Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Three Days Grace
Three Days Grace – Kanada rok musiqi qrupu. 1992-ci ildə Ontario, Kanadada yaradılmışdır. Qrupun ilk adı Groundswell olsa da, daha sonra 1995-ci ildə qrupa gitaraçı və vokalçı Adam Qontier, zərb alətləri və köməkçi vokalçı Nil Sanderson və bas gitara Bred Uolst qrupa üzv oldu. 1997-ci ildə isə qrup adını dəyişərək Three Days Grace etdi. Daha sonra qrupun gitaristi Berri Stok gələrək qrup tamamlanmış oldu. Alternativ rok/metal, hard-rok üslubun da ifa etməyə başladı. Qrupun ilk studio albomu 2003-cü ildə "Three Days Grace" adlı albomu olmuşdur. Albomdan sonra qrup həmən ildə iki "I Hate Everything About You" və "Just Like You" sinqllarını çıxartdı. Qrupun əsas vokalisti olan Adam Qontier, 2013-cü ildə qrupdan ayrılmaq istədiyini bildirmişdir. O bunu onun sağlamlığı ilə əlaqədar olduğu üçün etmişdir.
Three Cheers for Sweet Revenge
Three Cheers for Sweet Revenge — ABŞ rok qrupu My Chemical Romance(en)-ın ikinci studiya albomu. 8 iyun 2004-cü ildə Reprise Records tərəfindən buraxılıb. Standard edition Bütün mahnılar My Chemical Romance tərəfindən yazılmış və bəstələnmişdir.
Megan Thee Stallion
Meqan Covon Rut Pit (ing. Megan Jovon Ruth Pete; 15 fevral 1995, San Antonio) — əsasən Megan Thee Stallion ləqəbi ilə tanınan amerikalı müğənni.
Got to Be There
Got to Be There – Maykl Cekson ilk solo albomudur. Dünyada albom 5,2 milyon kopyadan çox satılıb.
Will You Be There
Will You Be There — Maykl Ceksonun 1993-cü ildə ifa etdiyi sinql. 1991-ci ildə çıxarılmış Dangerous albomundan götürülmüşdür. Həmçinin Free Willy filminin saundtreki olaraq istifadə edilmişdir. Müəllifləri Maykl Cekson və Brüs Svediendir. Sinql Epic Records şirkəti tərəfindən yayımlanıb. Ümumilikdə sinql Dangerous albomundan olan ən uğurlu mahnılardan biridir. Belə ki, o, altı həftə Böyük Britaniya hit paradında qalmışdır. Will You Be There 1994-cü ildə keçirilən MTV Movie Award müsabiqəsində "Best Song in a Movie" nominasiyasında qalib olmuş, Sony şirkətinin 1999-cu ildə buraxdığı All Time Greatest Movie Songs albomuna daxil edilmişdir.
Ants from Up There
Ants from Up There — Böyük Britaniya rok qrupu Black Country, New Road-un ikinci studiya albomu. 4 fevral 2022-ci ildə Ninja Tune tərəfindən buraxılıb.
There Must Be Another Way
There Must Be Another Way (azərb. Başqa bir yolu olmalı‎) — 2009 Avroviziya Mahnı Müsabiqəsində İsraili təmsil edən Noa və Mira Awadın oxuduğu mahnıdır. Mahnının sözləri və musiqisi Noa, Mira Awada və Gil Dora aiddir. Mahnı sülh və insanlıq mesajlar bildirir. 12 may 2009-cu ildə keçirilmiş birinci yarımfinalda 75 xal toplayaraq 7-ci oldu və finala keçdi. Finalda isə 53 xal toplayaraq 16-cı oldu.
There'd Better Be a Mirrorball
"There'd Better Be a Mirrorball" — İngilis rok qrupu Arctic Monkeys mahnısı. 29 avqust 2022-ci ildə yeddinci studiya albomu The Car-ın ilk sinqlı kimi, musiqi videosu ilə birlikdə buraxıldı. Mahnı klipinin rejissorluğunu solist Aleks Törner edib. Videoda mahnının yazılma prosesi zaman qrup göstərilir.
Did You Know That There's a Tunnel Under Ocean Blvd
Did You Know That There's a Tunnel Under Ocean Blvd — amerikalı müğənni Lana Del Reyin doqquzuncu studiya albomu. 24 mart 2023-cü ildə Polydor və Interscope Records tərəfindən buraxılıb. Albomun prodüserliyini Del Reyin özü, Mike Hermosa, Jack Antonoff, Drew Erickson, Zak Daues və Benji etmişdir. Bəzi trekləri Jon Batiste, Bleachers, Father John Misty, Tommy Genesis, SYML və Riopy ifa edib.
Dimension Films
Dimension Films — əsası 25 noyabr 1992-ci ildə qoyulan "The Weinstein Company" yarımşöbəsində film istehsal edən şirkətdir. Mərkəzi Nyu-York şəhərində yerləşir.
Terek
Terek (çay)
Türye
Türye (fr. Turriers, oks. Turriás) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Türye kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04222. 2008-ci ildə əhalinin sayı 397 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 229 nəfər (15-64 yaş) arasında 166 nəfər iqtisadi fəal, 63 hərəkətsiz (fəaliyyət göstərici 72.5%, 1999-cu ildə 68.0%) idi. Fəal 166 nəfərdən 158 nəfəri (91 kişi və 67 qadın), 8 nəfəri işsizdir (4 kişi və 4 qadın).
Şpree
Şpre (alm. Spree‎) — Hafel çayının yan qolu. Almaniyanın şimal hissəsində yerləşir. Almaniyanın Saksoniya, Brandenburq, Berlin əyalətlərindən və 700 metrlik bir hissəsi Çexiya ərazisindən keçir. Uzunluğu təxminən 400 kilometrdir. Berlindən keçən hissəsinin uzunluğu 44 km-dir. Bundan sadəcə 182 km gəmiçilikdə istifadə olunur. Sahəsi 10.105 km2-dir. Hafel çayının yan qolu olmasına baxmayaq, ondan uzundur və sürəti 2 dəfədən artıq çoxdur. Şprenin sürəti 36 m3/san və Hafel çayının sürəti 15 m3/san-dir.
Fahree
Fəxri İsmayılov və ya səhnə adı ilə Fahree (10 aprel 1995, Bakı) — Azərbaycan müğənnisi. İlkin Dövlətov ilə birlikdə Azərbaycanı İsveçdə keçirilmiş 2024 Avroviziya Mahnı Müsabiqəsində "Özünlə apar" mahnısı təmsil etmiş, 1-ci yarımfinalı 11 xalla 14-cü yerdə başa vurmuşdur. == Həyatı və karyerası == Fəxri 1995-ci ildə Bakıda sənətkar ailəsində dünyaya gəlib. Atası zərb alətlərində ifa edən caz musiqiçisi, babası isə aktyor olub. === Sinqllar === 2022 "Dance" 2022 "Apardı Uzaqlara" (feat. Mila Miles) 2023 "Yollar" 2024 "Özünlə Apar" (feat.
Thea
Çay (bitki) — bitki növü. Çay (coğrafiya) — coğrafi anlayış. Çay (içki) — içki. Çay (Afyonqarahisar) — ilçə.
Emiliya Turey
Emiliya Turey (d. 6 sentyabr 1984; Həştərxan, Rusiya) — Rusiyanı təmsil edən həndbolçu. == Karyerası == Emiliya Turey Rusiya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasına 34:27 hesabı ilə məğlub olan Rusiya yığması, XXIX Yay Olimpiya Oyunlarını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı. Daha sonra Emiliya Turey Rusiya yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. 1/4 final mərhələsində Cənubi Koreya yığmasına 25:24 hesabı ilə məğlub olan Rusiya yığması, London Olimpiadasını 8-ci yerdə başa vurdu.
Fan Thiet
Fanthyet (vyet. Phan Thiết, ) — Vyetnamın cənub-şərqində, Binthuan vilayətində şəhər və onun mərkəzi. Fanthyet Cənubi Çin dənizinin sahilində, Hoşimindən təxminən 200 km məsafədə yerləşir. Vyetnamın qalan hissəsi yol və (daha az dərəcədə) dəniz yolu ilə bağlıdır. Hoşimindən şəhərinə dəmir yolu var, şəhərdə hava limanı yoxdur.
Humboldtia teres
Lametsiya Terme
Lametsiya Terme (it. Lamezia Terme) — İtaliyanın Kalabriya regionunda şəhər.
Pleurothallis teres
Acianthera teres (lat. Acianthera teres) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin acianthera cinsinə aid bitki növü. Humboltia teres (Lindl.) Kuntze Pleurothallis teres Lindl. Acianthera rupestris (Lindl.) F.Barros Humboltia pachyphylla (Rchb.f.) Kuntze Humboltia rupestris (Lindl.) Kuntze Pleurothallis pachyphylla Rchb.f. Pleurothallis rupestris Lindl.
Pygoscelis tyreei
Pygoscelis tyreei — Antarktika pinqvinləri cinsinə daxil olan növ. Növün nəsli kəsilmişdir. Ümumi ölçüləri 70–80 sm olmuşdur.
Sargocentron tiere
Sargocentron tiere (lat. Sargocentron tiere) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin holosentrkimilər dəstəsinin holosentrlər fəsiləsinin sargocentron cinsinə aid heyvan növü.
Tire
Tire (—) (fr. tiret, tirer - çəkmək) durğu işarəsi. Sintaktik konstruksiyaları bir-birindən ayırmaq, fərqləndirmək üçün istifadə olunur. Adətən, cümlədə fikrin istiqamətini (gedişini) dəyişdirmək və ya kəsmək, eləcə də aydınlaşdırıcı şərhi seçdirmək üçün istifadə olunan punktuasiya işarəsi (––). Bu ingilis terminində bəzi şriftlərdə baş M hərfinin eninə bərabər olan mətbəə ölçüsü vahidinin (em) adından istifadə olunub; eynienli (MONOSPACE) şriftlərdə uzun tireni göstərmək üçün çox zaman iki ardıcıl defisdən istifadə olunur.
Trel
Trel (it. trillare — cingildəmək) — melizmlərin ən çox işlənilən növlərindən biri olub, əsas səs ilə onun üst qonşu səsinin mümkün qədər tez – tez növbələşməsini göstərir.
Trep
Trep (fr. Trept) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Kremyo kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38515. Kommunanın 2006-cı il üçün əhalisi 1785 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 420 km cənub-şərqdə, Liondan 38 km cənub-şərqdə, Qrenobldan 65 km şimal-qərbdə yerləşir.
Trew
Xristof Yakob Trev (alm. Christoph Jacob Trew‎ və ya alm. Christoph Jakob Trew‎, 16 aprel 1695 — 18 iyul 1769) — alman botaniki, anatomu, həkim, tibb elmləri doktoru, arxiyatr. Karl Linney südləyənkimilər fəsiləsinə aid olan Trewia L. bitki cinsini Xristof Yakob Trevin şərəfinə adlandırmışdır. Hortus nitidissimus. 1750—1786. Plantae selectae. 1750—1773. Plantae rariores. 1763.
True
True — L'Arc~en~Ciel qrupunun albomu. Bu qrupun barabançı sakura ilə yazdığı son albomu olub. Albom Oricon çartının birinci yerinə çatıb və satılan nüsxələrin sayı bir millionu ötdüyünə görə RIAJ (Recording Industry Association of Japan) tərəfindən sertifikatlaşdırılıb.
Big Thief
Big Thief — Nyu-Yorkun Bruklin borosunda qurulmuş indi-folk musiqi qrupu. Qrupun üzvləri Adrianna Lenker, Bak Mik, Maks Oleartçik və Ceyms Krivçeniadır. Qrupun ilk albomu olan "Masterpiece" 2016-cı ildə Saddle Creek Records tərəfindən buraxılıb. Onların ikinci albomu "Capacity" bundan bir il sonra, 2017-ci ildə yayımlanıb. Big Thief 2019-cu ildə 4AD musiqi şirkəti ilə müqavilə bağlayıb. Həmin il onlar iki yeni albom təqdim ediblər, mayda "U.F.O.F." və oktyabrda "Two Hands" adlı albom. Bu albomların hər ikisi 2020-ci ildə baş tutan 62-ci "Qremmi" mükafatlarında "Ən yaxşı alternativ alboma görə Qremmi mükafatı"na namizəd göstərilib. Növbəti il, 2021-ci ildə onların "Not" mahnısı "Ən yaxşı rok mahnısına görə Qremmi" mükafatına və "Ən yaxşı rok performansına görə Qremmi" mükafatına namizəd göstərilmişdir. Qrupun beşinci studiya albomu "Dragon New Warm Mountain I Believe in You" 2022-ci ilin fevralında işıq üzü görüb. Bu albom Hollandiya çartlarında ilk onluğa daxil olmuş və Qremmi 2023-də "Ən yaxşı alternativ musiqi albomu" mükafatına namizədlik əldə etmişdir.
Humboltia teres
Acianthera teres (lat. Acianthera teres) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin acianthera cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Humboltia teres (Lindl.) Kuntze Pleurothallis teres Lindl. === Heterotipik sinonimləri === Acianthera rupestris (Lindl.) F.Barros Humboltia pachyphylla (Rchb.f.) Kuntze Humboltia rupestris (Lindl.) Kuntze Pleurothallis pachyphylla Rchb.f. Pleurothallis rupestris Lindl.
Torre Rossa
Torre Rossa (it. Torre Rossa; hərf. Qırmızı qüllə) — İtaliyanın Asti şəhərində yerləşən romanesk qüllə. Təxminən 24 metr (79 ft) hündürlüyündə və 16 tərəfli çoxbucaqlı şəklindədir. == Tarixi == Qüllə Asti şəhərində yerləşən ən qədim tikililərdən biridir. Onun tikintisi müxtəlif dövrləri əhatə etmişdir: qırmızı hissə e.ə. I əsrdə, ən yüksək hissəsi isə XI əsrdə tufdan tikilmişdir. Bu, Roma dövrünə aid iki şəhər qapısı qülləsindən biri idi. Xristian müqəddəsi Astili Sekundun burada həbs olunduğu və 30 mart 119-cu ildə başının kəsildiyi güman edilir. XII əsrdə qüllə qonşu kilsənin zəng qülləsinə çevrilmişdir və bu funksiyanı bu günə qədər qoruyub saxlayır. Qüllənin zirzəmisi sabitliyi artırmaq üçün doldurulmuş və divarlarla örtülmüşdür.
Turne (şəhər)
Tournai ( fransa: Tournai, flamand: Doornik, latın: Tornacum ) — Belçikanın cənub-qərbində Hainaut əyalətində şəhər və bələdiyyədir. Monsun şimal-qərbində, Şelde çayının sahilində yerləşir.
Tirmə
Tirmə (fars. ترمه‎) əsasən İranın İsfahan əyalətində istehsal olunan əl ilə toxunmuş parça növüdür. Müasir dövrdə Yəzd tirməsi gözəlliyinə görə dünyada daha məşhurdur. Yəzd tirmənin dizayn, istehsalat və marketinq mərkəzi kimi mühüm rola malikdir. Tirmə toxumaq üçün uzun lifli yaxşı yun lazımdır. Tirmə toxumaq incə, diqqətli və vaxt aparan prosesdir. Yaxşı toxucu bir günə 25-30 santimetr məhsul istehsal edə bilər. Əsasən tirmənin toxunma prosesi zamanı istifadə olunan fon rəngləri qırmızı, yaşıl, narıncı və qaradır. Tarixdə bir çox şəxs tirməyə olan vurğunluğundan bəhs etmişdir. Yunan tarixçiləri fars toxumalarının gözəlliyini şərh etmiş, çinli səyyah Huanq Tesank isə tirməyə heyran qalmışdır.
Törəmə
Törəmə — funksiyanın hər hansı verilmiş bir nöqtədə dəyişmə sürətini göstərir. y=f(x) funksiyası hər hansı a nöqtəsində kəsilməzdirsə, arqumentin sonsuz kiçilən artımına funksiyanın da sonsuz kiçilən artımı uyğun olur ki, bu təklifin əksi də doğrudur. Yəni arqumentin a nöqtəsindəki sonsuz kiçilən artımına funksiyanın da bu nöqtədə sonsuz kiçilən artımı uyğundursa, funksiya bu nöqtədə kəsilməzdir. Arqument artımı sifra yaxınlaşdıqda funksiya artımının arqument artımına nisbətinin limiti varsa, bu limitə f(x) funksiyasının a nöqtəsində törəməsi deyilir. Əgər Δ x {\displaystyle \Delta x} →0 şərtində Δ y Δ x = f ( x + Δ x ) − f ( x ) ( Δ x ) {\displaystyle {\frac {\Delta y}{\Delta x}}={\frac {f(x+\Delta x)-f(x)}{(\Delta x)}}} nisbətinin sonlu limiti varsa, onda həmin limitə y=f(x) funksiyasının x nöqtəsində törəməsi deyilir. Verilmiş x nöqtəsində törəməsi olan funksiyaya həmin nöqtədə diferensiallanan funksiya deyilir. (a, b) intervalının hər bir nöqtəsində törəməsi olan funksiya həmin intervalda diferensiallanan funksiya adlanır. Funksiyanın törəməsini tapmaq əməlinə həmin funksiyanın diferensiallanması deyilir. Eksponensial və alqoritmik funksiyalar: d d x e x = e x . {\displaystyle {\frac {d}{dx}}e^{x}=e^{x}.} d d x a x = ln ⁡ ( a ) a x .
Türbə
Türbə – görkəmli müsəlman alimlərinin, vəliəhdlərin, hökmdar və hökmdar ailəsi üzvlərinin, əmirlərin, vəzir və hərbi rəhbərlərin qəbirləri üzərində ucaldılan, üzəri xüsusi qübbələrlə örtülmüş tikili. Tanınmış İslam mütəffəkirlərinin üstü açıq olan məzarlarına da onlara hörmət əlaməti olaraq türbə deyilir. Türbələr camaat tərəfindən ziyarətgaha çevrilir. Bütövlükdə türbə anlayışı İslam təliminə ziddir və İslam ölkələrində türbə tikintisinin çox geniş yayılması, başlıca olaraq əsgi türk gələnəklərinin bu regionun xatirə memarlığına yönəldici təsir göstərməsi ilə bağlıdır. İslam ölkələrinin memarlığını araşdıran mütəxəssislər qülləvari türbələrin məkan-konstruksiya və bədii memarlıq həllinin genetik kökləri barədə müxtəlif fikirlər irəli sürmüşlər. Qülləvari türbələrin soykökü haqqında elmi baxışlardan ən geniş yayılanı və daha inandırıcı dəlillərlə əsaslandırılanı bu memarlıq tipinin türk mənşəli olmasıdır. Bir qrup alim (M. Van – Beşem, E. Dits, N. Baçinski, O. Aslanapa) qülləvari türbələrin türk mənşəli olmasını təsdiq edərək, onların yaranmasını köçəri çadırının, yaxud köçəri xalqların başçılarının iri çadırlarının monumental memarlıqda yamsılanması ilə bağlayırlar. Q. A. Puqaçenkovanın fikrinə görə bu türbələr "ideyaca Orta Asiyanın və Qafqazın türk xalqlarının qədim kurqanabənzər dəfn tikintilərinə bağlıdır." Sərdabənin dəfn tikilisi kimi ortaya çıxması isə başlıca olaraq tabbutda basdırma mərasimi ilə (Avropada bu adət daha çox xristianlıqda özünü göstərir) bağlıdır. Çin alimlərinin məlumatına görə hələ eradan əvvəl ikinci yüzildə hunlar ölüləri qızıl və gümüş işləməli, qalın parçaya bürünmüş ikiqatlı tabuta qoyurdular. Türk ədəbi abidələrində də belə mərasimlər və tikililər haqqında bilgilər saxlanmışdır.
Tərəcə
Tərəcə — XIX–XX əsrlərdə və indi də Azərbaycanın baramaçılıqla məşğul olan kəndlərində ipəkqurdu bəsləmək üçün xüsusi təsərrüfat qurğusu. Kümxanada, quraşdırılır. Kümxana (dəyə) nin içərisində 3–4 qatda tərəcə düzəldilir, burada baramaqurdu bəsləyirdilər.
Tərəf
Tərəf — çoxbucaqlını əmələ gətirən sınıq xəttin qonşu təpə nöqtələrini birləşdirən düz xətt parçasıdır.
Tərək
Əhrəm
Əhrəm — İranın Buşehr ostanının şəhərlərindən və Təngistan şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 12,182 nəfər və 2,710 ailədən ibarət idi.
Türmə
Həbsxana (ing. Prison) — Cinayət törətmiş və ya qanunsuz hərəkət törətməkdə təqsirli bilinən şəxslərin saxlanıldığı yer.
Tərə
Tərə (lat. Chenopodium) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinə aid bitki cinsi.