Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tabeli mürəkkəb cümlə
Tabeli mürəkkəb cümlə iki və daha artıq sadə cümlənin məna və qrammatik cəhətdən tabelilik əlaqəsi əsasında birləşməsindən yaranır. Belə cümlələrin tərkib hissələrinin qrammatik cəhətdən biri əsas, digəri isə ondan asılı olur. Əsas cümlə baş, asılı olan cümlə isə budaq cümlə adlanır. Budaq cümlə həmişə baş cümləyə aid olub, onu müxtəlif cəhətdən izah edir. Bu zaman budaq cümlə ya baş cümlənin buraxılmış cümlə üzvünün yerində işlənir, ya da ümumi məzmunla bağlı olur. Ümumi məzmunla bağlı olan şərt budaq cümlələri sadə cümləyə çevrilmir. Bəzi budaq cümlələr baş cümlənin buraxılmış üzvünün sualına cavab verir: Mən bilirdim ki (nəyi?) , hər şey bizim iradəmizdən asılıdır. Bu cümlədə baş cümlə budaq cümlədən əvvəl gəlib və baş cümlədəki buraxılmış üzvü – tamamlığı əvəz edir. Budaq cümlə baş cümlədə işarə əvəzliyi ilə verilmiş cümlə üzvünün sualına cavab olur: Mən onu da (nəyi?) bilirdim ki, əvvəl - axır torpaqlarımızı geri qaytaracağıq. O, elə (necə?) danışırdı ki, heç kəs diqqətini ondan yayındırmırdı.
Babilik
Babilik — Seyyid Əli Məhəmməd Babın (1819-1850) adı ilə bağlı dini təlimdir. O, 1844-cü ildə Bab (Ərəbcədən tərcümədə "qapı") ləqəbini götürmüş, özünü Allahın Vəd etdiyi Mehdi olduğunu bəyan etmiş, 18 müridindən biri olan Qüdslə Məkkəyə yollanaraq zülhiccə ayında Kəbə evinin yanında öz Missiyasını elan etmiş, Vəd Olunmuş Qaim, Mehdi olduğunu bəyan etmişdir. Burdan Kufə şəhərinə gedərək orada da öz dəvətini elan etmişdir. Babın təlimi fanatizmə, ali ruhanilərin özbaşnalığına qarşı yönəlmiş və İran cəmiyyətinin orta və aşağı təbəqələrində özünə çoxlu tərəfdar tapmışdı. Bab daim özündən sonra zühur edəcək olan "Allahın zahir edəcəyi Kəs" haqqında danışmış, bütün yazılarında onu mədh etmişdir. Bab şiə müctəhidlərinin bir qismi tərəfindən kafir kimi pislənmiş, bir qismi tərəfindən isə qəbul olunmuşdur. O, elə bir cəmiyyət haqqında danışırdı ki, orada nə əxlaqsız din xadimləri, nə də ədalətsiz siyasət adamları olsun. == Haqqında == Gündən günə artan nüfuzu və ardıcıllarının İranı bürüməsinə görə şah hökuməti onu həbs etdi və Maku zindanına saldı. Burada "Bəyan" adlı kitabını nazil etdi. İlahi Missiyasını insanlara tədricən açan Bab daha sonra özünü Nöqteyi-Övla adlandırır ki, bu Məhəmməd peyğəmbərlə eyni məqama sahib olmağa bərabər sayılırdı.
Zabelia
Zabelia (lat. Zabelia) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinə aid bitki cinsi.
Abelia
Abeliya (lat. Abelia) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinə aid bitki cinsi. == Botaniki təsviri == === Növləri === HibridAbelia x grandiflora (Hort. ex.
Tabuli
Tabule (ərəb. تبولة‎ tabūlah; həmçinin tabouleh və ya tab(b)ouli) — Levant salatıdır. Ənənəvi olaraq yarma, pomidor, incə doğranmış cəfəri, nanə, soğan və sarımsaq ilə hazırlanır və zeytun yağı, limon suyu və duz ilə dadlandırılır.
Artemisia tafelii
Artemisia tafelii (lat. Artemisia tafelii) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Mixail Zabelin
Zabelin Mixail Yuryeviç (19 mart 1946, Bakı) — Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Azərbaycan Rus İcmasının sədri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Himayəçilik Şurasının üzvü. == Həyatı == 1946-cı il martın 19-da Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Politexnik İnstitutunun Hidromeliorasiya fakültəsini, Bakı Ali Partiya Məktəbini və Ümumittifaq Qiyabi Hüquq İnstitutunun Sovet quruculuğu fakültəsini bitirmişdir. 1966-cı ildən Bakıda layihə institutunda texnik işləmişdir. 1969-cu ildən Oktyabr Rayon Komsomol Komitəsinin katibi, 1974-cü ildən Lenin Rayon Partiya Komitəsinin, Bakı Şəhər Partiya Komitəsinin təlimatçısı olmuşdur. 1978-ci ildən Azərbaycan KP MK-da təlimatçı, birinci katibin (Heydər Əliyevin) referenti, müfəttiş, 1989-cu ildən Nizami Rayon İcraiyyə Komitəsinin sədri, 1991-ci ildən Azərbaycan Respublikası Ali Soveti Katibliyinin baş mütəxəssisi, Daimi komissiyalar şöbəsinin katibi vəzifələrində çalışmışdır. 1990-cı ildə Azərbaycan Ali Sovetinin deputatı, I, II, III, IV və V çağırışlarda Azərbaycan Respublikası Milli Məclisinə üzv seçilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin son 3 çağırışında 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsindən seçilmişdir. Mixail Zabelin Yeni Azərbaycan Partiyasının yaradıcılarından olmuş, Yeni Azərbaycan Partiyasının VII qurultayında (5 mart 2021-ci il) YAP İdarə Heyətinin üzvü seçilmişdir.. Mixail Zabelin Azərbaycan Rus İcmasının sədri, ABŞ-nin Texas ştatının fəxri vətəndaşıdır.
Tatevik Sazandaryan
Tatevik Sazandaryan (erm. Տաթևիկ Սազանդարյան; 20 avqust 1916, Xınzırək, Zəngəzur qəzası – 6 oktyabr 1999, İrəvan) ― 1958-ci ildə SSRİ Ali Sovetinin üzvü olmuş sovet və erməni opera mezzo-soprano ifaçısı. 1937-1961-ci illərdə İrəvan Opera Teatrında solist kimi çıxış etmişdir. == Həyatı == 1916-cı il sentyabrın 2-də indiki Syunik mərzinin Xınzırək kəndində anadan olan Sazandaryan Bakıda böyümüşdür. O, 10 yaşından məktəb xorunda solistlik edirdi. O, 16 yaşında Moskvaya köçmüşdür, burada bir sıra həvəskar tamaşalarda ifaçılıq edirdi. İstedadı tanındıqdan sonra təhsilini Moskvada Ruben Simonovun yanında davam etdirdi. 1933-cü ildə konsertlərdə çıxış etməyə başladı. 1937-ci ildə Moskvadakı Ermənistan SSR-in yanında mədəniyyət evində vokal dram studiyasını bitirdi. Daha sonra o, Ermənistana qayıtdı və Sergey Barxudaryanın yanında İrəvanın musiqi və dram məktəbində oxudu.
Zabelia corymbosa
Zabelia corymbosa (lat. Zabelia corymbosa) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin zabelia cinsinə aid bitki növü.
Cotoneaster zabelii
Zabel dovşanalması (lat. Cotoneaster zabelii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü. == Təbii yayılması == Təbii halda Mərkəzi Çində yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 2 m çatan koldur. Budaqları tünd, qırmızı, qonur rənglidir. Yarpaqları tünd yaşıl rəngli, dəyirmi formalıdır. Üçkünc kasayarpaqlarının uzunluğu 1-2 sm, eni isə 1-2,5 mm-dir, ucu kütdür. Ləçəkləri çəhrayı rənglidir, diametri 2-3 mm, ucu kütdür. Erkəkcikləri 18-20 ədəd olub, ləçəklərdən qısadır. May-iyun aylarında çiçəkləyir, meyvələri avqust-sentyabr aylarında yetişir.
Abelia corymbosa
Abelia chinensis
Çin abeliyası (lat. Abelia chinensis) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin abeliya cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Çindir. == Botaniki təsviri == Hündürlüyü 2 m-ə çatan, çoxsaylı, gözəl, qırmızımtıl, sallaq zoğlara malik, zərif, yarım həmşəyaşıl koldur. Yarpaqları tünd-yaşıl, oval-ucu bizdir. Uzun müddət ağ ətirli, zəngvari, qırmızı xətli çiçəkləri budaqların uclarında çiçək qruplarına yığılmışdır. İyuldan oktyabr ayınadək çiçəkləyir. == Ekologiyası == Düz günəşli, işıqlı yerlərdə yaxşı bitir. Yazın əvvəlindən payızadək bol suvarılır. Qışda temperatur kəskin aşağı endikdə yarpaqları tökülməyə başlayır.
Tabesiz mürəkkəb cümlələr
Tabesiz mürəkkəb cümlələr iki və daha artıq sadə cümlənin məna və qrammatik cəhətdən bərabər hüquq əsasında vahid bir tam kimi birləşməsi yolu ilə əmələ gələn sintaktik vahiddir. == Quruluş xüsusiyyətləri == Tabesiz mürəkkəb cümlələrin səciyyəvi quruluş xüsusiyyətləri vardır. Çox zaman tərkib hissələrində bir paralellik olur; bu xüsusiyyət atalar sözləri və məsəllərdə özünü daha çox göstərir; məs.: Lələ var, yurdu yox. Xalq qız alır – quda qazanır, mən qız aldım, qada qazandım. Xalq gedər quş gətirər, Xanalı bayquş gətirər. Bu gün sən deyirsən, sabah sənə deyərlər. Artıq tamah daş yarar, daş qayıdar baş yarar və s. Belə cümlələr üçün komponentlərdən ikincisinin (və ya hər ikisinin) natamamlığı, yarımçıqlığı, cümlənin ümumi mənası əsasında bərpa oluna bilməsi də səciyyəvi hallardandır: Xəbərçi yalançı olar, yalançı – xəbərçi. Rəhmət yazana, lənət pozana! Sözlərdə qonaq sözü, səslərdə kəfkir səsi.
Abelia x grandiflora
İriçiçəkli abeliya (lat. Abelia × grandiflora) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin abeliya cinsinə aid bitki növü. == Təbii yayılması == Çin, Himalay dağlarında geniş yayılmışdır. Abeliya Qafqazın Qaradəniz sahilində açıq sahədə yaxşı bitir. == Botaniki təsviri == Həkim Abel növə Abeliya chinensis anlayışını vermişdir. Hündürlüyü 180 sm-dək olan koldur, budaqları uzun, çox vaxt sallaq, yarpaqları kiçik, üzbəüz oturaq, tünd-yaşıl, enli-lansetvaridir. Nazik, uzun, sallaq zoğları cavan yaşda çəhrayı rəngdə olur. Çiçəkləri ətirli, iri, beş ləçəkli, bitişik, yarpaqların qoltuğundan çıxan salxım çiçək qrupuna yığılmışdır. Çiçəkləri ağ, güclü xoş qoxuludur. Çiçəkləmə vaxtı yazın əvvəlindən yayın axırınadək davam edir.
Təpəlik
Bir xətt üzrə uzanan, dairəvi yüksəklikdir. Çox vaxt təpəlik qədim dağılmış dağların qalıqları olur.
Əbu-Dabi Döyüş Klubu Tabeliyi Güləş Dünya Çempionatı
== Tarix == Yarış sabiq BƏƏ prezidenti Şeyx Zeyidin oğlu Şexy Təhnun Bin Zeyd Əl Nahyan,bu ideya onun Braziliya ciu-citsusu müəllimi Nelson Monteironun olmuşdur.Royle Qreysi bunu "yeni grappling erası" kimi səciyələndirdi. == Yarış Haqqında == Yarış əsasən güləşin sərt növləri olan Grappling,Sambo,Cüdo,Ciu-citsu,Braziliya ciu-citsusu üzrə keçirilir.
Təkəlik dağı
Təkəlik dağı – Sahbuz гayonu ərazisində dağ (hünd. 2892,5 m). Dərələyaz silsiləsinin suayırıcısındakı Keçəldağ yüksəkliyindən (hünd. 3118,9 m) cənub-şərqə istiqamətlənmiş eyniadlı qolunda zirvə. Naxçıvançayın Qışlaqsu qolunun mənbə hissəsində, Yuxarı Qışlaq kəndindən 3,5 km şimal-şərqdədir. Erkən Pliosen maqmatizminin törəmələri olan andezit, andezit-dasit və dasitlərdən ibarət eyniadlı subvulkanik kütləyə uyğun gələn sıldırım yamaclı, günbəzvari yüksəklikdir. Yamaclarında eyniyaşlı Biçənək lay dəstəsinin andezit, andezit-dasit lavaları və piroklastolitləri və onları yarıb çıxan daha kiçik, eynitərkibli intruziv kütlələr açılır. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin şimal-şərq cinahına aid Batabat-Qanlıgöl əyilməsinin hüdudlarında yerləşir.
Qəribə taleli aktyorun sənət dünyası. Əfrasiyab Məmmədov (film, 2012)
Qəribə taleli aktyorun sənət dünyası. Əfrasiyab Məmmədov — rejissor Sənan Sultanovun 2012-ci ildə Azərbaycan Televiziyasında çəkdiyi sənədli film. == Məzmun == Filmdə teatr və kino aktyoru Əfrasiyab Məmmədovun xatirəsinə həsr olunur. == Film haqqında == Filmdə "O olmasın, bu olsun", "Qızmar günəş altında", "Koroğlu", "Sehrli xalat", "Dədə Qorqud", "Evlənmək istəyirəm", "Kişi sözü", "Qətl günü" filmlərinin, eləcə də "Şeyx Sənan" teatr tamaşasının kadrlarından istifadə edimişdir.
Qəribə taleli aktyorun sənət dünyası. Əfrasiyab Məmmədov (film, 2013)
Qəribə taleli aktyorun sənət dünyası. Əfrasiyab Məmmədov — rejissor Sənan Sultanovun 2012-ci ildə Azərbaycan Televiziyasında çəkdiyi sənədli film. == Məzmun == Filmdə teatr və kino aktyoru Əfrasiyab Məmmədovun xatirəsinə həsr olunur. == Film haqqında == Filmdə "O olmasın, bu olsun", "Qızmar günəş altında", "Koroğlu", "Sehrli xalat", "Dədə Qorqud", "Evlənmək istəyirəm", "Kişi sözü", "Qətl günü" filmlərinin, eləcə də "Şeyx Sənan" teatr tamaşasının kadrlarından istifadə edimişdir.
Uyuk Tarlık
Abidə fin ekspediyası tərəfindən Uluğ-Kem çayının qolu Uyuk-Tarlık çayının sahilində Mixaylovo kəndinin 3 km-də tapılmışdır. Boz salants daşı üzərində iki sətir yazıdan ibarətdir. Daşın yuxarı hissəsində damğa da var. Abidənin ətrafli təsvirini D.A.Klementov verib. Daşın üzərindəki yazılar bir sıra türkoloqlar tərəfindən tərcümə və nəşr edilib.
Əlaəddin Ataməlik Cuveyni
Əlaəddin Ataməlik ibn Məhəmməd Cüveyni və ya Cüveyni Ələddin (Farsca: علاءالدين عطا ملك جويني; Əbülmüzəffər Əlaəddin Ataməlik bin Bahaəddin Məhəmməd əl-Cüveyni; 1226 – 5 mart 1283, Arran) — fars tarixçisi və dövlət xadimi. == Həyatı == Cüveyni Ələddin 1226-cı ildə Xorasanın Cüveyn şəhərində məmur ailəsində anadan olmuş, təhsil almış, monqolların İranı işğal etməsindən sonra yenidən hakimlərin xidmətinə daxil olmuşdur. Fəxrəddin Hinduşah ibn Səncər Naxçıvani Əlaəddin Ətaməlik Cüveyninin oğlu ilə yaxın dost olmuş və Cüveyniyə hörmət əlaməti olaraq "Sahibi"' nisbəsini qəbul etmişdir. Məcdülmülk-i Yəzdi ilə düşmənçilik edirdi. Bir məmur kimi görkəmli monqol xanlarının Bağdadda canişini olmuş, eyni zamanda bir tarixçi kimi fəaliyyət göstərib Çingiz xana və Xarəzmşahlara həsr olunmuş 3 cildlik "Dünyanı fəth edənin tarixi" əsərini yazmışdır. Əsərin üçüncü cildində Hülakü xanın İrana yürüşləri təsvir olunmuşdur. Bu əsər Fəzlullah Rəşidəddinin tarixi epopeyası ilə birlikdə XIII əsr Monqolustan, Orta Asiya və İran tarixi üzrə ən qiymətli və etibarli mənbə sayılır. Cüveyni orta əsrlərdə şəhərlərin quruluşu, hakimiyyət orqanları, idarə və vergi sistemləri haqqında çox dəyərli məlumatlar verir. Onun Çingiz xan, onun həyat və fəaliyyətinin ilk dövrləri haqqında söylədikləri Rəşidəddin və başqa tarixçilərin yazdıqlarını tamamlayaraq, sülalənin tarixinin bütün mənzərəsinin yaratmaqda əhəmiyyətli rol oynayır. Bu əsərində Cüveyni Ələddin özünü bir fars əyanı və məmuru kimi büruzə verirdi.
Alilikdə sadəlik... Heydər Əliyev (film, 2018)
== Məzmun == Film Azərbaycan Ümummilli Lideri Heydər Əliyevin 95 illik yubileyinə həsr olunub. Filmdə taleyinə Ulu Öndərlə görüşmək imkanı düşən sadə xalq nümayəndələrinin maraqlı xatirələri və bununla bağlı olduqca maraqlı arxiv materialları əks olunub. Film Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri -Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sifarişi ilə hazırlanıb. == Filmin yaradıcı heyəti == Bədii rəhbər və ssenari müəllifi: Eldar İsgəndərzadə Rejissor: Vasif Məmmədzadə Operator: Elşən Rafiqoğlu Səs operatoru: Yaşar Əliyev Səs rejissoru: Orxan Rəcəbli Filmi səsləndirdi: Nurəddin Mehdixanlı, xalq artisti Montaj rejissoru: İsmayıl Musayev Assistent: İbrahim Ağazadə Aparıcı prodüser: Mehman Məmmədov Baş prodüser: Rauf Rəcəbov == Filmdə iştirak edənlər == Amil Həsənoğlu — Prezident təqaüdçüsü. Roza Tağıyeva — Xalq artisti. Həsrət Əsədov — əmək adamı. Tuqay Rzayev — məcburi köçkün. Aygün Rzayeva — məcburi köçkün. Xanış Şahiyev — sadə zəhmət adamı. Güləli Fərziyev — ehtiyatda olan zabit.