Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sailor
== Diskoqrafiya ==
Taylor
Taylor — Böyük Britaniyanın və ABŞ soyadı və verilmiş adı.
Eduard Taylor
Eduard Taylor (İngiliscə: Edward Burnett Tylor; 2 oktyabr 1832[…], Kamberuell[d], Böyük London – 2 yanvar 1917[…]) – İngilis etnoqrafı. == Həyatı == Təkamülçü klassiklər arasında ən çox şöhrət qazanmış Eduard Taylor (1832-1917) varlı ailədən çıxmış, gəncliyində ticarət-sənaye fəaliyyətinə başlamaq istəyində olduğuna görə ali təhsil almamışdır. 1855-ci ildə Taylor səyahəti ilə əlaqədar Kubaya gedərkən mərkəzi Amerikadakı arxeoloji qazıntıları maliyyələşdirən metsenat-bankirlə tanış olmuş və həmin şəxs Taylorda başqa xalqların mədəniyyət və məişətinə maraq oyatmışdır. O, etnoloji ədəbiyyatı və Avropa muzeylərindəki materialları tədqiq edərək bilik dairəsini genişləndirmişdir. E.Taylor 1865-ci ildə "Bəşəriyyətin qədim tarixinə dair tədqiqatlar" adlı kitab nəşr etdirmişdi. Burada qədim dövrdən başlayaraq müasir sivilizasiyaya qədər bəşər mədəniyyətinin mütərəqqi inkişaf xəttini əsaslandırmağa çalışmışdır. O, ayrı-ayrı xalqların məişət və mədəniyyətindəki fərqli cəhətləri həmin xalqların qeyri-bərabər inkişafı ilə əlaqələndirirdi. E.Taylorun 1871-ci ildə yazdığı "İbtidai mədəniyyət" əsəri isə az bir vaxt ərzində dünya şöhrəti qazanmışdı. Geniş etnoloji materiallarla zəngin olan bu kitabda bəşəriyyətin mənəvi mədəniyyətinin inkişafına, xüsusən də dini inamlara geniş yer verilmişdir. 1881-ci ildə E.Taylorun sonuncu iri həcmli kitabı "Antropologiya" nəşr olmuşdur.
Kennet Taylor
Kennet İna Dorotea Taylor (16 may 2002-ci ildə anadan olub) — Eerste Diviziya təmsilçilərindən olan Yonq Ayaks klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Niderland futbolçusudur. == Klub karyerası == === Yonq Ayaks === Taylor Ayaks akademiyası vasitəsilə inkişaf etmişdir. Oyunçunu bir müddət Mançester Siti klubu transfer etmək istəmişdir. 25 may 2018-ci ildə Taylor Erediviziya təmsilçilərindən olan Ayaks klubu ilə 2021-ci ilin 30 iyun tarixinə kimi yeni müqavilə imzalamışdır. Taylor öz peşəkar karyerasında debütünü 15 oktyabr 2018-ci ildə PSV II klubuna qarşı oyunda etmişdir. O, 70-ci dəqiqədə Yasper ter Heydeni əvəz etmişdir. Eerste Diviziya görüşündə Yonq Ayaks rəqibinə 1–2 hesabı ilə məğlub olmuşdur. == Karyera statistikası == 27 oktyabr 2018 tarixində yenilənib1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Niderland Superkuboku görüşləri daxildir.
Sailor Moon
Seylor Mun və ya Yaponiyada tanınan adı ilə Bishoujo Senshi Sailor Moon (美少女戦士セーラームーン, Bishōjo Senshi Sērā Mūn, azərb. Gözəl qoruyucu Seylor Mun‎) — yapon manqaka Naoko Takeuçi tərəfindən yazılmış və çəkilmiş şoco manqa seriyası. Manqa seriyası 1991-1997-ci illərdə "Nakayoshi" jurnalında nəşr olunmuşdur. Bu dövrdə 52 fəsli 18 tankobon cildi şəklində çap edilmişdir. Manqa seriyası Seylor Muna çevrilərək Ay şahzadəsinin və Əfsanəvi Gümüş Kristalın (「幻の銀水晶」, Maboroshi no Ginzuishō) axtarışına çıxan 14 yaşlı qız Usaqi Tsukino haqqındadır. Seriya boyunca Seylor Mun Əfsanəvi Gümüş Kristalı qorumaq və Günəş sistemini məhv etmək istəyən düşmənlərin qarşısını almaq üçün yaradılmış Seylor döyüşçüləri (セーラー戦士, Sērā Senshi) komandasına başçılıq edir. Manqa seriyasının 18 cildi əsasında Toei Animation tərəfindən anime hazırlanmışdır. Anime Yaponiyada 5 mövsüm olmaqla 1992-1997-ci illərdə yayımlanmışdır. Bundan başqa, manqa seriyası əsasında 3 animasiya filmi, 3 qısametrajlı animasiya, 1 televiziya verilişi və "Gözəl qoruyucu Seylor Mun" adlı teleserial hazırlanmışdır. Anime hekayəsi 2014-cü ildən göstərilən "Sailor Moon Crystal" animesi ilə yenidən başladılmışdır.
Taylor Hackford
Taylor Edwin Hackford (31 dekabr 1944, Santa-Barbara, Kaliforniya) — amerikalı kinorejisordur. Hackford 31 dekabr 1944-cü ildə Kaliforniya ştatının Santa Barbara şəhərində ingilis əsilli ailədə anadan olub. O, Amerika Rejissorlar Gildiyasının prezidenti vəzifəsində işləmişdir. 1979-cu ildə "Yeniyetmə ata" (ingiliscə orijinal adı: Teenage Father) filminə görə "Ən yaxşı qısametrajlı film" kateqoriyasında Akademiya Mükafatını qazanmışdır. Onun töhfə verdiyi digər filmlərdən bəziləri; An Officer and a Gentleman (1982) və Ray (2004). Daha əvvəl iki dəfə evli olan Hackford 1997-ci ildə evləndiyi üçüncü həyat yoldaşı, britaniyalı peşəkar aktrisa Helen Mirren ilə bərabər yaşayır. Onun iki övladı vardır.
Taylor Heklin
Taylor Li Heklin (ing. Tyler Lee Hoechlin) – Amerikalı aktyor. Tanınmağa 2002-ci ildə Məhv olma yolu filmində oynadığı Miçel Sullivan rolu ilə başlamışdır. Bundan sonra isə 2003–2007-ci illərdə Yeddinci cənnət serialında Martin Biver rolunu oynamışdır. Həmçinin o, Gənc qurd-da Derek Heyl və Ox kainatı-nın Supergörl və Supermen və Lois seriallarında Klark Kent/Supermen rolunu oynamışdır. == Həyatı == Heklin 11 sentyabr 1987-ci ildə Kaliforniyanın Korona şəhərində Lori və Don Heklinin ailəsində doğulmuşdur. O ailəsinin yerli amerikalı, alman, irland və bəzi başqa etnik milliyətlərə mənsub olduğunu bildirib. Tanner və Travis adlı qardaşları və Kerri adlı böyük bacısı var. 2006-cı ildə Santiaqo orta məktəbini bitirmişdir.
Taylor Kinney
Teylor Cekson Kinni (ing. Taylor Kinney. d. 15 iyul 1981), Amerikalı aktyor və model. The Vampire Diaries, Zero Dark Thirty, Chicago Fire və Chicago PD kimi filmlərdə aldığı rollar ilə məşhurdur. == Həyatı == Kinney, İyul 2011-ci ildə bəri müğənni Lady Gaga ilə birlikdədir. İkili, Gaganın "You and I" mahnısının klip çəkilişində tanış oldu və qısa müddət sonra əlaqələri başladı. Fevral 2015-ci ildə nişanlandılar.
Taylor Lautner
Taylor Lautner (ing.: Taylor Daniel Lautner, 11 fevral, 1992, Qrand Rapids, ABŞ) — Amerika aktyoru.
Taylor Pozi
Taylor Qarsia Pozi (ing. Tyler Garcia Posey) – Amerikalı aktyor və musiqiçi. MTV-nin Gənc Qurd (2011–2017) serialında oynadığı Skott Makkoll rolu ilə tanınır. == Həyatı == Pozi, Kaliforniyanın Santa Monika şəhərində doğulmuş və Santa Klaritada böyümüşdür. Anası Sindi Terese Qarsia-Pozi və atası isə aktyor-yazıçı Con Pozidir. Onun iki qardaşı var. Anası 2014-cü ilin dekabrında döş xərçəngindən vəfat etdi. Gənc Qurdun beşinci mövsümü onun xatirəsinə həsr olunmuşdur. == Şəxsi həyatı == Pozi 2013-cü ildə uşaqlıq sevgilisi Siana Qorlik ilə nişanlandı. Cütlük həmin il on illik münasibətlərdən sonra nişanlarını qaytardı.Oktyabr 2020-ci ildə Pozi əvvəllər kişilərlə münasibətdə olduğunu və cinsi oriyentasiyasını adlarla adlandırmağı sevmədiyini açıqladı.
Auqust Taylor
Auqust Taylor (28 may 1991, Corciya) — amerikalı pornoaktyor, model və camgirl. == Həyatı == Avqust Taylor, amerikalı pornoqrafik aktrisa, ABŞ-nin Corciya ştatında aktyorlar Piter Edvard Taskiotti və Karen Novasiçin nikahının qızı, əsl adı Mişel Novasiç olan Auqust Taylor, çex, italyan və filippin əsilli ailədə anadan olub. Lauderdale, Florida da böyüdü.22 yaşında 2014-cü ilə qədər ictimaiyyətə açıqlanmayan ilk filmini lentə aldığı 2013-cü ilə qədər onun tərcümeyi-halından daha bir neçə məlumat məlumdur. Pornoqrafik aktrisa kimi, Evil Angel, Jules Jordan Video, Digital Sin, Elegant Angel, Pure Play Media, Bangbros, Wicked Pictures, Girlfriends Films, Devil's Film, Penthouse, Naughty America, Brazzers, Kink.com o New Sensations kimi aparıcı studiyalarda işləyib.Onu aktrisalar Ava Devine və Sybil Stallone ilə müqayisə edən oxşar xüsusiyyətləri ilə Brazzers üçün ilk anal seks səhnəsi 2015-ci ildə Ramón Nomar ilə lentə alınıb. İki il sonra aktrisa Criss Strokes saytında yerləşdirilən ilk ikiqat nüfuzunu qeyd etdi.2018-ci ildə ilin MILF artisti üçün Urban X Mükafatlarına namizəd oldu.O, aktrisa kimi 130-dan çox film çəkib.
Codename: Sailor V
Codename: Sailor V (コードネームはセーラーV, Kōdo Nēmu wa Sērā Bui) — Naoko Takeuçi tərəfindən yazılmış və çəkilmiş manqa seriyası. Manqa seriyası sehirli güclərə malik olduğunu və Yeri qorumalı olduğunu öyrənən deyib-gülən məktəbli qız Minako Ayno haqqındadır. "Codename: Sailor V" Naoko Takeuçinin yazacağı "Seylor Mun" manqası üçün təməl rolunu oynamışdır. == Məzmun == Minako Ayno 13 yaşlı orta məktəb şagirdi, əylənməyi sevən, gələcəkdə öz sevgisini tapmağı arzulayan qızdır. Bir gün Minako alnında ağ aypara işarəsi olan, danışa bilən Artemis adlı ağ pişiklə rastlaşır. Artemis ona başa salır ki, o, sehirli güclərə malikdir və bu güclərlə daha güclü və gözəl şəxsə çevrilə bilər. Artemis onun Seylor Venera olduğunu və Yer planeti Venera planetinin adından qorumalı olduğunu deyir. Artemis ona kömək etmək üçün iki əşya verir: aypara formalı kompakt və sehirli qələm. Sehirli qələmin köməyi ilə Minako istədiyi zaman Ədalət döyüşçüsü Seylor Viyə çevrilə bilir. Minako tezliklə Danburitin başçılıq etdiyi Qaranlıq Agentliyə qarşı mübarizə aparmağa başlayır.
Sailor Moon Crystal
Sailor Moon Crystal və ya Yaponiyada tanınan adı ilə Bishoujo Senshi Sailor Moon Crystal (美少女戦士セーラームーンCrystal(クリスタル), Bishōjo Senshi Sērā Mūn Kurisutaru, azərb. Gözəl döyüşçü Seylor Mun: Kristal‎) — 2014-cü ildən şoco manqa seriyası olan "Seylor Mun" manqasının 20 illik yubileyi münasibəti ilə yayımlanan ONA seriyası. Toei Animation tərəfindən hazırlanan, Munehisa Sakay və Çiaki Konin rejissoru olduğu anime serialının I və II mövsümləri 5 iyul 2014-cü ildən 18 iyul 2015-ci ilə qədər davam etmiş və ayda 2 dəfə olmaqla 26 seriyası yayımlanmışdır. 4 aprel 2016-cı ildən 27 iyun 2016-cı ildə kimi anime serialının III mövsümü yayımlanmışdır. İlk iki mövsüm bütün dünyada Niconico vasitəsilə göstərilmişdir. 1992-1997-ci illərdə göstərilən "Seylor Mun" animesindən fərqli olaraq bu dəfə hekayə Toei Animation tərəfindən yenidən və daha dəqiq işlənmişdir. Lakin anime serialı 1990-cı illərdəki animeyə bənzər ssenariyə sahibdir. Anime 14 yaşlı Usaqi Tsukino adlı qızın Seylor Mun olmasından, Seylor döyüşçülərini tapmasından (Seylor Merkuri, Seylor Mars, Seylor Yupiter və Seylor Venera) və Əfsanəvi Gümüş Kristalı qorumasından bəhs edir.Anime serialının ilk seriyası Usaqi personajının doğum günü hesab edilən 30 iyun 2014-cü ildə göstərilmişdir. Blu-ray formatında ilk xüsusi buraxılışı 15 oktyabr 2014-cü ildə Yaponiyada yayınlanmışdır. 2014-cü ilin mayında Viz Media animeni Şimali Amerikada ingiliscə yayınlanması üçün lisenziyalaşdırmışdır.
Sailor Star Song
"Sailor Star Song" (セーラースターソング, Sērā Sutā Songu, azərb. Seylor Ulduz mahnısı‎) — "Seylor Mun" animesinin 5-ci mövsümündə açılış mahnısı kimi istifadə olunmuş sinql. Sözlərini manqaka Naoko Takeuçi yazmış, musiqisi Söki Araki tərəfindən bəstələnmişdir, Kae Hanazava tərəfindən isə ifa olunmuşdur. Mahnı "Bishōjo senshi Sailor Moon Sailor Stars Music Collection" albomunun bir hissəsidir. == Haqqında == Əvvəlki 4 mövsümdə animenin açılış mahnısı kimi "Moonlight Densetsu" mahnısından istifadə olunsa da, 5-ci mövsümdə bu mahnıya üstünlük verilmişdir. "Seylor Mun" animesinin açılışı ilə yanaşı, sonuncu — 200-cü seriyada Seylor Mun ilə Seylor Qalaksiya arasındakı döyüşdə çalınmışdır.Mahnının ingilis versiyası ilə yanaşı italyan versiyası da mövcuddur və "Petali di Stelle, Petali di Luna" adlanır. Lakin bu versiya animenin italyan versiyasında açılışında deyil (əvəzində "Petali di Stelle per Sailor Moon" mahnısından istifadə olunmuşdur), sadəcə 200-cü seriyada oxunmuşdur.Seylor Mun pərəstişkarları mahnını "Makenai" adlandırmağa üstünlük verirlər. "Makenai" mahnının yapon versiyasında yer alan sözlərdən biridir. == Mahnı siyahısı == == İstinadlar == == Xarici keçidlər == Sailor Star Song VikiMunda. Sailor Star Song Seylor Mun Vikisində.
Taylor Swift (albom)
Taylor Swift — amerikalı müğənni Teylor Sviftin ilk studiya albomu. 24 oktyabr 2006-cı ildə Big Machine Records tərəfindən buraxılıb.
Sailor Moon: La Luna Splende
"Sailor Moon: La Luna Splende" (azərb. Seylor Mun: Parlayan Ay‎) — Yaponiyanın Bandai Namco videooyun şirkətinin 16 mart 2011-ci ildə İtaliyada yayımladığı 2D videooyun. Oyun italyan dilində olan ilk "Seylor Mun" videooyunu xüsusiyyətini daşıyır. == Haqqında == Videooyun 2011-ci ilin 16 martında Nintendo DS platformaları üçün yayımlanmışdır və "Seylor Mun" videooyunlarının son versiyasıdır. Oyun İtaliyada satışa buraxılmış və adını "Seylor Mun" animesinin ikinci mövsümünün italyanca dublajındakı adından almışdır. Adını ikinci mövsümdən alsa da, videooyunun baş düşməni olan Kunsayt sadəcə birinci mövsümdə görünmüşdür. Videooyundakı personajların adları seriyanın italyanca versiyasına uyğunlaşdırılmışdır. "Sailor Moon: La Luna Splende" italyan dilində olan və Nintendo DS platformaları üçün istehsal olunan ilk "Seylor Mun" videooyunudur. == Hekayə == Nina (Naru Osaka) şüursuz şəkildə xəstəxanaya yerləşdirilir, Banni (Usaqi Tsukino) və dostları onun ziyarətinə gəlirlər. Luna onlara deyir ki, Ninaya hansıda bədheybət hücum etmiş ola bilər.
Sailor Moon Crystal seriyalarının siyahısı
Sailor Moon Crystal — 2014-cü ildən şoco manqa seriyası olan "Seylor Mun" manqasının 20 illik yubileyi münasibəti ilə yayımlanan ONA seriyası. Toei Animation tərəfindən hazırlanan, Munehisa Sakai və Çiaki Konun rejissoru olduğu anime serialının ilk iki mövsümü 5 iyul 2014-cü ildən 18 iyul 2015-ci ilə kimi Niconico vasitəsilə bütün dünyada yayımlanmışdır və manqanın ilk 26 fəslini əhatə etmişdir. 2015-ci ilin sentyabrında Toei Animation üçüncü mövsümü istehsal etdiyini açıqlamışdır. Anime serialının üçüncü mövsümü "Ölüm həvariləri" adı ilə tanınır və manqadakı "Sonsuzluq" hekayəsinə əsaslanır. Üçüncü mövsümün ilk seriyası 6 mart 2016-cı ildə Tokiodakı "Animate Ikebukuro" mağazasında nümayiş etdirilmişdir. Üçüncü mövsüm 4 aprel 2016-cı ildən 27 iyun 2016-cı ilə kimi Tokyo MX kanalında yayımlanmışdır. == Mövsümlər == == Seriyalar == === I mövsüm: Qaranlıq Krallıq (2014-2015) === === II mövsüm: Qara Ay (2015) === === III mövsüm: Ölüm həvariləri (2016) === == Media == === Yaponiya === King Records animenin DVD və Blu-ray formatında 13 cildini yayımlamışdır.
Sailor Moon SuperS Shin Shuyaku Soudatsusen
"Sailor Moon SuperS Shin Shuyaku Soudatsusen" (美少女戦士セーラームーンSuperS: 真・主役争奪戦) — 1996-cı ilin 8 martında Angel Studios (indiki Rockstar San Diego) tərəfindən satışa buraxılmış və PlayStation ilə Sega Saturn platformaları üçün nəzərdə tutulmuş 2D "Seylor Mun" videooyunu. Faytinq janrında olan bu oyun ancaq Yaponiyada yayımlanmışdır. Oyunun Sega Saturn platforması üçün versiyası çıxdıqda oyun "Sailor Moon SuperS - Various Emotion" adlandırılmış və fərqli üz qabığından istifadə olunmuşdur. Sega Saturn versiyasında Seylor Çibi Munun görünüşü də fərqlidir. == Hekayə == Oyun iki rejimdə oynanıla bilər: hekayə rejimi və görüş rejimi. Hekayə rejimi təkoyunçulu, görüş rejimi çoxoyunçuludur. Əgər oyunçu hekayə rejimini seçibsə, ancaq bu personajlardan istifadə edə bilər: Seylor Mun, Seylor Merkuri, Seylor Mars, Seylor Yupiter, Seylor Venera və Seylor Çibi Mun. Əgər oyunçu görüş rejimində oynayırsa, bu personajlarla yanaşı Seylor Pluton, Seylor Uran, Seylor Neptun və Seylor Saturndan da istifadə edə bilər.Oyunçu istədiyi Seylor döyüşçünün gücünü artıra, onun gücünə maksimum 20 xal verə bilər.Oyunda 4 çətinlik səviyyəsi var: asan (nakayoşi), normal, çətin, ən çətin (muzukaşi). == Personajlar və səsləndirənlər == == İstinadlar == == Xarici keçidlər == Seylor Mun Vikisində.
Sailor Moon SuperS Plus - Ami's First Love
Sailor Moon SuperS Plus - Ami's First Love (美少女戦士セーラームーンSuperS 外伝 亜美ちゃんの初恋, Bishōjo senshi Sērā Mūn SuperS gaiden - Ami-chan no hatsukoi, azərb. Seylor Mun SuperS plus: Aminin ilk sevgisi‎) — "Seylor Mun"un 1995-ci ildə buraxılmış xüsusi seriyası. 23 dekabr 1995-ci ildə "Sailor Moon SuperS" anime filmi ilə birlikdə nümayiş etdirilmişdir. == Məzmun == Seriyada hadisələrin əsas diqqət mərkəzində Seylor Merkuri kimi tanınan Ami Mizunodur. Ami bir gün məktəbə gələndə ona yazılmış bir sevgi məktubu alır və böyük təşvişə düşür. Lakin o dostlarına hazırda məhəbbət haqqında düşünmədiyini bildirir. Ami dostlarına bildirir ki, imtahanlara "Mercury" ləqəbi ilə qatılıb maksimal nəticə göstərib, lakin onunla birlikdə "Mercurius" adlı şagirdin də maksimal nəticə əldə edib. Ami bunu meydan oxuma kimi qəbul edib əvvəlkindən də daha gərgin çalışmağa başlayır. Amini izləyən Bonnon ona hücum edir. Ami Bonnonu "Mercurius" zənn edir və Seylor Merkuriyə çevrilib onu məğlub edir.
Bishoujo Senshi Sailor Moon SuperS Gaiden: Ami-chan no Hatsukoi
Sailor Moon SuperS Plus - Ami's First Love (美少女戦士セーラームーンSuperS 外伝 亜美ちゃんの初恋, Bishōjo senshi Sērā Mūn SuperS gaiden - Ami-chan no hatsukoi, azərb. Seylor Mun SuperS plus: Aminin ilk sevgisi‎) — "Seylor Mun"un 1995-ci ildə buraxılmış xüsusi seriyası. 23 dekabr 1995-ci ildə "Sailor Moon SuperS" anime filmi ilə birlikdə nümayiş etdirilmişdir. == Məzmun == Seriyada hadisələrin əsas diqqət mərkəzində Seylor Merkuri kimi tanınan Ami Mizunodur. Ami bir gün məktəbə gələndə ona yazılmış bir sevgi məktubu alır və böyük təşvişə düşür. Lakin o dostlarına hazırda məhəbbət haqqında düşünmədiyini bildirir. Ami dostlarına bildirir ki, imtahanlara "Mercury" ləqəbi ilə qatılıb maksimal nəticə göstərib, lakin onunla birlikdə "Mercurius" adlı şagirdin də maksimal nəticə əldə edib. Ami bunu meydan oxuma kimi qəbul edib əvvəlkindən də daha gərgin çalışmağa başlayır. Amini izləyən Bonnon ona hücum edir. Ami Bonnonu "Mercurius" zənn edir və Seylor Merkuriyə çevrilib onu məğlub edir.
Baklor
Baklor (az.-əbcəd باکلوْر‎, fars. باکلور‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Mərkəzi bəxşinin Abbər qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 66 nəfər yaşayır (19 ailə).
Hailar
Hailar (Çincə: 海拉尔区|Pinyin: Hǎilā'ěr Qū; Monqolca: ᠬᠠᠶᠢᠯᠠᠷ və ya ᠲᠣᠭᠣᠷᠢᠭ; Romanizasiya: Qayilar toɣoriɣ) Çinin Daxili Monqolustan Muxtar Rayonuna tabe olan Hulunbuir şəhərinin bir rayonudur. Hailar rəsmi olaraq bir rayon olmasına baxmayaraq, ərazisinin böyük olmasına görə şəhər hesab olunur. Ərazisi 1,440 km² olan rayonun, əhalisi 2010-cu ilin statistikasına görə 249,472 nəfərdir.Hailar regional ticarət və nəqliyyat mərkəzidir və rayon Hailar Dongshan hava limanına xidmət edir.
Taiaro
Taiaro (fr. Taiaro) — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). == Coğrafiya == Tuamotu arxipelaqının şimal-qərbində yerləşir. Taenqa atolundan 53 km şimal-şərqdə, Rarakadan 42 km cənub-qərbdə yerləşir. Ən yaxın materik sahilindən (Cənubi Amerika) 6200 km məsafədədir. Ada ovalvari formaya malikdir. Atollun sahəsi 6 km²-dir. Maksimal hündürlüyü 5 metrdir. Daxilində olan laqunun dərinliyi 15 – 20 m arasında dəyişir. Ümumi sahəsi isə 12 km²-dir.
Tallar
Tallar - Naxçıvan əhalisinin etnogenezində xüsusi yeri olan tayfa. == Haqqında == Naxçıvan əhalisinin etnogenezində xüsusi yeri olan tallar e.ə. III minillikdə Urmiya gölündən qərbdə, Kiçik Asiya və Araz ətrafı ərazilərdə məskunlaşmışlar. Onlar bu dövrdə qaynaqlara Sicilyadakı Sirakuz şəhərində tal tayfa adı kimi düşmüşlər. . Qay Yuli Solinin yazılarında tallar şərqdə, Kaspi dənizi sahillərində çay ağzında yaşayan tayfalar kimi . Assur yazılarında isə Təbriz ətrafında Talay ölkə adı olaraq qeyd olunur. Onlar e.ə. II minilliklərdə buradan ətraf ölkələrə yayılmışlar . Qədim Naxər ölkəsinin torpaqları olmuş hazırkı Gürcüstanın şərqində məskunlaşan tallar orada Tela, Axtal, Qistol, Talat kimi şəhər qəsəbə və dağ adlarına öz adlarını vermişlər. Gürcülər də bu adların başqa dildən gəldiyini yazırlar .
Tatlar
Tatlar — İrandilli etnoslardan biri. Azərbaycan və Rusiya ərazisində yaşayırlar. == Tarixi == Tarixi məlumata görə bu qədim xalq təqribən 2000 il bundan qabaq Sasanilər İmperiyası hakimiyyəti zamanı şimaldan gələn türklərin qarşısını almaq məqsədilə Cənubi Qafqaz ərazisinə köçürülmüşdür. Qədim ari tayfalarından olan tatlar ərəb işğalından sonra islam dinini qəbul etmişlər. 1810-cu ildə Bakı və Abşeronun ətraf kəndlərinin komendantı general İvan İvanoviç Repin Bakı haqqında yığdığı məlumatlarda qeyd olunurdu ki, şəhərin özündə və müvafiq olaraq Bakı xanlığına aid olmuş ərazilərdə 2235 nəfər yaşayırdı. Azsaylı rus, erməni, yəhudilər(81 nəfər) istisna olmaqla əhalinin böyük əksəriyyəti - 2155 nəfər şiə tatlar təşkil edirdi. == Dil == İran dillərindən biri olan Tat dilində danışırlar. == Din == Tatların əksəriyyəti İslam dininə etiqad edir. Tatların bir qismi isə yəhudidir. == Məskunlaşma == Azərbaycan dilində danışan tatlar əsasən Bakıda,, Şabran, Xızı, Siyəzən, Şamaxı, Quba, Gəncə, Şəmkir ,Gədəbəy və Dərbənd rayonlarında tarixən sıx olaraq məskunlaşıblar.
Tağlar
== Yaşayış məntəqələri == Böyük Tağlar — Xocavənd rayonunun Böyük Tağlar kənd inzibati ərazi dairəsində kənd. Köhnə Tağlar — Xocavənd rayonunun Böyük Tağlar kənd inzibati ərazi dairəsində kənd. Tağlar (Əhər) — İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Digər == Tağlar mağarası — Xocavənd rayonunun Böyük Tağlar kəndinin ərazisində mağara.
Tayler
Taylor — Böyük Britaniyanın və ABŞ soyadı və verilmiş adı.
Tabor
Tabor (düşərgə və ya batalyon) — polkovnik-leytenant ya da mayorun rəhbərlik etdiyi, bölükdən böyük, alaydan kiçik hərbi-taktiki birləşmədir. Müasir orduların silahlarına görə tank taboru, piyada taboru, topçu taboru kimi əsas sinifləri vardır. Taborlar hava qüvvələrində "flot", artilleriya qüvvələrində isə "divizyon" adlanır. Topçu taboru üç ya da dörd topçu batareyası — topçu bölüyü olaraq tərtib edilir. Piyada taborları, iyirminci əsrdə bir qərargah bölüyü, bir atıcı bölüyü və bir ağır silah — tank, top — bölüyü olaraq təşkil edilmişdir. İndiki vaxtda da 800–900 əsgərdən ibarət olan taktika baxımdan əlverişli hərbi birlikdir. == Motaatıcı tabor == Əsas ünsürü motaatıcı silahlardan ibarət olan hərbi-taktiki tabor. 3 motaatıcı bölük Minaatan batareya Artilleriya batareya Yükdaşıyan avtomobil taqımı Tankəleyhinə taqım Qumbaraatan taqım Texniki-təminat taqımı Maddi-təminat taqımı Tibbi-yardım == Tank taboru == Əsas ünsürü tanklardan ibarət olan hərbi-taktiki tabor. 3 tank bölüyü Rabitə taqımı Texniki-təminat taqımı Maddi-təminat taqımı Tibbi-yardım == Rabitə taboru == Əsas ünsürü bağlı olduğu qərargah ilə digər bölmələrin ünsiyyətini təmin etməkdir. Tabor qərargahı Radio bölüyü Estafet bölüyü Təmir dəstəsi == Təmir taboru == Baxım təmir taboru, briqada tabeçiliyində hər cür çalışan maşın, təchizat və vasitələrin baxım və təmirini boynuna götürən texniki heyətləri saxlayan vahiddir.
Timor
Timor (ind. Pulau Timor, tetum Timor) — Malay arxipelaqının cənubunda, iki müstəqil ölkə arasında bölünən ada. Adanın şərq hissəsində Şərqi Timor, qərbində isə İndoneziyanın ərazisi yerləşir. == Coğrafiya == Adanın sahəsi 30,8 min. km² təşkil edir. Adı Malay dilində «Şərq» mənasını verir. Buda fakdır ki, ada Malay arxipelaqının şərqində yerləşir. == İnzibati bölgü == Ada iki ölkə arasında bölünmüşdür: İndoneziya və Şərqi Timor. Şərqi Timor — 15 007 km², 1 066 409 nəf. (2010) İndoneziya — 14 660 км², 1 662 056 nəf.
Albert Tayler
Albert Tayler (d. 4 yanvar 1872; Hamilton, Birləşmiş Ştatlar - ö. 25 iyul 1945; Kumberland, Birləşmiş Ştatlar) — Birləşmiş Ştatları təmsil edən yüngül atlet. 1896 Afina Olimpiadasında gümüş medal qazanıb. == Həyatı == Albert Tayler 1872-cü ilin 4 yanvar günündə Birləşmiş Ştatların Ohayo ştatının Hamilton şəhərində anadan olub. 1945-ci ilin 25 iyul tarixində isə Men ştatının Kumberland şəhərində ömrünün 73-cü yaşında vəfat edib. === Afina Olimpiadası === Albert Tayler 1896-cı ildə Yunanıstanın Afina şəhərində I Yay Olimpiya Oyunlarına qatıldı. Şüvüllə tullanma yarışlarında mübarizə aparan Tayler 3.30 metr nəticəyə imza atdı və I Yay Olimpiya Oyunlarının gümüş medalını qazandı.
Tağılar
Tağılar (Bərdə)