Əfşar Temuçin
Əfşar Temuçin (1939, Akhisar[d], Manisa vilayəti) — azərbaycanəsilli Türkiyə filosofu, şairi, yazıçısı, tərcüməçisi.
Əfşat Temuçin 1939-cu ildə Manisanın Akhisar bölgəsində anadan olmuşdur. Kökəni Bakı və Batumiyə dayanan Temuçin, ata tərəfdən azərbaycanlı, ana tərəfindən gürcü əsillidir. Ali təhsilinə İstanbul Universiteti Ədəbiyyat fakültəsi Fransız dili və Ədəbiyyatı fakültəsində başlamışdır. 1967-ci ildə təhsilini tamamlamaq üçün Kanadaya getmişdir. 1967-ci ildə Montreal Universiteti Fəlsəfə fakültəsində bakalavr təhsilini, 1970-ci ildə İstanbul Universitetində doktaranturanı tamamladı. 1968–1970-ci illər arasında Fransızca tərcüməçiliyi etdi. 1981-ci ildə dosent, 1992-cii ldə professor oldu. Bir müddət Kocaeli Universitetində Fəlsəfə fakültəsinin dekanı oldu. Kocaeli Universitetindən 2006-cı ildə pensiyaya çıxmışdır.