Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Təşkilat
Təşkilat (yun. ὄργανον alət) — konkret şəxsin rəhbərliyi altında konkret vəzifəni həyata keçirən və birgə fəaliyyət göstərən insanlar qrupu. Bu resursların məqsədli birliyidir. Təşkilat daxilində insan özü aktiv resurs rolunu oynayır. Təşkilat daha böyük təşkilatın daxilində fəaliyyət göstərərsə təşkilatın özü resurs rolunu oynayır. Təşkilatın mütləq məqsədi və fəaliyyət planı olmalıdır.
Anarxiya (təşkilat)
Anarxiya — XX əsrdə Bakıda fəaliyyət göstərmiş ən iri anarxist təşkilat. 1905-ci ildə Hnçak partiyasının keçmiş üzvü S.Kalaşyants tərəfindən yaradılmışdı. 1905-ci ildə erməni-daşnakların azərbaycanlılara qarşı törətdikləri qırğından sonra anarxistlərin təsiri xeyli gücləndi. Bu zaman vəzifəli şəxslərə və sənayeçilərə qarşı terror aktları geniş hal aldı ki, bu da anarxistlərin fəaliyyəti üçün əlverişli şərait yaratdı. Anarxistlərin başlıca prinsipi onların insan azadlığına zidd saydıqları hər hansı dövlət hakimiyyətinin məhv edilməsi idi. Əsası hələ Mixail Bakunin və Pyotr Kropotkin tərəfindən qoyulmuş anarxist təsəvvürlərə görə, Rusiyada xalqın iradəsi ilə anarxizm ideyalarına əsaslanan inqilab labüddür. Sonra isə dövlətçiliyin xarabalıqları üzərində kollektiv əməyə və mülkiyyətə əsaslanan azad şəhər və kənd icmaları yaradılmalıdır. O dövr anarxistlərinin fəaliyyətində iki əsas cərəyan özünü göstərirdi - Kropotkinin ardıcılları anarxist-kommunistlər və həmkarlar təşkilatlarında işləyən anarxist-sindikalistlər. Bakı anarxistlərinin sosial tərkibinin xüsusiyyəti onda idi ki, onların sıralarına fəhlələrdən başqa, sonralar xeyli sayda sinfi simasını itirmiş ünsürlər də qoşulmuşdu. Təşkilata bir neçə sosial-demokrat və "Hnçak" partiyasının üzvləri də daxil olmuşdu.
Azad (təşkilat)
Azad — XX əsrdə Azərbaycanda qurulmuş anarxist təşkilat. Qoçu Ağakərim tərəfindən qurulmuşdu. 15 nəfər üzvdən ibarət idi. Teymur bəy Aşurbəyov ilə davalı idilər. 1907-ci ildə hər iki şəxsin həbsindən sonra təşkilat dağılmışdı. Qoçu Ağakərim və Teymur Aşurbəyov haqqında Məmməd Səid Ordubadi öz xatiratını yazmışdır.
Beynəlxalq təşkilat
Beynəlxalq təşkilat — müəyyən məqsədlər üçün bağlanmış sazişlərə görə yaradılmış dövlətlərarası və qeyri-dövlət xarakterli beynəlxalq birliklərdir. Bəziləri nizamnaməsiz (məsələn, ATƏT) fəaliyyət göstərir. Beynəlşkilatlar beynəlxalq hökumətlərarası təşkilatlara və beynəlxalq qeyri-hökumət təşkilatlarına bölünür. Beynəlxalq hökumətlərarası təşkilat dedikdə (BHT), suveren dövlətlər (üzv dövlətlər) və ya digər hökumətlərarası təşkilatlar tərəfindən yaradılan qurumlar başa düşülür. == Mənbə == Консультант Плюс: Международные организации.
Böhran (təşkilat)
Böhran (azərb-kiril. Бөһран) — 1989–1991-ci illərdə Azərbaycan SSR-də fəaliyyətdə olmuş, Azərbaycan SSR DTK-nın xüsusi təyinatlı əməliyyat qrupu. Qruplaşma Azərbaycanda siyasi vəziyyətin böhranlı inkişafını lokallaşdırmaq istiqamətində çekist tədbirlərinin həyata keçirilməsi məqsədilə yaradılmışdı. Əməliyyat qrupu 1989-cu ildə Azərbaycan SSR DTK-nın sədri Vaqif Əliövsət oğlu Hüseynov tərəfindən yaradımışdır. Qrupun üzvləri 1990–1991-ci illərdə törədilmiş bir sıra cinayətlərdə, o cümlədən Əjdər Xanbabayevin və Telman Qurbanovun qətlində, vətəndaşlar Əliyev və Bağırovun öldürülməsinə cəhddə iştirak etmişdilər. Vaqif Hüseynov haqqında 1996-cı ildə cinayət işi açılmışdır. Rusiya hakimiyyətindən Vaqif Hüseynovun dərhal Azərbaycana ekstradisiyasını tələb etmiş, lakin Hüseynov Rusiya vətəndaşı olduğundan bundan imtina edilmişdir. 2000-ci ildə qrupun iki üzvü Sadıx Əliyev və Səbuhi Məmmədəliyev həbs edilmişdir. "Böhran" qrupu Azərbaycan hökuməti tərəfindən "terror təşkilatı" kimi tanınır. == Tarixi == === Yaradılması === Azərbaycan SSR DTK-nın sədri Vaqif Əliövsət oğlu Hüseynovun 7 oktyabr 1989-cu il tarixli 0171 saylı məxvi əmri ilə Azərbaycanda siyasi vəziyyətin böhranlı inkişafını lokallaşdırmaq istiqamətində çekist tədbirlərinin həyata keçirilməsi məqsədilə "Böhran" əməliyyat qrupu yaradılmışdır.
Difai (təşkilat)
Difai partiyası, Difai firqəsi (az-əbcəd. دیفاعی فرقهسی‎) və ya sadəcə Difai (az-əbcəd. دیفاعی‎) — 1905-ci ildə Bakıda və Gəncədə, Daşnaksütun partiyasının terrorizminə və çar istibdadına qarşı mübarizə aparmaq üçün yaradılan siyasi təşkilat. 1905-ci ildə baş verən Birinci Rus İnqilabı nəticəsində, Rusiyanın ərazisində milliyətçi hərəkatlar fəallaşmışdı. İnqilab Qafqaza da təsir göstərmişdi. Dumada qurulmuş Müsəlman fraksiyasını əsasən azərbaycan türk mənşəli siyasi xadimlər təmsil edir, Rusiya müsəlmanlarının problemlərini gündəmə qaldırırdı. Rusiya, erməni daşnaklarını silahlandırır və onları Azərbaycan türk əhaliyə qarşı yönəldirdi. Daşnaklar İrəvan, Naxçıvan, Ordubad, Qarabağ, Gəncə, Bakı və Şirvanda yaşayan silahsız dinc Azərbaycan türklərinə hücum edir, vəhşiliklər törədir və onların mal-mülkünü qarət edirdilər. Azərbaycan ziyalıları daşnaklarla mübarizə aparmaq üçün cəmiyyətlər qururdular. Belə cəmiyyətlərdən birini 1905-ci ildə Bakı şəhərində Əhməd bəy Ağaoğlu yaratmışdı.
Elmi təşkilat
Elmi təşkilat – təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq fəaliyyət göstərən hüquqi şəxs, habelə əsas elmi və elmi-texniki fəaliyyət elmi işçilərin hazırlığını həyata keçirən elmi işçilərin ictimai birliyi. Elmi rəhbər – elmlər namizədi elmi dərəcəsi almaq üçün çalışan aspiranta və ya dissertanta elmi məsləhət və istiqamət verməkdən ötrü təyin edilmiş yüksək ixtisaslı mütəxəssis (adətən elmlər doktoru). Elmi rəhbər aspirantla (dissertantla) birgə iş planı tərtib edir, ümumi nəzəri ədəbiyyatı mənimsəməkdə ona köməklik göstərir. Fərdi planda nəzərdə tutulmuş bütün işlər elmi rəhbərin nəzarəti altında yerinə yetirilir. Tamamlanmış dissertasiya elmi rəhbərin müsbət rəyini aldıqda müdafiəyəyə təqdim edilir. R. Əliquliyev, S. Şükürlü, S. Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Ergenekon (təşkilat)
Ergenekon — Türkiyədə terrorçuluq fəaliyyəti göstərməkdə ittiham olunan gizli təşkilat. 20 oktyabr 2008-ci ildə başlanan məhkəmə prosesində keçmiş general Vəli Kiçik və İşçi Partiyasının lideri Doğu Pərinçəkin də aralarında olduğu 194 şəxs terror təşkilatı qurmaqda, onu idarə etməkdə və xalqı hökumətə qarşı üsyana təhrik etməkdə ittiham olunur. 12 iyun 2007-ci il Istanbul Ümraniyə məhəlləsində ERGENEKON terror təşkilatı istintaqı müddətinin başlanmasına səbəb olan bir şikayət xəbərini qiymətləndirən polisin bir gecəqondu evində apardığı axtarışlarda 27 ədəd əl qumbarası ələ keçirilmiş 2 nəfər həbs olunmuşdur. 16 iyun 2007-ci il İstanbul Ümraniyədə 27 əl qumbaranın tapılması ilə bağlı aparılan istintaqda təqaüddə olan ehtiyat-zabit Mahmud Öztürk`ün kompüterlərindən ələ keçən sənədlərdə Ergenekon şəbəkəsi və dətalları üzə çıxdı. İş adamı Kuddisi Okkır həbs olunmuşdur. 26 iyun 2007-ci il Əskişəhir vilayətində təqaüddə olan bir kapitan həbs olundu çoxlu sayıda silah və partlayıcı maddə ələ keçirilmişdir. 27 iyul 2007-ci il Ergenekon terror təşkilatı istintaqı daxilində yazıçılar Ərgün Poyraz Ümid Oğuztan təqaüddə olan mayor Oqtay İldırım təqaüddə olan leytenant Bəkir Öztürk mafiya lideri Sədat Pəkər idealist hərəkatın keçmiş lideri Taner Ünal vəkil Fuad Turqut Kuvvayı Milliyyə 19-cuu Dərnəyi sədri Hüseyin Görüm təqaüddə olan mayor Fikrət Əmək həbs olunmuşdur. 21 yanvar 2008-ci il 6 ayrı bölgədə Ergenekon terror təşkilatı istintaqı daxilində aparılan əməliyyatlarda təqaüddə olan tuğgeneral Vəli Kiçik vəkil Kamal Kərinçsiz jurnalist Gülər Kömürcü Türk Ortodoks Patrikxanası sədri Sevgi Erenerol təqaüddə olna polkovnik Fikri Karadağ ilə Susurluk iddiası hökmlüsü Sami Xoşdan Drej Əli ləqəbi ilə tanınan Əli Yasak daxil 63 nəfər həbs olunmuşdur. 22 mart 2008-ci il İstanbul və Ankarada baş polis idarələri əməkdaşlarının Ergenekon terror təşkilatı istintaqı daxilində apardıqları əməliyyatlarda İşçi Partiyası sədri Doğu Pərinçək respublika qəzeti sahibi İlxan Səlçuq İstanbul Universiteti keçmiş rektoru Kamal Ələmdaroğlu Milli Kanal nümayəndəsi Fərid İlsever İşçi Partiyası sədr müavni Nusret Senem daxil 13 nəfər həbs olunmuşdur. 26 fevral 2008-ci il Ergenekon terror təşkilatı istintaqı daxilində aparılan əməliyyatlarda Professor doktorlar Emin Gürses Ümid Sayın Hayrettin Erteki jurnalist Vedat Yenerer Şaxta Baba Şurası Dərnəyi sədri Müəmmər Karabulut həbs olunmuşdur.
Molot (təşkilat)
Molot təşkilatı — 1903-cü ildə təsis edilmiş Rusiya şirkəti. Şirkətin qərargahı Sankt-Peterburqda, fabrikləri isə Qroznı və Bakıdadır. "Molot" Mexanika və İstehsalat Birliyinin tarixi 20-ci əsrin Rusiyanın ən məşhur neftçisi, tanınmış rus sənayeçisi, patronu, siyasətçisi Stefan Liazonovun adı ilə bağlıdır. 1903-cü il noyabrın 22-də təsdiq edilmiş şirkətin nizamnaməsinə əsasən, Bakı şəhərinin Sabunçu şəhərində mexaniki və dəmir döküm zavodu, bu müəssisələrin məhsulları, neft quyularının qazılması və ümumi neft avadanlıqlarının satışı ilə məşğul olmaq üçün neft və qaz alqı-satqısı mərkəzi tikilmişdir. Əvvəlcə "Molot"-un investisiyası 500 min rubl idi, beş yüz rublun min hissəyə bölündü. 1914-cü ildə Assosiasiya sərmayəsini 5 milyona çatdırır, Qroznıda bir quyu və mexaniki bina qazanır. 1917-ci ilə, Rusiya imperiyasının çökməsi ilə, şirkətin əsas hissəsi 10 milyon rubl qədər artır. Millətləşmə zamanı, 1918-ci il iyunun 28-də RSFSR Xalq Komissarları Şurasının fərmanı ilə, Molot Balaxanı, Zabrat, Bibiheybət, Binəqədi və Qroznı şəhərlərində dəmir filizləri olan beş mexaniki zavodun sahibi oldu. Bundan əlavə, Bibiheybət və Balaxanıdakı iki bina keçmiş "Biering"-in balansında, Balaxanıda başqa bir zavod - "Robura"-da idi.
Prometey (təşkilat)
Prometey — Avropada 1926-cı ildən 1939-cu ilə qədər fəaliyyət göstərən siyasi təşkilat. Parisdə 1920-ci illərdə mühacirlərlə əlaqəli ciddi işlər aparılırdı. Mühacirlərə dəstək planının genişlənməsi üçün 1926-cı ildə keçmiş Çar Rusiyası xalqlarının liderləri beynəlxalq təşkilat kimi fəaliyyət göstərən "Prometey" klubunu yaratdılar. Bu hərəkatın genişlənməsi üçün 1926-cı ildə fransız dilində "Prometey" jurnalı nəşr edilməyə başladı. Jurnalın redaksiya heyəti və daimi müəllifləri tərkibinə Qafqazın, Türküstanın və Ukraynanın aşağıdakı görkəmli xadimləri daxil oldular: Məhəmməd Əmin Rəsulzadə, Noy Jordaniya, Aleksandr Şulqin, Ayaz İshaqi, Mustafa Çokayoğlu, Mir Yaqub Mehdiyev və digərləri. Parisdə çap edilən "Prometey" jurnalında isə Məhəmməd Əmin Rəsulzadənin aşağıdakı maraqlı məqalələri çap edilmişdi: 1) “Azərbaycan Respublikası”, 1926, N1, səh. 25-31; 2) “Bolşeviklərin Şərq siyasəti”, 1928, N20, səh. 10-14; N21, səh. 6-11; 3) “Qafqaz Birliyi”, 1929, N36, səh. 5-7; 4) “Milli Azərbaycan hərəkatının xarakteri”, 1930, N42, səh.
Terrorçu təşkilat
Terrorçu təşkilat — terror aktları həyata keçirmək məqsədilə yaradılan və ya öz fəaliyyətində terrordan istifadənin mümkünlüyünü qəbul edən təşkilat. Terrorçu təşkilatların fəal dəstələri terror qrupları sayılır. Məhz belə qrupların fəaliyyəti sayısində təşkilat qarşısına qoyduğu məqsədlərə nail olur.
Təşkilat (dəqiqləşdirmə)
Təşkilat – idarəetmənin sistemin elementlərinin hərəkətini əlaqələndirilməkdən, onun hissələrinin qarşılıqlı uyğunluğuna nail olmaqdan ibarət olan tərkib hissəsi; Təşkilat – birgə fəaliyyət göstərməkdən ötrü insanların müəyyən struktur daxilində birləşməsi forması; Təşkilat – müəyyən edilmiş funksiyaları yerinə yetirməli, məsələləri həll etməli olan təşkilat; Təşkilat – hər hansı proqramı, yaxud məqsədi birlikdə həyata keçirən, eləcə də müəyyən edilmiş üsul və qaydalar əsasında fəaliyyət göstərən insanların birliyi.
Virtual təşkilat
Virtual təşkilat (ing. Virtual organization) – coğrafi mərkəzə malik olmayan və telekommunikasiya vasitələri ilə fəaliyyət göstərən korporativ, qeyri-kommersiya, təhsil və s. qurumlar kimi mövcud olan təşkilatdır. R. Əliquliyev, T.Fətəliyev. Vətəndaş Elmi. Bakı, İnformasiya Texnologiyaları, 2018, 150 s.
Təşkilat (serial)
Təşkilat — türk dram və aksiyon filmdir.
Frankofoniya (təşkilat)
Frankofoniya (fr. l’Organisation internationale de la Francophonie (OIF) — fransızdilli ölkələrin beynəlxalq təşkilatı (OIF). 54 üzvü, dövlətləri və hökumətləri təmsil edən təşkilatın 7 assosiativ üzvü, həmçinin 27 müşahidəçi üzvü var . OIF 4 əsas məqsədə uyğun olaraq 88 dövlət və hökumətə öz siyasətlərini inkişaf etdirmək və ya möhkəmləndirmək, beynəlxalq siyasətləri və çoxtərəfli əməkdaşlıq fəaliyyətlərini həyata keçirməkdə dəstək verir: Fransız dilini təbliğ etmək, çoxdilliliyi və mədəni müxtəlifliyi dəstəkləmək. Sülhün, demokratiyanın və insan haqlarının təşviqi. Təhsil, təlim, ali təhsil və tədqiqatları dəstəkləyin. Davamlı inkişafın xeyrinə iqtisadi əməkdaşlığın inkişafı. OIF-in bütün fəaliyyətlərində gənclərə və qadınlara, eləcə də rəqəmsal texnologiyalara xüsusi diqqət yetirilir. OIF Frankofoniya Parlament Assambleyası (APF) və 4 operatorla: Agence Universitaires de la Francophonie (AUF), beynəlxalq frankofon yayımçısı TV5Monde, Frankofoniya Bələdiyyə Başçılarının Beynəlxalq Assosiasiyası (AIMF) və İsgəndəriyyə Universiteti ilə birlikdə frankofoniya sahəsində çoxtərəfli əməkdaşlığı həyata keçirir . Təşkilata qoşulmaq üçün əsas meyar konkret ştatın əhalisinin fransız dilini bilmə dərəcəsi deyil (baxmayaraq ki, bu, arzuolunandır), Fransa ilə onilliklər və hətta əsrlər boyu inkişaf etmiş mədəni əlaqələrin olmasıdır.
Bozqurdlar (təşkilat)
Bozqurdlar, rəsmi olaraq Ülkü Ocakları — Türk-islam milliyətçi təşkilatıdır. Türkiyənin Milliyətçi Hərəkat Partiyasına (MHP) yaxındır. 1995 Azərbaycanda dövlət çevrilişinə cəhddən sonra Azərbaycanda fəaliyyət göstərmir. 2005-ci ildə Qazaxıstanda təşkilat terrorist təşkilatı kimi hesab edilərək qadağan edilmişdir.
Gizli Silahlı Təşkilat
Gizli Silahlı Təşkilat və ya OAS (fr. Organisation Armée Secrète) — XX əsrin 60-cı illərinin əvvəlində Fransada terrorçu hərbi faşist qruplaşması. Gizli Silahlı Təşkilat 1961-ci ilin yazında qatı müstəmləkəçi zabitlər və ifrat sağ siyasi xadimlər tərəfindən yaradılmışdır. Qruplaşmanın başlıca məqsədi Əlcəzairə istiqlaliyyət verilməsinə mane olmaq idi. Əlcəzair 1962-ci ildə istiqlaliyyət qazandıqdan sonra əsas fəaliyyətinin Fransaya və onunla qonşu ölkələrə çevirən OAS Fransanın demokratik qüvvələrinin təzyiqi ilə tezliklə ləğv edilmişdir. OAS başçıları uzunmüddətli həbs cəzalarına məhkum olunmuş, lakin 1968-ci il amnistiyasına əsasən azad edilmişdir. Harrison, Alexander. Challenging De Gaulle: The O.A.S and the Counter-Revolution in Algeria, 1954–1962. New York: Praeger, 1989 (ing.). Henissart, Paul.
Təşkilat-i Məxsusa
Təşkilati Məxsusə (osman. تشکیلات مخصوصه, Teşkilât-ı Mahsusa) — Osmanlı imperiyasında hərbiləşdirilmiş gizli polis təşkilatı. İlk növbədə Hərbiyyə Nazirliyinin nəzdində təşkil edilən təşkilat 1915-ci ilin fevralında birbaşa İttihad və Tərəqqi təşkilatına cavabdehlik daşımağa başlamışdır. Bahaəddin Şakir və Nazım bəyin rəhbərlik etdiyi təşkilat 1914-cü ilin əvvəllərində tayfa üzvlərindən (xüsusilə də çərkəz və kürdlərdən), eləcə də dövlətə xidmət edəcəkləri üçün azadlığa buraxılma şansı təqdim edilən 10,000-dən çox məhkum edilmiş cinayətkar ibarət idi. Bu, nizamlı ordudan müstəqil, dinc əhaliyə hücum etmək üçün istifadə edilə bilən bir qüvvə kimi formalaşmışdı.
İctimaiyyun-Amiyyun (təşkilat)
İctimaiyyun-Amiyyun, Mücahid və ya İran Sosial Demokrat Partiyası — İranlı (əsasən, Cənubi Azərbaycandan olan) fəhlələrin Rusiya Sosial Demokrat Fəhlə Partiyası (bolşeviklər) Bakı təşkilatı və onun Hümmət Partiyasının fəal köməyi ilə 1905-ci ilin sonlarında yaradılmış ilk sosial-demokrat təşkilatı. 1904-cü ildə yaradılmış Ədalət Qrupu əsasında yaradılmış, sonralar Ədalət Partiyasının özəyini təşkil etmişdir. Yaradılmasında Nəriman Nərimanovun mühüm rolu olmuşdur. Partiya iranlı fəhlələrin inqilabi şüurunun oyanmasında və öz hüquqları uğrunda mübarizəyə cəlb edilməsində, habelə İranda 1905–1911 illər Məşrutə hərəkatında mühüm rol oynamışdır. Partiyanın Mərkəzi Komitəsi Bakıda yerləşirdi. Nəriman Nərimanov başda olmaqla, Hümmət Partiyasının bir çox üzvləri "İctimaiyyun-Amiyyun"un məramnaməsinin hazırlanmasında fəal iştirak etmişdilər. Məramnamənin layihəsi 1906-cı il dekabrın əvvəllərində Bakıda çap edilmişdir. Həmin sənəd partiya təşkilatlarının əsas fəaliyyət proqramı olaraq, Cənubi Qafqazda yayılmış, habelə İrana göndərilərək, partiyanın İran təşkilatlarının, xüsusilə Təbriz təşkilatının ölkədə ictimai-iqtisadi inkişafın səviyyəsi və inqilabın ilk mərhələsinin xüsusiyyətləri haqqında düzəliş və təklifləri əsasında aqrar məsələyə dair müəyyən dəyişiklikdən sonra təkmilləşdirilmiş və partiyanın proqramı kimi, onun 1907-ci ildə Məşhəddə keçirilən yığıncağında qəbul olunmuşdu. Mücahid Partiyasının proqramı Hümmətin proqramına nisbətən daha inqilabi xarakteri ilə fərqlənirdi. Partiya fərdi terror taktikasınıı qəbul etmişdi.
Azadlıq oğulları (təşkilat)
"Azadlıq oğulları" (ing. Sons of Liberty) — Şimali Amerika koloniyaları üçün öz müqəddəratını təyin etmək üçün mübarizə aparan inqilabi Amerika təşkilatı. 1765-ci ildə Samuel Adams tərəfindən yaradılmışdır. "Azadlıq oğulları"nın aksiyalarından biri də Boston çay qonaqlığı idi. İnqilab illərində ən çox yayılmış və tarixşünaslıqda təsbit edilən "Azadlıq oğulları" adıdır. Belə təşkilatların başqa öz adları da var idi. Məsələn, "yoldaşlar" adı Pensilvaniyada geniş yayılmışdı, Konnektikutda isə təşkilat "yaxın şirkət" adlanırdı. Bəzi hallarda "stüardlar" adına da rast gəlinir.
Hümmət təşkilatı
Hümmət Partiyası və ya Hümmət Sosial Demokrat Müsəlman Təşkilatı — Azərbaycanda və bütün İslam dünyasında ilk milli sosial demokrat təşkilatı. 1904-cü ilin axırlarında Bakı Komitəsi nəzdində Müsəlman Sosial Demokrat "Hümmət" təşkilatı yaradılmışdı. Təşkilat bir qrup azərbaycanlı demokrat ziyalının təşəbbüsü ilə yaradılmışdı. Onların arasında Nəriman Nərimanov, Sultanməcid Əfəndiyev, Əhməd bəy Ağaoğlu, Məhəmməd Əmin Rəsulzadə, Məşədi Əzizbəyov, Mirəsədulla Mirqasımov, Məhəmməd Əli Rəsulzadə (Rəsuloğlu), İsa bəy Aşurbəyov, Qara bəy Qarabəyov, Məmmədbağır Axundov, Məmməd Həsən Hacınski, Mir Həsən Mövsümov, Əjdər Məlikov və başqaları var idi. Hümmət Partiyasının sədri əvvəl Məhəmməd Əmin Rəsulzadə, sonra isə Nəriman Nərimanov seçilmişdir. Rəsulzadənin rəhbərliyi ilə 1904–1905-ci illərdə ilk kommunist qəzeti olan qeyri-leqal "Hümmət" qəzeti çapdan çıxmışdır. "Hümmət" formal olaraq Rusiya Sosial Demokrat Fəhlə Partiyasının Bakı Komitəsinin şöbəsi kimi yaransa da, əslində, müstəqil fəaliyyət göstərirdi. Bəzi mənbələrə əsasən, hələ 1903-cü ildə Məhəmməd Əmin Rəsulzadə və onun həmfikirləri tərəfindən tələbə gənclərdən ibarət olan və sonradan Hümmətin əsasını təşkil edən "Azərbaycanın Gənc İnqilabçıları Dərnəyi" yaranmışdı. Hümmətin 1917-ci ilə qədərki fəaliyyətini iki aspektdə — bir tərəfdən bir çox siyasi məsələlərdə (tətil və nümayişlərdə iştirak etmək, beynəlmiləlçiliyin təbliği, dövlət dumasına seçkilər və s.) Rusiya Sosial Demokrat Fəhlə Partiyası (bolşeviklər) Bakı Komitəsi ilə birgə fəaliyyətə, digər tərəfdən isə Hümmətin üzvləri yerli mətbuat səhifələrində müsəlmanların milli ləyaqət və hüquqlarının tapdalanması barədə məqalə və çıxışlara görə nəzərdən keçirmək olar. Hümmət vərəqələrində çox vaxt özünü partiya adlandırırdı.
Kredit təşkilatı
Kredit təşkilatı — bank, xarici bankın yerli filialı və ya bank olmayan kredit təşkilatıdır.
Kütlə təşkilatı
Kütlə təşkilatı - tərkibində müəyyən sosial sinifi və ya müxtəlif sosial qatlardan gələn, eyni peşədən şəxsləri və ya cəmiyyətin eyni xüsusiyyətə sahib müəyyən ünsürlərini birləşdirən, təmsil etdiyi kütlənin iqtisadi-demokratik haqq və mənfətlərini müdafiə edən təşkilatlara verilən ad. Kütlə təşkilatları kapitalist inkişafın və xüsusilə, monopolist kapitalizmin içində daşıdığı uyuşmazlığın ortaya çıxardığı nəticədir. Anlam və xüsusiyyət baxımından QHT-lərdən fərqlidirlər. QHT-lərin mühüm qismi məqsədli təşkilatlanma içərisində müəyyən mərkəzlərə bağlı fəaliyyət göstərməkdədirlər. Lakin, buna əks olaraq, kütlə təşkilatları kütlələrin məhsulu və səsidir. Bu məhsul demokratik prinsiplərin təşkilatlanmanın onurğasına yerləşmiş olmasından meydana çıxmışdır. Burda bəhs edilən demorkatiya xalqın birbaşa demokratiyasıdır. Yəni, xalqın öz təşkilatı içində özünü ifadə edə bilmə azadlığıdır. Kütlə təşkilatı termininin ingiliscə qarşılığı "Political movement"dir. Bu anlamda bütün siyasi hərəkatları özündə ehtiva edir.
Mücahid təşkilatı
İctimaiyyun-Amiyyun, Mücahid və ya İran Sosial Demokrat Partiyası — İranlı (əsasən, Cənubi Azərbaycandan olan) fəhlələrin Rusiya Sosial Demokrat Fəhlə Partiyası (bolşeviklər) Bakı təşkilatı və onun Hümmət Partiyasının fəal köməyi ilə 1905-ci ilin sonlarında yaradılmış ilk sosial-demokrat təşkilatı. 1904-cü ildə yaradılmış Ədalət Qrupu əsasında yaradılmış, sonralar Ədalət Partiyasının özəyini təşkil etmişdir. Yaradılmasında Nəriman Nərimanovun mühüm rolu olmuşdur. Partiya iranlı fəhlələrin inqilabi şüurunun oyanmasında və öz hüquqları uğrunda mübarizəyə cəlb edilməsində, habelə İranda 1905–1911 illər Məşrutə hərəkatında mühüm rol oynamışdır. Partiyanın Mərkəzi Komitəsi Bakıda yerləşirdi. Nəriman Nərimanov başda olmaqla, Hümmət Partiyasının bir çox üzvləri "İctimaiyyun-Amiyyun"un məramnaməsinin hazırlanmasında fəal iştirak etmişdilər. Məramnamənin layihəsi 1906-cı il dekabrın əvvəllərində Bakıda çap edilmişdir. Həmin sənəd partiya təşkilatlarının əsas fəaliyyət proqramı olaraq, Cənubi Qafqazda yayılmış, habelə İrana göndərilərək, partiyanın İran təşkilatlarının, xüsusilə Təbriz təşkilatının ölkədə ictimai-iqtisadi inkişafın səviyyəsi və inqilabın ilk mərhələsinin xüsusiyyətləri haqqında düzəliş və təklifləri əsasında aqrar məsələyə dair müəyyən dəyişiklikdən sonra təkmilləşdirilmiş və partiyanın proqramı kimi, onun 1907-ci ildə Məşhəddə keçirilən yığıncağında qəbul olunmuşdu. Mücahid Partiyasının proqramı Hümmətin proqramına nisbətən daha inqilabi xarakteri ilə fərqlənirdi. Partiya fərdi terror taktikasınıı qəbul etmişdi.
Qeyrihökumət təşkilatı
Qeyri-hökumət təşkilatı və ya qısaca QHT — vətəndaşların birgə məqsəd üçün könüllü qeyri-hökumət, qeyri-dövlət təşkilatları. Bəzən "üçüncü sektor" termini də işlənir. Transparency International Общероссийский классификатор организационно-правовых форм (ОК 028-99 (в ред изменения N 1/99)) Arxivləşdirilib 2009-11-12 at the Wayback Machine Э.Феррис. Религиозные и светские гуманитарные организации Деннис Дeйкзёл, Маркус Моке. Стратегия информационной деятельности международных гуманитарных организаций В.Тишков.
Təşkilati struktur
Təşkilati struktur (ing. Organizational structure) — əmək bölgüsünün işçi tapşırıqlarına bölmək onların həlli üçün tətbiq edilən koordinasiya sistemidir. Təşkilati struktur təsərrüfatlaşan obyektə çoxşaxəli təşkilati strukturlar xasdır. Beynəlxalq təcrübəyə müvafiq departamentləşmədə törəmə istehsal qurumlarını əhatə edən xətti, yaxud iyerarxik, aparıcı şöbələr prinsipində xüsusiləşən funksional və nəhəng təşkilatlara xas menecer idarəetməsinə əsaslanan diviziyon, xarici təsirlərə, yeniləşməyə meyli ilə fərqlənən adaptiv — yaxud üzvü strukturlar təsnifatı vardır. Digər bir təsnifatda adi şöbə bölgüsü — funksional ənənəvi coğrafi və məhsul buraxılışı üzrə qruplaşmış diviziyon və bunların vəhdətini əks etdirən matrissa strukturu ilə yanaşı komandalı — xüsusi tapşırıqları koordinasiya edən və daha çox beynəlxalq əlaqələrdə əhəmiyyətli olan broker tənzimli şəbəkəli strukturlar da mövcuddur. Hər bir struktur özünəməxsus təşkilata müvafiqdir və burada müsbət və mənfi cəhətlər mümkün və yetərli ola bilər. Kiçik müəssisələrə xətti quruluş istisna olmaqla, bütün digər təşkilatlarda bu strukturların heç biri xalis şəkildə idarəetmə mexanizminə çevrilmir. Bununla belə, əksər müəssisələr qarışıq idarəetməni həyata keçirirlər. Təşkilati strukturun bir neçə tipi fərqləndirilir ki, bunlardan bəziləri elementar və ya baza təşkilati struktur adlandırılır. Xətti təşkilati struktur çox sadədir, ali rəhbərlikdən bilavasitə orta səviyyəli "xətti" menecerlərə və daha sonra təşkilatın işçilərinə birbaşa tabelik və məsuliyyət xəttini nəzərdə tutur.
Xeyriyyə təşkilatı
Xeyriyyə təşkilatı, ehtiyacı olanlara kömək etmək üçün qurulan qeyri-kommersiya təşkilatıdır. İnsanların pulsuz istifadəsi üçün bir xeyriyyə təşkilatı və ya xeyriyyəçi tərəfindən inşa edilən bulaq, məktəb və xəstəxana kimi tikililərə xeyriyyəçilik üçün tikilmiş binalar deyilir. Xeyr, ərəb dilindən Azərbaycan dilinə keçən bir söz olub, mənası "qarşılıq gözləmədən edilən yaxşılıq" deməkdir. Xeyriyyəçilik təşkilatları çox geniş sahələrdə fəaliyyət göstərirlər. Məsələn, həm yaşlılara, həm küçə uşaqlarına, həm kasıblara, həm sahibsiz heyvanlara, həm qaçqınlara, həm müəyyən bir xəstəlikdən əziyyət çəkən insanlara həm maddi baxımdan, həm də mənəvi bacuny yardım etməyə çalışan xeyriyyə təşkilatları olduğu kimi, təbiətin və ətraf mühitin qorunması üçün fəaliyyət göstərən xeyriyyə təşkilatları da mövcuddur. Xeyriyyə təşkilatlarının fəaliyyəti, ümumiyyətlə, toplanan yardım və ianələr hesabına maliyyələşdirilir. Bundan əlavə, bəzi xeyriyyə təşkilatları hökumətlər və beynəlxalq təşkilatlar tərəfindəndə dəstəklənirlər. Bəzi xeyriyyə təşkilatlarının xərcləri onların adından yaradılan fondlar vasitəsilə təmin edilir.
İldırım təşkilatı
Antisovet İldırım təşkilatı – 1942-ci ildə sovet işğalına qarşı mübarizə aparmaq və Azərbaycanın müstəqilliyini əldə etmək üçün qurulmuş təşkilat. Şərqşünas İsmixan Rəhimov Şərqşünas Hacı Zeynalov Musa Abdullayev Kamal Əliyev Azər Ələsgərov Aydın Vahidov Kamil Rzayev Gülhüseyn Abdullayev Azərbaycanı Sovetlər Birliyindən ayırmaq, Azərbaycanın müstəqilliyini əldə etmək 1937-1938-ci illərdə həbs olunub xalq düşməni kimi damğalanan və Sibirə göndərilib güllələnən yazıçıların işinə yenidən baxılmasına, onlara bəraət verilməsinə nail olmaq Azərbaycan türkcəsini dövlət dili səviyyəsinə qaldırmaq. "Təşkilatda yeganə yazar olan Gülhüseyn Hüseynoğlu xalq arasında iş aparır, onu SSRI-dən ayırmağa hazırlayır. Sonralar təşkilat üzvləri qərara gəlirlər ki, o zamanın öndə gedən sovet şairi Səməd Vurğuna azərbaycanlı olduğunu əsas götürərək məktub yazıb dəstək istəsinlər. G.Hüseynoğlunun diktəsilə İsmixan Rəhimov çap hərflərinə bənzər bir xətdə məktub yazır. Ümid edir ki, "Dönməzlər" imzasıyla yazılmış bu məktub əl hərflərilə yazılmadığından, ələ keçsə, xəttini tanımayacaqlar. Sən demə, yanılırmış. Səməd Vurğuna qohumları vasitəsilə məktub göndəriləndən bir sürə sonra şair onları ələ verir. 1945-ci ildə universitetlərdə bütün tələbələrin xətlərini yoxlama yazı işi bəhanəsilə əldə edirlər. Xəttatlıq elmi Sovetlər Birliyində elə inkişaf edibmiş ki, İsmixanın xəttini minlərlə tələbə arasından tanıyırlar.
Regional metroloji təşkilat COOMET
Regional metroloji təşkilat COOMET (COOMET - metrologiya sahəsində əməkdaşlıq) — 12 iyun 1991-ci ildə Bolqarıstan, Polşa, Rumıniya, SSRİ və Çexoslovakiyada metroloqların təşəbbüsü ilə təsis edilmişdir. Bu gün anlaşma memorandumu imzalanmışdır. SSRİ dağılandan sonra keçmiş SSRİ-nin 15 respublikası sayəsində təşkilat üzvlərinin sayı 19-a çatdı. 2000-ci ildə təşkilat rəsmi olaraq dövlət metroloji qurumlarının Avro-Asiya əməkdaşlığı adlandırıldı. COOMET-in ali orqanı, bütün iştirakçı ölkələrin nümayəndələrini daxil edən COOMET Komitəsidir. COOMET fəaliyyətləri Prezident, dörd vitse-prezident və Katiblik rəhbərindən ibarət Prezident Şurası tərəfindən əlaqələndirilir. COOMET komitəsinin üzvləri vitse-prezidentləri təyin edən prezidenti üç il müddətinə seçirlər. COOMET orqanlarının iclaslarının keçirildiyi və sənədlərin tərtib olunduğu rəsmi dillər rus və ingilis dilləridir. COOMET-in öz maliyyə mənbələri yoxdur. 12 COOMET texniki komitəsi bütün ölçü sahələrində elmi iş aparır.
Tramp təşkilatı
The Trump Organization (azərb. "Tramp Orqanizeyşn"‎) — Donald Trampın sahib olduğu 500-ə yaxın biznesdən ibarət konqlomerat. Bu bizneslərdən təxminən 250-si Trampın adından istifadə edir. Konqlomerat 1923-cü ildə Donald Trampın nənəsi Elizabet Krist Tramp və atası Fred Krist Tramp tərəfindən "E.Trump & Son" olaraq quruldu. Konqlomerat müxtəlif təsis şirkətləri və ortaqlıqları sayəsində daşınmaz əmlakın inkişafı, sərmayə qoyuluşu, vasitəçilik, satış, marketinq və əmlak idarəçiliyində maraqlara sahib olmuşdur. Konqlomeratın subyektləri müxtəlif ölkələrdə yaşayış daşınmaz əmlakına, otellərə, kurortlara , yaşayış qüllələrinə və qolf sahələrinə sahiblik edir, sərmayə qoyur və inkişaf etdirirlər. Tramp adı altında inşaat, mehmanxana, qumarxana, əyləncə, kitab və jurnal nəşri, yayım mediası, model rəhbərliyi, pərakəndə satış, maliyyə xidmətləri, qida və içkilər, biznes təhsili, onlayn səyahət, ticarət, özəl aviasiya və gözəllik yarışmaları fəaliyyət göstərir. Konqlomeratın subyektləri, həmçinin "The Apprentice" canlı televiziya proqramının françayzinqini istehsal edən Nyu-York televiziya istehsal şirkətinə də sahibdirlər. Pərakəndə satış sahələrinə moda geyimləri, zərgərlik və aksesuarlar, kitablar, ev əşyaları, işıqlandırma məhsulları, vanna otağı aksesuarları, yataq dəstləri, ətir məhsulları, kiçik dəri məmulatları, araq, şərab, qab-qacaq, biftek, şokolad və qablaşdırılmış bulaq suyu daxildir. Donald Tramp Pensilvaniya Universitetində oxuyarkən atasının şirkətində təcrübə keçdi və 1968-ci ildə rəsmi olaraq şirkətə qoşuldu.
Tekila
Tekila — tünd alkoqollu içki, vətəni Meksikadır. Azteklər tekilanı müqəddəs içki hesab etmişlər və dini mərasimlərdə tekiladan istifadə etmişlər.
Təşviqat
Təşviqat adı altında isə burada – psixi modelləşdirmənin ideoloji vasitələr istisna olmamaqla, dominant olaraq qeyri-ideoloji vasitələrlə realizəsi variantları nəzərdə tutulur. Buraya – müxtəlif sövdələşmələr, kompromislər, provakasiyalar, sifarişlər, perspektivi olmayan qızışdırıcı təkliflər vermək, xüsusi təşkil etmələr, xəbərdarlıqlar, hədə-qorxular, nümayişlər, tətillər, boykotlar, rüşvət vermə, qarşısında şərt qoyma, ondan nə isə girov götürmə, sui-qəsd, diversiya-terror, sabotaj, şantaj, fiziki güc tətbiqi, hərbi-fiziki ekspansiya, uşağını oğurlatma, evini, maşınını yandırma, işdən çıxarma, ona acıq verən hərəkətlər etmə, polisə müraciət etmə və s. kimi adi həyatda rastlaşılan bu kimi vasitələr aiddir. Bu kateqoriyadan olan bəzi sadə təşviqat metodları: Nisbətən sadə təşviqat metodlarından biri – rəqibə müəyyən sövdələşmə təklif etməkdir. Bunun üçün maraqların ortaq məxrəc təşkil etdiyi, kəsişdiyi məqamları axtarıb tapa bilmək vacibdir. Bu kateqoriyadan olan daha bir metod – sifarişlə, muzdla iş gördütdürməkdir. Rüşvət vermə bu metodun növmüxtəlifliyidir; Bu kateqoriyadan olan daha bir metod – qarşılıqlı kompromisə getməkdir. Yuxarıdakı metoddan fərqli olaraq, orada itkisiz qazanc əldə olunursa, burada güzəştlərin qarşılıqlı mübadiləsi baş verir; Bu kateqoriyadan olan daha bir metod – cavab gözləmədən birtərəfli qaydada bir addım geri çəkilməkdir. Güzəşt – adekvat öhdəlik doğurur. Hadisələrin sonrakı eskalasiyasının məsuliyyətinin bir tək onun üzərində qalacağını və yaxud tərəfinizdən özünə heç bir təhlükə qalmadığını dərk edən tərəf-müqabilin analoji addım atması ehtimalı böyükdür; Daha bir metod – bunu ondan kömək istəmək şəklində formulə etməkdir.