Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
École spéciale de mécanique et d'électricité
ESME Sudria (École spéciale de mécanique et d'électricité və ya ESME kimi də tanınır) Fransanın ən tarixi mühəndislik məktəblərindən biridir. Paris, Bordo, Lil və Lion bölgəsində İvri-sür-Seyndə yerləşən bu məktəb "Grande Ecole" statusuna malikdir. O, həmçinin Conférence des Grandes Écoles və IONIS Təhsil Qrupunun üzvüdür və əsasən şirkətlərdə işləmək üçün nəzərdə tutulmuş yüksək səviyyəli ümumi mühəndislər hazırlayır.
Teramo
Teramo — İtaliyanın Abruttso regionunda şəhər.
Termos
Termos, Balaca termos, Kiçik termos və ya Flask — İçindəki mayeni ətrafından daha isti və ya daha sərin saxlayan izolyasiya qabı. == Tarixi == İlk termos 1892-ci ildə Oksford universitetinin alimi Ceyms Dyuar tərəfindən icad olunmuşdur. 1904-cü ildə Dyuarın tələbəsi Reynald Berger və digər bir alman ixtiraçısı bu işin kommersiya əhəmiyyətini başa düşərək, termosun istehsalı ilə məşğul olan bir şirkət təsis etdilər. Həmin şirkətə ən yaxşı ad vermək məqsədi ilə keçirilən müsabiqədə Almaniyanın Münhen şəhərinin sakinləri qalib gəldilər. Şirkətə "Thermos" (yunanca "therme" "isti" mənasını verir) adı verildi. İstilik saxlayan cihaz da belə adlandırıldı. Eyni zamanda termosa Dyuar butulkası da deyilir. == Ədəbiyyat == İxtiralar və kəşflər. Altun Kitab, Bakı, 2007.
Theria
Vəhşi heyvanlar (lat. Theria) — məməlilər sinfinə aid yarımsinif. Müasir diri bala doğan məməliləri özündə cəmləşdirir. Belə ki, yarımsinfə aid olan nümayəndələr yumurta qoymadan bala doğmaqla çoxalırlar. Plasentalılar və kisəlilər bu yarımsinfi təşkil edirlər. Xarici qulağa və topuğa malikdirlər.
Herma
Herma (q.yun. ἔρμα — dirək, dayaq) — dördüzlü sütundan ibarət olan, başı və ya büstü bəzədilmiş xüsusi heykəl növü. Qədim Elladada herma yol və sərhəd nişanları, yollarda işarələr, fetişlər - yolların, sərhədlərin, darvazaların, eləcə də qəbir daşlarının işarəsi idi. Əvvəlcə onun üzərində yalnız qədim yunan tanrısı Hermes təsvir edilmişdir. Sonradan digər tanrılar və qəhrəmanlar da Herma üzərinə təsvir olunmağa başlandı. Qədim Romada hermalar sərhəd nişanələri kimi istifadə olunurdu. Hermaya ziyan vurmaq ağır küfr və günah hesab edilirdi. Eramızdan əvvəl 415-ci ildə Afinada kütləvi şəkildə dağıdılması Afina və Sparta arasındakı Peloponnes müharibəsinin bütün gedişatına təsir edən əhəmiyyətli nəticələrə səbəb oldu. Yeni və ən yeni dövrdə, herma antik dövrün ideyalarına söykənən klassik memarlıq üslubunun standart bir elementinə çevrilmişdir. == Herma antik dövrdə == === Mənşəyi və xarici görünüşü === Herma — başı və ya büstü bəzədilmiş dördüzlü sütundan ibarət xüsusi heykəl növüdür.
Yermo
Yermo (lat. Yermo) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Teramo BK
"Teramo" və ya "Teramo Basket" (ingilis dilində:Teramo Basket) Teramo şəhərini təmsil etmiş keçmiş italyan basketbol klubu. Komanda 2002-ci ildən 2012-ci ilədək İtaliya çempionatında iştirak etmiş, sonralar maliyyə çətinlikləri ilə üzləşən komanda buraxılmışdır. Klubun ev meydançası PalaSkapiano" arenası hesab olunurdu. == Tarixi == Teramo basketbol klubu 1973-cü ildə İtaliyanın Teramo şəhərində Karlo Antonetti tərəfindən AİCS adı altında (İtalyan Mədəniyyət və İdman Cəmiyyəti, İngilis dilində:Association of Italian Culture and Sports) yaradılmışdır. Pegional turnirlərdə bir neçə qələbədən və gənclərdən ibarət komandanın hazırlığından sonra 1992–1993-cü il mövsümündə "Teramo Basket" adı altında İtaliyanın C1 liqasında İtaliya milli çempionatında iştirak etmək imkanı qazanmışdır. 2009-cu il mövsümündə klub üçüncü yeri tutmuş və 2010-cu ildə Avropa kubokunda iştirak etmək hüququ qazanmışdır. Getdikcə artan maliyyə problemləri nəticəsində 2012-ci ilin iyul ayında klub iflasa uğradığını elan etmiş və İtaliyanın basketbol liqasından kənarlaşdırılmışdır.
Teramo Kastelli
Teramo Kristoforo Kastelli (it. Teramo Cristoforo Castelli; 1597, Genuya və ya Palermo – 3 oktyabr 1659, Palermo) — İtaliya missioneri. == Həyatı == Teramo Kristoforo Kastelli 1597-ci ildə anadan olmuşdur. Zadəgan ailəsindən olan Kastelli 1632–1654-cü illərdə Gürcüstanda yaşamışdır. O, əsasən Gürcüstan xalqı və təbiəti haqqında olan yeddi cildlik səyahət qeydləri yazmış, eskizlər və digər illüstrasiyalar çəkmişdir. Bu əlyazma 1878-ci ildə keşiş Coakkino di Marso tərəfindən kəşf edilmişdir. Bu, Palermo bələdiyyə kitabxanasına çatdırılmış və 1910-cu ildə Mişel Tamarati tərəfindən Gürcüstan alimlərinin diqqətinə çatdırılmışdır. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Teramo Kristoforo Kastelli ilə əlaqəli mediafayllar var.
Abano-Terme
Abano-Terme — İtaliyada Venesiya əyalətinin Padua bölgəsində balneoloji bir kurort şəhərciyi. Paduadan 8 km cənub-qərbdə yerləşir. Əhalisi — 19,2 min nəfər. (2007). Sahəsi 21 km². 10 avqustda yad olunan Müqəddəs Lavrentiy kommunanın himayədarı sayılır. == Tarixi == Abano termlərindən Klavdiy Klavdianın əsərində bəhs olunur. Romalılar burada Aponium (Aqua-Patavinorum) yaşayış məskənini qurdular . Ostqotlar kralı Theodorixin bir məktubunda termlərin təsviri yer alır. Termlər VI əsrdə lombardlar tərəfindən məhv edilmişdir və 12-ci əsrdə Abano Bagni muxtar bir kommunaya çevrildiyi zaman bərpa edildi.
Hermə (Soyuqbulaq)
Hermə (fars. هرمه‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 86 nəfər yaşayır (8 ailə).
Lametsiya Terme
Lametsiya Terme (it. Lamezia Terme) — İtaliyanın Kalabriya regionunda şəhər.
Teruo Abe
Teruo Abe — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Teruo Nimura
Teruo Nimura (d. 2 may 1943) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 5 oyun keçirib.
Teruo İvamoto
Teruo İvamoto (d. 2 may 1972) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 9 oyun keçirib, 2 qol vurub.
Terao Tsunefumi
Terao Tsunefumi (寺尾 常史, doğum adı Yoşifumi Fukuzono 福薗 好文; 2 fevral 1963, Sumida, Tokio – 17 dekabr 2023, Tokio) – Yaponiya sumoçusu və heya ustadı. Sekivake dərəcəsinə qədər yüksələ bilmiş və Şikoroyama adını daşımışdır. == Karyerası == Sumo karyerasına 1979-cu ildə İzutsu heyasında başlamışdır. 1985-ci ilin bahar böyük turnirinin makuuçi top diviziyasının səhnəsində debüt etmişdir. Terao cəmi 110 kiloqramlıq çəkiyə malik olan yüngülçəkili sumoçu olsa da, sürətli itələmə texnikası sayəsində yüksək sumo dərəcələrinə çata bilmişdir. Terao 1989-cu ilin bahar turnirində sekivake dərəcəsini əldə etmişdir. Qardaşı Sakahoko ilə eyni vaxtda bu uğuru əldə etdiyi üçün Yaponiyanın idman dünyasında məşhurlaşmışdır. Belə ki, onlar eyni vaxtda sekivake dərəcəsi əldə etmiş ilk qardaşlar olmuşdurlar. İştirak etdiyi 13 turnirdə sanyaku kimi çıxış edən Terao həm xarici görünüşü, həm də sumo texnikalarına görə populyar sumoçulardan biri olmuşdur. 2002-ci ildəki payız böyük turnirindən sonra karyerasını bitirmiş və sumo məşqçisi olmuşdur.
Berzo San Fermo
Berzo San Fermo (it. Berzo San Fermo) İtaliyada kommuna. Lombardiya bölgəsinin Berqamo vilayətində yerləşir. Əhalisi 1227 nəfərdir (2008), əhalinin sıxlığı 212 nəfər / km²-dir. Sahəsi 6 km² ərazini əhatə edir. Poçt kodu — 24060. Telefon kodu — 035. Kommunanın himayədarı müqəddəs San Fermo e San Rustico di Veronadır.
Borgo di Terzo
Borgo di Terzo (it. Borgo di Terzo), İtaliyada, Lombardiya bölgəsindin Berqamo vilayətində olan kommunadır. Əhalisi 1096 nəfərdir (2008), əhalinin sıxlığı 589 nəfər / km²-dir. Sahəsi 2 km² ərazini əhatə edir. Poçt kodu — 24060. Telefon kodu — 035.
Theo James
Teo Ceyms (ing. Theo James; doğum adı: Teodor Peter Ceym Kinnaird Taptiklis (ing. Theodore Peter James Kinnaird Taptiklis); 16 dekabr 1984, Oksford) — ingilis kino və televiziya aktyoru. == Erkən həyatı və təhsili == Teo Ceyms 16 dekabr 1984-cü ildə Oksfordda Philip Taptiklis və Jane Martinin ailəsində anadan olub. Onun ata tərəfdən babası yunandır; Peloponnesdən Yeni Zelandiyaya köçüb. O, həmçinin anası tərəfdən Şotland və İngilis mənşəlidir. Ceyms ailənin ən kiçik uşağıdır - onun iki böyük qardaşı və iki bacısı var. Nottingem Universitetini fəlsəfə ixtisası üzrə bitirib. Bristol Old Vic Teatr Məktəbində aktyorluq təhsili alıb. == Şəxsi həyatı == Ceyms 2016-cı ilin iyun ayında Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı ilə birlikdə Yunanıstana getmiş və burada suriyalı qaçqınlarla görüşmüş və onların vəziyyəti haqqında məlumat almışdır.
Got to Be There
Got to Be There – Maykl Cekson ilk solo albomudur. Dünyada albom 5,2 milyon kopyadan çox satılıb.
Will You Be There
Will You Be There — Maykl Ceksonun 1993-cü ildə ifa etdiyi sinql. 1991-ci ildə çıxarılmış Dangerous albomundan götürülmüşdür. Həmçinin Free Willy filminin saundtreki olaraq istifadə edilmişdir. Müəllifləri Maykl Cekson və Brüs Svediendir. Sinql Epic Records şirkəti tərəfindən yayımlanıb. Ümumilikdə sinql Dangerous albomundan olan ən uğurlu mahnılardan biridir. Belə ki, o, altı həftə Böyük Britaniya hit paradında qalmışdır. Will You Be There 1994-cü ildə keçirilən MTV Movie Award müsabiqəsində "Best Song in a Movie" nominasiyasında qalib olmuş, Sony şirkətinin 1999-cu ildə buraxdığı All Time Greatest Movie Songs albomuna daxil edilmişdir.
Hear Them Calling
Hear Them Calling (azərb. Onların çağırışlarını eşidirəm‎) — İslandiyanın 2016 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Qreta Saloume "Hear Them Calling" mahnısı ilə İslandiyanı İsveçin paytaxtı Stokholmda keçirilən Avroviziya 2016-da təmsil etmişdir. Mahnı ifaçının özü tərəfindən bəstələnmişdir.
My Hero Academia
Qəhrəmanlıq Akademiyam (yaponca: 僕のヒーローアカデミア, Hepbörn: Boku no Hīrō Akademia) — Kohei Horikoşi tərəfindən yazılıb illüstrə edilən yapon superqəhrəman manqa serialı.
There Must Be Another Way
There Must Be Another Way (azərb. Başqa bir yolu olmalı‎) — 2009 Avroviziya Mahnı Müsabiqəsində İsraili təmsil edən Noa və Mira Awadın oxuduğu mahnıdır. Mahnının sözləri və musiqisi Noa, Mira Awada və Gil Dora aiddir. Mahnı sülh və insanlıq mesajlar bildirir. 12 may 2009-cu ildə keçirilmiş birinci yarımfinalda 75 xal toplayaraq 7-ci oldu və finala keçdi. Finalda isə 53 xal toplayaraq 16-cı oldu.
Kastrokaro-Terme-e-Terra-del-Sol
Kastrokaro-Terme-e-Terra-del-Sol (it. Castrocaro Terme e Terra del Sole) — İtaliyanın Forli-Çesena əyalətində yerləşən kommuna.
There'd Better Be a Mirrorball
"There'd Better Be a Mirrorball" — İngilis rok qrupu Arctic Monkeys mahnısı. 29 avqust 2022-ci ildə yeddinci studiya albomu The Car-ın ilk sinqlı kimi, musiqi videosu ilə birlikdə buraxıldı. == Musiqi videosu == Mahnı klipinin rejissorluğunu solist Aleks Törner edib. Videoda mahnının yazılma prosesi zaman qrup göstərilir.