Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tatarofobiya
Tatarofobiya (rus. Татарофобия) — Volqa, Sibir və Krım tatarlarına qarşı düşmənlik, nifrət, ayrı-seçkilik və ya qərəzl hisslər. Türkofobiyanın növü. Fərqli tatar xalqaların bir-biri ilə çaşdırması propaqanda tərəfindən istifadə olunur. Məsələn, propaqandada insanların cahilliyi istifadə edərək, Volqa tatarların nisbətən bərabər statusunu göstərilir ki, onları Krım tatarları ilə çaşdıranlar millətarası münasibətlərinin ümumiyyətlə müsbət olduğunu zənn etsinlər. Volqa tatarları tərifləyən və onları qardaş xalqı kimi göstərən qurumların üçün eyni zamanda Krım tatarlara qarşı tatarofobiya aktları törətməyi və həmçinin Volqa tatarlara qarşı düşmənçilik nisbətən az olması Krım tatarlara qarşı mövcud olan ksenofobiyanın bəraəti kimi istifadəsi qeyri-adi hal deyil. Krım tatar dili və Volqa tatar dili qıpçaq dillərinin ayrı qollarına aid olduğlarında baxmıyaraq, Sovet İttifaqı Krım tatar vətəndaş haqqları hərəkətinin Krımda onların muxtariyyatının bərpasının müraciətlərinə onlar üçün əvəzinə Tatarıstanda muxtariyyatın yaradılmasının təklifi ilə cavab verirdilər. 1944-cü ilin may ayındaki törədilmiş Krım tatarlarının deportasiyasından sonra, Sovet hökuməti Krım tatarları haqqında artıq mövcud olan stereotipləri yaymağa başlayıb. Bundan əlavə, hökumət onların "xain", "burjua", "kontr-inqilabçı" və Krım yarımadası ilə bağlı olmayan "monqol" olduqları bəyan edirdi. Partiya üzvlərin apardığı agitasiya deportasiyanın istiqamətləri olan yerlərdə yaşayan başqa vətəndaşları onlara qarşı olmağa təşviq edirdilər və bundan artıq, Krımın özündə onlara qarşı duyğuları yaymaq üçün konfranslar aparılırdı.
Tetrafobiya
Tetrafobiya (q.yun. τετράς — «dörd» və φόβος — «qorxu») — 4 rəqəminə irrasional qorxu. Bu, adətən qərəz hesab olunur. Bu mövhumata əsasən Çin, Yaponiya və Koreya kimi Şərqi Asiya ölkələrində rast gəlinir. Fobiyanın səbəbi "dörd" üçün olan Çin heroqlifinin tələffüz edilməsindədir: "sı" ( çin. 四), demək olar ki, "ölüm" (死) sözləri ilə eynidır, onlar yalnız tonlarda fərqlənirlər. Bu sözlər tələffüzdə kiçik dəyişikliklərlə Koreya və yapon dillərinə Çin dilindən gəlmişdir. "Nokia" Asiya bazarları üçün nəzərdə tutulan mobil telefon modellərinin adlarında 4 rəqəmindən istifadə etmir. Qərb dünyasında oxşar, lakin daha çox yayılmış 13 rəqəminə qorxu "triskaidekafobiya" adlanır. Əfqanıstanda 39 rəqəminə mənfi münasibət geniş yayılmışdır.