Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tandava
Tandava – (canksr. ताण्डव, Tāṇḍava, tandu-rəqs etmə) sözündən götürülüb, həmçinin tandava-nritya-induslarin tanrısı Şiva-nın rəqsi mənasını verir. İndus mifologiyasına görə Şiva tandavası enerjili rəqs olub-"yaradılma-qoruma- dağıtma" mənasını kəsb edir. Mütəxəssislərin fikrincə bu rəqsdə Şivanin təkəbbürü, gücü, ikiüzlülüyü özünü göstərir. Şiva rəqs edərkən ekstaz halına düşüb güclü qüvvə toplayır və əvvəlcə bu qüvvəni yaratmağa, sonra isə dağıtmağa sərf edir. Bununla o,yaradılış prosesini özünəməxsus ritmlə dəstəkləyir. Rudra-tandava Allahın əvvəlcə kainatı yaradıb, sonra yaratdığını dağıtması nöqteyi-nəzərini ifadə edir. Ananda-tandava isə artıq Şivanın "sevinc"rəqsini ifadə edir. Belə hesab edilir ki, tandava adı Şivanın qulluqçusu Tandunun adından götürüb. Tandu "Natya-şastra"-nın müəllifi Baharatanın təlimat vericisi olub.
Tapmaca
Tapmaca — insanın zehni qabiliyyətini, ağlının çevikliyini yoxlamaq məqsədilə yaradılan ədəbi janr. Tapmacada hər hansı bir əşyanın əlaməti üstüörtülü şəkildə verilir və ya başqa bir əşyaya bənzədilir, onun tapılması qarşı tərəfdən tələb olunur. Anonim tapmacalar şifahi xalq ədəbiyyatının məhsuludur. Fərdi tapmacalar isə yazılı ədəbiyyat nümunəsi olub yazıçı və şairlər tərəfindən yaradılır. Qədimdən bəri insanların zəka və biliyinin ölçülməsi, eyni zamanda əylənmək üçün istifadə olunur. İnkişaf eden texnologiya ilə birlikdə artan əyləncə üsullarının təsiriylə tapmacalar öz funksiyası itirmişdir. Buna baxmayaraq, müxtəlif tədbir və mərasimlərdə rast gəlmək mümkündür. Tapmacalar daha çox nəzmlə olur. Məsələn: O yanı çəpər,Bu yanı çəpərİçində atlı çapar. (göz)Bir balaca mil başı,Yandırdı dağı-daşı (kibrit)Dəyirmana dən gəldi,Durun görün kim gəldi.Toxunmamış çuvaldaÜyünməmiş un gəldi.
Toplama
Toplama və ya Üstəgəlmə – (rus. надвиг, ing. overthrust, overfault, thrust-fault) sü­xur­larda yatımın pozulmasının bir forması. Tektonik hərəkətlər nəti­cəsində pozulma boyu bir süxur kütləsinin digər süxur kütləsinə nisbətən yerdəyişməsilə səciyyə­lənir. Yer dəyişmə müstəvinin me­yillik bucağına görə dik və maili növlərə ayrılır.
Aldama
Aldama (lat. Aldama) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi.
Tarama
Tarama (yap. 多良間島) — Miyako qrupuna, Sakişima adaları, Ryukyu arxipelaqına daxil olan ada. Minna adası ilə birlikdə Tarama dairəsini əmələ gətirir və Miyako qəzası, Okinava prefekturası ərazisinə daxildir. == Coğrafiya == Adanın sahəsi 19,75 km² təşkil edir. Tarama adasının şimalında Siokava və Nasasuci qəsəbələri yerləşir. Adada 1000 nəfər yaşayır. Adanın relyefi düzənlikdir. Ən hündür nöqtəsi 33 metrdir. Adaya yaxınlaşmaq məqsədi ilə sal quraşdırılmışdır.
Damdama (Çaypara)
Damdama (fars. دامداما‎) - İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd.
Tapmaca gecələri
Zəngilan rayonunun bir çox kəndlərində payızdan başlayaraq yaza qədər evlərdə tapmaca gecələri təşkil olunurdu. Söyləyicilərin dediyinə görə, tapmaca gecələri olduqca maraqlı keçirdi. Kimsə tapmacanın cavabını tapa bilmirdisə, o, borclu qalırdı. Onda tap-macanı söyləyən deyirdi: “Satıram”. Yerdən biri deyirdi: “Alıram”. Soruşurdular: “Hansı cəzanı çəksin?” Tapmaca deyən dillənirdi: “Qab götürsün, getsin filan bulaqdan bir qab su gətirsin, camaat su içsin”. Tapmacanın cavabını tapa bilməyən gedib su gətirdikdə ona əziyyət vermək üçün deyirdilər ki, sənin şahidin yoxdu, bəlkə, suyu başqa yerdən doldurub gətirmisən. Onun yanına birini şahid qoşub təkrar su gətirməyə göndərirdilər. Tapmacanı tapmayan şəxsə digər cəzalar da verilirdi. Məsələn, səhərə qədər dik ayaq üstə durmaq və s.
Adama Berrou
Adama Berrou (ing. Adama Barrow; 15 fevral 1965, Mansadjanq-Kunda[d], Qambiya Koloniyası və Protektoratı[d]) — Qambiya siyasətçisi və 2017-ci ildən etibarən Qambiya Prezidenti. Basse Santa Su yaxınlığındakı Mansadjanq-Kunda kəndində anadan olub, Xərçəng Adası Orta Məktəbi və Müsəlman Liseyində oxuyub, iikincisində təqaüd qazanıb. Daha sonra Qambiya enerji şirkəti "Alhagie Musa Njie & Sons"-da çalışdı və satış meneceri oldu. 2000-ci illərin əvvəllərində Londona köçən Berrou daşınmaz əmlak sahəsində təhsil aldı və eyni zamanda mühafizəçi olaraq çalışdı. 2006-cı ildə Qambiyaya qayıtdıqdan sonra Majum Daşınmaz Əmlak Şirkətini qurdu və 2016-cı ilə qədər baş direktor oldu. O, müxalifət partiyası olan Birləşmiş Demokrat Partiyasının xəzinədarı seçildi və öncəki sədr həbs edildikdən sonra 2016-cı ilin sentyabrında onun yerinə keçdi. Berrou daha sonra 2016-cı il prezident seçkilərində BDP namizədi olaraq seçildi. Daha sonra 2016-cı il müxalif qrup koalisiya dəstəyi ilə müstəqil olaraq qalacağı açıqlandı. Berrou 2016-cı il prezident seçkilərində 43.34% səslə uzun müddət vəzifədə olan Yəhya Cammehi məğlub edərək qalib gəldi.
Adama Diakabi
Adama Salimi Diakabi (fr. Adama Diakhaby; 5 iyul 1996, Ayaçço) — Seneqal əsilli fransalı futbolçu. Ağdamın "Qarabağ" klubunun oyunçusu. Fransa gənclər milli komandasının üzvu olub. Hücumçu və sol cinah vingeri kimi oynayır. == Karyerası == Fransanın Ayaçço şəhərində doğulan Adama Diakabi "Kann" futbol klubunun yetirməsidir. 2013-cü ildə o, "Kann" klubunun ikinci komandasına dəvət edilir. 24 avqust 2013-cü ildə "Kale" klubu ilə oyunda "Kann" klubunun ikinci komandasında debüt edir.8 noyabr 2015-ci ildə Diakabinin "Renn" klubu ilə bir illik müqavilə imzalayır və 2015–16 mövsümünün qalan hissəsini "Renn" klubunun ikinci heyətində keçirir.2017-ci ilin yay transfer pəncərəsi ərzində "Monako" klubu "PSJ" klubuna gedən Kilian Mbappeni əvəzləmək üçun Diakabini 10 milyon avroya transfer edir.2017–18 mövsümundə "Monako"nun heyətində ümumilikdə 30 oyunda meydana çıxır və 3 qol vurur.20 iyul 2018-ci ildə Diakabi, İngiltərə Premyer Liqası klubu "Haddersfild Taun"a taransfer olur və bir ildə artırılma şərti ilə üç illik müqavilə imzalayır.13 yanvar 2023-cü il tarixində "Qarabağ" klubu ilə, 30 iyun 2025-ci il tarixinə kimi müqavilə imzalayır. Futbolçu Ağdam təmsilçisində 87 nömrəli forma ilə çıxış edəcək. Futbolçunun "Qarabağ"da debütu özunu çox gözlətmir və "Qarabağ" onun transferini rəsmən elan etdiyi gün, klubun Antalyada təlim-məşq toplanışı çərçivəsində baş turan "Rakov"la (Polşa) yoxlama oyunun 2-ci hissəsində meydana çıxır.
Məhsul toplama mövsümü (Azərbaycan)
Məhsul toplama mövsümü (az.-əbcəd مهسول توپلاما مؤوسومو‎) – Azərbaycan xalq təqviminə görə payızda məhsulun toplandığı və Mihrican bayramının qeyd edildiyi dövr. == Müddəti == Azərbaycan adətlərinə görə, payızda məhsul toplanandan sonra, bəzi yerlərdə isə payız armudu və almasının yanağına xal düşəndə şənlik keçirilərdi. Şənliyə hər yaşdan insan gəlir, rəngbərəng geyimlər geyilir, ətraf gül-çiçəklə bəzədilirdi.Bu dövrün bayramların biri Mihrican bayramıdır. Tarixən Azərbaycanda Mihrican bayramı əkinçi və maldarların məhsul bayramı olmuşdur. Son dövrlərə qədər bu bayram ilin əmək qələbəsi, ilin yekunu bayramı kimi qeyd edilmişdir.Azərbaycanlılarda məhsul toplama mövsümündə günəş çıxmazdan əvvəl, dan yeri ağarmadan toplanan ilk almanın insana əbədi həyat (ölümsüzlük) verəcəyinə inanılır. Digər bir adətə görə, payızda meyvələr yetişdikcə ilk bardan (nübardan) xonça yığılıb, qız evinə göndərilər. Bu meyvə sovqatı bağbaşı və ya novbarlıq adlanır. Bağbaşıdan qohum-qonşuya da verilir. Meyvənin nübarını yeyən adamın arzusunun çin olacağına inanılır. Güllər açandan sonra isə bir dəstə bağlanıb, nübargül aparılır.
Gaikotsu Kishi-sama, Tadaima Isekai e Odekakechuu
Skeleton Knight in Another World (azərb. Skelet cəngavəri başqa dünyada‎) və ya Yaponiyada tanınan adı ilə Gaikotsu Kishi-sama, Tadaima Isekai e Odekakechuu (骸骨騎士様、只今異世界へお出掛け中, azərb. Skelet cəngavəri paralel kainata gedir‎) – KeG-in rəssamlığı ilə Ennki Hakari tərəfindən yazılan ranobe seriyası. Alternativ kainata skelet cəngavər kimi düşən videooyunçudan bəhs edir. Hakari ranobeni Shōsetsuka ni Narō saytı vasitəsilə yayımlamağa başlamışdır. Overlap 2015-ci ilin oktyabrında ranobeni nəşr etməyə başlamışdır. İndiyə qədər 10 cildi buraxılmışdır.Akira Savanonun rəssamlığı ilə manqa adaptasiyası da istehsal olunmuşdur. Seven Seas Entertainment həm ranobeni, həm manqanı Şimali Amerika üçün lisenziyalaşdırmışdır. == Məzmun == Oyunun baş qəhrəmanı yapon videooyunçudur. Bir gün videooyun oynayarkən yatıb qalır və oyananda özünü fentezi tərzində oyun dünyasına Ark Raratoya adlı skelet kimi düşdüyünü görür.