Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Thudık
Thudık (vyet. Thủ Đức) — Vyetnamda Hoşimin şəhəri tərəfindən idarə olunan bələdiyyə şəhəri. Şəhər Milli Məclisin komitəsi tərəfindən 9 dekabr 2020-ci ildə 2, 9 və Tuduk rayonundan yaradılmışdır. Şəhərin sahəsi 211.56 km2, əhalisi 2019-cu ilə olan məlumata görə, 1,013,795 nəfərdir. Thudık şəhərinin yaradılmasından sonra o, milli iqtisadi artıma böyük töhfə verməli və əsas cənub iqtisadi zonasının inkişafını sürətləndirməlidir. == İqtisadiyyat == Thudık şəhəri Hoşimin Ümumi Regional Daxili Məhsulunun (ÜRDM) üçdə birini və milli Ümumi Daxili Məhsulun (ÜDM) 7%-ni təşkil edir. Bu, yalnız Hanoyun ÜDM-dən sonra ikincidir. == İstinadlar == == Xarici keçidlər == Резолюция № 1111 / NQ-UBTVQH14 о создании города Тху Дык под управлением Хошимина 14-го Постоянного комитета Национального собрания .
HUD
Oyun interfeysi və ya "heads-up-display" (head-up – başı əymədən baxmaq, display — indikasiya), həmçinin sadəcə HUD — videooyunun istifadəçi interfeysinin bir hissəsi kimi vizual vasitələrlə oyunçuya məlumat ötürmə üsulu. Adını müasir təyyarələrdə istifadə olunan baş üstü displeylərdən almışdır. "HUD" həmçinin bir çox məlumatın, o cümlədən qəhrəmanın sağlamlığı, obyektlər və oyunda irəliləyişin (məsələn, xal və ya səviyyə) göstərilməsinin bir hissəsidir.
Cəbəl İhud
Cəbəl İhud (ərəb. جبل إيغود‎) - Mərakeşin qərb bölgəsində yerləşən kənd. Cəbəl İhud eyni zamanda arxeoloji qazıntı mərkəzi kimi də tanınmışdır. 2017-ci ilin iyun ayında ərazidə aparılan qazıntı işləri zamanı yaşı 300 min il olduğu təxmin edilən Homo sapiensə aid skelet qalıqların aşkarlanıb.
Ehud Barak
Ehud Barak (12 fevral 1942[…]) — İsrailin Müdafiə naziri. 2008-ci il dekabr ayının 27-də HƏMAS hərəkatının nəzarət etdiyi Qəzzə zolağında İsrail ordusunun keçirdiyi hərbi əməliyyatlara rəhbərlik edir. == Həyatı == Ehud Barak (Bruq) 1942-ci il fevral ayının 12-də Fələstin mandatlığındakı Mişmar Haşaronda anadan olub. Atası İsrael Litvanın Panevejis şəhərindəndir. Anası Ester isə Polşanın paytaxtı Varşavadandır. 1959-cu ildə sıravi desant kimi İsrail ordusunun sıralarına qoşulan Ehud həmin il soyadı Bruqu Barak kimi dəyişir. 1964-cü ildə Fransada xüsusi təyinatlılar komandiri kursunu bitirdikdən sonra İsrailin və ABŞ-nin hərbi akademiyalarında təhsilini davam etdirir. 1967 və 1973-cü il müharibələrində, habelə Livana qarşı hərbi əməliyyatlarda iştirak edir. Ehud 1968-ci ildə Qüdsdəki Hibryu Universitetinin Fizika və Riyaziyyat fakültəsindən məzun olur. 1978-ci ildə isə Kaliforniyanın Stanford Universitetində mühəndis iqtisadiyyatı ixtisası üzrə magistratura pilləsi üzrə təhsilini başa vurur.
Ehud Olmert
Ehud Olmert (ivr. ‏אֶהוּד אוֹלְמֶרְט‏‎; 30 sentyabr 1945[…]) — İsrailli siyasətçi və vəkildir. 2006–2009-cu illərdə və bundan əvvəl 1988-ci ildən 1992-ci ilə 2003-cü ildən 2006-cı ilə qədər İsrailin 12-ci Baş naziri vəzifəsində çalışmışdır. Nazirlər Kabinetinin üzvü kimi birinci və ikinci vəzifələri arasında 1993-cü ildən Qüds bələdiyyə başçısı vəzifəsində çalışmışdır.Baş nazir vəzifəsində işlədikdən sonra Qüds meri və ticarət naziri vəzifəsində olduğu müddətdə rüşvət aldığına və ədalət mühakiməsinə mane olduğuna görə həbs cəzasına məhkum edilmişdi.
Uhud döyüşü
Uhud döyüşü — 23 Mart 625-ci ildə (Hicri təqvimlə 3 Şəvval 3-cü il) hal-hazırkı Ərəbistan yarımadasının şimal-qərbində yerləşən Uhud dağında, Mədinədə məskunlaşan Müsəlmanlar ilə Məkkəli Əbu Süfyanın başçılıq etdiyi ordu arasında baş vermişdir. Döyüşün gedişində baş verən ən önəmli hadisələrdən biri də İslam peyğəmbərinin əmisi Hz. Həmzənin öldürülməsidir. == Səbəbi == Döyüşün baş tutma səbəbi Məkkəli Müşriklərin Bədr döyüşündə aldıqları məğlubiyyətin qisasını almaq istəmələri, verdikləri itkiləri unutdurmaq və müsəlmanların aldıqları qələbədən sonra yüksələn döyüş əhval-ruhiyyəsini aşağı salmaq idi. == Döyüş barədə == Məkkə ordusu 11 mart 625-ci ildə Məkkədən Mədinəyə doğru hərəkət etdi. Müsəlmanlar da döyüş üçün hazır idilər. Qısa müddət sonra hər iki ordu Uhud dağının yamaclarında üz-üzə gəldi. Məhəmməd peyğəmbər iki ordunun qarşılaşdığı Uhud dağındakı dar keçidin hər iki tərəfinə də oxçuları yerləşdirdi. Bu Məkkəlilərin dağın ətrafını dolanaraq arxadan müsəlmanlara hücüm etməsinin qarşısını almaq üçün idi. Oxçulara xəbərdarlıq edilmədən yerlərini tərk etməmək əmrini verdi.
Young thug
Jeffery Lamar Williams və ya səhnə adı ilə Young Thug (16 avqust 1991, Atlanta) — Amerikalı repçi, müğənni və söz yazıçısı. Fərqli vokal tərzi və obrazı ilə tanınan repçi Birdman və Gucci Mane ilə etdiyi birgə işlərlə diqqət çəkdi. Musiqi həyatına 2011-ci ildə mixtape albomları ilə başlamışdır. 2013-cü ildə Gucci Mane'nin 1017 Records şirkəti ilə müqavilə imzalayıb 1017 Thug mixtape adlı albomunu yayımlayır və bu karyerası üçün uğurlu olur.2014-cü ildə yayımladığı single trackləri "Stoner" və "Danny Glover" ilə diqqət çəkən repçi bundan sonra isə "About The Money", "Hookah" və "Lifestyle" adlı single tracklərini yayımladı. 2015-ci ildə Barter 6 və Slime Season'un iki versiyasını təqdim edən sənətçi 2016-cı ildə I'm Up, Slimes Season 3 və Jeffery albomlarını yayımlayır. 2018-ci ildə yayımladığı albom Slime Language ilə öz şirkəti olan YSL Records'u qurur və digər rapçilər'lə müqavilələr imzalayır.Pop müğənnisi Camila Cabellonun 2017 hit mahnısında duet ifası ilə Bilboard Hot 100-də 1-ci yeri tutur. 61-ci Grammy mükafatında ilin mahnısı olaraq namizəd göstərilən "This Is America" mahnısında söz yazarı olaraq Donald Glover və Ludwid Göransson ilə namizəd olmuşdur. 2019-cu ilin Mayında J. Cole və Travis Scott ilə duet etdiyi "The London" mahnısı repçinin ikinci Billboard uğuru olaraq 12-ci yeri tutmuşdur. Həmin ildə Gunna ilə duet elədiyi "Hot" mahnısıda Billboard Hot 100-də 11-ci yerı tutur və bundan sonra karyerasının ikinci studiya albomu olan So Much Fun-ı yayımlayır. İkinci studiya albomundan sonra 2020-ci ildə Punk adlı yeni albomun çıxması gözlənilir.
Fort Hud
Fort Hud - dünyada ən iri ABŞ hərbi bazası 1942-ci ildə tikilmiş Fort Hud dünyada ən iri ABŞ hərbi bazasıdır. ABŞ-nin Texasda ştatının Fort Hood şəhərində yerləşir. Burada 40 min hərbçi var, ailə üzvləri və digər mülki şəxslərlə birlikdə bazanın sakinlərinin sayı 80 minə çatır. Bazada iki muzey, məktəblər, xəstəxana və göl var. 2009-cu ilin noyabr ayının 5-də burada mayor Malik Nadal Hasan silahsız əsgərləri atəşə tutması nəticəsində 13 nəfər ölüb, 31 nəfər yaralanıb.
Hud Surəsi
11-ci surə
Hud peyğəmbər
Hud — ilahi peyğəmbərlərdən biri. Yüksək mənəvi dərəcə və insani keyfiyyətlərə sahib olması və zahiri gözəlliyi onu zəmanəsinin insanlarından fərqləndirirdi. Quranda adı müstəqil bir surəyə verilən 6 peyğəmbərdən (Nuh, İbrahim, Yusif, Yunus, Məhəmməd və Hud) biridir. Hud peyğəmbəri bir çox peyğəmbərdən fərqləndirən xüsusiyyət odur ki, onun haqqında nə yəhudilikdə, nə də xristianlıqda məlumat var. Onun haqqında məlumatlar ancaq islam mənbələrində var. Quran rəvayətlərindən məlum olur ki, Hud peyğəmbər azğın, nadan və cahil qövmünü düz yola hidayət etmək üçün nə qədər çətinliklərlə üzləşmiş və bunlara səbir etmişdir. Hud peyğəmbərin qəbri İraqda Nəcəf şəhərində yerləşir == Hudun peyğəmbər seçilməsi == Hud 40 yaşına yetişdikdə Allah tərəfindən bir peyğəmbər kimi öz qövmünü tovhidə, pis adətləri tərk etməyə və axirətin dəhşətli əzabından qorxmağa dəvət etmək üçün təyin olundu. Rəvayətlərdə qeyd olunur ki, Hudun qövmü 13 qəbilə idi və bu qəbilələrin nəsilləri Nuh peyğəmbərin kötücəsi olan Ad ibni Ovsa çatırdı. Buna görə də həmin qövm Ad qövmü adını almışdı. Onların yaşadığı yerin adı Əhqaf idi.
Moraq Hud
Moraq Hud (ing. Morag Hood) — Böyük Britaniya aktrisasıdır. == Həyatı == Moraq Hud 1942-ci ildə Şotlandiyanın Qlazqo şəhərində anadan olmuşdur. Qlazqo Universitetində təhsil aldıqdan sonra aktrisalıq karyerasına başlamışdır. Bir çox filmlərdə və televiziya seriallarında çəkilmişdir. Moraq Hud 2002-ci ildə Xərçəng xəstəliyindən vəfat etmişdir. Onun həyatı boyu nə həyat yoldaşı, nə də uşağı olmuşdur.
Robin Hud
Robin Qud, Robin Hud (ing. Robin Hood - Robin Hud) - normanlara qarşı mübarizə aparmış ingilis xalq balladası qəhrəmanı, incidilmişlərin və yoxsulların müdafiəçisi. == Xarici keçidlər == Robin Qud - Əsatir, yoxsa həqiqət?
Robin Hud (film, 2010)
Robin Hud 2010-cu ildə Ridli Skottun rejissorluğu ilə çəkilmiş Britaniya-Amerika müştərək macəra filmidir. Filmdə baş rollarda Russell Crowe, Cate Blanchett və Mark Strong çəkilib. == Süjet xətti == Kral Riçardın Fransada ölümü ilə oxatan Robin Lonqstride və dostları İngiltərəyə qayıdırlar. Fransanın İngiltərəni işğalına cavab olaraq, Nottingemdə Valterin atasına qarşı üsyan edirlər. Bu vaxt Robin dul qalmış xanım Ledi Mariona aşiq olur, lakin Ledi Robinə qarşı eyni hissləri yaşaya bilmir. Yaşadığı regiondakı şərlə üz-üzə qalan Robin bir dəstə yaratmağa çalışır və bu dəstə ilə həm Ledi Marionu qazanmağı, həm də baronları öldürməyi planlaşdırır. == Çəkiliş mərhələsi == Filmin üzərində 2007-ci ildən Universal Studios tərəfindən işlərə başlanılıb. Aktyor Russell Crowe 20 milyon dollara Robin Hud rolunu oynamağa razılaşdırılmışdır. Filmin çəkilişləri 2009-cu ildə İngiltərənin Şervud meşəsində aparılıb.
Robin Hud (cizgi filmi, 1973)
Robin Hud (ing. Robin Hood) — 1973-cü ildə istehsal olunmuş cizgi filmidir. "Cəngəllik kitabı" cizgi filmi "Walt Disney Pictures" studiyası tərəfindən istehsal edilmiş Disneyin 21-ci klassik qısametrajlı cizgi filmidir. == İstinadlar == == Xarici keçidlər == Robin Hud — Internet Movie Database saytında.
Roud Taun
Roud Taun (ing. Road Town) — Britaniya Virgin adalarının paytaxtı. Tortola adasında yerləşir. Əhalisi 9400 nəfər (2004). Adı dəniz termini olan «ing. the roads» yaranıb. Sahildən aralı gəminin yakorla dayanması belə adlanır. Dənizdən 67 akr ərazi qurudularaq, Bikxem-Bey (Wickham Bay), tutizm üçün istifadə edilir. Şəhərdəki ən qədim bina 1840-cı ildə tikilən Meyn strit (Main Street), kral həbsxanasıdır. Şəhər Karib dənizində yaxta kirayələmək mərkəzi sayılır.
Knud
Knud (994, Danimarka – 12 noyabr 1035) – Danimarka şahzadəsi I Sven Çəngəlsaqqalən oğlu. O, I Haroldun oğlu və varisi. Beləliklə, Danimarkanın birləşməsində rolu olan Skandinaviya hökmdarlarından biridir. Harthacnut I 10-cu əsrin əvvəllərində Danimarka kral evinin yarı əfsanəvi qurucusu idi və onun oğlu Qoca Qorm nəsildə birinci kral oldu (adındakı "Qoca" bunu göstərir). Qormun oğlu və Knutun babası Harald Bluetooth, Danimarkanın xristianlaşması zamanı Danimarka kralı idi; Xristianlığı qəbul edən ilk Skandinaviya krallarından biridir.
Ohid
Ohid (xorv. Óhíd) — Macarıstanın Zala medyesində yerləşən kənd.
Oxud
Oxud — Azərbaycan Respublikasının Şəki rayonunun eyniadlı kənd inzibati ərazi dairəsində kənd. Oxut bələdiyyəsinə aiddir. == Ümumi məlumat və tarixi == Kənddə iki kitabxana, iki məktəb, bir bələdiyyə və kənd icra hakimiyyəti nümayəndəliyi, 1 məscid, 1 tibb məntəqəsi, iki tele ötürücü qüllə, 1 un dəyirmanı, 1 şadlıq sarayı, bir neçə artezian, iri tutumlu rabitə qovşağı fəaliyyət göstərir. Kənd əhalisinin təhsilə olan marağına və nailiyyətlərinə görə nəinki rayonda, eləcə də ölkədə məşhurdur. Hər il onlarla şagird tələbə adını qazanır. Kənd həmçinin spesifik məhəllə adları ilə də məşhurdur: Cumaylar, Həccəvlər (Hacı Cəbilər), Dırrar, Duluzlar, Dəlləklər, Barı arası, Qaralar, Doxun, Gavan, Çay qırağı, Çeylək sadağı, Kənd qırağı, Təzə kənd, Əzbəylər, Irebusaği, Ortabulaq, Dükanqabaği, Hindular məhəlləsi, Hamamyani, Əzimlər, Agalar. Mollaəhməd bulağı isə olduqca tarixi qədim bulaqlardandır. Kəndin Kiş kəndinə yaxın hissəsində iki dağın arasından alır mənbəyini. Yelbaba adlanan ziyarətgahın ərazisində olan qəbristanlıqda yerləşən ibadətxana isə XVIII əsrə məxsusdur. Bu ziyarətdə Ərəbistandan gələn dini yayan ərəblərin qəbirləri var.
Rhus
Sumaq (lat. Rhus) – sumaqkimilər fəsiləsinə aid bitki cinsi.Dünyada 250-ə qədər kol və ağac növləri məlumdur. Meyvəsinin tərkibində 18 – 20 % aşı maddə, şəkər, üzvi turşular [alma, çaxır və s.], C, K vitaminləri vardır. Meyvəsindən xalq təbabətində çay kimi dəmləyib ishala və dezinteriyaya qarşı işlədilir. Elmi təbabətdə duru ekstrakt hazırlayıb hipertoniyada, eləcə də şəkər xəstəliyində içirlər. Yabanı sumaq bitkisinə Şimali Qafaqazda, Dağlıq Krımda, Zaqafqaziyanın dağlıq-meşəlik rayonlarında, Azərbaycanda isə Lənkəran, Göyçay, Quba, Şəki- Zaqatala rayonlarının dağ meşələrində çox təsadüf edilir. Sumaq iyun-iyulda çiçəkləyir. Xırda yaşıltəhər göy rəngli tutqun çiçəkləri uzunsov-konusvari süpürgəciyin üzərində toplanır. Sumağın meyvəsi sentyabr-oktyabrda yetişir. Hər meyvə süpürgəciyinin üzərində 200-300 və daha çox meyvə olur.
Steud.
Ernst Gottlieb von Steudel (alm. Ernst Gottlieb von Steudel‎) (1783—1856) — alman həkimi və botaniki (XIX əsrin birinci yarısı). == Mənbə == Johann Gottlob Kurr: Vorträge. In: Verein Vaterländische Naturkunde Württemberg (Hrsg.), Jahresheft Nr.13, S. 17-24, Stuttgart 1857. (alm.) Christian Gottfried Daniel Nees von Esenbeck: Dr. Ernst Gottlieb von Steudel.
THAAD
Ərazinin Yüksək Hündürlükdə Havadan Müdafiəsi (İngiliscə: Terminal High Altitude Area Defense) və ya THAAD, qısa və orta mənzilli təhdid ünsürlərinə qarşı təkmilləşdirilərək yaradılmış, ABŞ Quru Qoşunlarına məxsus olan ballistik raketlərdən müdafiə sistemidir. Lockheed Martin şirkəti tərəfindən istehsal edilmiş THAAD sistemi ümumi olaraq Skad və ona oxşayan qısa mənzilli ballistik raketlər üçün müvəqqəti bir həll yolu kimi arsenala qəbul edilsə də, daha təkmilləşdirilmiş və uzun mənzilli qitələrarası ballistik raketlərə qarşı da, qismən müdafiə imkanlarına malikdir. THAAD ABŞ istehsalı anti-ballistik raketdən müdafiə sistemidir. 2008-ci ildən silahlanmaya daxil olub. Qısa və orta mənzilli ballistik raketləri onların terminal fazasında məhv etmək üçün yaradılıb. Raketləri döyüş başlığı daşımır, kinetik zərbə ilə hədəfini məhv edir. THAAD sistemi AN/TPY-2 radarları istifadə edir. Bu radarlar dünyanın ən geniş mənzilli daşınabilən yer/hava radarlarıdır. AN/TPY-2 radarları 1000 km məsafədə atılan ballistik raketləri atmosferə çatmamış müəyyən edir. Raketin sürəti 2,8 km/san, lülə çapı 34 sm, ağırlığı 900 kq-dır.
Taun
Taun (lat. pestis), (XBT kodu A20.) — insan və heyvanlarda kəskin təbii ocaqlı, epidemik yayılmağa meyilli, taun çöpü (lat. Yersinia pestis) tərəfindən törədilən transmissiv infeksion xəstəlikdir. O, kəskin qızdırma, ağır ümumi intoksikasiya və limfatik düyünlərin, ağciyərin və başqa orqanların hemorragik-nekrotik iltihabı ilə təzahür edir. Endemik və pandemik yayılma imkanına görə taun "Beynəlxalq tibbi-sanitariya qaydalarının" şamil olduğu xüsusi təhlükəli karantin infeksiyaları qrupuna aid edilir. 1894-cü ildə fransız alimi A. Yersen və yapon alimi S. Kitazato xəstəliyin törədicisini kəşf etmişlər. Taun epidemiyaları dövri olaraq dünyanın bir çox ölkəsini əhatə edirdi. Birinci pandemiya VI əsrdə Şərqi Roma İmperiyasında baş vermiş və bir çox ölkəni əhatə etmişdi. Qara ölüm adlanan ikinci pandemiya XIV əsrdə, üçüncü pandemiya isə XIX əsrin sonunda olmuşdur (xəstəliyi dəniz gəmilərindəki siçovullar yaymış və dünyanın 100-dən artıq limanında epidemiya baş vermişdi). XIV əsrdən başlayaraq Rusiyada, o cümlədən bir neçə dəfə Moskvada, XIX əsrdə Zabaykalyedə, Zaqafqaziyada, Prikaspidə, XIX əsrin sonu – XX əsrin əvvəllərində Odessa və Qara dənizin başqa limanlarında, XX əsrdə isə Hindistanda taun geniş epidemiyası qeydə alınmışdır.
Thea
Çay — bitki növü
Thium
Gəvən (lat. Astragalus) – paxlakimilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == == Növləri == Andrey gəvəni (Astragalus andreji Rzazade) Çin gəvəni (Astragalus chinensis L.fil.) Tükcüklüçiçək gəvən (Astragalus dasyanthus Pall.) Biyanyarpaq gəvən (Astragalus glycyphyllos L.) Zarlı gəvən (Astragalus membranaceus Bunge) (=A.penduliflorus Lam.) Monqol gəvəni (Astragalus mongholicus Bunge) (=A.penduliflorus Lam.) Sıxyarpaq gəvən (Astragalus picnophyllus Stev.) Keçəbudaq gəvən (Astragalus piletocladus Freyn et Sint.) == Bakı gəvəni == Status. Azərbaycanın nadir endem bitki növüdür. Yayılması. Abşeron yarımadasında, Mərdəkan, Şüvəlan, Buzovna qəsəbələri ətrafında. Bitdiyi yer. Dənizkənarı qumluq sahələrdə. Ehtiyatı. Çox azdır.
Thoa
Gnetum (lat. Gnetum) — bitkilər aləminin qnetokimilər şöbəsinin knetum dəstəsinin gnetaceae fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == Gnemon Rumph. ex Kuntze Thoa Aubl. Abutua Lour. Arthostema Neck.
Thunb.
Karl Peter Tunberq (isv. Carl Peter Thunberg, 1743—1828) — İsveç alim-təbiətçisi. == Əsas əsərləri == "Flora Japonica" (lat.) Лиц., 1784. "Resa uti Europa, Africa, Asia, förrättad åren 1770-1779" (isveç.) Uppsala, 1788. "Periculum entomologicum" (lat.) Uppsala, 1789. Samuel Törner ilə birgə. "Dissertatio Entomologica novas insectorum species sistens" (lat.) Uppsala, 1781—1791. "Museum naturalium Academiae Upsaliensis" (lat.) "Descriptiones insectorum suecicorum" (lat.) Uppsala, 1792. "Flora Capensis" (lat.) Uppsala, 1818. "Ichneumonidea Insecta" (lat.) СПб., 1822 и 1824.
Thuja
Tuya (lat. Thuja) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinə aid bitki cinsi.
Etüd
Etüd — təsviri incəsənətdə gələcək əsərin hazırlıq eskizi. Etüd — musiqi əsəri. Etüd — şahmat kompozisiyalarından biri. Etüd — teatr pedaqogikasında aktyorluq texnikasının təkmilləşdirilməsi üçün istifadə edilən məşq. Etüd — rol oyununun emosional tədrisi. Etüd — sovet fotoaparatı. Etüd — sovet diaproyektoru.
Əmud
Əmud, Gürz, Toppuz və ya şeşpər, düşməni yaralamaq və qalxanı (zirehi) sındırmaq (dağıtmaq) üçün yaxın məsafədən istifadə edilən hərbi silah. == Hazırlanması == Əmud odlu silah yaranmamışdan əvvəl istifadə edilən baş hissəsi sümük, daş, dəmir, tunc, bürünc və sairədən, sapı isə ağacdan və yaxud da tamamilə metaldan, düzəlmiş bir silahdır. == İstifadəsi == Piyadaların istifadə etdikləri əmud çox sadə olmuşdur. Lakin sonradan süvarilərin istifadə etdikləri gürzlərin sapı daha uzun və at üstündən istifadə emək üçün təkmilləşdirilmişdir. Əmud hər növ qalxana və zirehə qarşı işlədilən ən yaxşı silah növü olmuşdur. == Digər dillərdə == Əmud (Gürz) türk dilində "bozdoğan" deməkdir. "Bozdoğan" bir ytırtıcı quş cinsidir. Əmud (Gürz), bozdoğan quşunun başındakı pipiyə bənzədiyi üçün bu adla adlandırılmışdır. Əmudun (Gürzün) baş (yumuru) hissəsi çıxıntılı və ya düz olardı. Ərəb dilində əmud "sütun" mənasında işlədilir.
Amblyseiulella thoi
Amblyseiulella thoi (lat. Amblyseiulella thoi) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin amblyseiella cinsinə aid heyvan növü.