Teymuri Əfqanıstan və İranda yaşayan aymaqların dörd önəmli qəbilələrinin birisinin adı.Digərləri Firuzkuhi, Taymani və Cəmşidi adlanırlar.[1]
Türk və ya Monqol soylu eldir.Əksəriyyəti müsəlman və sünni məzhəbdirlər.
Teymurilər İranın Xorasan regionunda xüsusilə Məşhəd, Taybad, Türbət Cam və Xafda yaşayırlar.Əfqanıstanda Badğis vilayəti, Herat və Şindand şəhərlərində yaşayanlar fars dilində və Bəğlan vilayətindəki teymurilər isə puştu dilində danışırlar.