Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Atlanta
Atlanta — ABŞ-də şəhər. Corciya ştatının inzibati mərkəzi. Nəqliyyat qovşağı. == Tarixi == Atlanta şəhəri 1837-ci ildə yaranıb. 1845-ci ildən əvvəl şəhər — Terminus adlanırdı. Zəncilərin azadlığı uğrunda mərkəzi şəhər olmuşdur. == Şəhərdə keçirilmiş beynəlxalq tədbirlər == 1996 Yay Olimpiya Oyunları keçirilmişdir. Bu Olimpiyadada Azərbaycanı 21 nəfər idmançı təmsil etmişdir. Onlardan Namiq Abdullayev Olimpiyadanın gümüş medalını qazanmışdır.
Falanqa
Falanqa — yun. φάλαγγα - "barmaq". Digər mənalarda da işlənir: Falanqa (hərb) — Qədim Makedoniya, Yunanıstan və bir sıra digər dövlətlərdə piyada qoşunlarının döyüş düzülüşü. İspan Falanqası — İspaniya faşist partiyasına verilən ad. Falanqa (zoologiya) — Hörümçəkkimilər sinfindən olan həşərat.
Palanqa
Pаlаnqа (lit. Palanga) — Litvada kurort şəhəri. Kazimir Buqenin fikrinə görə, şəhərin adı – kurşsk mənşəlidir. Adın kökü pal- görünür ki, düzənliklərin və ya bataqlıqların landşaftı ilə əlaqədardır (məs. palös (palios) – "böyük bataqlıqlar, alçaq bataqlı yer"). Beləliklə Palanqanın ilkin adı alçaqlıq, bataqlıq, çaybasar çəmənlər və ya bunu kimi anlayışlarla bağlı ola bilər. İnsanların danışdığına görə, Palanqanın adı palanqe (lit. рalange, tərc. pəncərə altı) əmələ gələ bilər – guya ki haçansa balıqçıların evləri dənizə o qədər yaxın yerləşirdi ki, dalğa və qum evlərin pəncərə altına qədər çatırdı. Palanqa ərazisində insanların artıq 3000 il bundan əvvəl və ondan öncə yaşayırmış.
Qalanta
Qаlаntа (slovak. Galanta, alm. Gallandau‎, mac. Galánta) — Slovakiyanın cənub-qərbində şəhər. Əhalisi 16 min nəfərdir. (2001)-ci ilə əsasən əhalinin etnik müxtəlifliyi: Slovaklar: 60,4% Macarlar: 36,8% Qaraçılar: 1,1% Çexlər: 0,7% Əhalinin konfessional müxtəlifliyi: roma-katolikləri: 67,1% ateistlər: 20,1% evangelik kilsəsi: 6,3% öz dinini təsdiqləməyənlər: 3,5% Slovakiya Liptovski Mikulaş, (2006-cı ildən) Çexiya Mikulov, (2003) Serbiya cz:Bečej, Srbsko (od roku 2001) İtaliya en:Albignasego, (2007) Macarıstan Slovenski Komloş, (1996) Macarıstan Keçkemet, (1998) Macarıstan Paks, (1998) Neformal partnyor şəhərlər: Avstriya de:Stockerau Macarıstan Dyör Keçmiş partnyor şəhərlər: Çexiya Pardubice Çexiya Yihlava Rusiya Petrovsk Almaniya de:Lutherstadt Wittenberg Macarıstan sk:Stoličný Belehrad Luftaufnahmen des Schlosses Oficiálna webová stránka mesta Letecká fotografia centra mesta Arxivləşdirilib 2016-10-11 at the Wayback Machine Pamätná tabuľa plk.
Tahanea
Tahanea (fr. Tahanea) — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). Faaitedən 12 km cənub-şərqdə, Tatitidən 530 km şərqdədir. Atollun sahəsi 7,7 km²-dir. Uzunluğu 48 km, eni isə 15 km təşkil edir. Daxilində laqun vardır. 3 hissədən okeanla birləşir. İnzibati baxımından Anaa kommunasına daxildir. Tahanea ilk dəfə 1772-ci ildə ispan dənizçisi Dominqo de Boneçea tərəfindən kəşf edilmişdir. Faddey Bellinshauzen Birinci Rus Antarktika ekspedisiyası atoll yaxınlıqlarından keçərkən adanı Çiçikov olaraq adlandırır.
Talassa
Talassa, Falassa, Talatta (q.yun. Θάλασσα q.yun. Θάλασσα Θάλασσα, "dəniz") — qədim yunan mifologiyasınıda personaj, dəniz ilahəsi. Efir və Hemeranın qızı, Pontun həyat yoldaşı. Telxinlərin və Qaliyanın anası . Heykəli Korinfdə yerləşir, gənc Afroditanı əlində saxlamış vəziyyətdədir. . Talassa eyni zamanda Tefiinin epitetidir ; XXII Orfik himni ona həsr edilmişdir. A. Klarkın "Uzaq diyarın nəğmələri" povesti (1956) və romanı (1986)ndakı hadisələrin baş verdiyi okean-planet Talassa adlanır. Fransada Talassa adında (1975 — bu günə qədər) ətraf mühit, idman, insan və tarixi baxımdan dəniz və əlaqəli süjetlər mövzusundakı populyar həftəlik televeriliş yayımlanır. . Neptunun peyki Talassanın şərəfinə(1991) adlandırılmışdır.
Tamania
Espeletia (lat. Espeletia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Tapança
Tapança — qısa lüləli bir atəşli silahdır. Tapançalar, iş prinsiplərinə və güllə mühafizə hissələrinin şəklinə görə, daraqlı (pistol) və ya toplu (revolver) olaraq adlandırılır və istifadə edilən güllələrin çaplarına görə təsnif edilirlər.
Tayanna
Tayanna (ukr. Тетяна Михайлівна Решетняк; 29 sentyabr 1984, Çernovtsı) — Ukrayna müğənnisi.
Tozlanma
Tozlanma (bitkilərin tozlanması) – Yetişmiş erkəkciyin toz hüceyrələrinin örtülü toxumlularda dişiciyin, çılpaqtoxumlularda yumurtacığın ağızcığına düşməsi. Tozcuğun üst qatı boruya çevrilərək içərisindəki erkək hüceyrəsini (sperma) yumurta hüceyrəyə çatdırır və onu mayalayır, nəticədə ziqota (rüşeym) əmələ gəlir.
Şüalanma
Şüalanma – enerjinin şüalar (görünən və görünməyən) vasitəsilə köçürülməsi prosesi. Şüalanma tam vakuumda da baş verir. Güclü və yaxud zəif qızdırılmış bütün cisimlər (insan bədəni, soba, lampa) enerji şüalandırır. Şüalanma cisimlərdən yayılaraq başqa cisimlərin üzərinə düşür. Bu halda şüalanma enerjisinin bir hissəsi əks olunur, bir hissəsi cisimlər tərəfindən udularaq onların daxili enerjisinə çevrilir. Bunun nəticəsində cisimlər qızır. "Radiaktiv" maddələrin alfa, betta və qamma kimi şüaların yayılmasını və ya Kosmosda yayılan hər hansı bir elektromaqnetik şüanı meydana gətirən ünsürlərin hamısına Radiasiya deyilir. Bir maddənin atom nüvəsindəki neytronların sayı, proton sayına görə olduqca çoxdursa, bu cür maddələr qərarsız bir quruluş göstərməkdə və nüvəsindəki neytronlar alfa, betta və qamma kimi müxtəlif şüalar yaymaq sürətiylə parçalanmaqdadırlar. Ətrafına bu şəkildə şüa saçaraq parçalanan maddələrə Radioaktiv maddə ("işıqlanmış maddə") deyilir. Şüalanma sözünün mənası bir nöqtədən çıxma, yayılma, səpilmə (şüa-bir nöqtədən başlayan düz xətt) deməkdir.
Alanya
Alanya (1935-ci ilə kimi Əlaiyyə, osman. علائیه, türk. Alâiye) — Antalya ilinin ilçəsi. Antalyanın mərkəzindən 135 km. aralıda yerləşir. == Coğrafya == === Əhalisi === Əhali sayı: 94.022 (2008).
Atlama
Atlama — Azərbaycanda qida qəbulundan (əsasən nahar və şam yeməyindən) sonra, eləcə də isti günlərdə toy və ziyafət məclislərində, qonaq qəbul edildikdə və başqa şadyanalıqda susuzluğu ardan qaldırmaq üçün içilir. == Tərkibi == Bu içkidən 1 litr hazırlamaq üçün aşağıdakı ərzaqlar lazımdır: qatıq – 400 q, su – 600 q, duz – zövqə uyğun, göyərti, xiyar == Hazırlanma qaydası == Atlama qatıqdan hazırlanan ayrana oxşar sərinləşdirici içkidir. Atlamanı qoyun və inək qatığından çoxlu miqdarda hazırlamaq üçün tuluğa qatıq və su töküb cavan oğlanın tərkinə bağlayırlar. Oğlan ata minir (atlanır) və atı otərəfə bu tərfə çalır. Bu zaman tuluq çalxalanır və qatıq suda yaxşı həll olur. Çox güman ki, içkinin adı da buradan götürülmüşdür. Atlamaya bir qədər duz vurduqdan sonra içilir. Ayranı əvəz etdiyindən atlamaya qatıq ayranı da deyilir. Müasir dövrdə atlamanı elektrik mikserində kokteyl kimi hazırlamaq daha əlverişlidir. Atlamadan doğramac hazırlamaq üçün də istifadə edilir.
Kalama
Kalama (ispanca:Calama) — Çilidə şəhər. Əhalisi 138402 nəfərdir (2002). Ərazi — 15597 km², əhali sıxlığı — 8,87 nəfər/km²-dir.
Tarama
Tarama (yap. 多良間島) — Miyako qrupuna, Sakişima adaları, Ryukyu arxipelaqına daxil olan ada. Minna adası ilə birlikdə Tarama dairəsini əmələ gətirir və Miyako qəzası, Okinava prefekturası ərazisinə daxildir. Adanın sahəsi 19,75 km² təşkil edir. Tarama adasının şimalında Siokava və Nasasuci qəsəbələri yerləşir. Adada 1000 nəfər yaşayır. Adanın relyefi düzənlikdir. Ən hündür nöqtəsi 33 metrdir. Adaya yaxınlaşmaq məqsədilə sal quraşdırılmışdır.
Yalama
Yalama — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. 'Yalama Stansiyası-' Stansiya 1900-cü il noyabrın 1-də özəl Vladiqafqaz dəmir yolunun Dərbənd- Biləcəri xəttində kommersiya istifadəsinə verilmiş və sərnişinlərin və yüklərin daşınması üçün açılmışdır. 20-ci əsrin əvvəllərində Dərbənd-Biləcəri xəttinin istismar uzunluğu 217 mil idi.Marşruta Vladiqafqaz yolunda Biləcəri stansiyasının lokomotiv və vaqon anbarlarından qatar və dartma briqadaları xidmət göstərib. Bütün sərnişin, kuryer, poçt və baqaj qatarları stansiyada dayanıb. 1919-cu ildə Azərbaycanla Könüllü Ordunun nəzarətində olan ərazilər arasındakı sərhəd stansiyanın xətti ilə keçirdi. “Əli və Nino” romanında Yalama stansiyasında həmin vaxtlardan bəhs edilir. Kənddə Yalama kənd məscidi dini icması fəaliyyət göstərir.
Alana
Alana — nazlı, armud və s.-dən hazırlanan çərəz. Əsasən, Azərbaycanın Naxçıvan bölgəsinin Ordubad rayonu ərazisində geniş yayılmışdır. == Hazırlanması == Onu, adətən, şaftalının nazlı növündən və armudun əndiryani və şəkəri növündən hazırlayırlar. Alananı hazırlamaq üçün ilk əvvəl lazım olan meyvələr dərilir. Meyvənin qabığı soyulub 5-6 gün günəş şüası altında qurudulduqdan sonra saplaq tərəfdən dairəvi kəsilir və içərisi oyulur. Yenidən gün düşən yerə bir gün saxladıqdan sonra hazırlanmış içlik meyvənin içərisinə doldurulur. İçliyi hazırlamaq üçün cəviz ləpəsini iri gözlü ət maşınında çəkərək 1:1 nisbətində şəkər tozu əlavə edilir. Alananın tamı daha yaxşı olsun deyə ona 1-2 çimdik vanil əlavə edirlər. Elə ki, içlik qurudulmuş meyvənin içərisinə dolduruldu, onda əvvəlcədən hazırlanmış xırda meyvə qapaqlarını alananın yuxarı hissəsinə qoyaraq sap keçirilmiş təbənə ilə deşərək sapa düzülür. Təxminən 20-30 alana bir sapa düzülərək düyünlənir və üzərinə tənzif keçirilərək münasib bir yerdən asılır.
Talan
Talan — kütləvi iğtişaşların bir növü olub dini, etnik və siyasi mənsubiyyətinə görə bir qrupun digər bir qrupun üzərinə hücum edərək insanları öldürülməsi, iş yerlərinin dağıdılması və ya yandırılması, kütləvi davalar, zorakılıq və hədəf alınan etnik qrupa məxsus ibadətxanaların, məktəb və təşkilatların dağıdılması ilə müşayət olunur. Talan mənasında "poqrom" (rus. погром sözünün kökü rus. громить — dağıtmaq, tar-mar etmək, darmadağın etmək, viran etmək sözündəndir) termin kimi ilk əvvələr əsasən Rus imperiyasında yəhudilərə qarşı olan talanları göstərmək üçün işlədilmişdir. İkinci Dünya müharibəsi ərəfəsində yəhudilərə qarşı başlanmış entik zəmində zorakılıqlar talan (poqrom) andlanırdı. Rus dilində 1988-ci ildən Azərbaycanda ermənilərə qarşı olan kütləvi iğtişaşlar da "poqrom" (bax: Sumqayıt poqromu) adlandırılmışdır.
Euseius talinga
Euseius talinga (lat. Euseius talinga) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin euseius cinsinə aid heyvan növü.
FK Palanga
Palanqa FK (Litva dilində-Futbolo klubas "Palanga") - Litvanın futbol klubu. Palanqa şəhərində yerləşir. == Tarixi == 2011-cü ildə yaranan komanda. “Palanqa” stadionunda keçirir.
Galanga major
Alpiniya qalanqa (lat. Alpinia galanga) — zəncəfilkimilər fəsiləsinin alpiniya cinsinə aid bitki növü.
Galanga officinalis
Alpiniya qalanqa (lat. Alpinia galanga) — zəncəfilkimilər fəsiləsinin alpiniya cinsinə aid bitki növü.
Kaempferia galanga
Kempferiya qalanqa (lat. Kaempferia galanga) — kaempferia cinsinə aid bitki növü.
Kempferiya qalanqa
Kempferiya qalanqa (lat. Kaempferia galanga) — kaempferia cinsinə aid bitki növü.
Languas galanga
Alpiniya qalanqa (lat. Alpinia galanga) — zəncəfilkimilər fəsiləsinin alpiniya cinsinə aid bitki növü.