Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Teymurçin Əfəndiyev
Timuçin İlyas oğlu Əfəndiyev (17 iyul 1945, Bakı) — ədəbiyyatşünas və sənətşünas, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Rəssamlar İttifaqının, Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü, filologiya elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, Azərbaycan Respublikasının əməkdar elm xadimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (1987–2014), Bakı Xoreoqrafiya Akademiyasının (2014–2021) sabiq rektoru. == Həyatı == Timuçin Əfəndiyev 1945-ci il iyulun 17-də Bakı şəhərində görkəmli Azərbaycan yazıçısı və dramaturqu, Xalq yazıçısı İlyas Əfəndiyevin ailəsində anadan olmuşdur. 1963-cü ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olmuşdur. 1968-ci ildə universiteti bitirdikdən sonra Timuçin Əfəndiyev Respublika Gənclər Təşkilatında çalışmışdır. O, 1969-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının aspiranturasına qəbul olunmuş, 1972-ci ildə aspiranturanı bitirərək "Hüseyn Cavidin yaradıcılığı" mövzusunda dissertasiya müdafiə etmiş və filologiya elmləri namizədi elmi dərtəcəsi almışdır. 1972–1977-ci illərdə Timuçin Əfəndiyev Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunda elmi işçi, 1977–1978-ci illərdə elmi katib vəzifələrində çalışmışdır. 1989-cu ildə SSRİ Nazirlər Soveti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə "sənətşünaslıq" üzrə professor elmi adına, 1999-cu ildə isə "Romantik dramaturgiyada tarixilik və bədiilik" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək, filologiya elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür. Timuçin Əfəndiyev 1977–2014-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində işləyib. O, burada əvvəlcə baş müəllim, sonra dosent, 1987-ci ildən isə professor vəzifələrində əmək fəaliyyəti göstərmişdir. Timuçin Əfəndiyev 1978–1987-ci illərdə Teatr və təsviri sənət üzrə birləşmiş fakültələrin dekanı, 1987–2014-cü illərdə isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru vəzifəsində çalışmışdır.
Əfşar Temuçin
Əfşar Temuçin, (1939, Akhisar[d], Manisa vilayəti), Azərbaycan kökənli türk filosof, şair, yazıçı, tərcüməçi. == Həyatı == Əfşat Temuçin 1939-cu ildə Manisanın Akhisar bölgəsində anadan olmuşdur. Kökəni Bakı və Batumiyə dayanan Temuçin, ata tərəfdən azərbaycanlı, ana tərəfindən gürcü əsillidir. Ali təhsilinə İstanbul Universiteti Ədəbiyyat fakültəsi Fransız dili və Ədəbiyyatı fakültəsində başlamışdır. 1967-ci ildə təhsilini tamamlamaq üçün Kanadaya getmişdir. 1967-ci ildə Montreal Universiteti Fəlsəfə fakültəsində bakalavr təhsilini, 1970-ci ildə İstanbul Universitetində doktaranturanı tamamladı. 1968–1970-ci illər arasında Fransızca tərcüməçiliyi etdi. 1981-ci ildə dosent, 1992-cii ldə professor oldu. Bir müddət Kocaeli Universitetində Fəlsəfə fakültəsinin dekanı oldu. Kocaeli Universitetindən 2006-cı ildə pensiyaya çıxmışdır.
Temuçin (Çingiz xan)
Çingiz Xan (monq. Чингис Хаан; təq. 31 may 1162 – 18 avqust 1227 və ya 25 avqust 1227) — Monqol hökmdarı və sərkərdəsi. Monqol qəbilələrini bir bayraq altında birləşdirərək, insanlıq tarixindəki ən böyük ikinci imperiya olmuş Böyük Monqol imperiyasını (1206–1368) qurmuşdur. == Arxa plan == Monqollar qəbilələrə, tayfalara və uluslara ayrılırdılar. Monqol cəmiyyəti siniflərə — bozqır aristokratiyasına, rəiyyətə və qullara bölünmüşdü. Bu qulların dünyanın digər ölkələrdəki qullardan bir fərqi vardı: onları satmırdılar. XII əsrin ikinci yarısında Dalay-nur və Buar-nur monqol qəbiləsindən olan tatarlar da köçərilik edirdilər. Tatarlardan qərbdə kerait adlı xalq yaşayırdı. Nayman qəbiləsi isə keraitlərdən qərbdə məskən salmışdı.
Timuçin Əfəndiyev
Timuçin İlyas oğlu Əfəndiyev (17 iyul 1945, Bakı) — ədəbiyyatşünas və sənətşünas, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Rəssamlar İttifaqının, Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü, filologiya elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, Azərbaycan Respublikasının əməkdar elm xadimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (1987–2014), Bakı Xoreoqrafiya Akademiyasının (2014–2021) sabiq rektoru. == Həyatı == Timuçin Əfəndiyev 1945-ci il iyulun 17-də Bakı şəhərində görkəmli Azərbaycan yazıçısı və dramaturqu, Xalq yazıçısı İlyas Əfəndiyevin ailəsində anadan olmuşdur. 1963-cü ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olmuşdur. 1968-ci ildə universiteti bitirdikdən sonra Timuçin Əfəndiyev Respublika Gənclər Təşkilatında çalışmışdır. O, 1969-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının aspiranturasına qəbul olunmuş, 1972-ci ildə aspiranturanı bitirərək "Hüseyn Cavidin yaradıcılığı" mövzusunda dissertasiya müdafiə etmiş və filologiya elmləri namizədi elmi dərtəcəsi almışdır. 1972–1977-ci illərdə Timuçin Əfəndiyev Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunda elmi işçi, 1977–1978-ci illərdə elmi katib vəzifələrində çalışmışdır. 1989-cu ildə SSRİ Nazirlər Soveti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə "sənətşünaslıq" üzrə professor elmi adına, 1999-cu ildə isə "Romantik dramaturgiyada tarixilik və bədiilik" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək, filologiya elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür. Timuçin Əfəndiyev 1977–2014-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində işləyib. O, burada əvvəlcə baş müəllim, sonra dosent, 1987-ci ildən isə professor vəzifələrində əmək fəaliyyəti göstərmişdir. Timuçin Əfəndiyev 1978–1987-ci illərdə Teatr və təsviri sənət üzrə birləşmiş fakültələrin dekanı, 1987–2014-cü illərdə isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru vəzifəsində çalışmışdır.
Teymuri
Teymuri Əfqanıstan və İranda yaşayan aymaqların dörd önəmli qəbilələrinin birisinin adı.Digərləri Firuzkuhi, Taymani və Cəmşidi adlanırlar.Türk və ya Monqol soylu eldir.Əksəriyyəti müsəlman və sünni məzhəbdirlər. Teymurilər İranın Xorasan regionunda xüsusilə Məşhəd, Taybad, Türbət Cam və Xafda yaşayırlar.Əfqanıstanda Badğis vilayəti, Herat və Şindand şəhərlərində yaşayanlar fars dilində və Bəğlan vilayətindəki teymurilər isə puştu dilində danışırlar.
Andranik Teymuryan
Andranik Teymuryan (d. 6 mart 1983, Tehran) — Təbrizin Traktor Sazi futbol klubunun erməni əsilli yarımmüdafiəçisidir. Teymuryan İran milli futbol komandasının yeganə xristian üzvüdür və bundan öncə Tehranın Ararat, İstiqlal, Oqab, Məşhədin Əbumoslem, İngiltərənin Bolton Uanderers, Fulhem və Barnsli futbol komandalarının oyunçusu olmuşdur.
Teuçi
Tecime (手締め) və ya teuçi (手打ち) – Yaponiyada tədbirin sonunda ritmik əl çalmaq adəti. Tədbirin problemsiz başa çatdığını bildirmək üçün yerinə yetirilir. Festivallarda, mərasimlərdə, işgüzar görüşlərdə və ümumi görüşlərdə istifadə olunur. == Xüsusiyyətlər == Tecime adətinin əsas məqsədi tədbirin uğurla başa çatmasından ötrü iştirakçılara təşəkkür etməkdir. Ona görə də tecimeni tədbiri təşkil edən şəxs aparır. Bu adətin şintoizmdə mövcud olan kaşivade adətindən yarandığı güman olunur. Kansay regionunda tecime əvəzinə teuçi sözü daha çox işlədilir.Tecime səsi "şan-şan" ilə ifadə olunur. Soğrusuz-sualsız və qısa müddətdə başa çatan şirkət görüşlərini lağa qoymaq üçün "şan-şan görüşü" ifadəsindən istifadə olunur. == Üslublar == Tecimenin bir neçə üslubu var. Edo-cime və Osaka-cime əsas tecime üslubları olsa da, Edo-cime ən çox istifadə olunan tecime hesab olunur.
Aleksey Temerin
Aleksey Temerin — SSRİ operatoru. == Həyatı == Aleksey Temerin 1 oktyabr 1923-cü ildə anadan olub. Aktyor və operator kimi çalışıb.
Jan Templin
Jan Templin (fr. Jean Templin; ilk adı Yanuş Templin pol. Janusz Templin olmuşdur; 14 dekabr 1928, Fransa – 23 noyabr 1980) — hücumçu mövqeyində oynamış Fransa futbolçusu. Çempionlar Kubokunun ilk mövsümünün finalında vurulan qollardan birinin müəllifi. == Həyatı == 1928-ci ildə müasir Belarus ərazisində, Baranoviçi şəhərində anadan olmuşdur (o zaman Polşa Respublikasının Novoqrudek voyevodalığı idi). Futbolçu karyerasına Fransanın "Vilfranş Bojole" həvəskar klubunda başlamışdır. 1950-ci ildə yüksək liqanın "Reyms" klubuna keçdi. "Reyms"in forması ilə 150-dən çox oyuna çıxmış və iki dəfə Fransa çempionu olmuşdur, bundan başqa 1953-cü ildə Latın Kubokunun qalibi olmuşdur. 1955/56 mövsümündə klubla birlikdə Çempionlar Kubokunun ilk finalının iştirakçısı oldu. "Real Madrid"ə qarşı keçirilən oyun 3:4 hesabı ilə ispaniyalıların xeyrinə bitdi, Templin həmin oyunun 10-cu dəqiqəsində klubunun 2-ci qolunu vurmuşdur.
Kral Demusin
Kral Demusin (d. 4 – ö. 44) - Goguryeo krallığının üçüncü kralıdır. 18-44-cü illərdə hökmdarlıq etmişdir.Kral Yurinin oğludur. Ondan sonra hakimiyyətə qardaşı Kral Minjunq keçmişdir.
Teymuri eli
Teymuri Əfqanıstan və İranda yaşayan aymaqların dörd önəmli qəbilələrinin birisinin adı.Digərləri Firuzkuhi, Taymani və Cəmşidi adlanırlar.Türk və ya Monqol soylu eldir.Əksəriyyəti müsəlman və sünni məzhəbdirlər. Teymurilər İranın Xorasan regionunda xüsusilə Məşhəd, Taybad, Türbət Cam və Xafda yaşayırlar.Əfqanıstanda Badğis vilayəti, Herat və Şindand şəhərlərində yaşayanlar fars dilində və Bəğlan vilayətindəki teymurilər isə puştu dilində danışırlar.
Teymuri memarlığı
Teymuri memarlığı — Teymurilər dövlətində mövcud olmuş memarlıq üslubu. Teymuri memarlığının ənənələri Teymurilər dövlətinin dağılmasından sonra Baburun Hindistanda qurduğu Böyük Moğol İmperiyasında da davam etmişdir. == Xüsusiyyətləri == Teymuri memarlığı özünəməxsus cəhətləri ilə fərqlənir. Mərkəzi Asiya və İranda özündən əvvəl mövcud olmuş dövlətlərin memarlığından təsirlənən Teymuri memarlığı bir növ sintez təşkil edən əsərlərlə tanınmışdır. Əsasən türbə, məscid, mədrəsə və dərgah kimi bölmələri olan komplekslərin əsas xüsusiyyətlərindən biri fasadını örtən mozaika işləmələri olan kaşı, soğana bənzəyən xarici qübbə və daxildəki yüksək iç qübbənin meydana gətirdiyi qübbə sisteminin özünəməxsus cəhətləri idi. Teymuri memarlığında ən önəmli yeri türbələr tuturdu. Teymuri türbə memarlığının ən önəmli örnəklərindən biri Səmərqənddəki Şahı-Zində kompleksidir. Bu kompleksdə Teymurilər soyundan önəmli şəxslərin türbələri yerləşir. Bir digər nümunə kimi Səmərqənddə yerləşən və 1380-1390-cı illərə aid edilən Ruhabad türbəsini göstərmək olar. Ruhabad türbəsi kub formalı əsas binanın üzərində yerləşən, səkkizbucaqlı təmburun daşığıdı qübbədən ibarətdir.
Temuri Ketsbaya
Temuri Ketsbaya (gürc. თემური ქეცბაია; 18 mart 1968, Qali) - Gürcüstan milli futbol komandasının baş məşqçisi. == Həyatı == == Karyerası == Temuri Ketsbaya futbolçu karyerası ərzində Gürcüstan, Yunanıstan, İngiltərə və Şotlandiya klublarının şərəfini qoruyub. 1992-2002-ci illərdə Gürcüstan millisində çıxış etmiş sabiq yarımmüdafiəçi 45 oyunda 15 qol vurub. 2004-cü ildən məşqçilik karyerasına başlayan Ketsbaya Kiprin Anortosis Famaqusta və Yunanıstanın Olimpiakos klublarına başçılıq edib. Onun rəhbərliyi altında Anortosis Famaqusta tarixində ilk dəfə UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. 2009-cu ilin noyabr ayında Gürcüstan millisinin baş məşqçisi vəzifəsinə təyin olunub.
Əbu Səid (Teymuri)
Əbu Səid — 1451-1469-cu illərdə hakimiyyətdə olmuş Teymuri hökmdarıdır. Miranşahın nəvəsi və Məhəmməd mirzənin oğludur. == Hakimiyyəti == === İlk hakimiyyət dövrü === Sultan Uluqbəyin üsyan etmiş oğlu Əbdüllətif mirzənin qarşısını almaq üçün paytaxtdan çıxmasından istifadə edən Əbu Səid Səmərqəndi mühasirəyə aldı. Lakin Uluqbəyin Səmərqəndə geri dönməsi ilə mühasirəni dayandıraraq geri çəkildi. Həmin il Uluqbəyin Əbdüllətif tərəfindən öldürülməsiylə Teymurilər arasında ara müharibələri daha da artdı. Əbdüllətifin özünün isə sui-qəsd nəticəsində öldürülməsindən sonra 1451-ci ildə Səmərqəndi ələ keçirərək özünü sultan elan etdi.Əbu Səid hakimiyyətinin ilk illərində daxili münaqişələri həll etməyə çalışdı və həmçinin çağataylarla da mübarizə apardı. 1452-ci ildə özbəkləri məğlubiyyətə uğrtatdı və ölkəyə axınlarını dayandırdı. === Qaraqoyunlular və Ağqoyunlularla münasibətlər === Qaraqoyunlu hökmdarı Cahanşah, Teymuri Sultan Şahruxun ölümündən sonra Teymuri şahzadələri arasında səltənət uğrunda baş verən mübarizədən istifadə edərək öncə Sultaniyyəni və Qəzvini, sonra isə Fars və İraqi-Əcəm bölgələrini ələ keçirmişdi. Cahanşah 1458-ci ilin iyulunda Xorasanı elə keçirmiş, lakin burada möhkəmlənə hilməmişdi. Həmin il Cahanşahın Teymuri sultanı Əbu Səidlə bağladığı sülh müqaviləsinə görə, İraqi-Əcəm, Fars və Kirman bölgələri Qaraqoyunluların tərkibində qalmışdı.1467-ci ildə Cahanşahın Uzun Həsən tərəfindən öldürülməsi və 1468-ci ildə Xoy döyüşündə Həsənəli mirzənin məğlubiyyəti ilə Qaraqoyunlular süquta uğradılar.
Əlimərdan xan Teymuri
Əlimərdan xan Teymuri Nüsrətülmülk ləqəbi ilə Dostməhəmməd xan Teymurinin oğlu və Məhəmmədrza xan Teymurinin qardaşı,Teymuri elinin başçısı və Məhəmmədibrahim Əmir Teymurun atası idi.
Yenilməz Batalyon (Teymurun Mahnısı) (mahnı)
Yenilməz Batalyon (Teymurun Mahnısı) - Azərbaycan musiqiçisi Qara Dərvişin National Pearls albomuna daxil olan mahnısı. == Mahnı haqqında == Mahnının sözləri Qılman İlkinə, bəstə Cahangir Cahangirova, aranjemanı isə Qara Dərvişə aiddir.
Əmir Teymurun Gürcüstanı ələ keçirməsi
Gürcüstan krallığı 1386-1403-cü illər arasında imperiyası Orta Asiyadan Anadoluya qədər uzanan Teymurun orduları tərəfindən bir neçə dəfə hücuma məruz qaldı. Bu hücumlar Qızıl Ordanın xanı Toxtamışla Əmir Teymur arasındakı rəqabətlə sıx bağlı idi.Teymur səkkiz hücumundan ilkində Gürcüstanın paytaxtı Tiflisi yağmaladı və 1386-cı ildə Kral V Baqratı ələ keçirdi. Gürcülərin müqaviməti türk ordusunun yendən hücum etməsinə səbəb oldu. Baqratın oğlu və xələfi VII Georg sərt müqavimət göstərdi və hakimiyyətinin çoxunu (1395-1405) Teymurun işğalları ilə döyüşməyə məcbur oldu. Teymur ona qarşı olmuş hücumların bir çoxuna rəhbərlik etmişdir. Gürcüstan üzərində möhkəm hakimiyyət qura bilməsə də, ölkəyə heç bir zaman unudulmayacaq zərbələr vurmağı bacardı. == Tarixi == Teymurun Qafqazdakı ilk ortaya çıxışı Toxtamışın 1385-ci ildə Qafqazdan Şimali İrana girərkən etdiyi yağmaçılığa cavab idi. Bu iki hökmdar arasında düşmənlik var idi. Teymur inkişaf etməkdə olan imperiyanın qərb sərhədi ilə Toxtamışın xanlığı arasında qalan kiçik sərhəd ölkələrinə tam miqyaslı hücum başladaraq cavab verdi. Teymur Azəbaycan və Qarsı ələ keçirdikdən sonra Gürcüstana daxil oldu.
Temuco
Temuko — Çilidə şəhər. Əhalisi 245347 nəfərdir (2002). Ərazi — 464 km², əhali sıxlığı — 528,76 nəfər/km²-dir.
Mücin
Mücin — İranın Simnan ostanının Şahrud şəhristanının Bəstam bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 7,273 nəfər və 1,860 ailədən ibarət idi.
Sabit Təsuci
İbrahim Sabit TəsuciAzərbaycan şairlərindəndir ki, Təsucda dünyaya gəlmişdir. O, Azərbaycan dilində şeirlər yazıb. Sabit Təsuci, Fətəli şah Qacar dövründə yaşayırdı.
Təmkin (şair)
Təmkin (əsl adı Böyükkişi Abbas oğlu Mirzəzadə; d. 25 avqust 1925 - ö. 18 may 2014) — Azərbaycan şairi. == Həyatı == Təmkin (Böyükkişi Abbas oğlu Mirzəzadə) 25 avqust 1925-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Zod kəndində anadan olmuşdur. 1941-ci ildə Zod kənd orta məktəbini əla qiymətlərlə bitirərək həmin məktəbdə müəllim işləmişdir. 1942-ci ildə ailələri əsl-nəcabətlərinə görə siyasi təqiblərdən yaxa qurtarmaq üçün Gəncə ətrafına, Zazalı kəndinə köçür, sonra isə Seyidlər kəndində məskunlaşırlar. 1945-ci ildə atası vəfat etdiyindən ailə yükü üzərinə düşür. 1948-ci ildə Mingəçevir SES tikintisinə gəlir, təqaüdə qədər şəhərin bir neçə müəssisəsində fəhlə, mütəxəssis və mühəndis kimi çalışır. Bədii yaradıcılıqla məşğul olmuş, yaradıcılığı yaşadığı bölgədə yaxşı tanınmış, daim el məclislərində şeirləri söylənilmişdir. 18 may 2014-cü ildə vəfat etmişdir.
Təmkin Xəlilzadə
Təmin Xəlilzadə (6 avqust 1993[…], Bakı) — Azərbaycan futbolçusu. II Liqa təmsilçisi "Füzuli"-də çıxış edir. Azərbaycan milli futbol komandasının üzvü olub. == Həyatı == Təmkin Xəlilzadə kiçik yaşlardan futbolla məşğul olmuşdur.İlk məşqlərə Binəqədi qəsəbəsində Elbrus müəllimin rəhbərliyi altında çıxmışdır.Rəsmi matçına 2012-ci ildə Qarabağ-Xəzər L oyunu ilə başlanğlc verib daha sonra Azal və Qəbələ kimi klublarda çıxış edən futbolçu sonra Sabah FK-da çıxış edib. Milli komandanın üzvü olub. Seçmə mərhələdə Xorvatoyanın qapısına qol vurmaqla komandaya qələbə qazandırıb. Ümumilikdə millidə 17 matça çıxıb və 3 qol vurub. 2022-ci ildə Sabah ilə müqaviləsi başa çatan T.Xəlilzadə 1 il klubsuz qaldıqdan sonra 2023-cü ildə II Liqa təmsilçisi "Füzuli" klubu ilə anlaşıb. Müqaviləyə görə Xəlilzadə yalnız oyundan-oyuna yeni kollektivinin düşərgəsinə qoşulacaq və forma geyinəcəyi hər qarşılaşmaya görə 200 manat maaş alacaq.
Əbdünnəbi Təsuci
Molla Əbdünnəbi Təsuci (Təsuc) — Fəqih, alim, riyaziyyatçı və Məşrutə dövründə İranın şura məclisinin ikinci dövrünün ən yaxşı beş alimlərindən biri idi.
Əmir Teymurun Toxtamış xanla müharibəsi
Əmir Teymurun Toxtamış xanla müharibəsi (1380 - 1390) – rus knyazlıqları üzərində monqol təsirinin azaldılmasında mühüm yeri olan XIV əsr hərbi münaqişəsi. Döyüş əməliyatları Mərkəzi Asiya, Qafqaz və Volqaboyunda aparılırdı. == Ön şərtlər == 1359-1380-ci illər ərzində Qızıl Orda taxtı 25 xan dəyişdi, xanlığın bir çox əyaləti mərkəzi hakimiyəti tanımırdı. 1370-ci ildə Sırdərya ulusundan olan Urus xan yüksəldi. Bu vaxt ərzində Çığatay ulusunda hakimiyətə gəlmiş əmir Teymur Urus xanın güclənməsindən ehtiyat edərək onun rəqibi Toxtamışı dəstəklədi. Urus bir neçə dəfə Toxtamışı məğlub etsə də, Toxtamış hər dəfə, yenə ona qoşun verərək yola salan Teymurun yanına qaçdı. Lakin Urus qəflətən ölür və Kulikovo döyüşündən sonra Teymurun yardımı ilə Toxtamış nəhayət ki Qızıl Ordanın taxtına yiyələnir. 1382-ci ildə Toxtamış Rusiyanı yağmalayır və özünü keçmiş himayədarı Teymura qarşı çıxmaq gücündə olduğunu sanmağa başladı. == Teymurun Qızıl Ordaya birinci yürüşü == 1380-ci ildə Teymur İranın fəthinə yollandı. Teymurun qışlaqda olmasından yararlanan Toxtamış, o zaman dünyanın ən böyük və zəngin şəhərlərindən biri olan Təbrizi tutdu və taladı.
Molla Əbdünnəbi Təsuci
Molla Əbdünnəbi Təsuci (Təsuc) — Fəqih, alim, riyaziyyatçı və Məşrutə dövründə İranın şura məclisinin ikinci dövrünün ən yaxşı beş alimlərindən biri idi.
Qaralar-i Təsuci (Urmiya)
Qaralar-i Təsuci (fars. قرالرطسوجي‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 2,279 nəfər yaşayır (428 ailə).