteti (assam. তেজপুৰ বিশ্ববিদ্যালয়) — Hindistanın Assam ştatının Tezpur şəhərində yerləşən ali təhsil müəssisəsi. Universitetin əsası 1994-cü ildə qoyulmuşdur.
Zauf Cəfərov (pauerliftinqçi)
Zaur Cəfərov (tam adı: Cəfərov Zaur Əliağa oğlu; 5 sentyabr 1982, Sumqayıt) — Azərbaycan Pauerliftinq Federasiyası (APF) yığma komandasının üzvü, 6 qat dünya, 7 qat Avropa çempionu, Azərbaycanın əməkdar idman ustası, elitar idmançı, beynəlxalq dərəcəli idman ustası, beynəlxalq dərəcəli hakim, dünya və Avropa rekordçusu, mütləq dünya və mütləq Avropa çempionu, dünya kubokunun sahibi, Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq turnirin üçqat qalibi və iki dəfə mütləq çempionu, Qran-Prinin qalibi, dəfələrlə Respublika çempionu. Azərbaycan pauerliftinq tarixində ilk dəfə olaraq (AWPC versiyası üzrə, dopinq kontrol diviziyonunda) ən yüksək dərəcə tələbini 2-dəfə yerinə yetirmış yeganə Elitar idmançı. 2022-ci ildə Rusiyada keçirilən dünya kubokunda Azərbaycan pauerliftinq tarixində ilk dəfə olaraq (AWPC versiyası üzrə, dopinq kontrol diviziyonunda) ən yüksək dərəcə tələbini yerinə yetirərək "Elitar idmançı" titulunu qazanıb. 2023-cü ildə Qırğızıstanda keçirilən Avropa çempionatında ikinci dəfə "Elitar idmançı" tituluna yiyələnib. Göstərdiyi yüksək nəticələrə görə Pauerliftinq üzrə Ümumdünya İdman Təşkilatının rəhbərliyi tərəfindən 2023-cü ildə Rusiyanın paytaxtı Moskvada keçirilən Qran-Pri turnirində pauerliftinqin ən yüksək mükafatı olan "Elitar üzüklə" təltif olunub. 5 sentyabr 1982-ci il tarixində Sumqayıt şəhərində anadan olub. Orta təhsilini Sumqayıt şəhəri 32 nomrəli Texniki və Təbiət Elmləri liseyində alıb. 1998–2002-ci illərdə Azərbaycan Texniki Universitetinin (MBM) "Mühəndis biznesi və menecment" fakültəsini bakalavr, 2002–2004-cü illərdə Azərbaycan İqtisad universitetinin "İqtisadiyyat və idarətmə" fakültəsini fərqlənmə diplomu ilə magistraturasını bitirib. 2004–2007-ci illərdə Sumqayıt Dövlət Universitetinin "Aqrar sahədə heyətin idarə edilməsi" ixtisası üzrə doktoranturanı müdafiə etmişdir. 1997-ci ildən etibarən həvəskar idmanla məşğul olmağa başlayıb, sonralar isə pauerliftinq idman novündə respublika cempionatlarına qatılıb.