Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tiflis
Tbilisi (gürc. თბილისი) və ya Tiflis – Gürcüstanın paytaxtı, Qafqaz şəhərlərinin mühüm sənaye, mədəniyyət və elm mərkəzlərindən biri. Ölkənin şərq hissəsində, Kür çayının hər iki sahilində, dəniz səviyyəsindən 406–522 metr hündürlükdə, Tiflis çökəkliyində yerləşir. Şəhər 244 km2 ərazidə yerləşir. "Tbilisi" toponiminin hərfi mənası qədim gürcü dilində "isti su" anlamına gəlir. Tarixi qaynaqlara gorə, şəhər eramızın V əsrində gürcü sərkərdəsi Vaxtanq Qorqasali tərəfindən salınmışdır. Tbilisi iqtisadi baxımdan hazırda Gürcüstanın ən inkişaf etmiş bölgəsi hesab olunur. 2005-ci ildə ölkədə istehsal edilmiş sənaye məhsulunun 35,4%-i, tikintinin 63,6%-i bu şəhərin payına düşmüş, fəaliyyətdə olan müəssisələrin say etibarı ilə 47,4%-i burada cəmləşmişdir. Tbilisi şəhəri 8 şəhər rayonuna bölünür. İllik orta temperatur yanvar ayında 0,5º S, iyul ayında 24,2º S olur.
TikTok
TikTok (çin. 抖音; Dǒuyīn) — Çin ByteDance şirkətinin onlayn video paylaşma sosial şəbəkə xidməti. == Tarix == ByteDance' şirkətinə aid olan Douyin 2016-cı ilin sentyabr ayında əvvəl, A.me adı altında ilə Çində işləməyə başlayıb. Şirkətin planına görə Douyin xaricə genişləməli idi. Douyin 200 gün ərzində yaradılıb və bir il içində 100 million istifadəçi və güündəlik bir milyarddan çox izləməyə nail olmuşdu. TikTok beynəlxalq bazara 2017-ci ilin sentyabr ayında çıxarıldı. 23 yanvar 2018-ci il tarixində, TikTok Tayland və digər ölkələrdə tətbiq mağazalarında pulsuz tətbiq yükləmələri arasında 1-ci yeri tutdu. Həmin il tətbiq artıq 150 ölkədə və 75 dildə əlçatan idi. == Hüquqi məsələlər == Tencent holdinqinə aid olan WeChat proqramı Douyin proqramıdan videolarını blok etdiyində ittiham olunub. 2018-ci ilin aprelində Douyin Tencent holdinqini onun WeChat proqramıda yanlış məlumatının yayımında ittiham edərək, məhkəməyə verib və orda ondan 1 million renminbi və ictimai üzr istəməyə tələb etmişdi.
Çiftlik
Çiftlik (Niğdə)
Tofik
Tofiq və ya Tofik — Kişi adı. Tofiq Babayev Tofiq Babayev (bəstəkar) — bəstəkar Tofiq Babayev (general-mayor) — Milli Təhlükəsizlik nazirinin keçmiş müavini, general-mayor Tofiq Babayev (alim) —Tofiq İsmayılov Tofiq İsmayılov (rejissor) — Azərbaycan kino rejissoru və aktyoru, kinodramaturq, nasir Tofiq İsmayılov (akademik) — texnika elmləri doktoru, Azərbaycan Respublikasının 1-ci Dövlət KatibiTofiq Hacıyev Tofiq Hacıyev (akademik) — Alim, türkoloq, filologiya elmləri doktoru, AMEA-nın həqiqi üzvü-akademik. Tofiq Hacıyev (professor) — Alim, müasir azərbaycan dilçisi, filologiya elmləri doktoru-professor. Tofiq Hacıyev (siyasətçi) — Gürcüstanın dövlət və ictimai-siyasi xadimi, təhsil işçisi,Tofiq Hüseynov Tofiq Hüseynov (aktyor) — Azərbaycan aktyoru. Tofiq Hüseynov (alim) — İqtisad elmləri doktoru Tofiq Hüseynov (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı, Xocalı soyqırımı şəhidi. Tofiq Hüseynov (Cavad oğlu) — Şəmkir rayonu İcra hakimiyyətinin sabiq başçısı Tofiq Hüseynov (professor) — Alim, filologiya elmləri doktoru, Professor.Tofiq Kərimov Tofiq Kərimov (siyasətçi) — Azərbaycanın daxili işlər naziri (18.11.1991 – 20.02.1992). Tofiq Kərimov (fotoqraf) — fotoqrafTofiq Məmmədov Tofiq Məmmədov (rejissor) — Azərbaycan kinorejissoru. Tofiq Məmmədov (botanik) — AMEA-nın Mərdəkan Dendrarisinin direktoru.Tofiq Hüseyn — şair, publisist, “Tərəqqi” medalına layiq görülüb (2005). Tofiq Hüseynli — Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı. Tofiq Hüseynzadə — Azərbaycan alimi.
Biotik faktorlar
Biotik faktorlar — orqanizmə ətraf mühitdən təsir edən canlı varlıqlar, yəni növdaxili və növlərarası əlaqələr. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Mistik (personaj)
Mistik (Reyven Darkhölm) (ing. Mystique (Raven Darkhölme)) — Marvel Comics tərəfindən yaradılmış və əsasən İks-adamlarla bağlı olan xəyali personaj. Yazıçı Kris Klermont və rəssam Deyv Kokram tərəfindən yaradılan personaj ilk dəfə 1978-ci ildə nəşr olunmuş "Ms. Marvel" komiksinin 16-cı buraxılışında peyda olmuşdur.Mistik qeyri-insani güclərlə dünyaya gələn xəyali mutantlardan biridir. O, tam dəqiqliklə başqalarının görüntüsünü və səsini özününküləşdirə bilir. Onun öz təbii görünüşü isə mavi rəngdə dəri, qırmızı saçlar və sarı rəngdə gözlərdən təşkil olunmuşdur. Mistik əsasən İks-adamlar komandasının düşməni olaraq göstərilir. Personaj yaradılışından bəri komikslərdə, cizgi seriallarında və televiziya filmlərində əsasən supercinayətkar kimi yer alır. Özünün Mutant qardaşlığı komandasını yaradan Mistik mutantlarla əlaqəli olan bir neçə şəxsi qətlə yetirmişdir. O, daha öncə yüzdən artıq yaşının olduğunu söyləmişdir.
Mistik səyahət
Astral səyahət — insanın bədəndən kənar, ruhi səyahətidir. Əslində bu anlayışın hələ ki, tam izahı yoxdur. Amma ümumi izahati belədir: Biz ruhi və fiziki bədənlərdən ibarətik. Biz yatanda ruhi bədən fiziki bədənimizi tərk edir. Bu həmişə baş verir, lakin biz heç də həmişə astral adlanan zonaya düşə bilmirik. Cadugərlik və ya ekstrasenslikdə üç dünya var: ruhi dünya, astral dünya və fiziki dünya. Qədim dövrlərdə müdriklər fizika barədə çox dərin biliklərə sahib idilər. Onlar dörd əsas ünsürün adını çəkirdilər: torpaq, su, hava və od. Bu dörd ünsürdən başqa onlar bəzən beşinci ünsürün də olduğunu deyirdilər. Ona incə enerji, efir deyilirdi.
Sistik fibroz
Sistik Fibroz xəstəliyi ağciyərdə olan və irsən keçən bir xəstəlikdir. Bu xəstəlik nəfəs alma, həzm sistemi problemləri yaradır. Ağciyərlərin təmiz qalmasını sağlayan salgı bezlərinin incə və axışqan olan maye, sistik fibroz xəstələrində daha çox yoğunlaşaraq axıcılıqları azalır.
Teistik satanizm
Teistik satanizm (ing. Theistic Satanism), ənənəvi satanizm (ing. Traditional Satanism) və ya dini satanizm (ing. spiritual Satanism) — şeytanı (satana) obyektiv olaraq sitayiş ediləcək bir mövcud fövqəltəbii varlıq və ya qüvvə hesab edən dini inanclar üçün istifadə edilən ümumiləşdirici termin, satanizmin növü. Bu ümumiləşdirici termin çərçivəsindəki fərdi inanc sistemləri bir-birləri ilə başdansovma əlaqəli olan və ya müstəqil qruplar tərəfindən tətbiq edilir. Teistik satanizmin başqa bir səciyyəvi xüsusiyyəti seremonial sehrdən istifadədir.Teistik satanizmin insanların tətbiq etdiyi dini inanc kimi tarixi qeyri-müəyyəndir, ancaq tarix boyu xeyli insan şeytana sitayiş etməklə təqsirkar bilinmişdir. 1560–1630-cu illərdə kulminasiya nöqtəsinə çatmış cadugər məhkəmələrini, xüsusilə də Salem cadugər məhkəmələrini buna nümunə göstərmək olar. Əsl teistik satanist dinlərin əksəriyyəti olduqca yeni modellərdə və ideologiyalarda mövcuddurlar. Onların çoxu İbrahimi dinlərdən müstəqil olduqlarını iddia edirlər. == Qeydlər == == İstinadlar == == Ədəbiyyat == Ellis, Bill, Raising the Devil: Satanism, New Religions and the Media (Lexington: University Press of Kentucky, 2000).
Tiflis (quberniya)
Tiflis quberniyası (gürc. ტფილისის გუბერნია, rus. Тифлисская губерния) — Çar Rusiyası dövründə Cənubi Qafqazda inzibati ərazi vahidi. Müasir Gürcüstan dövlətinin şərq hissəsində mövcud olmuşdu. == Tarix == == Coğrafiyası == Tiflis quberniyası Cənubi Qafqazın mərkəzində yerləşib. Şimalda və şimal-şərqdə Terek və Dağıstan vilayətləri ilə, qərbdə Kutaisi quberniyası, cənubda Qars vilayəti və İrəvan quberniyası ilə, şərqdə və cənub-şərqdə isə Yelizavetpol quberniyası ilə həmsərhəd olmuşdur. Ərazisi 39.197 verst² (44.607 km²), əhalisi isə 1051032 nəfər idi . Quberniyanın iqlim şəraiti onun relyefinin müxtəlifliyinə və ayrı-ayrı hissələrinin dəniz səviyyəsindən müxtəlif yüksəklikdə olmasına görə olduqca müxtəlifdir. Hündür dağların və dağ silsilələrinin zirvəsi əbədi donmaya məruz qalmışdır və iqlimi qütb iqliminə yaxındır, eyni zamanda quberniyanın Kür çayı boyunca cənub-şərq hissəsində yerləşən alçaq əraziləri qışın yumşaq və yay aylarının çox isti olması ilə fərqlənirlər. == Əhalisi == 1 yanvar 1885-ci il tarixinə Tiflis quberniyasında hər iki cinsdən 154,532 nəfəri şəhərlərdə, 580,403 nəfəri isə kəndlərdə olmaqla toplam 734,935 nəfər əhali yaşamışdır.
Tiflis funikulyoru
Tiflis funikulyoru (gürc. თბილისის ფუნიკულიორი) — Tiflisin mərkəzini Mtatsminda dağındakı yuxarı parkla birləşdirən funikulyar xətt. Xəttin üç stansiyası var: Aşağı (Daniela Conkadze küçəsi), Panteon, Mtatsminda. 21 iyun 2000-ci ildə kabel qırıldıqdan sonra funikulyor uzun müddət yenidən qurulmaq üçün bağlanılır. Funikulyor 30 yanvar 2013-cü ildə yenidən sərnişinlərin istifadəsinə açılır. == Tarix == 1900-cü ildə şəhər bələdiyyəsi Tiflisdə kanatlı dəmiryolu tikintisi barədə müqavilə imzalayır və Belçikalı mühəndis Alfons Robinin layihəsini təsdiqləyir. Müqavilədə aşağıdakılar nəzərdə tutulur: Belçikanın anonim cəmiyyəti, funikulyoru 45 il müddətində istifadə etmək hüququ əldə edirdi. Sonradan şirkət bu hüququ şəhərə pulsuz olaraq verir. 5 yaşın altındakı uşaqlar, poçtalyonlar, polis məmurları və jandarmalar üçün funikulyordan istifadə pulsuz olur. Funikulyorun inşasına 1903-cü ildə başlanmış və tikinti işləri 1905-ci ildə başa çatmışdır.
Tiflis metropoliteni
Tbilisi metropoliteni (gürc. თბილისის მეტროპოლიტენი) — Gürcüstanın Tiflis şəhərində yerləşən metro xətti. SSRİ tikinti nazirliyi tərəfindən hərbi və mülki məqsədlər naminə inşa edilmişdir. Tikintisində 2500 nəfər iştirak edir. İstifadəyə ilk dəfə 11 yanvar 1966-cı ildə istifadəyə verilmişdir. SSRİ-də Moskva, Peterburq və Kiyev metrolarından sonra dördüncü olmuşdur. 2000 ildə Vaşa-Pşavela metro stansiyasının tikintisi ilə metronun uzunluğu 26,3 kilometrə çatır. İki xəttən ibarətdir. Ümumilikdə 23 stansiyadır. Qafqazın Bakı metropolitenindən sonra ikinci ən böyük metropolitenidir.
Tiflis quberniyası
Tiflis quberniyası (gürc. ტფილისის გუბერნია, rus. Тифлисская губерния) — Çar Rusiyası dövründə Cənubi Qafqazda inzibati ərazi vahidi. Müasir Gürcüstan dövlətinin şərq hissəsində mövcud olmuşdu. == Tarix == == Coğrafiyası == Tiflis quberniyası Cənubi Qafqazın mərkəzində yerləşib. Şimalda və şimal-şərqdə Terek və Dağıstan vilayətləri ilə, qərbdə Kutaisi quberniyası, cənubda Qars vilayəti və İrəvan quberniyası ilə, şərqdə və cənub-şərqdə isə Yelizavetpol quberniyası ilə həmsərhəd olmuşdur. Ərazisi 39.197 verst² (44.607 km²), əhalisi isə 1051032 nəfər idi . Quberniyanın iqlim şəraiti onun relyefinin müxtəlifliyinə və ayrı-ayrı hissələrinin dəniz səviyyəsindən müxtəlif yüksəklikdə olmasına görə olduqca müxtəlifdir. Hündür dağların və dağ silsilələrinin zirvəsi əbədi donmaya məruz qalmışdır və iqlimi qütb iqliminə yaxındır, eyni zamanda quberniyanın Kür çayı boyunca cənub-şərq hissəsində yerləşən alçaq əraziləri qışın yumşaq və yay aylarının çox isti olması ilə fərqlənirlər. == Əhalisi == 1 yanvar 1885-ci il tarixinə Tiflis quberniyasında hər iki cinsdən 154,532 nəfəri şəhərlərdə, 580,403 nəfəri isə kəndlərdə olmaqla toplam 734,935 nəfər əhali yaşamışdır.
Tiflis qəzası
Tiflis qəzası — 23 noyabr, 1804-cü ildə Rusiya imperatoru I Aleksandrın verdiyi əmrə əsasən inzibati mərkəzin Tiflis şəhəri olması dəyişdirilmədən Loru qəzasının adı "Tiflis qəzası" olaraq dəyişdirildi.1851–ci ildə Rusiyada əhali sayının araşdırılması üçün həyata keçirilmiş IX təftişə əsasən, inzibati cəhətdən Qori, Yelizavetpol, Sığnaq, Telav və Tiflis qəzalarını, həmçinin Dağ dairəsini, Car–Balakən hərbi dairəsini, Osetiya dairəsini və Tuş–Pşav–Xevsur dairəsini əhatə edən Tiflis quberniyasının əhalisi 267.786 nəfəri kişilər, 223.699 nəfəri qadınlar olmaqla 491.485 nəfər idi. Əhalinin ümumi sayı haqqında məlumatlar imperiyanın Maliyyə Nazirliyinin Zaqafqaziya idarəsi tərəfindən təqdim olunmuşdu. Qəzalar və dairələr üzrə qadınların ayrıca sayını müəyyən etmək münkün olmamışdır. Kişilərin qəzalar və dairələr üzrə sayı haqqında məlumatlar isə Tiflisdən həqiqi dövlət məsləhətçisi Aleksey Fyodoroviç Kruzenştern tərəfindən təqdim olunmuşdu, bu məlumatlar Car–Balakən hərbi dairəsi istisna olmaqla quberniyanın kənd yerlərində 1842–ci ildə, şəhər yerlərində 1848–ci ildə, ümumən Car–Balakən hərbi dairəsinin yaşayış yerlərində isə 1844–cü ildə həyata keçirilmiş kameral təsvirlərə əsaslanırdı. Beləliklə, həmin məlumatlara əsasən Tiflis qəzasının bütün yaşayış yerlərində kişi cinsindən toplam 57.950 nəfər əhali yaşayırdı. == Mənbə == О народонаселенiи Россiи по губернiямъ и уѣздамъ: LIII. Тифлисская губернiя, стр. 139 – 141. // Девятая ревизiя. Изслѣдованiе о числѣ жителей въ Россiи въ 1851 году Петра Кеппена. Санктпетербургь: Вь Типографiи Императорской Академiи наукь, 1857, 297 стр.
Tiflis tramvayı
Tiflis tramvayı (gürc. თბილისის ტრამვაი) — 1883-cü ildə (konka şəklində) meydana çıxan və 2006-cı ildə fəaliyyətini dayandıran nəqliyyat sistemi. Gürcüstanda yeganə tramvay sistemi idi. XX əsrin ikinci yarısında tramvayda ona qədər marşrut var idi. Lakin sonradan sistem sürətlə geriləmə baş verir. == Tarix == Konka 3 aprel 1883-cü ildə Tiflisdə istifadəyə verilir. Orijinal yol göstəricisi 914 mm olur. Konkanın ilk xətti Mixaylovski (indiki David Aqmaşenebeli prospekti) prospekti ilə və Vorontsovskaya meydanı ilə dəmir yolu stansiyasını birləşdirirdi. Tezliklə marşrut İrəvan meydanına (indiki - Azadlıq meydanı) qədər uzanır və vaqonların sayı 556-ya (439 iki atlı və 117 tək atlı) çatır. 1904-cü ildə Kiroçnaya küçəsi (indi - Marcanişvili) boyunca bir xətt çəkilir Bununla birlikdə XX əsrin əvvəllərində konkanın vaxtının keçdiyi artıq bəlli idi.
Tiflis şəhəri
Tbilisi (gürc. თბილისი) və ya Tiflis – Gürcüstanın paytaxtı, Qafqaz şəhərlərinin mühüm sənaye, mədəniyyət və elm mərkəzlərindən biri. Ölkənin şərq hissəsində, Kür çayının hər iki sahilində, dəniz səviyyəsindən 406–522 metr hündürlükdə, Tiflis çökəkliyində yerləşir. Şəhər 244 km2 ərazidə yerləşir. "Tbilisi" toponiminin hərfi mənası qədim gürcü dilində "isti su" anlamına gəlir. Tarixi qaynaqlara gorə, şəhər eramızın V əsrində gürcü sərkərdəsi Vaxtanq Qorqasali tərəfindən salınmışdır. Tbilisi iqtisadi baxımdan hazırda Gürcüstanın ən inkişaf etmiş bölgəsi hesab olunur. 2005-ci ildə ölkədə istehsal edilmiş sənaye məhsulunun 35,4%-i, tikintinin 63,6%-i bu şəhərin payına düşmüş, fəaliyyətdə olan müəssisələrin say etibarı ilə 47,4%-i burada cəmləşmişdir. Tbilisi şəhəri 8 şəhər rayonuna bölünür. İllik orta temperatur yanvar ayında 0,5º S, iyul ayında 24,2º S olur.
Tiflis Əmirliyi
Tiflis Müsəlman Əmirliyi (654–1122) — Tiflis şəhərində yerləşən müsəlman dövləti. İslam bölgəyə ilk gəlişindən etibarən indiki Gürcüstan torpaqlarında yayılmağa başlamışdır. VIII əsrin 30-cu illərində ərəblər Şərqi Gürcüstana yiyələndikdən sonra Tiflis şəhərini canişinliyin mərkəzinə çevirdilər. Tiflis əmiri əvvəlcə bütün Şərqi Gürcüstan əmirinə tabe idi. Sonralar ərəb xilafətinin zəifləməsi nəticəsində canişinliyin ərazisi Tiflis müsəlman əmirliyi ilə məhdudlaşdı. IX əsrin əvvəllərində isə təkcə Kartli, XI əsrdə isə ancaq Tiflis və ona bitişik vilayətlər əmirin hakimiyyəti altında qalmışdı. IX əsrdən etibarən əmirlərin müstəqillik uğrunda mübarizəsi başlandı və 80-ci illərdə onlar buna nail oldular. Tiflis Müsəlman əmirliyi XI əsrin sonlarına kimi öz müstəqilliyini saxladı. 1121-ci ildə baş vermiş Didqori döyüşü nəticəsində Tiflis Müsəlman əmirliyi 1122-ci ildə ləğv edilərək Gürcüstan dövlətinin tərkibinə qatıldı. Tiflis əmirliyi dövründə hakimiyyət ardıcıl olaraq 3 nəslin (sülalənin) əllərində cəmləşmişdir; bunlar — Şüeybilər, Şeybanilər və Cəfərilər nəsilləridir.
Tiflis əyaləti
Tiflis əyaləti — (1723-1734) Osmanlı İmperiyası tərkibində Cənubi Qafqazda inzibati ərazi vahidi. İnzibati mərkəzi Tiflis şəhəri idi.
Tintin Amerikada
Tintin Amerikada - Belçikalı Hergénin komiksi Tintinin macəralarının 3-cü hissəsidir.
Tintin Konqoda
Tintin Konqoda - Belçikalı yazıçı Erjenin yaratdığı Tintin macəraları komiksinin 2-ci seriyası. Seriyanın qəhrəmanı gənc qəzet müxbiri Tintindir. Bu macəra 1930-cu ilin 5 iyunundan 1931-ci ilin 11 iyununa qədər Belçikanın "Le Petit Vingtième" qəzetində ("Le Vingtième Siècle" qəzetinin uşaq əlavəsi) yayımlanmışdır. 1931-ci ildə ağ-qara albom şəklində yayımlanmışdır. 1946-cı ildə rəngləndirilmiş, 1975-ci ildə dəyişikliyə uğramışdır. == Mövzu == "Tintin Konqoda" Tintin macəralarının ikinci seriyasıdır. Hekayənin əvvəlində Tintin və Milu Belçika Konqosuna (o dövrdə Konqo Belçikanın müstəmləkəsi idi) gedən gəmidədirlər. Milu gəmidə olarkən bir neçə qəza keçirir, amma sonda Konqoya yetiçirlər. Limanda onlar bir maşın kirayəyə alırlar və Koko adlı uşağı özləri üçün bələdçi seçirlər. Konqonun daxili bölgələrinə doğru irəliləyirlər və tək olmadıqlarını hiss edirlər.
Tintin Tibetdə
Tintin Tibetdə (fr. Tintin au Tibet) — belçikalı Erjenin komiksi Tintin macəralarının 20-ci hissəsi. 1958-ci ilin sentyabrından 1959-cu ilin noyabrına qədər Tintin jurnalında həftəlik seriyası çıxmışdır. 1960-cı ildə isə kitabı çap olunmuşdur. Erje bu seriyanı Tintinin macəralarının ən sevdiyi hissəsi hesab edir. Çünki bu hissəni travmatik kabuslardan və arvadını başqa qadın üçün tərk etdiyində yaranan konfliktdən əziyyət çəkdiyi vaxt yazmışdır. Seriyanın mövzusuna görə gənc reportyor Tintin təyyarə qəzasında öldüyü bildirilən dostu Çanq Çonq-Çeni axtarır. Çanqın yaşadığına inanan Tintin Himalay dağları boyunca Tibetə qədər Yeti ilə belə qarşılaşaraq axtarışlarını aparır. Anbardaki kömür və onun çox sayda obrazlarını izləyən Tintin Tibetdə yalnız bir neçə tanınan obrazı işlətməklə və Tintinin mənfi personajlara qarşı mübarizəsinin mövzu olmadığı tək Erje macərası olmaqla Anbardaki kömürdən fərqlənir. Erjenin hekayəsinin temalarına telepatiya, Tibet buddizmi və dostluğu daxildir.
Tintin macəraları
Tintin macəraları (fr. Les Aventures de Tintin) — Belçikalı Erje tərəfindən yaradılmış komiks. XX əsrin ən məşhur komikslərindən biridir. Komiks əsasında çəkilmiş serial 50 dilə tərcümə olunmuşdur Komiksin qəhrəmanı jurnalist və səyyah olan gənc Tintindir. Macəralarında ona sadiq iti Milu, dostu kapitan Heddok və digər personajlar kömək göstərirlər. Bu komiksin "ligne claire" tərzində olması, gözlənilməz hadisələri böyük rəğbət qazanmışdır. Hadisələr bir çox janrı əhatə edir: kriminal, elmi, fantaziya və s. Tintin Belçikanın paytaxtı və Erjenin doğum yeri olan Brüsseldə yaşayır. Bu faktı Tintinin Brüsselə geri qayıtdığı deyilən "Tintin SSRİ-də" və dostu Çanqın Tintin üçün məktubunu Brüsselə göndərdiyi danışılan "Tintin Tibetdə" kitabında görmək olar. Digər kitablarda da bununla bağlı faktlar tapmaq mümkündür (Brüsselin tanınmış yerləri, maşın seriya nömrələri və s.).
Çiftlik (Niğdə)
Çiftlik (türk. Çiftlik) — Niğdə ilinin ilçəsi.
Nikoletta Tinti
Nikoletta Tinti (22 may 1979) — İtaliyanı təmsil edən bədii gimnast. == Karyerası == Nikoletta Tinti İtaliyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 7-ci pillənin sahibi olub.
Tifil Əsəd
Tifil Əsəd, Şair Əsəd, Miskin Əsəd — Azərbaycan şairi, aşığı. == Həyatı == Miskin Əsəd 1883-cü ildə Xiyov şəhərinin (Meşgin) Hasar kəndində bir ruhani ailəsində dünyaya gəlmişdir. İlk təhsilini atasının məktəbində bitirib. Türk, ərəb və fars dillərini öyrənib. Miskin Əsəd uşaq ikən bütün çətinlikləri yaşayıb. 1903-ci ildə iki qardaşı ilə birlikdə Bakıya gəlirlər. Əsəd burada mühacir həyatı yaşayır, əvvələr neft quyularında işləyir. Daha sonra Şəmkir bölgəsinə gedir, orda Aşıq Hümmətlə tanış olur. Bu hadisə onu aşıq ədəbiyatına doğru çəkir. Aşıq Əsəd sonralar Aşıq Ələsgərlə (1821-1926) və Aşıq Hüseyn Bozalqanlı ilə də tanış olur.
Tırtıl
Tırtıl — lepidoptera (kəpənəklər) sırasından böcək sürfəsi. Kəpənəyin və bir güvənin sürfəsi. Təxminən 2–3 həftədən sonra tırtıl kokos halına gəlir və başqa 2 həftədən sonra pupaya çevrilir. Sonra böyüdülmüş qanadları olan bir tırtıl görünür. Tırtıl, xüsusilə toxuculuq sənayesində zərərvericilər kimi tanınır. Bir növ tırtıl Uzaq Şərqdə ipək məhv edir, ipəkqurdu kimi tanınır. Bədən bir baş, üç döş və on qarın seqmentindən ibarətdir. Baş güclü sklerotlaşdırılmış bütövlərə malikdir; bədənin qalan hissəsi böyük skleritlər olmadan çox hissəsində yumşaqdır. Bədəndə, fərdi ailələrə, cinslərə və hətta növlərə xas olan, qəti şəkildə müəyyən edilmiş bir şəkildə yerləşən setlər inkişaf etdirilir. Bu ilkin cütlərə əlavə olaraq, yaşlı yaşlarda, bir çox açıq canlı formada ikincil silsilələrin sıx bir örtüyü inkişaf edir (ayıların alt ailəsinin nümayəndələrinin tırtıllarında ən güclü).
Tığik
Tığik (dağ) — Laçın rayonu ərazisində dağ. Birinci Tığik — Laçın rayonu ərazisində kənd. İkinci Tığik — Laçın rayonu ərazisində kənd.
Kıttık yarımadası
Kıttık yarımadası — Çukot Muxtar Dairəsinin şimal sahillərində yerləşəm yarımada. Sahillərini Şərqi Sibir dənizinin suları yuyur. Yarımadanın ucqar şimal nöqtəsini Pesçanıy burnu təşkil edir. Yarımada ərazisi bataqlıq sahədən ibarətdir. Kiçik Caun boğazı ilə Ayon adasından ayrılır. Səthinin orta hündürlüyü 5 metrdir. Ən hündür hissələri 15-50 metr arasında dəyişir. Yarımadanın şimal-şərq hissəsində bu yüksəklik sahildə bitir və sıldırımlı sahil əmələ gətirir. Yarımadanın hamar hissəsi qumluqlarla örtülür. Qərb hissədə olan göllər dairəvi formaya malikdir, üstəlik sahilləri enişlidir.