Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qasırğa
Qasırğa — isti iqlim qurşağında, ani təzyiq fərqlərindən qaynaqlanan və sürəti saatda 100–150 km-ə qədər çıxa bilən çox şiddətli küləklər. Zəlzələdən sonra ikinci yerdədir. == Küləklər Necə Yaranır? == Külək fərqli temperatur mərkəzləri arasında əmələ gələn hava axınıdır. Atmosferdəki fərqli temperaturlar fərqli hava təzyiqləri əmələ gətirdiyinə görə, hava davamlı olaraq yüksək təzyiqdən alçaq təzyiqə doğru yer dəyişir. Təzyiq mərkəzləri, yəni atmosferdəki temperaturlar arasındakı fərq əgər çox olarsa, hava axını, yəni külək güclü olur, bu da böyük dağıntılara səbəb olan qasırğaları əmələ gətirir. Maraqlısı odur ki, aralarında çox böyük fərq olan ekvator və qütblər kimi fərqli temperatur və təzyiq qurşaqlarına baxmayaraq, bəzi maneə və "nizamlamalar" sayəsində Yer kürəsi çox güclü küləklərə məruz qalmır. Əgər qütblər və ekvator arasında əmələ gələn nəhəng hava axınları bir azdan sadalayacağımız səbəblərlə yumşaldılmasaydı, Yerin səthi davamlı surətdə güclü qasırğaların baş verdiyi ölü planetə çevrilərdi. Əvvəla, Yerdəki hündürlük fərqləri küləkləri zəiflədir. Böyük hündürlük fərqi olan yerlər isti və soyuq cəbhə sistemləri əmələ gətirir.
Taverna
Taverna — Alkoqollu içkilərin satıldığı və içildiyi restoran tipli məkan. Tavernalar əvvəllər uzaq yoldan gəlmiş insanların gecələməsi üçündə geniş istifadə olunurdu. Mülk sahibləri əsasən müəssəsin ikinci mərtəbəsində müştərilərə istirahət otaqları təklif edirdilər. Qumar oyunlarının əsas təşkil edildiyi məkanlardan sayılan Tavernalar bu və buna bənzər səbəblərdən əsasən şəhərin kənar hissələlərində yerləşdirdi. Taverna sözü Latın Amerikasında ispan dilli insanlar tərəfindən istifadə olunan Taberna sözündən yaranmışdır. Orta əsrlərdə insanların əsas istirahət məkanlarından olan Tavernaları bu gün müasir və daha komfortlu barlar və gecə klubları əvəz edir.
Qabırğa sümüyü
Qabırğa (lat. costa,ae f., q.yun. πλευρά) - cüt və yastı qövs səkilli döş qəfəsinə aid sümük olub, insanda sayı 12 cütdür. Qabırğa sümüyü iki: ön qığırdağa keçən və arxa fəqərəyə birləşən ucdan, baş (lat. Caput costae), boyun (lat. collum costae) və cismdən (lat. corpus costae) ibarətdir. Qabırğa sümüyünün iki: xarici qabarıq və daxili batıq səthi var. Arxa ucunda iki oynaq səthi: qabırğa qabarcığı oynaq səthi (lat. Facies articularis tuberculi costae) və köndələn çıxıntı oynaq səthi (lat.
Qasırğa (povest)
Qasırğa (ing. Storm) - Teodor Drayzer tərəfindən yazılmış povestdir. Povestdə ailə, məhəbbət, qadın həyatı kimi məsələlərə toxunulmuşdur. “Qasırğa” Drayzerin birbaşa orijinaldan Azərbay­can dilinə tərcümə edilmiş ilk əsəridir. == Məzmun == Əsərin baş qəhrəmanı-İda,mühafizəkar ailədə böyüyüb. Atası Uilyam Zobel onları əhatə edən Amerika dünyasının yüngüllüyü və başıpozuqluluğu ilə heç cür barışa bilmirdi. O, İdanın böyüməsi və tərbiyəsi üçün sərt qaydalar tətbiq etdi. İdanı öz qaydaları ilə şəhər məktəblərindən seçilən, hətta bir qədər də dini məktəb hesab edilən məktəbdə oxutdurdu. Bunlara baxmayaraq, İda həyatın sevinc və ləzzətlərini duyurdu. İda şən və gümrah gəncləri görüb, valideynlərinin ona olan münasibəti ona darıxdırıcı gəlirdi.
Qabırğa qığırdaqları
Qabırğa qığırdaqları — qabırğaları irəli uzatmağa kömək edən və toraksın (döş qəfəsi) divarlarının elastikliyinə kömək edən hialin qığırdaq toxumaları. Qabırğa qığırdaqları yalnız qabırğaların ön uclarında yerləşir və medial uzanma təmin edir. == 1-12 qabırğaların fərqləri == İlk 7 cütü sternum (sinə sümüyü) ilə bağlıdır, sonrakı 3-ün hər biri qabaqki qabırğanın qığırdağının aşağı sərhədi ilə birləşdirilir, son 2-si qarın divarında bitən uclu ətraflara malikdir. Qabırğalar kimi qabırğa qığırdaqları da uzunluğu, eni və istiqaməti ilə fərqlənir. Onların uzunluğu 1-7-yə qədər artır, sonra tədricən 12-yə qədər azalır. Qabırğa qığırdaqlarının eni, eləcə də aralarındakı boşluqların eni birincidən sonuncuya qədər azalır. Qabırğa qığırdaqları qabırğalara yapışma yerlərində genişdirlər və bütün eni eyni olan ilk 2-si və kənarlarının təmasda olduğu yerlərdə böyüdülmüş 6-cı, 7-ci və 8-ci istisna olmaqla, döş sümüyü ətraflarına doğru daralır. İstiqamətinə görə də fərqlənirlər: 1-si sternuma doğru bir qədər aşağı enir, 2-si üfüqi, 3-sü bir qədər yüksəlir, qalanları isə bucaq şəklindədir. == Strukturu == Hər bir qabırğa qığırdağının 2 səthi, 2 haşiyəsi və 2 ucu var. === Səthləri === Ön səth qabarıqdır, irəli və yuxarıya baxır: 1-si kostoklavikulyar bağa və körpücükaltı əzələyə yapışır.
T-300 Qasırğa
T-300 Qasırğa raket sistemi (Həmçinin TRG-300 Tiger Missile, yəni pələng raketlər adı ilə də tanınır), Roketsan tərəfindən istehsal olunan türk reaktiv yaylım atəş sistemidir. Sistemdə 300 mm-lik dörd raket buraxma borusu var və raketləri 120 km-lik bir uçuş məsafəsinə malikdir. == Xülasə == Tipik Qasırğa batareyaları sistemləri, altı ilə doqquz fırlatma vasitəsindən (F-302T) və bərabər sayda tədarük və yenidən doldurma vasitəsi olan bir Komanda və İdarəetmə Vasitəsindən ibarətdir. Hər bir raketin dörd sabit qanadı var və maksimum sürəti 4.2 Mach olmaq şərti ilə 30.000 m maksimum uçuş hündürlüyünə çatır. Raketlər kompozit qatı yanacaq sistemindən istifadə edir və ümumiyyətlə 26.000 polad topdan ibarət döyüş başlığı ilə təchiz olunur. Sistem elektromexanik işə salma sistemi ilə aerodinamik nəzarətə malikdir. TRG-300 Qasırğa reaktiv yaylım atəş sistemi dizaynında bəzi dəyişikliklərlə Çinin WS-1B raket qurğusunu əsas götürmüşdür. Türk quru qüvvələrinin xidmətində olan 300 mm-lik TRG-300 sistemi uzun mənzilli atəş dəstəyi təmin edir. TRG-300 Qasırğa reaktiv yaylım atəş sistemi iki əsas hissədən ibarətdir: Başlatma sistemi (T-300) və raket, TR-300. T-300 Alman MAN Dizel (6 × 6) ərazi yük maşını şassisinə əsaslanır.
Basırga
Basırğa - türk xalq inancında kabus. Gecə görülən pis yuxu. Basırğamaq (Basırğanmaq) felləriylə də ifadə edilir. Bu təqdirdə "kabus görmək" mənasını verər. Böyük çətinlik və qorxu eşitmək. Pis ruhların səbəb olduğuna inanılar. Kabus ruhu ilə əlaqəlidir. Bundan başqa Qarabasan anlayışını da ağla gətirir. Basar adlı pis ruhla əlaqədar görünməkdədir. Kabuslar bütün dünya mədəniyyət xalq etiqadının əhəmiyyətli bir parçasını meydana gətirərlər.
Basırqa
Basırğa - türk xalq inancında kabus. Gecə görülən pis yuxu. Basırğamaq (Basırğanmaq) felləriylə də ifadə edilir. Bu təqdirdə "kabus görmək" mənasını verər. Böyük çətinlik və qorxu eşitmək. Pis ruhların səbəb olduğuna inanılar. Kabus ruhu ilə əlaqəlidir. Bundan başqa Qarabasan anlayışını da ağla gətirir. Basar adlı pis ruhla əlaqədar görünməkdədir. Kabuslar bütün dünya mədəniyyət xalq etiqadının əhəmiyyətli bir parçasını meydana gətirərlər.
Tavriya
Tavriya (Yunanca: Ταυρίς, Ταυρίδα, Latınca: Taurica) — digər adlarıyla Tauris, Taurida, Tauric Chersonese, Chersonesus Tauris, antik çağda Kırımın adıdır.
Tayılqa
Kaviria
Kaviria (lat. Kaviria) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinə aid bitki cinsi.
Virqa
Virqa — Yerə çatmadan buxarlanan yağış. == Mənbə == National Science Digital Library — Virga Arxivləşdirilib 2005-04-20 at the Wayback Machine «Viewing the Vagaries and Verities of Virga» Alistair B. Fraser and Craig F. Bohren, Department of Meteorology, The Pennsylvania State University, University Park, Pennsylvania, 2 November 1992 and 25 January 1993.
Euseius talinga
Euseius talinga (lat. Euseius talinga) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin euseius cinsinə aid heyvan növü.
Pyatras Tsvirka
Pyatras Tsvirka (12 mart 1909 – 2 may 1947[…], Vilnüs) — Litva yazıçısı. Litva ədəbiyyatında sosialist realizminin banilərindən biri. == Bioqrafiya == Kəndli ailəsində doğulmuşdur. 1926-cı ildə Vilkiya şəhərində gimnaziyanı bitirdikdən sonra, Kaunass incəsənət məktəbində (1926-1930) oxumuşdur. 1928-ci ildə ilk kitabı çıxmış və müsadirə olunmuşdur. "Frank Kruk" (1-2 cild 1934), "Ana Torpaq"(1935), "Usta və oğulları" (1936)romanlarında, "Adi əhvalatlar" (1938) hekayə toplularında zəhmətkeşlərin ağır həyatı, inqilabi şüurun oyanması təsvir edilir."Intiqam əli" (1941), "İşğalçılar haqqında" povestlər (1943), "Palıd ağacının kökləri" (1945), "Qardaşlıq toxumu" (1947) "kitablarındakı hekayələrdə faşizimə qarşı mübarizə, xalqlar dostluğu tərənnüm olunur,müharibədən sonra Litva kəndlərində baş verən sosialist dəyişilikləri təsvir olunur. Tsvirka uşaqlar üçün də hekayələr yazmışdir. Onun "Azərbaycanda" adlı iri publisistik əsəri var. Azərbaycan yazıçısı Osman Sarıvəllinin "Qırmızı qalstuk" oçerki Tsvirkaya həsr olunmuşdur. Tsvirka Litva Yazıçılar İttifaqinin İdarə Heyətinin sədri (1945-ci ildən) olmuşdur.
Sesar Qaviria
César Augusto Gaviria Trujillo (d. 31 mart, 1947) iqtisadçı və Kolumbiyalı siyasətçi. 1990-1994-cü illərdə Kolumbiya prezidenti olmuşdur. 1994-2004-cü illərdə Amerika Dövlətləri Təşkilatı baş katibi, 2005-2009-cu illərdə Kolumbiya Liberal Partıyası sədri olmuşdur. == Həyatı == Pereyrada anadan olan Gaviria ailəsi 30 ildən artıqdır ki, Kolumbiya siyasətində və iqtisadiyyatında mühüm fiqur olub. Sezar Qaviriya 1988-1997-ci illərdə Bancolombia-nın baş direktoru olmuş Xose Narces Qaviriyanın uzaq əmisi oğludur. Xose N. Qaviriya Sezar Qaviriyanı erkən uşaqlıqda Kolumbiya Konqresinə namizəd olmağa təşviq etmişdir. O, ilk dəfə 1974-cü ildə Konqresə seçilib. O, Virgilio Barko hökumətində əvvəlcə maliyyə naziri, sonra isə daxili işlər naziri vəzifələrində çalışıb. Tələbə ikən Qaviriya AFS Mədəniyyətlərarası Proqramları ilə ABŞ-da mübadilə tələbəsi olaraq bir il keçirdi.
Tavrida sarayı
Tavrida sarayı (rus. Таврический дворец) — knyaz Qriqori Aleksandroviç Potyomkinin Peterburq iqamətgahı. Saray 1783-1789-cu illərdə memar İvan Starovun layihəsi əsasında rus klassisizmi üslubunda inşa olunmuşdur. Saray Tavrid və Potyomkin küçələri ilə kəsişən Şpaler küçəsindədir, onun arxasında isə eyniadlı park yerləşir. Hazırda Tavrida sarayı Müstəgil Dövlətlər Birliyinin (MDB) Parlamentlərarası Assambleyasının qərargahı sayılır. Binada həmçinin «Mir» teleyayım şirkətinin Peterburq filialı yerləşir. == Tavrida sarayının kompleksi == Mərkəzi küçədən alçaq hasarla ayrılmış həyətin daxilində altı sütunlu eyvan və alçaq dəf üzərində yerləşən yastı günbəzlə bəzədilmiş iki mərtəbəli bina yerləşir. Hamar divarları hündür pəncərələr kəsir; sarayın triqlif frizi isə sərt antamblement ilə tamamlanır. Binanın əsas korpusu bir mərtəbəli qalereyalarla və künc ikimərtəbəli binalar ilə birləşir.
Kaviria tomentosa
Kaviria tomentosa (lat. Kaviria tomentosa) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin kaviria cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir – EN A2c+3c; B2ab (i,ii, iii, iv, v). Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Gövdəsi və yarpaqları uzun və bozumtul tüklərlə örtülü olan, əsasından güclü budaqlanan, 20-50 sm hündürlükdə yarımkolcuqdur. Yarpaqları 15 mm uzunluqda, 1-2 mm enində, xətvari, yarımsilindrikdir. Çiçəkyanlığının yarpaqcıqları bitişikdir, düz, uzun tüklərlə örtülüdür. Meyvələmədə çiçəkyanlığı ilə birlikdə 6-8 mm dimaetrində olan narıncı, sonradan qaralan, qanadları böyrəkvari və ya tərs-yumurtavaridir. Tozluğu lansetvari, yumşaq, tezqopan, çıxıntılıdır. Dişicik ağzı demək olar ki, sütuncuğa bərabər, bizvaridir.
Tavriya Simferopol İK
Tavriya (Simferopol) — Ukraynanın futbol klubu == Tarixi == == Avropa kuboklarında iştirak == 1 dəfə Avropa kuboklarında iştirak edib.
Antirrhinum virga
Sairocarpus virga (lat. Sairocarpus virga) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin sairocarpus cinsinə aid bitki növü.
Sairocarpus virga
Sairocarpus virga (lat. Sairocarpus virga) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin sairocarpus cinsinə aid bitki növü.