Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Taranto
Taranto — İtaliyaın cənubunda Puglia regionundadə eyni adı daşıyan Taranto vilayəti mərkəzi və bir liman şəhəridir. Eyni zamanda Taranto rayonunun mərkəzi, əhəmiyyətli bir hərbi baza və əhəmiyyətli bir ticarət mərkəzidir. İtalyan filolarının yerləşdiyi və ordunun olduğu strateji bir mövqeyə sahib Tarantoda (31.6.2010 etibarilə) bələdiyyə sərhədləri içində 192.520 adam yaşayır. Qədimdə Tarent (lat. Tarentum) adlandırılmışdır.
Aravot
Aravot (erm. «Առավոտ», "Səhər") — İrəvan şəhərində dərc edilən Ermənistan gündəlik qəzeti. 1994-cü ildə təsis edilmişdir. Ermənistanın əsas media orqanlarından biri olan "Aravot" liberal bir qəzet kimi qələmə verilmişdir. Baş redaktoru Aram Abrahamyandır. Qəzetin ingilis və rus dillərində olan "aravot.am" internet xəbər portalı mövcuddur.
Arsxot
Arxot (nid. Aarschot, Niderlandca tələffüz: [ˈaːrsxɔt] ( dinlə)) — Belçikada, Löven arondismanında şəhər. Demer çayı üzərində yerləşir. 1 yanvar 2008-ci ilin məlumatına görə, şəhərin əhalisi 28,129 nəfərdir.
Tarako
Tarako (たらこ, 17 dekabr 1960, Ota[d], Qunma prefekturası, Yaponiya – 4 mart 2024[…]) – Yaponiya seyyusu, aktrisası və müğənnisi. 1990–2024-cü illər ərzində "Chibi Maruko-chan" anime serialının baş qəhrəmanı olan Momoko Sakura personajını səsləndirməsinə görə tanınır. 17 dekabr 1960-cı ildə Yaponiyanın Qunma prefekturasında doğulmuşdur. Seyyu karyerasına 1981-ci ildə başlamışdır. "Urusei Yatsura" onun seyyu kimi iştirak etdiyi ilk anime olmuşdur. 1990-cı ildə yayımlanmağa başlayan "Chibi Maruko-chan" animesinin yaradıcısı Momoko Sakura tərəfindən baş qəhrəmanı səsləndirmək üçün seçilmişdir. Sakura onu seçməsinin səbəbi kimi səsinin onun səsinə oxşamasını göstərmişdir. Tarako 34 il boyunca Maruko-çanı səsləndirmişdir. Tarako "Hunter x Hunter", "Inuyasha" kimi anime seriallarında, "Nausicaä of the Valley of the Wind", "My Neighbor Totoro" və "Castle in the Sky" kimi anime filmlərində personajlar səsləndirmişdir. 2016-cı ildə "Danganronpa" franşizinin talismanı olan Monokumanı səsləndirmək üçün seçilmişdir.
Tarot
Tarot — orta əsrlərdə yaranan 78 kartdan ibarət oyun dəstəsidir. Psixoloji dəstək məqsədləri üçün istifadə olunmağa başlansa da, kəhanət və falçılıqla bu günə qədər gəlib çatmışdır. Ənənəvi olaraq Tarot 22 böyük arkana və 56 kiçik arkana kartlarından ibarətdir.Kiçik arkana kartları klassik iskambil kartlarının (oyun kartları) ilkin variantıdır. Tarot sözü ilk dəfə 1500-cü illərdə italyan dilində "tarocchi" və fransızca "taraux" olaraq rastlanılıb. Sözün mənşəyinin ərəbcə "tarh" (toplama, qoymaq, getmək) sözünə dayandığına inanılır.İlk zamanlarda bu kartlar Tarocchini kimi kart oyunları oynamaq üçün istifadə edilən oyun kartları idi. İtalyan köklərindən Tarot kartları Avropanın çox hissəsinə yayıldı və Alman Grosstarok,Fransız tarot, Avstriya Königrufen kimi modern oyunlar ailəsinə çevrildi .18-ci əsrin sonlarında fransız okkultistləri öz tarixləri və mənaları ilə bağlı mürəkkəb lakin əsassız iddialar irəli sürdülər ki bu da tarot kartlarının oxunması yolu ilə kəhanəttə istifadə üçün oraya çıxmasına yol açdı.
Aleksandr Tarasov
Aleksandr Nikolayeviç Tarasov (Rusca: Алекса́ндр Никола́евич Тара́сов; 8 mart 1958, Moskva) — sovet və rus sosioloqu, politoloqu və sol məsləkli kulturoloqu, publisisti, yazıçısı, filosofu. XXI əsrin başlanğıcına kimi İ. Mesaroşla eyni sırada və “Praksis” qrupuna mənsub olan və sonradan Londona emiqrasiya etmiş yuqoslav marksist-filosoflarla yanaşı özünü postmarksistlərə aid edirdi. Ancaq XXI əsrdə “postmarksizm” termininin E. Laklau, Ş. Muff və onların davamçıları tərəfindən mənimsənilməsi ilə əlaqədar olaraq, A. Tarasov (eynilə, Mesaroş və qeyd edilən yuqaslav filosofları kimi) özünü bu cür adlandırmaqdan əl çəkdi. == Erkən siyasi fəaliyyəti == Dekabr 1972 – yanvar 1973-cü ildə Tarasov Vasili Minorski ilə "Yeni Kommunistlər Partiyası" (YKP) adlı gizli solradikal qrup yaratdı və 1973-cü ilin yayında onun qeyri-rəsmi lideri oldu. 1974-cü ildə YKP “Sol məktəb” adlı başqa bir gizli solradikal qrupla birləşdikdən sonra birləşmiş təşkilat “Sovet İttifaqı Neokommunist Partiyası” (SİNKP) adını aldı və Tarasov onun rəhbərlərindən biri oldu. Partiyanın nəzəriyyəçisi idi, SİNKP-nın "Neokommunizmin prinsipləri" (1974) adlı proqram sənədi Tarasov tərəfindən yazılıb. 1975-ci ildə DTK tərəfindən həbs olunub, SİNKP-nın işi məhkəməyə qədər gedib çıxmadığı üçün ilkin həbsdən və birillik xüsusi ruhi xəstəxanada qaldıqdan sonra azadlığa buraxılıb. Xüsusi ruhi xəstəxanada qəddar rəftara və de-fakto işgəncələrə (döyülmə, EKT, insulin komaları, böyük dozalarda neyroleptik inyeksiyalar) məruz qalmışdır, nəticədə azadlığa ağır somatik xəstəliklərlə (hipertonik xəstəlik, ankilozlaşan spondiloartrit, böyrək və mədəaltı vəzi xəstəliyi), mahiyyətcə əlil kimi çıxdı. Sərbəst buraxıldıqdan sonra SİNKP-nın bərpa edilməsində iştirak edib, 1985-ci ilin yanvarında onun ləğvinə qədər təşkilatın rəhbərlərindən biri olub. 1988-ci ildə iki dövlət psixiatriya komissiyası tərəfindən müayinə olunub və tamamilə ruhi sağlam qəbul edilib.
Taranto knyazlığı
Taranto knyazlığı - Taranto qraflığının statusunun yüksəldilməsi nəticəsində yaradılmışdı. İlk knyazı həm də Antakiya knyazlığının hakimi olan Tarentli Bohemund idi.
İsidor Baraxov
İsidor Baraxov (İvanov) (rus. Исидор Никифорович Барахов (Иванов); 31 yanvar 1898 – 15 sentyabr 1938, Kommunarka poliqonu[d], Moskva vilayəti) — sovet dövləti xadimi, XX əsrin əvvəllərində Yakutiyanın ictimai-siyasi xadimi, vətəndaş müharibəsinin iştirakçısı. Maksim Ammosov və Platon Oyunski ilə birlikdə RSFSR-in tərkibində Yakutiya ASSR-in yaradıcılarından idi. 31 yanvar (12 fevral), 1898-ci ildə Yakutiya vilayətinin Verxnevilyui ulusunun Xarbalax nasleqində varlı bir kəndli-maldar ailəsində anadan olmuşdur. 1914-cü ildə Verxnevilyui kənd ibtidai məktəbini bitirmişdir. Yakutiya şəhərindəki müəllimlər seminariyasında oxuduğu müddət Y. M. Yaroslavski ilə tanış olmuş və onun inqilabi dərnəyində iştirak etmişdir. 1917-ci ilin sentyabrından RSDİPüzvüdür. Rusiya Kommunist Partiyası (b) Yakutya quberniyası, Vilyuy rayon bürosunun katibi (1920–1922), YaASSR Xalq Komissarları Sovetinin sədri (1922–1924), Ümumittifaq Kommunist Partiyası (b) Yakutiya Vilayət Komitəsinin birinci katibi (1926–1928). Millət vəkili, sonra — ÜKP (b) Mərkəzi Komitəsinin kənd təsərrüfatı şöbəsinin Şərqi Sibir və Uzaq Şərq sektorunun müdiri (1933–1938). Partiyanın X, XII, XV qurultaylarının nümayəndəsi, SSRİ Mərkəzi İcraiyyə Komitəsinin YMİK-nin üzvü seçilmişdir.
Adi qaraot
Adi qaraqınıq (lat. Origanum vulgare) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin qaraqınıq cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Dalamzkimilər fəsiləsinin Qaraot cinsindən olan çoxillik ot bitkisidir. Bitki tam olaraq qısa tüklüdür, kökü sürünəndir. Gövdəsi 30-60 sm hündürlükdə, dördkünc, budaqlıdır. Yarpaqları qarşılıqlı, qısa saplaqlı, uzunsov, yumurtavaridir. Xırda, çəhrayitəhər çiçəkləri gövdəsinin və budaqlarının uclarında sıx salxım şəklində formalaşmışdır. Meyvəsi dörd xırda qozcuqdan ibarətdir. Otun iyi ətirli, dadı acı ədviyyəli, azacıq büzüşdürücüdür. İyun-avqust aylarında çiçəkləyir və avqust-oktyabr aylarında meyvə verir.
Baraxov, İsidor Nikiforoviç
İsidor Baraxov (İvanov) (rus. Исидор Никифорович Барахов (Иванов); 31 yanvar 1898 – 15 sentyabr 1938, Kommunarka poliqonu[d]) — sovet dövləti xadimi, XX əsrin əvvəllərində Yakutiyanın ictimai-siyasi xadimi, vətəndaş müharibəsinin iştirakçısı. Maksim Ammosov və Platon Oyunski ilə birlikdə RSFSR-in tərkibində Yakutiya ASSR-in yaradıcılarından idi. == Həyatı == 31 yanvar (12 fevral), 1898-ci ildə Yakutiya vilayətinin Verxnevilyui ulusunun Xarbalax nasleqində varlı bir kəndli-maldar ailəsində anadan olmuşdur. 1914-cü ildə Verxnevilyui kənd ibtidai məktəbini bitirmişdir. Yakutiya şəhərindəki müəllimlər seminariyasında oxuduğu müddət Y. M. Yaroslavski ilə tanış olmuş və onun inqilabi dərnəyində iştirak etmişdir. 1917-ci ilin sentyabrından RSDİPüzvüdür. Rusiya Kommunist Partiyası (b) Yakutya quberniyası, Vilyuy rayon bürosunun katibi (1920–1922), YaASSR Xalq Komissarları Sovetinin sədri (1922–1924), Ümumittifaq Kommunist Partiyası (b) Yakutiya Vilayət Komitəsinin birinci katibi (1926–1928). Millət vəkili, sonra — ÜKP (b) Mərkəzi Komitəsinin kənd təsərrüfatı şöbəsinin Şərqi Sibir və Uzaq Şərq sektorunun müdiri (1933–1938). Partiyanın X, XII, XV qurultaylarının nümayəndəsi, SSRİ Mərkəzi İcraiyyə Komitəsinin YMİK-nin üzvü seçilmişdir.