Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ağbənd
Ağbənd – Azərbaycan Respublikasının Zəngilan rayonunun Vejnəli kənd inzibati ərazi dairəsində qəsəbə. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. 2020-ci ilin oktyabr ayının 22-də Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunmuşdur. == Tarixi == Ağbənd qəsəbəsi Araz çayının sahilində, Ağbənd dağının ətəyindədir. Yaşayış məntəqəsi adını ətəyində salındığı dağın adından almışdır. 1958-ci ildə meydana gəlmiş bu qəsəbəni Bartaz, Vejneli, Dəlləkli, Əmirxanlı, Baharlı, Çöpədərə və Sürtük kəndlərindən gəlmiş ailələr salmışdır. Qazaxıstanın Selinoqrad vilayətində Akbənt qəsəbəsi qeydə alınmışdır. == Ağbənd dağı == Zəngilan rayonu ərazisində dağ. Ağbənd qəsəbəsinin cənub-şərqindədir. Süxurları ağ rəngdə olan dağ Araz çayının dərəsinə doğru bəndi xatırladan formada uzandığı üçün belə adlandırılmışdır.