Alınma sözdür, bizdə onun əvəzinə, tarmaz kəlməsi işlədilib. M.Kaşğaridə tarğa sözü var, “kal”, “yetişməmiş”, “göy” anlamlarında açıqlanıb. Görünür, tar(maz) və tar(ğa) sözləri kökdaş feillər olub, axmaz (göl) qəlibi üzrə tarmaz, qovurğa qəlibi üzrə isə tarğa kəlməsi əmələ gəlib. Deməli, xiyar (tarmaz) “göy yeyilən” mənasını əks etdirib. Dillərin çoxunda xiyar məfhumu “kal” mənasını verən sözlə ifadə olunur. Xiyarı türk mənşəli hesab etmək və göyər(mək) sözü ilə bağlamaq da mümkündür. (Bəşir Əhmədov. Etimologiya lüğəti)